04 mar 10:52liqa / reportaj

“Qəbələ” üçün əsən Zirə küləyi


75. Zirə - Qəbələ 1:2 (1:0)
1. Orxan Sadıqlı – 4,0
70. Nicat Süleymanov – 4,5
33. Yovan Krneta – 4,5
3. Ali Sisey – 4,5
27. Adrian Skarlatake (k) – 4,5
18. George Anton – 4,0
(48. Şafik Tiqruca, 90+1) – qiymətsiz
4. Elvin Camalov – 5,5
10. Ağabala Ramazanov – 4,5
8. İlkin Muradov – 5,0
11. Davit Volkov – 4,5
43. Riçard Qadze – 5,0
Ehtiyat oyunçular
28. Boyan Zoqoviç
62. Abdulla Seyidəhmədov
6. Alvaro Ampuero
14. Bəxtiyar Həsənalızadə
20. Əli Şirinov
25. Miloş Bakraç
55. Rauf Hüseynli
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Elvin Camalov
1. Anar Nəzirov (k) – 5,0
8. Qismət Alıyev – 5,5
28. Murad Musayev – 5,0
3. İvitsa Juniç – 5,0
2. Amin Seydiyev – 5,5
77. Merab Qiqauri – 5,0
11. Asif Məmmədov – 5,5
(55. İdris İnqilablı, 65) – 5,0
10. Klesio Bauk – 5,0
21. Fernan Lopes – 5,5
19. Rövlan Muradov – 6,0
(9. Ehtiram Şahverdiyev, 90+1) – qiymətsiz
32. Nikolas Raysel – 5,0
(14. Ülvi İsgəndərov, 68) – 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
4. Sadiq Quliyev
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
12. Abdelrafik Jerar
17. Yaovi Akakpo
22. Rodriqo Qattas
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Rövlan Muradov
Qollar: İ.Muradov, 21 (1:0, R.Qadze). F.Lopes, 79 (1:1). R.Muradov, 88 (1:2).
Vərəqələr: A.Məmmədov, 27 (qeyri-idman hərəkəti). D.Volkov, 34 (qeyri-idman hərəkəti). B.Zoqoviç, 71 (hakimin qərarına etiraz). N.Süleymanov, 74 (hakimin qərarına etiraz). T.Əhmədli, 80 (qeyri-idman hərəkəti). A.Skarlatake, 87 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Elşad Abdullayev, Vüqar Bayramov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
1 mart. Zirə. İdman Kompleksinin stadionu. 200 tamaşaçı (1512 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Uğursuzların qarşılaşmasının yekununda meydanı hansı komandanın gülərüz tərk edəcəyi maraqla gözlənilirdi. İstər meydan sahibləri, istərsə də qonaqlar son oyunları məğlubiyyətlə başa vurmuşdu. “Qəbələ” qış fasiləsindən sonrakı 4 oyunun hamısında, “Zirə” isə son 3 görüşdə xala həsrət qalmışdı. Odu ki, qələbə “dirilmək” baxımından hər ikisinə hava-su kimi lazım idi. Bu komandaların həm də ölkə kubokunun yarımfinalında üz-üzə gələcəyini nəzərə alsaq, oyun kubokdan öncə ciddi məşq xarakteri daşıyırdı.
“Qartallar” Ağabalanın qayıdışına sevinsə də, cəzalı Cavid Hüseynovla zədəli Tellur Mütəllimov meydana çıxmaq imkanından məhrum idi. “Qırmızı-qaralar” isə zədədən yeni dönən Rasimin, eləcə də məşqdə xəsarət alan Abdelrafikin xidmətindən yararlana bilməyəcəkdi.
Şənbə günü Zirədə elə güclü külək əsirdi, elə şaxta var idi ki, iti qapıya bağlasan, dayanmazdı. Təbiətin şıltaqlığına baxmayaraq, hər iki komandanın üzvləri meydana çıxmağa və oynamağa məcbur idi. Təbii ki, buna oyun demək olarsa. Küləyin bir tərəfə əsməsi, ötürmələr, xüsusən də hava ötürmələri zamanı topun istiqamətini dəyişməsi oyunun gözəlliyinə kölgə salırdı. Belədə futbolçuların bir çıxış yolu qalırdı: yalnız və yalnız mübarizə aparmaq, topun hansısa gözəgörünməz qüvvənin köməyi sayəsində qapıdan keçməsinə sevinmək.
Bəli, matçda qeydə alınan 3 qolun hər birində küləyin xüsusi “rolu” oldu. Və ən maraqlısı, hamısı eyni qapıya, külək əsən istiqamətə vuruldu. Məsələn, İlkinin fərqləndiyi epizodda Qadzenin ötürdüyü topun havada sürətini artırması bölgə təmsilçisinin müdafiəçilərini çaş-baş saldı. Fürsətdən istifadə edən Muradov əlinin də köməyi sayəsində Anarı məyus etməkdə çətinlik çəkmədi.
Stadiona toplaşanları şoka salan “Qəbələ”nin ardıcıl qolları isə birmənalı küləyin ayağına yazılmalı və buna görə Orxan Sadıqlı qınanmalıdı. İlk qol zamanı Qismətin uzaqdan vurduğu top tirə tuş gəlib meydana qayıdandan sonra Lopesin kürəyi ilə fərqlənməsində müdafiəçilərlə yanaşı, qapıçının da səhvi vardı. Amma Rövlanın qolu… Sözün əsl mənasında şedevr alındı. Gənc yarımmüdafiəçi təxminən 35-40 metrdən topu tora elə sancdı ki, sanki Sadıqlının başının üstündən qırıcı təyyarə keçdi. Qısası, Bakı kəndində əsən külək rayondan gələn komandanın xeyrinə işlədi.
Lakin bu heç bir halda qonaqların qələbəni haqq etmədiyinə işarə ola bilməz. Ümumi oyunu göz önünə gətirməli olsaq, ilk hissə “qartallar”ın, ikinci yarı “qırmızı-qaralar”ın hesabına yazılmalıdı. Hə, əlverişli qol imkanları baxımından Həşimovun rəhbərlik etdiyi kollektivin üstünlüyü vardı. Qadze 45 və 59-cu dəqiqələrdən fürsətləri qola çevirə bilsəydi, çətin ki, “Qəbələ” özünə gələr, geridönüş edərdi. Onlar vura bilmədilər, onlara vurdular.
Zaur Həşimovun təcrübəsizliyi isə dərhal özünü göstərdi. Komandası fasiləyə üstün yollanmışdı deyə, ikinci yarıda əsas diqqət müdafiəyə ayrılmışdı. Halbuki bu gedişdən yararlanmaqla üstünlük rəqibin tərəfinə keçmiş oldu. Meydan sahiblərinin “oturduğunu” görən qonaqlar təzyiqi artırıb 2 qol vurdular. Xüsusən bölgə təmsilçisinin ikinci qolu zamanı Rövlanın topa rahat zərbə vurması, Orxanın “yatması” diqqəti çəkdi. Halbuki baş məşqçi onları vaxtında “ayıltmalıydı”.
HƏBİB

Gözdən qaçmadı
* Hesabın açılmasının sevincini komanda yoldaşları İlkinlə qeyd etmək istəsələr də, səbəbkar hamıdan sıyrılıb baş məşqçisinə tərəf qaçdı. Futbolçunun sevincini Zaur Həşimovla bölüşməsini görməyə dəyərdi. Eyni addımı Rövlan Muradov da atıb, qolu vuran kimi Elmar Baxşıyevin yanına qaçdı.
* Hava saat 6-dan etibarən qaralmağa başlasa da, nədənsə stadionun projektorları ilk hissənin ortalarında yandırıldı, yəni 4-ə 20 dəqiqə işləmiş. Düzdü, sonradan bu yayınçı şirkətin, yəni “CBC Sport”un marağı ilə izah olundu.
* Oyunu izləyənlər arasında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov da var idi. Görünür, qəbələlilərin növbəti turda sumqayıtlılarla qarşılaşması gənc mütəxəssisi “köhnə yurd”a səfər etməyə məcbur etmişdi.
* “Qarabağ”ın kapitanı Rəşad Sadıqov isə qarşılaşmanı mərkəzi sektorla üzbəüz eyvandan izləyirdi.

Reaksiyalar
Zaur Həşimov: “Evdə qələbə qazanıb ümumən turnir cədvəlində vəziyyətimizi düzəltmək istəyirdik. Oyun istədiyimiz kimi gedirdi, qol da vurduq. Sonradan şanslardan istifadə edə bilmədik. Daha sonra oyunun axarı dəyişdi. Təəssüf ki, bu tur da istəyimizə nail ola bilmədik. Birinci qolda top xətti keçmişdi, ya yox – bilmirəm, ikinci qol… Qapıçı səhvləri? Bir neçə oyundu bu barədə danışılır ki, az qala qapımıza gedən hər zərbə qolla nəticələnir. Meydanda legioner oynatmaq üçün məcburam ki, Orxanı qapıya qoyum.. İlk hissədə bir neçə hücumumuz oldu, qol vura bilmədik. Hesabda öndə olanda isə komanda istər-istəməz geri çəkilir, bəxtini əks-hücumlarda sınayır. Arxaya çəkildik, nəticədə öz qapımızda qollar gördük… Komandada böyük problemlər var. Cavid cəzalı, Tellur zədəlidi. İstəsək də, əvəzetmələrlə oyunu gücləndirə bilmirik. Yarımmüdafiədəki futbolçularımız müdafiəyəmeyllilər idi. Buna görə də “orta”da top saxlamaqda çətinlik çəkirdik”.
Elmar Baxşıyev: “Qış fasiləsindən sonrakı nəticələr bizim kimi, rəqibimiz üçün də arzuolunmaz idi. Lakin sərgilədiyimiz oyunlar gələcəkdə daha yaxşı olacağına ümid verirdi. Həm biz, həm də rəqib qış fasiləsindən sonra çətin durumda idi. Sadəcə, nəticələr bizi qane etmirdi, oyun isə bizi razı salırdı. Deməzdim ki, “qara zolaq"dı. İnanırdıq ki, şans üzümüzə gələcək. Bu oyunda istəyimizə çatdığımıza görə sevinirik. Qarşılaşmanı hissələrə bölməzdim. İlk hissədə göstərdiyimiz oyundan çox məmnun qaldım. Futbolçular fasiləyədək tapşırıqları daha yaxşı yerinə yetirirdilər. İkinci hissədə daha riskli oynamağa ehtiyac vardı, çünki hesabda geri idik. Ona görə komandanın üzərinə yük düşürdü. Futbolçuların bunun öhdəsindən gəlməsi bizi sevindiridi... Bu komandanın potensialı var, futbol oynamağı bacarır. Qışa qədər necə təhülkəli olduğumuzu, baxımlı futbol oynaya bildiyimizi görmüşdüz. Qış fasiləsində aparıcı futbolçular komandanı tərk etdi. Yeni gələnlərin isə uyğunlaşmaq üçün vaxta ehtiyacı vardı... Abdelrafek məşqdə zədələnmişdi. Sırf bu səbəbdən meydana buraxmağa risk etmədik. Rasim isə artıq məşqlərə başlayıb. Ona da bir az vaxt lazımdı, 6-7 ay futboldan kənarda qalıb”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar