12 dek 12:08liqa

Elmar Baxşıyevin dəyişdirdiyi komanda


“Qəbələ” azad və müstəqil yaşamalıdı!
Mövsümün əvvəlindən “Qəbələ”dəki maliyyə problemləri klub üçün qorxulu sonluqdan xəbər verirdi. Klubun əsas gəlir yeri olan “Gilan”nın sponsorluqdan imtina edəcəyi xəbərləri isə “Qəbələ”nin artıq yanvarda fəaliyyətini dayandıracağına işarə idi. Düzdü, daha sonra bu iddialar nisbətən qüvvədən düşdü, klubdan mətbuata verilən açıqlamada “Qəbələ”nin dağılmayacağı bildirildi. Hərçənd indi də ortada konkretlik yoxdu. “Ağ-qaralar” yeni sponsor tapacaq, yoxsa AFFA-nın nəzarətinə keçəcək, dəqiq bilinmir.
Bu barədə dəfələrlə klubun prezindenti Fariz Nəcəfovla əlaqə saxlamaq istəsə də, cəhdlərimiz boşa çıxıb. Əslində hazırkı vəziyyətdə Fariz bəyi də qınamaq olmur. Görünür, Fariz bəy özü də proseslərin hansı axarda gedəcəyini bilmir. Belə olan halda isə susmaq və proseslər dəqiqləşəndən sonra konkret açıqlama vermək ən doğrusudu. Bütün bunlara rəğmən, bir çox müsbət məqamlar var. Ötən saylarımızın birində “Qəbələ”li futbolçular arasında sorğu keçirmişdim. Klubun hazırkı vəziyyətinin oyunçuların meydandakı durumuna nə qədər təsir edib-etmədiyi barədə. Açığı, aldığım cavablar məni yaxşı mənada təəccübləndirmişdi. Düzdü, futbolçulardan geniş və izahlı açıqlama ala bilməmişdim. Bu, ümümilikdə azərbaycanlı futbolçulardan çəkdiyimiz problemdi. Təəssüf ki, yerli oyunçuların əksəriyyəti 15-20 cümləlik açıqlama verəcək savada sahib deyillər. Müsahibə alan jurnalistin fantaziyası bir az geniş olmasa, futbolçu ilə 3-4 dəqiqəlik söhbətin sonunda cəmi 2 cümləlik açıqlama çıxar ki, onu da yazmağa dəyməz. Nə isə, bu başqa yazının mövzusudu. Hələlik oyunçuların verdiyi cavablara toxunmaq istəyirəm. Hər biri qətiyyətlə klubdakı vəziyyətdən təsirlənmədiklərini, öz işləri ilə məşğul olduqlarını bildirdi. Biz bəzən maaşlarını belə ala bilməyən oyunçulardan “vallah, özümüz də bilmirik, qalmışıq belə” kimi hər an qaçmağa hazır olan açıqlamalar eşidirik. Ancaq dağılmaq ehtimalının olduğu klubun oyunçuları nəinki başlarını itiriblər, heç ayrılmağı belə düşünmürlər. Bütün bunlar bəlkə də xırda, sadə məqamlar kimi görünə bilər. Ancaq futbolçuların xarakter göstərib ən azı mətbuata “ağlamamaları” müsbət cəhətdi. Kapitan sarğısı daşıyanların təhlükə qoxusu hiss edən kimi qaçması, çiyin-çiyinə mübarizə apardığı komanda yoldaşının haqqını qoruya bilməməsinin yanında bu açıqlamalar yetərincə ciddi məqamdı. Təbii ki, bütün bunlar bu vəziyyətdə belə klub daxilindəki intizamlı idarəetmədən qaynaqlanır. Belə şeylər yalnız müstəqil və öz ənənəsi olan klublarda müşahidə oluna bilər. Elə sırf bu məqama görə “Qəbələ” yaşamaldı. Özü də azad və müstəqil.
Hadisələrin nikbin sonluğuna ümid gələcək taleyi ilə yanaşı, meydanda da davam edir. Elmar Baxşıyev baş məşqçi təyin olunundan sonra komandada hər şey müsbət yöndə dəyişdi. Hazırda Sənan Qurbanovlu “Qəbələ”dən əsər-əlamət yoxdu. Qurbanovlu komandada tənqid olunacaq bütün məsələlər yavaş-yavaş həllini tapır. Baxşıyev gəlişini komandada dərhal hiss etdirə bildi. Sözsüz ki, komandanın içindən gəlməsinin də bunda böyük rolu var. Bir dəfə Baxşıyevə “qısa zamanda nəyi dəyişdiz” sualını verdim. Gənc mütəxəssis “əslində heç nəyi dəyişmədim, oyunçulara inamı qaytardım” deyərək, dolayı yolla çox şeyi dəyişdirdiyinin mesajını verdi. Həqiqətən də elədi. “Qəbələ” ötən mövsüm Sənan Qurbanovla ölkə kubokunu qazansa da, baş məşqçi hər zaman tənqid hədəfində olurdu. Komandanın cari mövsümdə güclü heyəti olmasa da, hazırda turnir cədvəlində layiq olmadığı pillədə qərarlaşıb. Bununla yanaşı, bölgə təmsilçisinin oyununda yalnız mübarizə hiss olunurdu. Hətta bəzi qarşılaşmalarda hansısa taktika, sistem görünmürdü. İndi isə vəziyyət dəyişib. Komanda ötən illə müqayisədə daha baxımlı futbol oynayır. Meydanın hər qarışında mübarizə aparan, əksər rəqibə qalib gələ biləcəyinə inanan bir “Qəbələ” var. Təsadüfü deyil ki, 3-cü turda “Qarabağ”a qarşı oyunda heç nə ilə yadda qalmayan Sənan Qurbanovlu “qırmızı-qaralar” Elmar Baxşıyevlə “köhlən atlar”ı cari mövsümdə ilk dəfə xal itkisinə məruz qoydu. Eyni zamanda “Səbail”, “Sabah” və “Zirə” üzərində qələbələri yada sala bilərik. Bəli, heyətin ötən mövsümə nəzərən zəif olduğunu qeyd edirik. Ancaq hazırkı heyət də maksimuma yaxın performans ortaya qoyur. Ən çox diqqət yetiriləsi məqam isə komandadakı legionerlərdi. Klesio Bauk, Merab Qiqauri, Fernan Lopes və Davit Volkov komandanın ən yaxşıları olmağı bacarırlar. Son olaraq İbrahima Niassenin transferi isə onun faydalı olacağını göstərdi. Bu, olduqca ciddi məqamdı. Çünki hazırda klublarımız yüzminlərlə pul alıb heç nəyə yaramayan legionerlərlə doludu. Bu gün “Qəbələ”də hansısa legionerin niyə transfer olunduğunu deyə bilərikmi? Görünür, bu mövsüm hər zaman işlətdiyimiz “gəlirsə, səviyyəli legioner gəlsin” deyimini “Qəbələ” həyata keçirir. Təbii, könül istərdi ki, bunu dara düşəndə yox, elə lap əvvəlindən edəydilər. Büdcənin qədrini bilib hər oyunçu üçün yüz ölçüb, bir biçəydilər. İndi artıq kənara atılacaq bir manat olmadığı üçün bir az da məcbur qalıblar. Deməli, hər şeyi mükəmmələ yaxın etmək mümkün imiş.
Legionerlərlə yanaşı, yerli futbolçulardan da danışmaq lazımdı. Hazırda “Qəbələ”nin heyətində akademiyanın yetirməsi olan kifayət qədər istedadlı futbolçular var. Onlardan düzgün istifadə olunarsa, qarşıda daha yaxşı nəticələr olacaq. Xüsusən də Amin Seydiyevlə Rövlan Muradovu fərqləndirə bilərik. U-21 millimizin üzvləri özlərini ən yaxşı tərəfdən göstərə bilirlər. Seydiyev yavaş-yavaş özünü sübut edir. Gənc oyunçu bütün görüşlərdə komandasının müdafiədəki aşılmaz səddidi. Üstəlik, sağ cinah oyunçusu olmasına baxmayaraq, Rasim Ramaldanovun zədələnməsindən sonra mərkəz müdafiəçisi kimi çıxış edir. Hələ ki kifayət qədər uğurludu. Ancaq mütləq inkşaf etməlidi. Cinah oyunçusu kimi hücuma qoşulmaq, ayağına hakim olmaq istiqamətində daha da “artırmalıdı”. Müasir futbolda “vur qabağa” dövrü çoxdan geridə qalıb. Artıq müdafiəçilərdən belə düzgün ötürmə etməyi, texnikalı olmağı tələb edirlər. Rövlan Muradov isə texnikalı və cəld oyunçudu. Komanda oyununda daha effektli təsir bağışlaya bilər. Hələlik “Qəbələ”nin bir komanda kimi tam formalaşdığını da demək çətindi. Buna görə də müəyyən müddətdən sonra komanda haqda daha dəqiq nəsə demək olar. Təbii ki, bütün bunları düşünmək, əldəki kiçik bir detaldan maksimum yararlanmaq baş məşqçinin üzərinə düşən işdi. Bu həm çətin, həm də yaxşı fürsətdi. Çünki inandırıcı deyil ki, hazırda “Qəbələ”nin qarşısına çempionluq və ya avrokubok hədəfi qoyulub. Ancaq hazırkı performansı bir az da artıraraq, iki-üç əlavə transferlə mövsümü sürpriz nəticə ilə bitirə bilərlər. Təbii ki, bütün bunlardan öncə hamının arsuzu “Qəbələ”nin yaşamasıdı. Azad və müstəqil yaşaması!
HƏSƏN
Легкий Заработок в Интернете от 10 000 - 15 000 рублей в день

<a href="https://free-zarabotok.ru/">Перейти на сайт</a>



https://free-zarabotok.ru

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar