12 dek 12:20liqa

Çay və ya qəhvə içmək zamanı


İki tur əvvəl havaların yağışlı keçməsi oyunlara rəng qatmışdı. 4 matçda qapılara 16 top vurulmuşdu ki, buna görə də hər həftəsonu yağış arzulamışdıq. Görünür, gözəgörünməz qüvvə səsimizi eşidib. Hesabat turunun oyunları da çiskinli və yağışlı hava şəraitində baş tutdu ki, qazanan yenə azarkeşlər oldu. 16 qol vurulmasa da, hər halda, 13 top da pis göstərici deyil. 8 komandadan 7-si rəqib qapılarına yol tapdığı halda, yalnız “Sabah”dan ortaya bir “başıpapaqlı” çıxmadı. Bir halda meydan sahibləri qələbəyə sevindi, 2 qarşılaşmada xallar bölüşdürüldü, yalnız “Neftçi” səfər qələbəsinə sevindi.
Turnir cədvəlində heç bir yerdəyişmənin olmaması olduqca maraqlı faktdı. Halbuki bunaqədərki, demək olar, bütün turlardan sonra komandaların yerləri dəyişirdi. Pillələrin sahibləri olduqları yerlərdə qalsalar da, xal fərqi baxımından müəyyən “canlanma” müşahidə olundu. “Qarabağ”ın heç-heçəsi fonunda “Neftçi”nin fasiləyə qələbəylə yollanması bu iki komanda arasındakı fərqin 6 xala enməsinə səbəb oldu. Yeri gəlmişkən, 14 matçda qapısında cəmi 7 top görən ağdamlılar cari mövsümdə ikinci dəfə bir oyunda 2 dəfə mərkəzə dəvət olundu. “Keşlə”dən əvvəl bunu “Sumqayıt” bacarmışdı.
“Keşlə” demişkən, “qırmızılar” çempiona məğlub olmamaqla gümüş medallara iddiasını növbəti dəfə ortaya qoydu. “Qarabağ”la rəqib meydanında qazanılan 1 xal 3-cü pilləyə yuvarlanmağa səbəb olsa da, “Sumqayıt”ın da heç-heçə etməsi Tərlan Əhmədovun üzünü güldürdü. Çünki bu iki komanda arasındakı xal fərqi 5 olaraq qaldı.
“Sabah” yeni baş məşqçinin rəhbərliyi altında ikinci məğlubiyyətini almaqla komandada həllini tapması vacib problemlərin olduğunu göstərdi. “Qəbələ” isə sanki aylıq, mövsümlük komandadı. Bölgə təmsilçisi bir müddət özünə gəlib, keçilməz olur, çox keçmədən uğursuz oyunlar seriyası başlayır. Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın qeyri-sabit təsir bağışlamasına baxmayaraq, səfərdə “Sumqayıt”la bərabərə qalmaq kifayət qədər yaxşı nəticədi. Həm də son dəqiqələrdə 9 nəfərlə oynaya-oynaya.
“Səbail”dən nəsə yazmağa nə adamın əli gəlir, nə də söz tapa bilirsən. Mövsümə fırtına kimi başlayan, ilk 4 turda hesabına 9 xal yazan bayıllılar sonuncu qələbəsini sentyabrın 15-də “Keşlə” üzərində qazanıb. O vaxtdan bəri düz 10 oyundu 3 xalın nə olduğunu bilmirlər.
Bu oyunlardan sonra premyer-liqanın ilk yarısına yekun vuruldu. Komandaların 54-55 günlük fasilədən necə yararlanacaqlarını zaman göstərəcək. Ümid edək ki, ikinci yarıda indikindən də maraqlı, məhsuldar çempionat izləyəcəyik. İndi isə istirahətin – necə deyərlər, bir stəkan çay və ya qəhvənin dadını çıxarsınlar. Təbii ki, kubok görüşlərindən sonra.
Azərbaycan premyer-liqası
2-ci dövrə, 14-cü tur
6 dekabr
Qarabağ – Keşlə 2:2
8 dekabr
Zirə - Səbail 4:1
Sumqayıt – Qəbələ 1:1
Sabah – Neftçi 0:2
1. Qarabağ 14 9 4 1 24-7 31
2. Neftçi 14 7 4 3 22-11 25
3. Keşlə 14 6 5 3 18-12 23
4. Sumqayıt 14 5 3 6 18-20 18
5. Zirə 14 4 5 5 18-22 17
6. Sabah 14 3 4 7 14-18 13
7. Qəbələ 14 3 4 7 14-24 13
8. Səbail 14 3 3 8 10-24 12
Bombardirlər: Lorenso Frutos (Keşlə), Peyman Babayi (Sumqayıt), Stiven Jozef-Monroz (Neftçi) – 6, Mehdi Şərifi (Sumqayıt), Davit Volkov (Qəbələ) – 5, İsmayıl İbrahimli, Maqaye Geye, Mahir Əmrəli (hamısı “Qarabağ”), Xulio Sezar Rodriges, Nicat Süleymanov (hər ikisi “Zirə”) - 4.
Növbəti turun oyunları: 1 fevral - Zirə - Sabah, Neftçi – Sumqayıt; 2 fevral – Qəbələ - Keşlə, Səbail – Qarabağ.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar