14 dek 11:42liqa

“Aftandil müəllimin getməsini nə biz istəyirik, nə də rəhbərlik”


Eltun “Səbail”in ötən mövsüm daha istəkli və keyfiyyətli olduğunu düşünür
Ötən mövsümdəki çıxışından əsər-əlamət qalmayan “Səbail” bu il uğursuzluqdan qurtulmağın yollarını axtarır. Komandada yaranan maliyə problemi “dənizçilər”in eniş yaşamasının əsas səbəbidi. Komandadan ayrılan futbolçularla yanaşı, heyətə bir neçə yeni oyunçu cəlb edilsə də, gözləntilər qarşılanmadı. Təbii ki, bütün bunlar komandanın baş məşqçisi Aftandil Hacıyevi əsas “hədəf taxtası” edib. Hacıyev 3-4 tur öncə komandanın turnir cədvəlindəki mövqeyindən razı olduğunu desə də, artıq onun rəhbərlik etdiyi kollektiv 12 xalla sonuncu pillədədi.
Uğursuzluğun səbəbləri barədə komandanın kapitanı Eltun Yaqublu ilə söhbət etdik. Maliyyə problemi və klubla bağlı xoşagəlməz iddialar haqda onun fikirlərini öyrəndik. Təbii ki, yalnız “Səbail”in durumu ilə bağlı yox, kapitanın öz karyerası haqda da danışdıq. Heç kimə sirr deyil ki, Eltun mətbuatda oyunundan daha çox başqa məsələlərlə gündəmə gəlir. Futbolçunun hər zaman intizamsız olduğu danışılır. Elə bu yaxınlarda şəxsi avtomobili ilə BOS-un yanına qədər gəlməsi böyük söz-söhbətə səbəb olmuşdu.
- Ötən mövsümdə izlədiyimiz “Səbail”dən əsər-əlamət qalmayıb. Səncə, bunun səbəbi nədi?
- Ötən mövsüm komanda daha istəkli, keyfiyyətli idi. Bu il isə komandadan gedənlərin sayı çox oldu. Əvəzində 2-3 oyunçu heyətə cəllb olundu. Ötən il klub olaraq hamı eyni nöqtəyə vururdu. Təəssüf ki, indi belə deyil. Avrokubok oyunlarından sonra komandanı, ümumiyyətlə, sıfırdan formalaşdırmaq söhbəti var idi. Daha sonra maaş gecikməsi, uşaqların özlərinə klub axtarmaq cəhdi kimi amillər bizi uğursuzluğa gətirib çıxartdı. Ancaq yenə də ümidi kəsməmişik. Çünki “qara zolaq”dan çıxmaq üçün başqa rəqiblərlə aramızda ciddi fərq yoxdu.
- Klubdakı maliyyə problemi çıxışınıza çox təsir edir?
- Maliyyə problemi əvvəlcədən bizə deyilib, buna hazır olmağımız istənilmişdi. Hətta kim istəsə, klubu tərk edə də bilərdi. Əslində bizə təsir edən bu amil oldu.
- Hazırkı heyətlə premyer-liqada nə də bilərsiz?
- Təəssüf ki, ilk iki dövrəni sonuncu pillədə bitirdik. Fasilədən sonra yaxşı çalışıb, bir az da güclənsək, uğurlu nəticələr qazana bilərik.
- Uğursuzluğun əsas günahkarı kimi baş məşqçi Aftandil Hacıyev göstərilir. Səncə, baş məşqçi dəyişikliyi çarə ola bilər?
- Bilirsiz ki, ötən mövsüm komanda 3-cü yeri turdu, avrokuboklarda da pis təsir bağışlamadı. Üç il əvvəl yaranmış klub üçün nəticə uğurlu sayıla bilər. Baş məşqçimizin bu işdə çox əməyi olub. Ötən mövsüm Aftandil müəllim haqda ancaq xoş sözlər eşidirdik. Ancaq bu il komanda bu vəziyyətdədisə, bu o demək deyil ki, tək günahkar baş məşqçidi. Uğursuzluqda hamının payı var. Aftandil müəllimin getməsini nə biz, nə də rəhbərlik istəyir. Çünki həm insan kimi yaxşıdı, həm də futbolu bilir. Məşqçi dəyişməyin əvəzinə ona dəstək olub, futbolumuza gənc bir məşqçini qazandırmaq lazımdı. Aftandil Hacıyev baş məşqçi təyin olunanda premyer-liqa təcrübəsi yox idi. Ancaq klub ona inandı və nəticəsini ilk ilində gördü. Ona görə də bütün uğursuzluğu məşqçinin üzərinə yıxmaq olmaz. Mən və bütün komanda ona inanırıq.
- Alınan nəticələrdən sonra komandanın bilərəkdən oynamadığı da deyildi. Bir kapitan kimi bu barədə nə düşünürsən?
- Futbolda uğursuzluq var. Ancaq bilərəkdən oynamamaqdan söhbət belə gedə bilməz. Bunu ancaq axmaq adamlar uydura bilər. Bizim sağlam kollektivimiz var.
- “Neftçi” ilə oyunun ardından müəyyən qalmaqal yaşandı. Hətta “Neftçi” rəsmisi ilə aranda söz-söhbət də oldu. Orda nə baş vermişdi?
- Futbolda belə hallar olur, həmin an anlaşılmazlıq yaşandı. Sonradan dostcasına yoluna qoyduq. Yenidən həmin mövzüya qayıtmaq, bu barədə danışmaq istəmirəm.
- Ötən mövsüm uzun müddət zədəli olsan da, bu il səni meydanda görürük. Ancaq hələ də 90 dəqiqə oynamırsan. Zədən tam sağalmayıb?
- Bəli, bir il zədədən əziyyət çəkdim. Yay fasiləsindən sonra yavaş-yavaş formaya düşürəm. Uzun zaman meydandan kənarda qaldığım üçün yenidən qayıtmaq çətin olur. Bunun üçün müəyyən vaxt lazım idi. Ona görə də məşqçi məni çox yükləmək fikrində deyildi. Onunla öz aramızda bu haqda söhət etmişdik. Düşünürəm ki, qış hazırlığından sonra 90 dəqiqə oynaya biləcək gücüm olacaq. Açığı, əsas heyətdə yer almaq üçün özümdən çox şey asılıdı.
- Gəl, bir az açıq danışaq. Həmişə mətbuatda adın futboldan kənar şeylərlə hallanır. Bəs bu barədə nə deyə bilərsən?
- Futboldan kənarda başma gələn şeylər ya təsadüfən, ya da istəmədən olur. Yoxsa mənim özümə də xoş deyil ki, “instaqram”a video çəkib qoyum, onu da götürb şişirtsinlər. Açığı, mətbuatı elə çox da izləmirəm, kimsə nəsə deyəndə, açıb baxıram. Özümə qarşı qərəz olduğunu da düşünmürəm. Niyə olsun ki? Bu günə kimi heç kimə heç nə etməmişəm. Əksinə, harda jurnalist, futbol adamı görmüşəmsə, özüm gedib salamlaşıram.
- Ümumiyyətlə, həmişə səninlə bağlı fərqli söz-söhbət danışılır. Məsələn, “Səbail”i Eltun idarə edir” deyirlər və ya səni “day-day”lı futbolçu kimi tanıyırlar. Bunlara münasibətin necədi?
- Meydanda ötürməni “day-day” verir? Yoxsa gəlib mənim yerimə mübarizə aparır? Neçə ildi futboldayıqsa, meydana çıxırıqsa, deməli, az-çox öz bacarığımız var. Ona görə də belə boş-boş söhbətlərə çox fikir vermirəm. Mənim iki dayım var, onlar da futbolla maraqlanmırlar. Çünki yaşlıdılar (gülür).
- “Səbail” rəhbərliyi ilə qohum olduğun deyilir. Ola bilsin, bu söz-söhbətlər ordan qaynaqlanır.
- Qohum deyilik, uşaqlıq dostuyuq. 13-14 yaşımızdan bir yerdə böyümüşük. Bir yerdə işləyirik deyə, mənim nə günahım var? (gülür)
- Sonda futbolumuzun və çempionatımızın hazırkı durumu ilə bağlı fikirlərini öyrənək.
- Vallah, ölkə futbolu futbolu sevən hər bir insanın yaralı yeridi. Mən də istəyərim ki, rayonlarda klublar fəaliyyətini bərpa etsin, çempionatda 14-16 komanda olsun. Çünki rayonlarda səfər matçları çox maraqlı olur. Digər tərəfdən də Nicat Qurbanov kimi bir çox futbolçu var ki, yayda klubsuz qaldı və karyerasını bitirdi. Bu xəbəri görəndə şok olmuşdum. Halbuki Nicat yaxşı oyunçudu. Çempionatda 14-15 komanda olsaydı, karyerasını Bakıda, evində davam etdirərdi. Məcburiyyətdən gedib Gürcüstanda oynadı. Şükür ki, onun üçün uğurlu oldu. İstəmirəm ki, 25-28 yaşlı futbolçularmız məcburiyyətdən karyeralarını bitirsinlər. Ümid edirəm ki, yeni mövsümdə çempionatımızda daha çox klub olar və səviyyə bir az da artar.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar