14 fev 11:00liqa

“Birinci işimiz sonuncu pillədən qurtulmaqdı”


Qismət Alıyev “Qəbələ”nin zəif olduğunu düşünmür
Mövsümə istədiyi kimi başlamayan “Qəbələ” dövrənin sonlarına yaxın inamlı çıxışı ilə diqqətləri üzərinə çəkmişdi. Bölgə təmsilçisi bəzi görüşlərdəki mübarizəsi ilə cari mövsüm heç də sonuncu pillələrdə gün keçirməyəcəyinə işarə vurmuşdu. Fasilədən sonra isə “qırmızı-qaralar” meydana çıxdığı iki görüşdən də məğlub ayrılıb. Düzdü, ilk dövrə ilə müqayisədə komandadan Davit Volkov və İbarihima Niasse kimi liderlər ayrılıb. Bununla yanaşı, heyətə yeni oyunçular da cəlb olunub. Əslində komanda məğlub olduğu hər iki görüşdə o qədər də pis təsir bağışlamadı. Ancaq Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv iki oyunda xala həsrət qalmaqla sonuncu pilləyə gerilədi.
Uğursuz başlanğıcın nə qədər gözlənilən olub-olmaması və qarşıdakı oyunlar ilə bağlı Qismət Alıyevlə söhbət etdik.
- Fasilədən sonra keçirdiyiniz hər iki oyunda meydanı məğlubiyyətlə tərk etmisiz. Bu sizin üçün nə qədər gözlənilən idi?
- Açığı, heç kim gözləmirdi bu nəticələri. Antalyada çox yaxşı hazırlıq keçmişdik. Yəni desək ki, hər iki görüşdə məğlubiyyətə layiq oynadıq, məncə, doğru olmaz. Ancaq artıq edəcək bir şey yoxdu. Bundan sonra daha yaxşı çıxış etməyə çalışmalı, qələbələr qazanmalıyıq.
- Dediyin kimi, hər iki qarşılaşmada komanda pis çıxış etmədi. Bəs səncə, xal qazanmaq üçün nə çatmadı?
- Çatışmayan cəhətlərin nə olduğunu məşqçilər daha yaxşı bilər. Bu mənim işim deyil. “Keşlə”yə qarşı ilk qarşılaşmada oynamadığıma görə bir söz deyə bilmərəm. Ancaq “Sabah”la görüşdə öndə olsaq da, məğlub olduq. Halbuki yaxşı imkanlarımız da var idi. Ələ düşən fürsətləri dəyərləndirə bilsəydik, uduzmaqdıq. Bilirsiz ki, heyətə yeni oyunçular cəlb olunub. Onlar da komandaya uyğunlaşandan sonra səhvlərimizin üzərində işləyib xallar qazanmağa başlayacağıq.
- Mövsümə müəyyən söz-söhbətlərlə başladız. Büdcə azaldıldı və heyət nisbətən zəiflədi. Özünüzü rəqiblərlə müqayisədə zəif görürsüz?
- Heyətimizdəki oyunçuların çempionatda çıxış edən başqa komandaların futbolçularından əskikliyi yoxdu. İstər yerli, istərsə də legioner olsun. Hamısı səviyyəli və potensiallı futbolçulardı. Bu gün sonuncu yerdəyik deyə, gücümüzün bu olduğunu düşünmürəm. Hələ çempionatda çox oyun var. Kubokda da yolumuza davam edirik. Yeni oyunçular da komandaya tam uyğunlaşandan sonra daha yuxarı pillələrə çıxacağıq.
- “Qəbələ”nin builki hədəfinin elitada qalmaq olduğunu demək olar?
- Yox, qətiyyən. Bu günə qədər heç vaxt “Qəbələ”nin belə hədəfi olmayıb. Biz həmişə yuxarı pillələr uğrunda mübarizə aparmışıq. Bundan sonra da belə olacaq.
- Komandadan gedən və gələn oyunçuları müqayisə etsək, “Qəbələ” güclənib, yoxsa zəifləyib?
- İbrahima Niassenin necə futbolçu olduğunu hamı bilir. Davit Volkov isə artıq uzun müddət idi komandadaydı. Yeni oyunçuların komandaya gəldiyi cəmi 10-15 gün olar. İndidən onlarla bağlı nəsə desək, doğru olmaz. Məncə, vaxt keçdikcə komandaya köməkləri dəyəcək.
- Heyətdə gənc futbolçular çoxdu. Səncə, təcrübəsizlik çıxışınıza təsir edir?
- Düşünmürəm ki, belə şeylər bizə təsir etsin. İlk dövrənin sonlarında komandanın necə çıxış etdiyini görürdüz. Artıq toparlanmağa başlamışdıq. Qələbələr, xallar qazanırdıq. Ola bilsin, fasilədən sonra yaxşı başlamamışıq deyə, belə görünür. Ancaq getdikcə bunların heç biri görünməyəcək. Hələ cəmi iki oyun keçirmişik. Bu dəqiqə heç kim öz real gücünə uyğun çıxış etmir.
- Növbəti turda “Səbail”ə qalib gəlsəz, sonuncu pillədən qurtulacaqsız. Alınacaq?
- Təbii ki, sonuncu pillədə olmağı heç kim istəməz. Növbəti turda rəqib “Səbail” yox, başqa komanda da olsaydı, yenə eyni cür hazırlaşcaqdıq. Mütləq xal qazanmaq üçün meydana çıxacağıq. Birinci işimiz sonuncu pillədən qurtulmaqdı. Sonra isə yuxarı yerlər uğrunda mübarizə aparacağıq.
- Yerli oyunçuların legioner həyatı yaşamaması çox müzakirə olunur...
- Hər futbolçu karyerasını ölkə xaricində davam etdirmək istəyər. Açığı, indiyə qədər mənə hansısa klubdan ciddi təklif gəlməyib. Olarsa, təbii ki, dəyərləndirmək istəyərəm.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar