05 fev 11:26liqa / reportaj

İstək çox şeydi, amma hər şey deyil

İstək çox şeydi, amma hər şey deyil
60. Qəbələ - Keşlə (Bakı) 1:2 (0:2)
94. Tərlan Əhmədli – 5,0
74. Yusif Nəbiyev – 4,5
4. Sadiq Quliyev – 4,0
3. İvitsa Juniç – 4,5
2. Amin Seydiyev – 5,0
77. Merab Qiqauri – 5,0
11. Asif Məmmədov (k) – 4,5
(12. Abdelrafik Cerard, 80) – qiymətsiz
10. Klesio Bauk – 4,5
21. Fernan Lopes – 5,0
9. Ehtiram Şahverdiyev – 4,5
(14. Ülvi İsgəndərov, 69) – 4,5
19. Rövlan Muradov – 5,5
Ehtiyat oyunçular
33. Müşfiq Nadirov
27. Samir Məhərrəmli
28. Murad Musayev
55. İdris İnqilablı
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Rövlan Muradov

1. Stanislav Namaşko – 5,0
4. Slavik Alxasov (k) – 5,0
21. Miyusko Boyoviç – 5,0
5. Franko Flores – 5,0
2. İlkin Qırtımov – 5,0
25. Con Kamara – 5,0
7. Tural Bayramlı – 5,0
17. Vüsal İsgəndərli – 4,0
10. Sezar Meza Kolli – 5,5
(30. Şaxruh Qadoyev, 88) – qiymətsiz
22. Əfran İsmayılov – 4,0
(3. Cabir Əmirli, 67) – 4,5
9. Lorenso Frutos – 5,0
(42. Aleksandr Kristovao, 67) – 4,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
33. Tərlan Quliyev
18. Ruslan Əmircanov
19. Azər Salahlı
90. Orxan Fərəcov
97. Xəzər Mahmudov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Sezar Meza Kolli
Qollar: M.Boyoviç, 35 (0:1, L.Frutos). S.Meza Kolli, 40 (0:2). İ.Juniç, 60 (1:2, R.Muradov).
Vərəqələr: C.Kamara, 57 (qeyri-idman hərəkəti). S.Quliyev, 63 (qeyri-idman hərəkəti). L.Frutos, 67 (oyunun bərpasını ləngitmək). S.Meza Kolli, 88 (oyunun bərpasını ləngitmək). A.Cerard, 90+3 (qeyri-idman hərəkəti). T.Bayramlı, 90+4 (qeyri-idman hərəkəti). Ü. İsgəndərov, 90+5 (qeyri-idman hərəkəti). Ş.Qadoyev, 90+7 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
2 fevral. Qəbələ. Şəhər stadionu. 200 tamaşaçı (4500 yerlik).
Yalnız ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Antalyadan qayıdan “Keşlə”lilərin qarlı, şaxtalı havada Muğanlı aşırımını aşıb Qəbələyə yetişməsi xeyli əziyyət bahasına başa gəlmişdi. O cür çətinliyin qarşısında bir də kurort bölgəsindən qələbəsiz qayıtmaq komanda üzvlərinə dünyanın sonu kimi görünə bilərdi. “Qəbələ” hər nə qədər iddiasız görünsə, turnir cədvəlinin “quyruğunda” qərarlaşsa da, ilk yarının sonlarına yaxın qazanılan nəticələr, Türkiyədəki sınaq matçlarında xoş təsir bağışlaması bakılıları narahat etməyə bilməzdi. Əlbəttə, meydan sahiblərinin məqsədi qalib gəlib vəziyətini yaxşılaşdırmaq idi. Amma rəqibin kimliyini unutmamaq şərti ilə. Bu, cari mövsümdə adından söz etdirən, avrokuboklara vəsiqəni və ən əsası, gümüş medalları hədəfləyən “Keşlə” idi. Sadəcə, bir fakt vardı ki, Tərlan Əhmədovun canına qorxu salmaya bilməzdi. “Qırmızılar” Qəbələyə son səfərlərin heç birində qalib gələ bilməmişdi. Sonuncu belə qələbə təxminən 2 il əvvələ, 2017-ci il dekabrın 3-nə təsadüf etmişdi. Paytaxt təmsilçisi 3 xal qazanacağı təqdirdə bir gün əvvəl vacib xallar itirən “Neftçi”ni turnir cədvəlində şəxsi oyunlardakı nəticələrə görə qabaqlayacaqdı.
Oyundan əvvəl hər iki baş məşqçinin qayğılı görünməsini başa düşmək olardı. Xüsusən də Elmar Baxşıyev çətin durumla üz-üzə qalmışdı. Təsəvvür edin, komandanın iki təcrübəli üzvü – Rasim Ramaldanovla Anar Nəzirov meydana çıxa bilməyəcəkdi. Birinci zədəyə, ikinci cəzaya görə. Qismət Alıyev də vərəqə cəzalısıydı, Roman Hüseynov isə hələ də zədəsini sağalda bilməyib. Tərlan bəyin qanını qaraldan məqam isə Ruslan Qurbanovun yoxluğu idi. Yığma üzvü olması öz yerində, yarımmüdafiəçi həm də yerli statusuna malikdi ki, belədə boşluğu doldurmaq çətin olur. Qısası, matçın yekun nəticəsini öncədən təxmin etmək asan deyildi.
Oyun barədə söz açırıqsa, ilk 35 dəqiqədən bəhs etmək əlavə əziyət sayılar. Bu vaxt ərzində Rövlan Muradovun cərimə zərbəsindən “çərçivə”yə göndərdiyi topa Namaşkonun əla reaksiyası yadda qaldı. Qonaqların durmadan pressinqi və qapı qarşısına asmaları fonunda bölgə təmsilçisinin şərəfini qoruyanlar əzmkarlıq göstərməkdən başqa heç nə ilə diqqəti çəkmirdilər. Adama elə gəlirdi ki, oyun qolsuz bərabərliklə bitəcək. Yaxşı ki, səhnəyə Boyoviç çıxdı. İrəli xətdə yer alanların edə bilmədiyini ucaboy müdafiəçi bacardı. Kornerdən sonra Frutosun qapı qarşısına ötürdüyü topa Miyuşko vaxtında və dəqiq toxundu. Qəbələlilər özünə gəlməmiş bu dəfə səhnəyə Meza Kolli çıxdı. Özünəməxsus driblinqlər sayəsində rəqibin bir neçə oyunçusunu yerə sərən “10 nömrə” topu zərgər dəqiqliyi ilə tora qovuşdurdu. Hər iki qoldan dərhal sonra “Qəbələ”nin fərqlənmək şansı vardı. 38-ci dəqiqədə Ehtiramın əla şansı əldən verməsindən 4 dəqiqə sonra Namaşko alqış qazandı. İlk epizodda Rövlanın, ardınca Baukun zərbələrinə möhtəşəm reaksiya göstərən təcrübəli qolkiper xilaskar rolundaydı.
İkinci yarını düşünmədən, müzakirə aparmadan meydan sahiblərinin hesabına yazmalıyıq. Hesabın yaratdığı rahatlıqdan, yorğunluqdan, yoxsa bilmədiyimiz başqa nədən idisə, meydanın bir ağası vardı – “Qəbələ”. “Qırmızı-qaralar” topa nəzarət edir, hücumlar qurmağa çalışır, rəqibi müdafiəyə sıxılmağa məcbur edirdilər. Yusif 57 və 59-cu dəqiqələrdə boşa verdiyi qol imkanlarına görə üzüldüyü anda komanda yoldaşı həm onun, həm də başqalarının üzünü güldürdü. Juniç Rövlanın künc zərbəsindən havalandırdığı topu qapıdan keçirməklə hesab arasındakı fərqi azaltdı. Oyunun son yarım saatı olduqca maraqlı alındı. Meydan sahibləri bərabərlik qolu üçün böyük qüvvə ilə irəli atılıb fərqlənmək istəyir, rəqib isə əks-hücumlar hesabına yerli azarkeşləri həyəcanlandırırdı. Fernanın qapıçıda qalan vuruşu, Aminin cüzi fərqlə qapının yanından keçən baş zərbəsi, Kristovaonun tirə tuşladığı topu matça rəng qatsa da, tablodakı rəqəmlərdən heç biri sona qədər dəyişmədi.
Yekunda qazanan və ikinci pilləni ələ keçirən “Keşlə” oldu. “Qəbələ” isə növbəti dəfə təcrübəsizliyin qurbanına çevrildi.
HƏBİB

Gözdən qaçmadı
* Cari mövsümdə zədə səbəbindən komandasına lazımi faydanı verə bilməyən Rasim Ramaldanovu yerli azarkeşlər bu dəfə də unutmamışdı. Maraqlıdı ki, üzərində Rasimin şəkli olan plakat çılğın fanatların yer aldığı tribunada yox, mərkəzi sektorda açılmışdı. Pankartın üzərində bu sözlər yazılmışdı: “Alınmaz “Qəbələ” qalasının sadiq müdafiəçisi”.
* 27-ci dəqiqədə nə baş verdisə, Amin Seydiyev butslarını dəyişmək qərarına gəldi. Bunun üçün ehtiyat oyunçular skamyasına yaxınlaşan cinah müdafiəçisini hakimlər tələsdirirdi.
* “Keşlə”nin yeni transferlərindən olan anqolalı hücumçunun tam adı Aleksandr Dominqos Kristovao M’Futila olsa da, oyun protokolunda adı Aleksandr Kristovao, futbolkasının arxasında isə M’Futila kimi göstərilir.

Reaksiyalar
Tərlan Əhmədov: “Hər kəsi çempionatın ikinci yarısının başlaması münasibətilə təbrik edirəm. Bilirdik ki, toplanışdan sonrakı ilk oyun ağır olacaq. Söhbət məhz ilk oyundan gedir. Qələbə qazanmağımız xoşdu. Çox yaxşı oynadığımızı deyə bilərəm. Uşaqların hamısı mübarizə apardı. “Qəbələ”yə də belə oyuna görə təşəkkürümü bildirirəm. Ruslan Qurbanovun yoxluğu bizim üçün itki idi. Bu gün mənim üçün yaxşı oyundan çox vacib olan qələbə qazanmaq idi. Bunu bacardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Fasiləyə bizə lazım olan nəticə ilə yollansaq da, ikinci hissədə rəqib sürəti artırdı. Buraxılan qoldan sonra komanda bir qədir geri çəkilmək məcburiyyətində qaldı ki, bunu da başa düşmək olar. Ruslan Qurbanov bizimlə olsaydı, Qadoyevə daha tez şans verərdim. Məhz limit səbəbindən ona gec şans verməli olduq. O, artıq komandaya tam uyğunlaşıb. Turnir cədvəlinə baxmıram. İndi kimin hansı sırada olmasının heç bir əhəmiyyəti yoxdu”.
Elmar Baxşıyev: "Təlim-məşq toplanışından sonra ilk oyunumuz idi. İki fərqli hissə gördük. İlk yarıda bizdə heç də hər şey alınmırdı. Fasilədən sonra Türkiyədə nümayiş olunan oyunu göstərməyə başladıq. Bunun səbəbi nə idi? Düşünürəm ki, həyəcanla bağlıdı. Hər halda, Antalyada yoxlama oyunları oldu, amma burda artıq rəsmi matçlardı. Oyunçuların özlərinə gəlmələri üçün vaxt lazım idi. Həm də heyətimiz tam komplektləşməyib. Ehtiyat skamyamız kasaddı. Futbolçuların inkişafı üçün rəqabət lazımdı. Çempionatdakı hədəflərə gəlincə, sonadək mübarizə aparacağıq. Akademiyanın yetirmələri çoxdu. Bu uşaqlara inanıram. Yaxşı və daha yaxşı oynayacağıq".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar