19 fev 11:42liqa / reportaj

“Sabah” “Sumqayıt”ı evində döydü


65. Sumqayıt – Sabah (Bakı) 1:2 (0:0)
1. Mehdi Cənnətov – 4,5
44. Elvin Cəfərquliyev – 4,5
5. Camaləddin Xocaniyazov – 4,0
3. Vurğun Hüseynov (k) – 4,5
22. Sərtan Taşkın – 4,5
18. Süleyman Əhmədov – 4,0
(14. Elvin Bədəlov, 32) – 4,5
97. Xəyal Nəcəfov – 4,5
(50. İlqar Qurbanov, 78) – qiymətsiz
46. Aleksey İsayev – 4,5
(9. Amil Yunanov, 62) – 4,0
90. Rəhim Sadıxov – 4,5
10. Əmir Ağayev – 5,0
70. Mehdi Şərifi – 4,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
33. Ələkbər Ağayev
2. Rail Məlikov
4. Şəhriyar Əliyev
20. Rüfət Abdullazadə
28. Səbuhi Abdullazadə
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Əmir Ağayev

1. Saşa Stamenkoviç (k) – 5,5
17. Məhəmməd Mirzəbəyov – 5,0
(23. Amadu Diallo, 56) – 5,5
5. Kərim Diniyev – 5,5
13. Filip İvanoviç – 5,5
27. Məqsəd İsayev – 5,0
30. Mario Marina – 5,5
20. Yevgeni Koçuk – 6,0
11. Şakir Seyidov – 5,5
(7. Coşqun Diniyev, 74) – 5,0
26. Ozancan Kökcü - 5,5
(10. Cavid İmamverdiyev, 81) – qiymətsiz
38. Arsen Ağcabəyov -5,5
18. Xulio Sezar Rodriges – 5,5
Ehtiyat oyunçular
71. Dmitri Bezruk
6. Vadim Abdullayev
32. Rəşad Eyubov
77. Cavid Tağıyev
97. Emil Qasımov
2. Elçin Mustafayev
Baş məşqçi: Jelko Sopiç
Komandanın ən yaxşısı: Yevgeni Koçuk
Qollar: Ş.Seyidov, 59 (0:1, X.S.Rodriges). O.Kökcü, 61 (0:2). Ə.Ağayev, 90+1 (2:1).
Vərəqələr: R.Sadıxov, 67 (qeyri-idman hərəkəti).
M.Marina, 74 (qeyri-idman hərəkəti). Y.Koçuk, 81 (oyunun bərpasının ləngitmək). E.Cəfərquliyev, 90+3 (hakimin qərarına etiraz). F.İvanoviç, 90+4 (qeyri-idman hərəkəti). S.Stamenkoviç, 90+5 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Bakı).
15 fevral. Sumqayıt. Kapital Bank Arena. 1000 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Hər iki komanda ötən turu qələbə ilə başa vurduğundan bu oyuna yüksək əhval-ruhiyyədə hazırlaşmışdılar. Buna baxmayaraq, matçdan öncə əksər mütəxəssislər, idman mediası qarşılaşmanın favoriti kimi meydan sahiblərini göstərirdilər. Lakin Ayxan Abbasovun yetirmələri ümidləri doğrultmadı. Daha doğrusu, Jelko Sopiç “kimyaçılar”ın oyun sistemini düzgün təhlil edərək, “ağ-göylər”i nəyin hesabına məğlub etməyin yolunu müəyyənləşdirmişdi. Qısa desək, xorvat mütəxəssis sumayıtlılara qarşı vaksin tapmışdı ki, bunu da oyunda reallaşdıra bildi. Oyunu müdafiədən quran qonaqlar əsasən əks-hücuma bel bağlamışdılar. İlk dəqiqələrdə müəyyən ərazi üstünlüyünə yiyələnən meydan sahibləri topa nəzarət etsə də, qonaqlar müdafiədə sıx oynayaraq pusquda dayanmış ovçu təsiri bağışlayırdı. 28-ci dəqiqədə təhlükəli əks-hücumla bunu bir daha göstərdilər. Kökcü bir qədər dəqiq olsaydı, adını tabloya yazıdıra bilərdi. Ancaq Rodigesdən ötürmə alan yarımmüdafiəçinin uzaq küncə zərbəsindən sonra top dirəyin yanından keçdi. 32-ci dəqiqədə meydan sahibləri məcburi əvəzetməyə əl atmalı oldular. Həftəiçi U-21-in toplanışında iştirak edən Süleyman özünü pis hiss etdiyindən baş məşqçi onu əvəzləməyi lazım bildi ki, bu da “kimyaçılar”ın oyun sxeminə təsirsiz ötüşməyə bilməzdi. “Sumqayıt”ın oyunlarını yaxından izləyənlər bilir ki, “kimyaçılar”ın əsas “silah”ı “5-li” müdafiənin cinahlarında yer alan Süleymanla Elvinin hücuma dəstək verməsidi. Hər iki gənc futbolçu sürəti hesabına rəqibin müdafiə xəttinə çətin anlar yaşadırlar. Lakin “Sabah”la görüşdə nə Elvinin, nə də oyunu erkən tərk edən Əhmədovun ifasında bunu gördük. Hər ikisi U-21-lə 3 günlük toplanışda fiziki cəhətdən çox yükləndiyindən premyer-liqa oyununda komandasına fayda verə bilmədi. Süleymanov erkən əvəzləndisə, Cəfərquliyev 90 dəqiqə meydanda “süründü”. İlk yarıdakı məcburi əvəzetmə fasilədən sonra “Sabah”ın xeyrinə işlədi.
Şopiç “gənclik şəhəri” təmsilçisinin müdafiəsinin sol cinahının zəiflədiyini hiss edib Diallonu meydana buraxdı. Sürətli Amadunun meydana çıxması matçın taleyini həll etdi. 59-cu dəqiqədə məhz onun qapı önünə asmasından sonra Rodriges cərimə meydançasında topu başla müdafiəçilərin nəzarətsiz buraxdığı Seyidova ötürdü. Zərbə mövqeyinə çıxan Şakir isə şansını boşa vermədi və “9-luğ”u dəqiq nişan aldı. İki dəqiqə sonra Kökcü təxminən 16 metrdən topu uzaq “9-luğ”a göndərməklə həm baxımlı qola imza atdı, həm də hesab arasındakı fərqi iki topa çatdırdı. Yeri gəlmişkən, bu dəfə də məhsuldar hücum sol cinahdan – Amadunun hücuma qoşulmasından sonra yarandı. Hesabda önə çıxan komandanın tempi aşağı salması başadüşüləndi ki, “tələbələr” də son 20 dəqiqədə daha çox müdafiənin qayğısına qaldığından irəli o qədər də çox getmədilər. Bu üzdən oyunun əvvəlində olduğu kimi sumqayıtlılar son dəqiqələrdə müəyyən ərazi üstünlüyünə yiyələndilər. Bunun məntiqi nəticəsi kimi də Əmir Ağayev əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə komandasının təsəlli qolunun müəllifi oldu. Bundan artığına “kimyaçılar”ın gücü çatmadı.
RƏŞAD

Reaksiyalar
Jelko Sopiç: “Düşünürəm ki, 70-75 dəqiqə gözəl futbol oynadıq. 90 dəqiqə eyni tempdə oynaya bilmərik, biz “Barselona” deyilik. Bura gələndən sonra ilk dəfə ən yaxşı 70-75 dəqiqəlik oyunumuz idi. “Sumqayıt”ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Bu üzdən onların topla istədiyi kimi rəftar etməsinə imkan verməməliydik. Hardasa bunu bacardığımızı deyə bilərəm. Hər zaman oyunun axarını izləyirsiz. Hiss etdik ki, sol cinahdan yaxşı hücum edə bilərik. Diallo oyunda fərqlilik yaratdı. Digər iki əvəzetmə haqda bunu deyə bilməzdim. Heyətdə 3 limit oyunçu var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq. Bəhlulla Təmkin sarı vərəqə cəzalısı idilər. Onları əvəz edənlər gələcək üçün hansısa siqnal verdimi? Komandadakı bütün futbolçular mənim üçün eynidi. Adı olub, heç nə etməyən oyunçunu nə edirəm?”
Ayxan Abbasov: “Önəmli həftə idi. Xal fərqini artıra bilərdik. Yuxarı pillələrə yaxınlaşmaq şansımız var idi. Rəqibi yaxşı tanıyırıq. Futbolçulara da demişdik ki, son matçlarda kompakt oynayırlar. Bu gün də fərqli sistemdə oynadılar. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Bəzi futbolçuların oyunu alınmadı. Hər dəfə yaxşı oynamaq olmur. Çalışacağıq ki, bu matçdan dərs çıxaraq. Gələn tur səfərdə vacib görüşümüz var. Heç bir arxayınlaşmadan söhbət gedə bilməz. Bir qələbədən sonra arxayınlaşırıqsa, bu, bizim zəifliyimizdi. Rəqib nə “Neftçi”, nə də “Zirə” kimi oynadı. Müdafiədə yaxşı idilər. Əks-hücumlara bel bağlayırdılar. Əsas odu ki, bu məğlubiyyət sonuncu olsun. Futbolçu bir oyun yaxşı, bir oyun pis oynayırsa, kimin günahıdı? Deməzdim ki, bu gün bərbad çıxış etdik. Burda günahkar axtarmıram. Bütün futbolçularıma inanıram. “Zirə” – “Qarabağ” oyununda qeydə alınan nəticəni futbolçuların çoxu bilmirdi. Bu gün istədiyimiz hücumları qura bilmədik. Hər komanda bütün qarşılaşmalarda qalib gəlmək istəyir. Yığmanın baş məşqçisi postuna namizədlər arasında yerli məşqçilərin olmamasına gəlincə, buna cavab vermək düzgün deyil. Bu işə cavabdeh olanlar var. Gələn məşqçiyə də uğurlar arzulayacağıq. Çünki bu milli hamımızındı”.
Aleksey İsayev: “Uduzmağımızın səbəbini deyə bilmərəm. Hələ oyunu təhlil etməmişik. İlk hissədə top saxlayırdıq, oyuna nəzarət edirdik. Sadəcə, rəqib komanda yaxşı müdafiə olunurdu. Həmişəki oyunumuzu nümayiş etdirdik. Çox bəsit qollar buraxdıq. Son dəqiqələr üstünlüyümüz şəraitində keçsə də, hesabı bərabərləşdirməyə vaxt çatmadı. Niyə arxayınlıq olmalı idi ki? “Sabah”ı qiymətləndirməməkdən də söhbət gedə bilməz. Bütün rəqibləri ciddi qəbul edirik, premyer-liada zəif komanda yoxdu. Biz də yaxşı formadayıq. Sadəcə, bizim günümüz deyildi, vəssalam. Bu gün rəqibin müdafiəsini yara bilmədik. Oyun günüm olanda digər matçların nəticələrini izləmirəm. Növbəti günün qarşılaşmalarını isə izləyəcəm. “Neftçi” – “Keşlə” və “Səbail” – “Qəbələ” görüşünü nəzərdə tuturam. Mənim üçün “Neftçi” – “Keşlə” duelində hansı komandanın qalib gəlməsinin əhəmiyyəti yoxdu. Bu oyun başa çatandan sonra növbəti turu gözləyirəm. Gərək özümüz hər görüşdə qalib gələk, başqalarının nəticələrinə baxmaq mənlik deyil. Hazırkı karyeramdan nə dərəcədə razıyam? Futbol oynayıram. Həyatda ən çox sevdiyim şey budu, bunu da edirəm. Hazırda yaxşı formadayam. Düzdü, ən yaxşı formada olduğumu deyə bilmərəm. Fikrimcə, bir-iki oyuna buna nail olacam. Meydana çıxıram, futbol oynayıram və bundan zövq alıram. Əsas budu, turnir cədvəlinə isə baxmıram”.

Gözdən qaçmadı
* Matçdan əvvəl oyunun AFFA nümayəndəsi Elgiz Abbasov topdaşıyan uşaqları başına yığıb onlara müəyyən tapşırıqlarını verirdi. Söhbət əsnasında Elgiz bəy uşaqlardan birinə “sən hansı tərəfdə dayanacaqsan” sualını verdi. Həmin uşaq “mən xərəkdaşıyanam” deyincə, Abbasov onun boynunu qucaqlayıb, gülə-gülə “ən yaxşısı sən yerini dəyiş, qoy xərəyi başqa biri daşısın” deyib, diplomatik tərzdə onun bir qədər cansız olduğuna işarə vurdu.
* “Sabah”ın ilk qolundan sonra Saşa Stamenkoviç istisna olmaqla bütün futbolçular meydanın rəqibə aid hissəsində qol sevincini bölüşdülər. Həmin an “tələbələr”in baş məşqçisi Jelko Sopiç qolkiperə səslənərək, onun da kollektivin yanına getməsini istədi. Baş məşqçinin bu addımı heç də boşuna deyildi. Həmin an meydan sahibləri artıq topa mərkəzdən başlamaq istəyirdilər. Qaydalara görə meydan oyunçularından fərqli qolkiper yerində olmadığı halda rəqib oyuna başlaya bilməz.
* 17-ci dəqiqədə İnqilab Məmmədov köpük qabını yerə salsa da, hücum davam etdiyindən əyilib onu götürməyə imkanı olmadı. Əvəzində Vurğun Hüseynov bunu edib, köpük qabını baş hakimə verdi.
* “Kimyaçılar”ın müdafiəçisi Camaləddin Xocaniyazov oyunboyu poliqlot keyfiyyətlərini nümayiş etdirməklə yadda qaldı. Əslən mesxeti türkü olan Xocaniyazov Vurğun Hüseynovla türk, Aleksey İsayevlə rus, Əmir Ağayevlə isə ingilis dilində danışırdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar