26 noy 16:51liqa / reportaj

“Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə!


45. Sumqayıt – Qarabağ (Ağdam) 2:1 (0:1)
1. Mehdi Cənnətov – 5,5
44. Elvin Cəfərquliyev – 5,0
(22. Sərtan Taşkın, 89) – qiymətsiz
5. Camaləddin Xocaniyazov – 5,5
3. Vurğun Hüseynov (k) – 6,0
4. Şəhriyar Əliyev – 6,0
18. Süleyman Əhmədov – 5,5
6. Vüqar Mustafayev – 5,5
46. Aleksey İsayev – 6,0
90. Rəhim Sadıxov – 5,0
(28. Səbuhi Abdullazadə, 46) – 5,5
8. Peyman Babayi – 6,5
(14. Elvin Bədəlov, 86) – qiymətsiz
10. Əmir Ağayev – 6,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
12. Nicat Mehbalıyev
97. Xəyal Nəcəfov
2. Rail Məlikov
7. Ehtiram Şahverdiyev
11. Elgün Nəbiyev
9. Amil Yunanov
50. İlqar Qurbanov
20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Peyman Babayi

1. Asmir Beqoviç – 4,5
30. Abbas Hüseynov – 4,5
14. Rəşad Sadıqov (k) – 4,5
4. Rahil Məmmədov – 4,5
3. Aylton – 4,0
20. Riçard Almeyda – 4,5
8. Miçel – 4,0
17. Abdulla Zubir – 5,0
18. İsmayıl İbrahimli – 4,0
9. Xayme Romero – 4,5
(11. Mahir Əmrəli, 79) – qiymətsiz
99. Maqaye Geye – 3,5
(7. Araz Abdullayev, 68) – 4,0
Ehtiyat oyunçular
13. Vaqner da Silva
12. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
55. Bədavi Hüseynov
10. Dani Kintana
6. Simeon Slavçev
23. Faysal Rerras
45. Rauf Hüseynli
71. Toral Bayramov
29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir
Qollar: X.Romero, 36 (0:1). P.Babayi, 65 (1:1, A.İsayev). P.Babayi, 69 (2:1, A.İsayev).
Vərəqələr: V.Mustafayev, 36 (qeyri-idman hərəkəti). A.İsayev, 59 (qeyri-idman hərəkəti). P.Babayi, 68 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 89 (oyunun bərpasını ləngitmək). Ə.Ağayev, 90+1 (hakimin qərarına etiraz). Miçel, 90+2 (hakimin qərarına etiraz). M.Əmrəli, oyundan sonra (hakimin qərarına etiraz) – sarı. İ.İbrahimli, 72 (təcavüzkar davranış) – qırmızı.
Hakimlər: RAUF CABBAROV, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
22 noyabr. Sumqayıt. Kapital Bank Arena. 1200 tamaşaçı (1326 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Qarabağ” “Sumqayıt”la görüşdən qalib ayrılacağı təqdirdə “qış çempionluğu”nu rəsmiləşdirəcəkdi. Cari mövsümdə məğlubiyyət acısı yaşamayan ağdamlıların bu dəfə də 3 xal qazanacağını güman edənlərin sayı isə çox idi. Bəlkə də sumqayıtlılar belə azarkeşlik etdikləri komandanın son illərin dəyişməz çempionunu evə əliboş yola salacağına inanmırdı. Ancaq çoxlarından fərqli Ayxan Abbasovun yetirmələrinə inamı böyük idi. Təsadüfi deyil ki, oyundan bir gün öncə mediaya açıqlama verən çalışdırıcı “köhlən atlar”ı yenəcəklərini, futbolçularına güvəndiyini söyləmişdi.
Oyunun əvvəli qonaqların böyük üstünlüyü şəraitində keçdi. “Qarabağ” ənənəsinə sadiq qalaraq, topa nəzarət etməklə yanaşı, ikinci zonada pressinq tətbiq edərək “kimyaçılar”a meydanın mərkəzini keçməyə imkan vermirdi. Sağ cinahda Xayme, solda isə Zubir sürətli reydləri ilə “gənclik şəhəri”nin təmsilçisinin müdafiə xəttinə çətin anlar yaşadırdılar. Müdafiənin mərkəzində yer alan Vurğunla Şəhriyarın rəqibin cinah ötürmələrini və asmalarını geri qaytarmaqdan bəlkə də başları fırlanırdı. Yüksək texnikaya malik Zubir fəallığı ilə seçilirdi. “Köhlən atlar” məhz onun fəallığı sayəsində hesabı açmağa müvəffəq oldu. Meydan sahibləri kornerdən sonra topu uzaqlaşdırsa da, hücuma dəstək verən əlcəzairli hamıdan cəld tərpənib geri qayıdan topa yiyələndi. Ancaq ikili mübarizədə yerdə qaldı. Baş hakim isə çox düşünmədən “kimyaçılar”ın qapısına cərimə zərbəsi təyin etdi. Xaymenin təxminən 22 metrdən zərbəsi yolüstü Xocaniyazova dəyib qapıya daxil oldu. Bəlkə də Camaləddinin toxunuşu olmasaydı, Mehdi qola imkan verməyəcəkdi. İlk yarının qalan dəqiqələri də qonaqların ərazi üstünlüyü şəraitində keçdi və Qurban bəyin komandası fasiləyə üstün yollandı.
Fasilədən sonra isə ssenari dəyişdi. Paltardəyişmə otağında Ayxan bəy futbolçulara nə dedisə, ikinci hissədə tribunalara toplaşan azarkeşlər tam fərqli “Sumqayıt” gördü. İlk yarıda hücuma çıxmaqda çətinlik çəkən, iki ardıcıl ötürmə verməyi bacarmayan komandada sanki “ikinci nəfəs açılmışdı”. Qorxmadan irəli atılan “kimyaçılar” çox keçmədən əziyyətinin bəhrəsini gördü. 64-cü dəqiqədə rəqibin səhvindən istifadə edən meydan sahibləri sürətli hücum qurdular. İsayevdən əla ötürmə alan Peyman uzaq küncü dəqiq nişan aldı. Azarkeşlər bərabərlik qolunun sevincini yaşayıb qurtarmamış Babayi ikinci dəfə onları ayağa qaldırdı. 69-cu dəqiqədə Aleksey onu ikinci dəfə zərbə mövqeyinə çıxardı. Peyman komanda yoldaşının ötürməsini maksimum dəyərləndirdi. Onu da qeyd edək ki, ilk qolda olduğu kimi, qonaqlar bu dəfə də mərkəzdə səhvə yol verərək, sumqayıtlılara əks-hücum qurmaq imkanı yaratdılar. Qalan dəqiqələrdə Qurbanov hücumu gücləndirmək üçün Mahir Əmrəlini oyuna qoşsa da, çempion və lider mövsümdəki ilk məğlubiyyətdən qurtula bilmədi.
RƏŞAD

Gözdən qaçmadı
* Sumqayıtın 70 illiyi ilə bağlı klub rəhbərliyi futbolsevərlər üçün bayram konserti təşkil etmişdi. Meyxana ustası Namiq Məna, “Azəristar” musiqi yarışmasının qaliblərindən biri olan Leyla İdrisli, skripkaçı Səlim öz ifaları ilə qonaqları sevindirdilər. Yeri gəlmişkən, havanın soyuq olması tamaşaçı sayına da təsir etmişdi. Konsert zamanı sulu qar yağdığından tribunalar, demək olar ki, boş idi.
* Oyunda dublla yadda qalan Peymanın ata-anası da stadiona gəlmişdilər. Onun çempionun qapısından iki top keçirməsi İrandan gələn valideynlərini çox sevindirmişdi. Ata və ana matçdan sonra çox xoşbəxt görünür, qarşılarına çıxanları qələbə münasibəti ilə təbrik edirdilər.
Reaksiyalar
Rəşad Sadıqov: “Son turlarda "Sumqayıt" yaxşı oyun nümayiş etdirir. Bizim komandanın əksər üzvləri yığmaların heyətində idi. Demək olar ki, yalnız dünən komanda ilə birgə tam şəkildə məşq etmişik. Buna qədər 7-8 nəfərlə hazırlıq keçirdik. Həmişə yığmanın toplanışlarından sonra çətinlik çəkmişik. Ya oyunumuz ağır alınıb, ya da, ümumiyyətlə, əziyyət çəkmişik. Bunu bəhanə gətirmək, "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm. "Sumqayıt" bu gün, xüsusilə də ikinci hissədə yaxşı oyun nümayiş etdirdi. Əksinə, fasilədən sonra bizim oyunumuz alınmadı. Çox sıx qrafiklə oynayırıq. Artıq komandada yorğunluq hiss olunur. İlk yarıdan fərqli, ikincidə tempi qoruyub saxlaya bilmədik. Bu yorğunluqdan irəli gəlir. İyundan dayanmadan oynayırıq ki, bu da özünü göstərir. Ümid edirəm ki, yorğunluq “Sevilya” ilə matçda mənfi təsirini göstərməz. Toparlanmaq lazımdı. Başa düşürük ki, çox vacib oyundu. Əlimizdən gələni edəcəyik. Hər şey uğurlu alınmalıdı ki, ordan xalla qayıdaq. Final fitindən sonra hakimə yaxnlaşmağım birinci hissədəki epizodla bağlı idi. Vüqar Mustafayevə ikinci “sarı”nı vermək istəyirdi. Sanki ona yaxınlaşanda ikinci vərəqə olacağı yadına düşdü və göstərmədi. Mənə elə gəldi. Soruşdum ki, orda niyə vermədin, burda verdin? İsmayılın meydandan qovulduğu anı görmədim, baxmaq lazımdı. Hakimlər əminliklə "qırmızı, qırmızı" dedilər. Amma mən görmədim. Hər iki epizodda top bizdə olanda hücuma çıxarkən top itkisi baş verdi. Xüsusən də 1-ci qolda. Bilirdik ki, “Sumqayıt” oyunu əsasən əks-hücumlarda quracaq. Birinci hissədə ona imkan vermirdik. Amma ikinci yarının əvvəlində çox top itkilərimiz oldu və ondan istifadə etdilər. Hücuma çıxanda top itkilərinə yol verirsənsə, arxada boşluqlar yaranacaq. Birinci qolu elə buraxdıq. İkinci qol bir az fərqli oldu. Səhvlərimizdən istifadə etdilər”
Riad Rəfiyev: “Bu qələbəni bütün Sumqayıt sakinlərinə həsr edirik. Sumqayıtın yaranmasının 70 illiyidi. Bu qələbə də bizdən şəhərimizə hədiyyə olsun. Maraqlı oyun oldu. Birinci hissədə bir qədər zəif çıxış etdik. İlk yarıda istədiyimizi edə bilmədik. Fasilədən sonra Ayxan müəllim komandanı toparlaya bildi, futbolçuları ikinci hissəyə yaxşı hazırladı. Fasilədən sonra daha aqressiv, daha istəkli "Sumqayıt" gördük və istədiyimizə nail olduq. İkinci hissəni daha yaxşı keçirdik. Qələbəyə görə mükafat olacaq. Bu barədə bir qədər sonra özümüz danışacağıq. Məbləğə gəlincə, bu, klubun sirridi, açıqlaya bilmərəm. Biz hər oyuna qələbə üçün çıxırıq. Gəlin indidən gələcəyə baxmayaq. Bu gün komanda yaxşı oynayır. Həm də əsas odu ki, "Sumqayıt"da oyun dəsti-xətti var. Bu gün qalib gəlmişik, sevinirik, amma gələcəkdə necə olacaq, Allah kərimdi. Ümid edirəm, bundan da yaxşı olar. Böyük ehtimalla yenə də Türkiyədə hazırlıq keçəcəyik. Komanda neçə mövsümdü orda hazırlaşır, bu dəfə də elə olacaq. Transfer məsələsini müzakirə edəcəyik. Hələlik komanda yaxşı təsir bağışlayır. Ola bilər yalnız 1 futbolçu götürək. Amma hazırda komanda bizi tam qane edir. Sadəcə, oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. Elə olsa, nəticələr də get-gedə müsbət olacaq”.
Şəhriyar Əliyev: “Hər oyunda baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Bu oyunda ilk hissədə istədiyimizi edə bilmədik. Amma fasilədən sonra məşqçimizin dediklərini reallaşdırdıq və qələbə qazandıq. "Qarabağ” kimi komandanı udmaq möhtəşəm hissdi. Məşqçimiz hər oyuna necə lazımdı motivasiya verir. Fərq etmir, birinci hissə, ya ikinci olsun. Bu dəfə oyuna yaxşı başlamadıq. "Sabah"la da belə oldu. İkinci hissədə öz oyunumuzu tapdıq. Şükürlər olsun, iki oyundu meydanı qalib kimi tərk edirik. Qələbə olanda mükafat da olur. Məbləği klubun prezidenti deyəcək. Nə verər, min bərəkət. Yığmanın son oyununda başverənlərlə bağlı danışmağa icazə vermirlər. Əslində böyüdüləsi bir şey deyildi. Yerində bəzən stress olur. Oyun zamanı kapitanımız mənim üstümə qışqıra bilər. Onu pis başa düşə bilərlər. Amma şişirdiləsi bir şey deyildi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar