05 dek 12:10liqa / reportaj

"Qarabağ" həsrətə Masazırda son qoydu


52. Sabah (Bakı) – Qarabağ 0:1 (0:0)
1. Saşa Stamenkoviç (k) - 5,0
22. Məqsəd İsayev - 4,0
5. Kərim Diniyev - 4,0
4. Bəhlul Mustafazadə - 4,0
13. Filip İvanoviç - 4,5
(21. Rocer Roxas, 88) - qiymətsiz
17. Məhəmməd Mirzəbəyov - 4,0
(9. Ulise Diallo, 65) - 3,5
11. Şakir Seyidov - 4,5
7. Coşqun Diniyev - 4,0
(27. Hendrik Ekşteyn, 80) - qiymətsiz
19. Təmkin Xəlilzadə - 4,0
10. Cavid İmamverdiyev - 4,0
23. Amadu Diallo - 3,5
Ehtiyat oyunçular
71. Dmitri Bezruk
6. Vadim Abdullayev
20. Anar Panayev
38. Arsen Ağcabəyov
77. Cavid Tağıyev
99. Abbas Ağazadə
Baş məşqçi: Jelko Sopiç
Komandanın ən yaxşısı: Saşa Stamenkoviç

1. Asmir Beqoviç - 5,0
23. Faysal Rerras - 5,0
55. Bədavi Hüseynov - 5,5
14. Rəşad Sadıqov (k) - 5,0
5. Maksim Medvedev - 5,5
21. Hacıağa Hacılı - 5,0
20. Riçard Almeyda - 5,0
17. Abdulla Zubir - 5,5
(7. Araz Abdullayev, 88) - qiymətsiz
10. Dani Kintana - 6,0
(2. Qara Qarayev, 80) - qiymətsiz
9. Xayme Romero - 5,5
(99. Maqaye Geye, 90+2) - qiymətsiz
11. Mahir Əmrəli - 5,5
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
13. Vaqner da Silva
3. Aylton Silva
4. Rahil Məmmədov
19. Filip Ozobiç
24. Nihad Tamazov
29. Musa Qurbanlı
30. Abbas Hüseynov
71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dani Kintana
Qol: A.Zubir, 74 (M.Əmrəli).
Vərəqələr: R.Almeyda, 20 (qeyri-idman hərəkəti). F.İvanoviç, 45+2 (oyun qaydalarının sistematik şəkildə pozulması) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
2 dekabr. Masazır. Bank Respublika Arena. 3000 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Tura Masazırda yekun vuruldu ki, premyer-liqanın lideri “Qarabağ” “Sabah”ın qonağı oldu. Bütün turnirlərdə üst-üstə 5 oyundu qələbə qazana bilməyən ağdamlılar uğursuz seriyanı Masazırda qırmaq əzmində idi. "Sabah" isə yeni baş məşqçisi Jelko Sopiçin debütünə xalla rəng qatmağa hazırlaşırdı.
“Qarabağ” matça itkilərlə çıxmışdı. Ötən turda qırmızı vərəqə alan və İntizam Komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiya olunan İsmayıl İbrahimli ilə yanaşı, sarı vərəqə cəzalısı Miçel də oyunu buraxırdı. "Sabah"da itki olmasa da, Sopiçin ötən turda "Səbail" üzərində qazanılan qələbənin memarlarını – Ekşteynlə Uliseni ehtiyatda saxlaması diqqəti çəkməyə bilməzdi.
İlk dəqiqələrdən sürətli - onsuz da iliyə işləyən soyuq futbolçuları qaçmağa vadar edirdi - oyuna şahidlik etməyə başladıq. Bununla belə, uzun müddət qapılar qarşısında təhlükəli vəziyyət yaşanmadı. Sadəcə, "Sabah" güclü pressinq tətbiq edərək, daha çox rəqibin oyununu pozmağa çalışırdı. İlk həmləni isə meydan sahibləri yaratdı. 22-ci dəqiqədə Təmkin topu Faysalın ayaqlarının arasından Mirzəbəyova göndərdi. Cinah müdafiəçisinin cərimə meydançasının mərkəzinə ünvanladığı topu İmamverdiyev tək toxunuşla "çərçivə"yə göndərmək istəsə də, Bədavi ayıq-sayıq davranıb zərbənin qarşısını kəsə bildi. "Qarabağ"ın cavabı 33-cü dəqiqəyə təsadüf etdi. Kintananın cinah asmasından sonra Mahirin başla vuruşunu Stamenkoviç yumruqla dəf etdi. Bu epizodda Romeronun da qapıçıya təzyiqi var idi. "Qarabağ" fasilə ərəfəsində hesabı açmağa çox yaxın oldu. Kintananın əla yerinə yetirdiyi cərimə zərbəsindən sonra Stamenkoviç eyni gözəllikdə seyvlə topu "9-luq"dan çıxarmağı bacardı.
İkinci hissəyə də "Qarabağ" üstün başladı. Fasilədən sonra Xaymenin uzaqdan zərbəsi yaddaqalan oldu. "Sabah" tədricən əks-hücumdan qurulan həmlələrə üstünlük verirdi. 55-ci dəqiqədə Amadu Diallo sürətli cinah reydini ötürmə ilə tamamladı ki, dayaq yarımmüdafiəçisi kimi oynayan İvanoviç rəqibin cərimə meydançasında səliqəli davransaydı, qapıçı ilə təkbətək qalacaqdı. Küləyin ikinci hissədə lehinə işlədiyini nəzərə alan qonaqlar uzaqdan zərbələrlə Stamenkoviçi tez-tez narahat edirdi. Bir epizodda Xaymenin 25 metrdən vuruşu cüzi fərqlə qapıdan aralı keçdi. Nəhayət, 74-cü dəqiqədə hesab açıldı. Zubir Mahirlə “divar paslaşması”nın ardından topu yerlə uzaq dirəyin dibindən tora qovuşdurdu.
Bir qədər sonra "Qarabağ" rəqibi azlıqda yaxaladı. Di gəl ki, Almeyda yüzfaizlik qol imkanından yararlana bilmədi. Ümumiyyətlə, sonluq açıq mübarizə şəraitində keçdi. "Qarabağ" əlavə olunmuş dəqiqələrdə 2-ci qolu vura bilərdi. Mahir Əmrəlinin zərbəsini mudafiəçi dəf etdisə, Arazın vuruşunda top dirəkdən döndü. Beləliklə, "Qarabağ" 5 uğursuz oyundan sonra qələbə qazanmaqla sindroma son qoydu.
MİRAĞA

Gözdən qaçmadı
* Güclü külək oyunöncəsi yayın təşkil edən "CBC Sport"un əməkdaşının işini xeyli çətinləşdirmişdi. Kanalın əməkdaşı əlindəki kağızları ucurmamaq üçün küləklə "güləşirdi".
* Komandalar meydana çıxandan sonra dövlət himni səsləndirildi. Bu, dekabrın 1-9-u aralığında paytaxtda və ölkəmizin müxtəlif bölgələrində Azərbaycan Gənclər Fondu tərəfindən keçirilən “Könüllülük həftəsi”nə dəstək məqsədi daşıyır. “Sabah” – “Qarabağ” oyununa yüzlərlə könüllü də cəlb olunmuşdu.

Reaksiyalar
Qurban Qurbanov: “Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu. İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi. Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram. Rəqibdə fərqli oyun üslubu müşahidə etdim. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.
Avrokubok matçından sonra komanda gərginliyi üzərindən ata bilib-bilmədiyimizə gəlincə, bunu çox fikirləşsək, proses ağır gedəcək. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq".
Jelko Sopiç: “Necə rəqibə qarşı oynayacağımızı bilirdik. Müdafiədə yaxşı çıxış etməliydik. Çünki “Qarabağ keyfiyyətli oyunçulardan qurulub. Məşqlərdə futbolçulara nə göstəriş verilmişdisə, meydanda onu gördük. Futbolçularım meydanda öz ürəklərini ortaya qoydular. Fərdi cəhətdən rəqibin oyunçuları daha keyfiyyətlidi. Bu, müzakirəsiz belədi. Bu gün 4-4-2 sistemi ilə oynadıq. Amma mənim futbol fəlsəfəmdə taktikanın çox önəmi yoxdu. Oyunçularımın heç birinə irad bildirə bilmərəm. Çünki meydanda əllərindən gələni etdilər.
Hendrik Ekşteynlə Ulise Diallonun ehtiyatda qalmasında qeyri-adi nəsə yoxdu. Bu gün belə taktika seçmişdim. Çünki onları meydana buraxsaydıq, müdafiə cəhətdən kompakt oynaya bilməyəcəkdik. “Səbail”ə də, digərlərinə də hörmət edirəm. Amma “Səbail”lə “Qarabağ” eyni deyil. Məsələn, İspaniya çempionatında “Xetafe” ilə “Real” və “Barselona”ya qarşı eyni taktika ilə çıxa bilməzsən.
Gəlməzdən əvvəl Azərbaycan çempionatı ilə nə bağlı nə bilirdim? "Sabah"ın bütün oyunlarına baxmışdım. Həmçinin, “Qarabağ”ın avrokuboklardakı, “Neftçi”nin çempionatdakı oyunlarına baxmışdım. Yurçeviç və Prosineçkinin rəhbərliyi altındakı Azərbaycan millisinin oyunlarını izləmişdim. Amma əsas öz komandam barədə düşünürəm. Limit məsələsini bilirəm. Amma bu gün 3 legionerlə çıxış etdik. Mənim komandamda həmişə ən yaxşılar meydana çıxır. Bu gün meydana çıxan uşaqlar da ürəklərini ortaya qoydular. Rəqib məşqçini də təbrik etmək lazımdı. Çünki onlar meydanda daha uğurlu oldular. O ki qaldı məqsədimə, “Sabah”ın çox gənc komanda olduğunu bilirəm. Klubun bütün komponentlərdə güclü olmasını istəyirəm. “Sabah”ın öz üslubunun olmasını arzulayıram".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar