14 apr 16:39liqa

“Kimyaçılar“ ”qartallar”ı zəhərləyə biləcəkmi?

“Kimyaçılar“ ”qartallar”ı zəhərləyə biləcəkmi?
Rail Məlikov: “Zirə”yə hörmət etsək də, ondan çəkinmirik”
Kamal Bayramov: “Çox danışıb rəqib düşərgədə qıcıq yaratmaq istəmirəm”


Mövsümün sonuna 3 tur qalmasına baxmayaraq, bu yay ölkəmizi avrokuboklarda təmsil edəcək üç klubun adı artıq məlumdu. “Qarabağ”, “Qəbələ” və “İnter” bu missiyanın öhdəsindən gəlib. Düzdü, paytaxt təmsilçisinin indiki maliyyə durumu Zaur Svanadzenin komandasının qitəmiqyaslı turnirə qatılmasını bir qədər şübhə altına salıb. Ancaq AFFA tərəfindən “ağ-göylər”ə rəhbər təyin olunan Rəmiş Malıyev 25-ci turda “Zirə” ilə keçirilən qarşılaşmadan (1:1) sonra “Futbol+”ə açıqlamasında komandanın Avroliqada çıxış edəcəyini bildirib. İndi futbol ictimaiyyətini bir sual düşündürür: Avropaya yollanacaq qatarın 4-cü sərnişini kim olacaq?
Samir Abasov üçün qisas imkanı
Artıq elitanı tərk edəcəyi dəqiqləşən AZAL-dan başqa, dörd klub - “Neftçi”, “Kəpəz”, “Sumqayıt” və “Zirə” xoşbəxt biletə sahib çıxmaq iddiasını sürdürsə də, istər mütəxəssislər, istərsə də idman mediası “qartallar”la “kimyaçılar”ı bu mübarizədə daha şanslı sayır. Turnir cədvəlindəki hazırki durum da onların “ağ-qaralar”la “sarı-göylər”dən bir addımda öndə olduğundan xəbər verir. Belə ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 4-cü, onlardan 3 xal geri qalan Samir Abasovun yetirmələri isə 5-ci pillədə qərarlaşıb. Sabah Sumqayıtdakı “Kapital Bank Arena”da bu iki komanda üz-üzə gələcək. “Ağ-göylər” rəqibini məğlub edəcəyi halda avrokuboklara 4-cü vəsiqə uğrunda intriqa son iki turda da davam edəcək. 3 xalı “qartallar” qazanacağı təqdirdə isə böyük ölçüdə bütün suallara aydınlıq gələcək. Yeri gəlmişkən, bu komandalar arasında cari mövsümdə baş tutan əvvəlki üç görüşdə eyni hesab qeydə alınıb -1:0. Bunlardan ikisində sumqayıtlılar, birində isə qəsəbə təmsilçisi qalib gəlib. “Qartallar”ın məğlub olduğu iki qarşılaşmada “sükan arxasında” Adil Şükürov idisə, qış fasiləsindən sonra onu əvəzləyən Ayxan Abbasovun gəlişindən sonra Zirə İdman Kompleksində baş tutan qarşılaşmada sevinən tərəf meydan sahibləri olub. Bu matçı həm də Samir bəy üçün sabiq komanda yoldaşı qarşısında qisas imkanı kimi də dəyərləndirmək olar.
“Sumqayıt” üçün uğursuz hakim
26-cı turun ən prinsipial qarşılaşmasını idarə edəcək hakimin adı artıq açıqlanıb. Hakimlər Komitəsi Sumqayıtda baş tutacaq oyunun statusunu nəzərə alaraq, bu matça ölkənin ən güclü hakimini – Əiyar Ağayevi təyin edib. Bəs Ağayevi hansı komanda üçün düşərli referi saymaq olar? Bu suala cavab tapmaq üçün statistikaya nəzər yetirdikdə maraqlı məqamla rastlaşdıq. Belə ki, Ağayev 2016/17 “futbol ili”nin geridə qoyduğumuz 25 turunda yalnız bir dəfə “qartallar”ın oyununu idarə edib və həmin qarşılaşma da sonradan böyük söz-söhbətə səbəb olub. Söhbət 18-ci tur çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” görüşündən gedir. Meydan sahiblərinin 4-cü uzatma dəqiqəsində ofsayddan vurduğu qol şimallılara “qızıl” yolunda ağır zərbələrdən biri kimi dəyərləndirilir. “Zirə”dən fərqli, Əliyar bəyin sumqayıtlılarla yolu daha tez-tez kəsişib. FİFA referisi “kimyaçılar”ın 5 matçında əsas söz sahibi olub. Bunlardan 3-də uduzan “ağ-göylər” 2 qarşılaşmada heç-heçə edib. Odu ki, Ağayevin meydan sahibləri üçün o qədər də uğurlu hakim olduğunu söyləmək olmaz.
Son iki tur nə vəd edir?
Şənbə günü “Sumqayıt” “doğma divarlar” arasında qalib gələcəyi halda “Zirə” ilə xal fərqini aradan qaldırmış olacaq. Belə də bütün diqqətlər son iki tura yönələcək. Bu məsələdə isə Ayxan bəyin komandasının bəxtinin gətirdiyini düşünmək olar. Qəsəbə təmsilçisi 27-ci turda doğma meydanda tarixininin ən biabırçı mövsümünü keçirən “Neftçi”ni qonaq edəcək. Çempionatın son turunda isə “qartallar” premyer-liqanı tərk edəcəyi artıq rəsmiləşən AZAL-ın qonağı olacaq. “Kimyaçılar”ı daha çətin sınaq gözləyir. Abasovun yetirmələri əvvəlcə “Qarabağ”la, sonra isə “Qəbələ” ilə üz-üzə gələcək. Sumqayıtlıların “köhlən atlar”dan xal alacağı heç də inandırıcı görünmür. İlk 3 dövrədəki matçlarda Qurban Qurbanovun komandası “ağ-göylər”dən 9 xal qoparmağı bacarıb. “Qırmızı-qaralar”la görüşün də asan keçəcəyini söyləmək olmaz. Odu ki, sabah qəsəbə təmsilçisi Sumqayıtda məyus olsa belə, bu onlar üçün dünyanın sonu olmayacaq.
Təcrübəlilər iddialı danışdı
Bu cür oyunlarda, heç şübhəsiz, heyətlərdə yer alan təcrübəli, bərkə-boşa düşmüş futbolçulardan çox şey asılıdı. Məhz onlar həlledici anda məsuliyyəti üzərinə götürüb komandanı arxasınca aparırlar. “Sumqayıt”da isə bu iş Rail – Fərhad – Vurğun “üçlüy”ünün öhdəsinə düşür. “Bakı”, “Neftçi” ilə avrokuboklarda oynamaq şansı qazanan Rail Məlikov bizimlə söhbətdə “kimyaçılar”la da qitəmiqyaslı turnirə qatılmaq istəyində olduğunu bildirdi: “Ardıcıl 4 oyun məğlubiyyətdən sonra, şükürlər olsun ki, “qara zolaq”dan çıxmağı bacardıq və son iki matçda qalib gəlməklə Avropa Liqasına yollanmaq şansımızı davam etdirdik. Şənbə günü baş tutacaq qarşılaşmanın məsuliyyətini dərk edir, oyuna ciddi hazırlaşırıq. Düşərgədə yüksək ab-hava var. Komanda yoldaşlarım da Sumqayıt futbolunun tarixinə düşmək üçün əla fürsət yaxaladığımızı yaxşı başa düşür və bunun üçün əlindən gələni etməyə hazırdılar. Ümid edirəm ki, azarkeşlərimiz də mövsümün həlledici matçında tribunaları dolduracaqlar. Onlar 8 ayda istər səfərdə, istərsə də doğma meydanda daim bizə dəstək veriblər. Belə anlarda hamı yumruq kimi birləşib eyni nöqtəyə vurmalıdı. “Zirə”yə hörmət etsək də, ondan çəkinmirik. Rəqib komandada dostlarımız çıxış edir. Ancaq yaşıl meydanda biz dost yox, rəqibik. İnanıram ki, 90 dəqiqənin tamamında sevinən tərəf biz olacağıq. Bu mövsüm “Zirə”ni 2 dəfə məğlub etməyi bacarmışıqsa, niyə 3-cü dəfə onları udmayaq?! Uduzduğumuz matçda da pis təsir bağışlamamışdıq. Sadəcə, ilk hissədə bir səhv bizə baha başa gəldi. Çox istərdim ki, karyeramın sonlarına yaxın “Sumqayıt”la da avrokubok həyəcanı yaşayım. Bu şəhərin azarkeşləri buna layiqdilər”.
“Qartallar”ın təcrübəli qolkiperi Kamal Bayramovun da avrokubok təcrübəsi var. Bayramov “Xəzər Lənkəran”ın şərəfini qoruduğu illərdə “köhnə qitə” təmsilçiləri ilə qarşılaşıb. Ancaq o da indiki klubu ilə Avroliqada debüt etmək arzusundadı və bu yolda sona qədər mübarizə aparacaqlarını söylədi: “Bütün kollektiv “Sumqayıt”la oyunun mahiyyətini və məsuliyyətini yaxşı dərk edir. İnşallah, qismətimizdə varsa, bu yay avrokuboklarda iştirak etmək istəyirik. Əslində biz hələ ötən mövsüm bu hüquqa yiyələnmişdik. Sadəcə, UEFA-nın tələblərinə görə kənarda qaldıq. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Yaxşı şans yaxalamışıq və bu fürsəti əldən verməməliyik. Çox danışıb rəqib düşərgədə qıcıq yaratmaq istəmirəm. Bizim hədəfimiz məlumdu və ona çatmaq üçün sona qədər vuruşacayıq”.
Mircavadov şansları dəyərləndirdi və məsləhət verdi
Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqçi, “Şöhrət” ordenli Ağasəlim Mircavadov “Kapital Bank Arena”da baş tutacaq qarşılaşma ilə bağlı bunları söylədi: “Fikrimcə, bu matç hər iki komanda üçün 6 xallıq önəm daşıyır. Şənbə günü kim qalib gəlsə, sonrakı iki görüşə psixoloji cəhətdən üstün durumda yollanacaq. Bu tip matçları “əsəblərin döyüşü” kimi də təqdim etmək olar. 90 dəqiqə boyunca hansı komanda oyun intizamını qoruyub səliqəli oynayacaqsa, o da udacaq. Proqnoza gəlincə, şansları 50-nin 50-yə dəyərləndirirəm. Əsas odu ki, hansı klub avrokuboklara vəsiqə qazanacaqsa, ölkəmizi orda layiqincə təmsil etməyi bacarsın”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar