19 fev 11:45liqa / reportaj

“Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı”


Zaur Həşimovu istefaya səslədilər
66. Zirə - Qarabağ (Ağdam) 0:6 (0:4)

1. Orxan Sadıqlı – 3,0
88. Tellur Mütəllimov – 3,0
6. Alvaro Ampuero – 3,0
3. Ali Sisey – 3,0
25. Miloş Bakraç – 3,0
70. Nicat Süleymanov – 3,0
7. Cavid Hüseynov (k) – 2,5
4. Elvin Camalov – 3,0
23. Mfo Kqasvane – 3,5
18. Corc Anton – 3,0
(27. Adrian Skarlatake, 46) – 3,0
11. Davit Volkov – 3,0
Ehtiyat oyunçular
28. Boyan Zoqoviç
62. Abdulla Seyidəhmədov
33. Yovan Krneta
20. Əli Şirinov
55. Rauf Hüseynli
77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Mfo Kqasvane

12. Şahruddin Məhəmmədəliyev – 5,5
3. Aylton – 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
55. Bədavi Hüseynov – 6,0
5. Maksim Medvedev – 5,5
(30. Abbas Hüseynov, 46) – 5,5
2. Qara Qarayev – 6,0
18. İsmayıl İbrahimli – 5,5
17. Abdulla Zubir - 6,5
19. Filip Ozobiç – 5,5
(27. Kvabena Ovusu, 58) -5,0
9. Xayme Romero – 6,0
11. Mahir Əmrəli – 6,0
(99. Maqaye Geye, 72) – 5,5
Ehtiyat oyunçular
13. Vaqner da Silva
94. Nicat Mehbalıyev
7. Araz Abdullayev
8. Miçel
23. Faysal Rerras
21. Hacıağa Hacılı
71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir
Qollar: B.Hüseynov, 4 (0:1, F.Ozobiç). X.Romero, 11 (0:2). M.Əmrəli, 14 (0:3). Aylton, 28 (0:4, A.Zubir). A.Zubir, 61 (0:5, X.Romero). M.Geye, 85 (0:6, A.Zubir).
Vərəqələr: T.Mütəllimov, 52 (qeyri-idman hərəkəti). Aylton, 52 (qeyri-idman hərəkəti). N.Süleymanov, 74 (qeyri-idman hərəkəti). E.Camalov, 90 (qeyri-idman hərəkəti). X.Romero, 90 (qeyri-idman hərəkəti) – sarı.
C.Hüseynov, 67 (qeyri-etik ifadə və ya hərəkət) – qırmızı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
15 fevral. Zirə. İdman Kompleksinin stadionu. 1000 tamaşaçı (1512 yerlik).
İlk hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Məşhur meyxana ustası, rəhmətlik Bayram Kürdəxanlının məşhur bir qafiyəsi var idi ki, xiridarlar onu bu gün də sevə-sevə xatırlayırlar. Bu qafiyə ən çox vaxtilə “Neftçi” – “Xəzər Lənkəran” arasında keçirilən “böyük oyun”da azarkeşlər tərəfindən yada salınırdı: 1, 2, 3, 4, 5, 6, 7, 8. Düzdü, artıq tarixin yaddaşına köçən “böyük oyun”larda belə böyük hesablar qeydə alınmadı. Ancaq “Qarabağ”ın “Zirə” ilə matçları bu gedişlə rəhmətlik meyxana ustasının dediyi kimi yekunlaşacaq ki, bu da meyxana həvəskarı olan zirəlilər tərəfindən heç də yaxşı qarşılanmayacaq. 2018-ci il dekabrın 9-da Samir Abasovun çalışdırdığı “qartallar”ın qapısından 6 cavabsız top keçirən “köhlən atlar” ötən şənbə bu dəfə Zaur Həşimovun baş məşqçisi olduğu qəsəbə təmsilçisinə eyni hesabla qalib gəldi. Halbuki oyundan öncə çoxları qış transfer dönəmində heyətini yetərincə gücləndirən “qartallar”ın Qurban Qurbanovun komandasına müqavimət göstərəcəyini, minimum heç-heçəyə nail olacağını düşünürdü.
Ancaq şənbə günü Həşimov və komandası son illərin dəyişməz çempionu qarşısında duruş gətirə bilmədi. “Köhlən atlar” asanlıqla “qartallar”ın “yuvasını dağıtdı”, “çöpünü çöp üstündə qoymadı”. Hesabdan da göründüyü kimi, artıq ilk hissədə Qurban bəyin yetirmələri rəqibi “ağ bayraq qaldırmağa” məcbur etdi. Oyunda ilk qol isə Bədavidən gəldi. Azarkeşlər tribunada yerini isitməmiş stopper artıq 4-cü dəqiqədə Ozobiçin kornerdən cərimə meydançasına ötürməsini başla dəqiq tamamladı. 7 dəqiqə sonra Romero özü başladığı hücumu özü də dəqiq tamamladı. Çoxgedişli kombinasiyadan sonra Zubirin sol cinahdan itibucaq altında endirdiyi zərbə dirəkdən qayıdınca müdafiəçiləri qabaqlayan ispaniyalı fürsəti boşa verməyərək topu qapı xəttindən içəri ötürdü. Zubirlə mübarizədəTellurun oyundan qoparaq, sol cinah yarımmüdafiəçisinə zərbə vurmaq imkanı yaratdığını qeyd edək. 14-cü dəqiqəyə təsadüf edən 3-cü qolda da Zubirin fəal iştirak etdiyini söyləməliyik. Ayltondan ötürmə alan Mərakeşəsilli fransalı xavbek öz cinahından Romeronu zərbə mövqeyinə çıxardı. İspanın zərbəsini zərərsizləşdirən Orxan topu müdafiəçilərin boş buraxdığı Mahirin önünə qaytarınca, forvard toru silkələməkdə çətinlik çəkmədi. 28-ci dəqiqədə Mahirin qapı önünə asmasından sonra Aylton 4-cü topu “Zirə”nin qapısından keçirdi ki,artıq heç kim qonaqların qələbə qazanacağına şübhə etmədi. Yeri gəlmişkən, braziliyalı müdafiəçi fərqlənməmişdən 5 dəqiqə öncə əlverişli imkanı boşa verməklə yadda qalmışdı. Bərbad müdafiə “qartallar”ın axırına çıxdı desək, yanılmarıq. Xüsusilə də sol cinah Zaur bəyin bütün ümidlərini alt-üst etdi.
Fasilədən sonra da ssenari dəyişmədi. “Qarabağ” şounu davam etdirdi, meydan sahibləri isə azarkeşləri önündə biabır oldu. 61-ci dəqiqədə Qara meydanın dərinliyindən etdiyi ötürmə ilə Xaymeni “tapdı”, o da zərgər dəqiqliyi ilə topu Zubirin başına “qoydu”. “17 nömrə” də komanda yoldaşının əməyini boşa verməyərək Orxanı topu tordan çıxarmağa məcbur etdi. 6 dəqiqə sonra “Zirə”yə növbəti zərbə kapitanından gəldi. “Sumqayıt”la matçda baş hakimə təzyiqə görə cəzasız qalan Cavid bu dəfə söyüş söydüyünə görə meydandan qovuldu. Düzdü, həmin an Qara kapitana qarşı kobud oynamışdı. Ancaq bu əsas vermir ki, təcrübəli futbolçu hakimi təhqir etsin. Qalan dəqiqələrdə qonaqlar Geye ilə daha bir qol vuraraq, yekun nəticəni müəyyənləşdirdi.
RƏŞAD

Reaksiyalar
Qurban Qurbanov: "Futbolçuları təbrik edirəm. İlk dəqiqələrdən istəkliydilər və yaxşı hücumlarımız oldu. Hər şey istədiyimiz kimi alındı. Rəqibdən çox ehtiyatlanırdıq. Ötən mövsüm Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda qolsuz bərabərlik qeydə alınmışdı. İlk dəqiqlərdəm hiss olundu ki, yaxşı hazırlaşmışıq və qələbə qazandıq".
Zaur Həşimov: “Ətraflı danışılası bir şey yoxdu. Pis odu ki, böyük hesabla, özü də evdə uduzduq. Mübarizəsiz təslim olduq. Bu, böyük problemdi. Təslim olmaq fikrimiz yoxdu, turnir cədvəlində 5-ci pillədə qərarlaşmışıq, kubokun yarımfinalındayıq. Hesaba görə nə tədbir lazımdısa, komanda daxilində görüləcək. Əsəblərə hakim olmamaq ən böyük problemdi. Yəqin qələbə istəyinin çox olmasına görədi. Hər iki oyundan əvvəl danışığımız olub. Turnir cədvəlində elə bir pillədəyik ki, irəli də gedə bilərik, geriləyə də. Bu da futbolçuları təzyiq altında saxlayır. “İstefa”ya gəlincə, azarkeşin bunu tələb etməsi normaldı. Amma onu da nəzərə alaq ki, mənim burda 14-cü oyunumdi və 4 dəfə məğlub olmuşuq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefa tələbini normal qəbul edirəm”.

Gözdən qaçmadı
* İlk hissəsinin sonlarında səssizliyi "Qarabağ" azarkeşləri pozdu. Qarşılaşmanın əvvəlindən sakit olan tərəfdarlar 41-ci dəqiqədən etibarən bəstələri ilə diqqəti çəkdilər.
* İkinci yarının əvvəlində sarı vərəqələr işə düşdü. Ağdamlıların müdafiəçisi Ayltonla qəsəbə təmsilçisinin futbolçusu Tellur Mütəllimovun mübahisəsi nəticəsində hər iki futbolçu “sarı” aldı. Xüsusilə Mütəllimovun aqressiv davranması və vərəqədən sonra Ayltona hədələyici jestlər göstərməsi diqqəti çəkdi.
* 80-ci dəqiqədə tribunada mübahisə yarandı. "Qarabağ"ın azarkeş qruplarından birinin təhqiramiz şüarlar səsləndirməsi digər azarkeşlərin etirazına səbəb oldu. Nəticədə məsələyə polis də qarışdı və tərəflər arasında mübahisə bir müddət sonra səngidi.
* "Qarabağ"ın 6-cı qolundan sonra stadionda olan azsaylı "Zirə" azarkeşləri “istefa” şüarları səsləndirməyə başladılar. Onların çağırışı baş məşqçi Zaur Həşimova idi.
* Qarşılaşma başa çatan kimi "Qarabağ"ın ehtiyat oyunçular skamyasındakı futbolçular stadionda məşq etməyə başladılar. İkinci hissədə meydana çıxan Kvabena Ovusunun da qısa müddət onlara qoşularaq məşq etməsi maraqla qarşılandı.

“Qarabağ”ın 6 və daha artıq top fərqi ilə qalib gəldiyi oyunlar
06.05.1992 Qarabağ - Şirvan (Kürdəmir) 6:0
30.07.1995 Qarabağ - Pambıqçı (Neftçala) 7:0
30.09.2001 Qarabağ-Azərsun - Şahdağ (Qusar) 6:0 02.08.2003 Qarabağ-Azərsun - Ədliyyə (Bakı) 7:0 09.09.2016 Qarabağ - AZAL (Bakı) 6:0
09.12.2018 Zirə - Qarabağ 0:6
01.04.2019 Sumqayıt - Qarabağ 0:6
15.02.2020 Zirə - Qarabağ 0:6
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar