Yazarlar
Anar
Sonun başlanğıcı...Amal
Günəşin kölgəsində
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

AFFA ağacəkmə kampaniyasını saymadı

“Qarabağ”da heç kim yaxasını kənara çəkməsin!

Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb”

“Elxan Məmmədov kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

Azərbaycan bodibildinqçiləri Buxarestə yollandı

İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi

İdman jurnalistləri AFFA-dan ədalətsizliyə aydınlıq gətirməyi tələb edir

“İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik

Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış

Şok: “Topaz” premyer-liqaya sponsorluq etmək istəmir!

“Şüvəlan” FK bəyanat yaydı

Gerye “Qarabağ”ı aldatdı

Özünüzü dolayın, bəylər…

KİVDF yenə ədalətsiz qərar verdi
26 noy 17:31liqa
“Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib

Klub rəhbərliyi xüsusi tədbir də nəzərə tutmayıb
“Keşlə”nin ev oyunlarını keçirdiyi “ASK Arena” mövsümün əvvəlindən təmirə bağlansa da, stadion artıq tam hazır vəziyyətdədi. Hələ ötən tur – noyabrın 9-da komanda ”Neftçi”yə qarşı ev oyununu öz meydanında keçirməliydi. Ancaq həmin günlərə təsadüf edən yağıntılı hava şəraiti süni ot örtüyünün tam “oturmasına” mane oldu. Noyabrın 30-da isə “qırmızılar” növbəti ev oyununu “Sumqayıt”a qarşı keçirəcək. Hazırda rəqiblərini “ASCO Arena”da qəbul edən “Keşlə”nin “Sumqayıt”la oyunda evə dönüb-dönməyəcəyini dəqiqləşdirmək üçün klubun mətbuat katibi Murad Axundovla əlaqə saxladıq: “Artıq stadion tam hazırdı. “ASK Arena”da bütün işlər başa çatıb. Bu işlə məşğul olan hər kəs stadionu bizə təhvil verərək gedib. Bilirsiz ki, bu tur “Zirə” ilə səfərdə qarşılaşacağıq. Noyabrın 30-da isə evdə “Sumqayıt”ı qəbul edəcəyik. Ancaq bir neçə məsələ var ki, onları dəqiqləşdirəndən sonra həmin oyunu “ASK Arena”da oynayıb-oynamayacağımızı deyə bilərik. Mənə elə gəlir ki, gələn həftənin birinci günü bu haqda daha dəqiq məlumat verə bilərik. Süni örtük yeni olduğu üçün meydan hələ yumşaq ola bilər. Buna isə məşqçilər heyəti qərar verəcək. Artıq komandamız məşqlərini burda keçirir. Tam dəqiq olmasa da, “Sumqayıt”la oyunu öz stadionumuzda keçirmək ehtimalı var. Sadəcə, meydan çox yenidi. Demək olar ki, futbolçular qazon üstündə heç qaçmayıblar. Açığı, stadionun açılışı ilə bağlı xüsusi tədbir nəzərdə tutulmur. Bilirsiz ki, biz noyabrın 9-da, Bayraq Günü ilə bağlı “ASCO Arena”da yaxşı tədbir keçirdik. Orda böyük bir bayraq açdıq, oyunçular Qarabağ şəhidlərinin övladları ilə meydana çıxdılar. Əslində biz həmin oyunu öz evimizdə keçirməliydik. Ancaq həmin vaxt yağışlı hava şəraiti buna mane oldu. Süni örtük tam yapışmadı deyə, “ASK Arena”ya dönə bilmədik. Noyabrın 30-da “ASK Arena”da oynayacağımızı dəqiqləşdirsək, düşünürəm ki, maraqlı nəsə fikirləşmək olar”.
HƏSƏN
Şərh yaz