05 dek 12:12liqa

Dünən Avroliqada, bu gün sonuncu pillədə...


Tur yaxşı başlamışdı. İlk oyun günündəki iki oyunda qapılara 6 qolun vurulması növbəti matçların daha məhsuldar alınacağından xəbər verirdi. Lakin əksini müşahidə etdik. Bazar günü Bayılda baş tutan qarşılaşmada azarkeşlər qol üzünə həsrət qaldısa, dünən Masazırda cəmi 1 qol vuruldu. Buna baxmayaraq, gözlənilməz nəticələr qeydə alındı, bəzi görüşlərdəki hesablar turnir cədvəlində dəyişikliklərə səbəb oldu.
Son vaxtlar yorğunluqdan əziyyət çəkən və buna görə çempionatda inamsız görünən “Qarabağ”, nəhayət, özünə gəlməyi bacardı. Sonuncu dəfə 9-cu turda “Səbail”i yenən ağdamlılar “Neftçi”ylə “Zirə”nin müqavimətini qıra bilməmiş, “Sumqayıt”a uduzmuşdu. Açığı, dörd gün əvvəl “Sevilya”ya boyun əyən komandanın fiziki və psixoloji yorğunluq fonunda “Sabah”a qalib gələcəyi şübhə doğururdu. Lakin çətin də olsa, bunu bacardılar. Bununla da “köhlən atlar” liderlik kürsüsündəki yerini bərkitmiş oldu. İndi çempionu ən yaxın izləyicisi olan “Neftçi”dən 8 xal ayırır.
Turlar irəlilədikcə “Qarabağ”ın ardıcıl 7-ci çempionluğunu bayram edəcəyinə inananların sayı artır. Belədə 2-ci yer uğrunda amansız mübarizədə “Neftçi”nin, yoxsa “Keşlə”nin qalib gələcəyi sual doğurur. Bu iki komanda az qala hər turdan sonra 2-ci və 3-cü pillələrdəki yerlərini dəyişirlər. “Sumqayıt”ı məğlub edən Tərlan Əhmədovun yetirmələri şəxsi oyunlardakı göstəriciyə görə Roberto Bordinin komandasından öndədi.
Bu gedişlə digər komandalar 4-cü pilləni tutmaq uğrunda yarışacaqlar. “Qəbələ” qış fasiləsində “dağılmasa”, mövsümün ikinci yarısında avrokubok mübarizəsinə qoşula bilər. Kifayət qədər yaxşı heyətə malik “Zirə”nin qapısından 3 cavabsız top keçirmək hər rəqibin başı üçün deyil. “Qəbələ” məlum qələbə sayəsində, nəhayət, sonuncu pillədən qurtulmağı bacardı. Əvəzində yayda Avroliqada çıxış edən bayıllılar ən axırıncı pilləyə yuvarlandı.
“Sabah”, “Zirə”, “Sumqayıt” sanki 4-6-cı pillələrdəki mövqeyi heç kimə verməyəcəklərinə dair and içiblər. Turlar irəliləyir, gərginlik artır, di gəl ki, bu üç komanda nə yuxarı qalxır, nə aşağı düşür. Biri uduzanda, digəri də onun yolu ilə gedir, ya da əksinə. İşin maraqlı tərəfi odu ki, sonuncu pillədə yer alan komanda ilə avrokuboklara vəsiqə qazanması mümkün ola biləcək 4-cü pillədəki komandanı bir-birindən vur-tut 5 xal ayırır. Bu da ciddi fərq sayıla bilməz.
Lorenso Frutos nəzir verib, ya yox, demək çətindi. Amma verməlidi. Sonuncu dəfə 9-cu turda fərqlənən hücumçu rəqib qapısına yol tapmaqla qollarının sayını 6-ya yüksəldə bildi. 5 qol vuranların susduğu turda Davit Volkov “Zirə”nin qapısından keçirdiyi top sayəsində 5 top vuranlara şərik oldu.
Azərbaycan premyer-liqası
2-ci dövrə, 13-cü tur
30 noyabr
Qəbələ - Zirə 3:0
Keşlə - Sumqayıt 2:1
1 dekabr
Səbail – Neftçi 0:0
2 dekabr
Sabah – Qarabağ 0:1
1. Qarabağ 13 9 3 1 22-5 30
2. Keşlə 13 6 4 3 16-10 22
3. Neftçi 13 6 4 3 20-11 22
4. Sumqayıt 13 5 2 6 17-19 17
5. Zirə 13 3 5 5 14-21 14
6. Sabah 13 3 4 6 14-16 13
7. Qəbələ 13 3 3 7 13-23 12
8. Səbail 13 3 3 7 9-20 12
Bombardirlər: Lorenso Frutos (Keşlə) – 6. Stiven Jozef-Monroz (Neftçi), Mehdi Şərifi, Peyman Babayi (hər ikisi “Sumqayıt”), Davit Volkov (Qəbələ) - 5. İsmayıl İbrahimli, Maqaye Geye (hər ikisi “Qarabağ”), Xulio Sezar Rodrigez (Zirə)– 4.
Növbəti turun oyunları: 6 dekabr – Qarabağ - Keşlə; 8 dekabr – Sabah – Neftçi, Zirə - Səbail, Sumqayıt – Qəbələ.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar