24 dek 23:16liqa

Volkovla Ağabala rəsmən “Zirə”də!


Zaur Həşimov: “İki müdafiəçi istəyirik, ikisi də yerli olsa, əla”
Qış transfer dönəminin səs-küylü transferlərinə “Zirə” start verdi. Halbuki belə olacağı heç kimin ağlından keçmirdi. Həm də söhbət sıradan futbolçulardan yox, bu gün premyer-liqada sayılıb-seçilən oyunçulardan Davit Volkovla Ağabala Ramazanovdan gedir. “Qartallar” bir günün içində hər iki futbolçu ilə rəsmi razılıq əldə etdi.
Hər iki cinah yarımmüdafiəçisi qarşıdakı ilyarımda zirəlilərin uğurları üçün tər tökəcək. İndiki məqamda ən çox sevinən, heç şübhəsiz, Zaur Həşimovdu. Premyer-liqada istənilən məşqçinin sərəncamında görmək istədiyi Volkovla Ramazanov yanvardan etibarən Həşimovun məşqlərində iştirak edəcək ki, deməli, baş məşqçi məmnundu. Dünən gənc mütəxəssislə əlaqə saxlamağımızda məqsəd həm bu, həm də digər mövzularda ortaya çıxan suallara cavab tapmaq idi.
- Yəqin indi üzünüz gülür.
- Üzümüz gülür deyəndə ki, böyük məsuliyyətdi. Mən hər işə sakit yanaşan adamam. Ona görə də xüsusi şəkildə nəsə baş verdiyini deməzdim.
- Nə qədər də olmasa, üzdə olan futbolçulardan ikisi ilə müqavilə bağlamısız.
- Əlbəttə, sevindirici haldı. Eyni zamanda baş məşqçi üçün məsuliyyətdi.
- Davitlə Ağabalanı nə vaxtdan gözaltı etmişdiz?
- Ağabalaya müəyyən qədər marağımız vardı. Davit isə, ümumiyyətlə, planımızda yox idi. Hər şey 3 saat ərzində baş verdi. Təsəvvür edin, onun şənbə günü 21.45-ə təyyarə bileti vardı. Danışıq prosesi, müqavilə bağlamaq kimi işlər uzandı deyə, bileti ləğv etdik. Danışıqlara axşam 7-də başladıq. Belə deyim, bir anın içində oldu.
- Volkov soyadını, ümumiyyətlə, ağlınızdan keçirmirdiz?
- Açığı, “Qəbələ”də qalacağını təxmin etmişdim. Sağ cinahda Mfo Kqasvane var idi, sol cinaha da Ağabalanı fikirləşmişdik. Birdən ortaya belə bir uyğun variant çıxınca, düşünmək belə istəmədik.
- Ağabala, Volkov, Mfo, Nicat… Cinahlarda çoxluq olmayacaq ki?
- Çoxluq deməzdim. Bu gün istədiyimiz keyfiyyətdi. Son 7 oyun bəzi vacib məsələləri həll etməli olduğumuzu göstərdi. Bəzən məcburiyyətdən sistem dəyişikliyi edirdik, əvəzetmələr zamanı çətinliklə üzləşirdik. Ağabala ilə Davit elə oyunçulardı ki, bacarıqları göz qabağındadı. İnşallah, komandamıza fayda verərlər.
- Növbəti transferlər gözlənilir?
- Bir-iki mövqe var ki, güclənməli olduğunu düşünürük.
- Hansı mövqelərdi?
- Məsələn, müdafiənin sağ cinahında yalnız Tellur Mütəllimov var. Sabah zədələnsə, sıradan çıxsa, onu əvəzləyəcək təcrübəli futbolçumuz yoxdu. Ona görə də həmin mövqeyi gücləndirmək istəyirik. Müdafiənin mərkəzinə də yeni futbolçu cəlb oluna bilər. Xüsusən də yerli futbolçu axtarışındayıq.
- Maşallah, ən çox mərkəz müdafiəçisi “Zirə”dədi…
- Papazoğlunun komandanı tərk etmək söhbəti var. O getsə, üç nəfər qalır: Bəxtiyar Həsənalızadə, Adrian Skarlatake və Miloş Bakraç. Qarşıda çempionatın ikinci yarısı var, üstəlik, ölkə kubokunun oyunları. İstənilən halda güclənməliyik. Yadımdadı, “Neftçi”ylə oyundan əvvəl müdafiənin mərkəzində kimi oynadacağımızla bağlı “baş sındırırdıq”. Çempionatın həlledici mərhələsində o cür çətinliklə üzləşməyimizi istəmirik. İki müdafiəçi istəyirik, ikisi də yerli olsa, əla. Alınmasa, heç olmasa, biri mütləq yerli olsun.
- Varmı?
- Sözün düzü, yerli yoxdu. Legionerləri təklif edirlər, hələ ki tam ürəyim istəyəni görməmişəm. Yerli futbolçu çətin məsələdi.
- Elvin Yunuszadə “Səbail”dən ayrılıb.
- Elvin? Bilirəm, xəbərim var.
- Rəhbərlik simiclik etmədən əlini ürəklə cibinə salırsa, məntiqlə, qarşınızdakı hədəflər də böyüyəcək.
- “Zirə” rəhbərliyi hər zaman Avroliqaya vəsiqə istəyini bildirib. Mənim qarşıma konkret şərt qoyulmasa belə, hansı məsuliyyətin altına girdiyimi dərk edirəm. İnsanlar neçə illərdi əziyyət çəkirlər ki, yaxşı klub, yaxşı komanda görsünlər. Rəhbərliyə heç nə söz verməmişəm. Sadəcə, özümə söz verdim ki, rəhbərliyin üzünü güldürmək üçün bacardığımın maksimumunu edəcəm.
- Komandanı tərk etmək üzrə olanların siyahısında kimlər var?
- Papazoğludan başqa iki-üç nəfərlə də danışırıq. İş burasındadı ki, hamısı ilə müqavilə müddəti davam edir. Ona görə də ortaq məxrəcə gəlməliyik ki, gedə bilsinlər, getsinlər.
- Getmək istəmirlər?
- “Zirə” kimi komandadan getmək asan deyil. Sadəcə, elə futbolçu var ki, ehtiyatda qalmağı özünə rəva bilmir. Oynaya biləcəyi komandaya getmək istəyir.
- Yəni belə futbolçu var?
- Bu barədə indi danışmaq istəmirəm. Bir az gözləyək.
- Gedənlərin siyahısında Soni Norde ilə Anastasios Papazoğlunun olduğunu bildik. Sonra kimlərdi?
- Siyahı deməyək, bir az düzgün ifadə deyil. Komandadakı futbolçuların hər biri ilə xoş əlaqəmiz var. Ona görə də “gedənlərin siyahısı” demək istəmirəm. Elə ayrılmalıyıq ki, sonradan onlar üçün də problem olmasın. Çünki hər biri dəyər verdiyimiz oyunçulardı.
- “Səbail”lə sonuncu oyunun videoyazısına baxdız?
- Əlbəttə, baxmışam. Oyunun ertəsi videoyazını tam izlədim.
- 120+2-ci dəqiqə…
- Bəli.
- Epizodu təkrar görəndən sonra nə düşündüz?
- Oyunu sakit başla izləyənə qədər tərəddüd içindəydim. Diqqətlə baxandan sonra nələrisə gördüm.
- Nələri?
- Orxanın topu oyuna daxil etmək üçün 6 saniyə vaxtı var. Topu uzaqlaşdırmasa, qapımıza cərimə zərbəsi təyin edilə bilər. Həmin vaxt Orxan əli ilə Rəhimə rəqib futbolçuların qarşısını kəsdiyini deyir.
- Orxanın ixtiyarında sağa və sola, hətta irəli hərəkət etmək üçün kifayət qədər məsafə var.
- Məsafə var, vaxt yoxdu axı. Onsuz da 3-4 saniyə getmişdi, 1-2 saniyənin içində topu uzaqlaşdırmalıydı. Ya topu əllə auta çıxartmalıydı, ya da hara gəldi atmalıydı. Topu oyuna normal şəkildə daxil etməsinə isə rəqib futbolçular imkan vermirdi, maneə yaradırdılar.
- Maneə yaradanlar cərimə meydançasının xaricində idi.
- Olsunlar da cərimə meydançasının xaricində. Belə çıxır ki, Orxan topu qapının içinə girib vurmalıydı?
- İki addım geri hərəkət etmək bəs edirdi.
- Qapıçı niyə çəkilsin ki? Hakim rəqib oyunçuları uzaqlaşdırsın da ordan.
- Hakim “Səbail”in futbolçularına “ordan çəkilin” deyə bilməzdi. Çünki cərimə meydançasının xaricində durmuşdular.
- Razılaşmaya bilərsiz. Bu mənim fikrimdi. Mübahisəli epizoddu.
- Qol idi?
- İstəməzdim ki, hansısa epizod futbolçularımın çəkdiyi əziyyətin, zəhmətlə qazandıqları qələbənin üzərinə kölgə salsın.
- Qol idi?
- Fikrimcə, Rəhim Həsənov doğru qərar qəbul etmişdi.
- Qol deyildi?
- Fikrimcə, xeyr. 3-4 gün əvvəl tərəddüd içindəydim, amma baxandan sonra başa düşdüm ki, orda qapıçımıza maneə var idi.
- Futbolçular hazırda istirahətdədilər. Yeyib-içib, yatan vaxtlarıdı. Düşərgəyə artıq çəki ilə qayıtmamaqla bağlı tapşırıq vermisiz?
- Xeyr. Çünki buna ehtiyac duymadım. Hər biri peşəkar futbolçudu. Ümumi tapşırıq olub ki, qayıdanda çəki problemi olmasın.
- Artıq çəki ilə qayıdan futbolçunun aqibəti necə olacaq?
- Qaydalara uyğun cərimələnəcək. Burdan gedəndə hamısının çəkisi yoxlanılıb. Ona uyğun da çəki tələb edəcəyik. Çünki kiminsə çəkisini azaltmaq üçün əlavə vaxtımız olmayacaq.
- Özünüz necə dincələcəksiz?
- Açığı, dincəlməyə vaxt yoxdu. Heç bu haqda düşünmürəm də. “Səbail”lə oyundan sonra fasilədi, amma mən komandanın işləri ilə məşğulam. Səhərdən gecə yarısına kimi futbolçuları izləyirəm, danışıq aparırıq, nələrisə yoluna qoymağa çalışırıq. Bu dəqiqə istirahət haqda düşünmürəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar