21 noy 21:22liqa

“Keşlə”ni uğura aparan yolun sirri...


...və ya sonuncu olan komandada nələr dəyişdi?
Gizlətmirəm, “Keşlə”nin uğurlu nəticə qazandığı hər oyundan sonra gülürəm. Əslində buna məhkumam. Əvvəla ona görə ki, ötən mövsümü sonuncu pillədə başa vuran komanda bu il rəqiblərinə “meydan oxuyur”, onları özü ilə ayaqlaşmağa məcbur edir. Gülürəm, həm də ona görə ki, yaxın keçmişdə “Neftçi”ni turnir cədvəlinin zirzəmisindən Avroliqaya daşıyan məşqçini postunda saxlamayanlar bu gün Roberto Bordinin işinə baxıb dərindən ah çəkir, ötən il “Keşlə”dən istefa verməli olduğunu deyənlər bu gün Əhmədovun gördüyü işlərdən danışır. Cari mövsümdə “qırmızılar”ın sərgilədiyi oyun və ortaya qoyduğu nəticələr həqiqətən ürəkaçandı.
Hansısa dadlı yeməyi, yaxud tutarlı məhsulu ortaya çıxarmaq üçün bir yox, bir neçə məhsuldan istifadə olunur. Futbol da belədi, uğur qazanmaq istəyirsənsə, bir çox şeyləri dəyişməlisən, yəni səbəblər çox olur. “Keşlə”ni “dirildən” səbəblərdən danışacağıq.
Tərlan Əhmədova inam
Komanda uğursuz olanda hamı kənara çəkilir, hədəfdə baş məşqçi olur. Necə ki, ötən mövsüm belə idi. Komandanın hər məğlubiyyətindən sonra Əhmədova “istefa haqda düşünmürsüz” tipli suallar verir, o da işindən ikiəlli yapışmadığını göstərmək üçün getməyə hazır olduğunu deyirdi. Həmin vaxt kluba rəhbərlik edən Zaur Axundovun baş məşqçiyə münasibəti də isti deyildi. Aralarında ciddi münaqişə yaşanmasa da, Axundov hər imkanda yeniliyə ehtiyac duyulduğunu, Əhmədovun məsələsinə baxılacağını deyirdi. Lakin bir dəfə də olsun, “baş məşqçinin arxasındayıq, sona qədər də duracağıq” demirdi. Hərçənd sonda bakılılar sonuncu pilləni tutsalar da, Tərlan bəy postunda saxlanıldı. Zaur Axundovun ən uğurlu qərarı da elə bu idi.
Uğurlu “təmizlik” işi
Tərlan Əhmədov işini davam etdirəcəkdisə, deməli, çox şey dəyişməliydi, dəyişəcəkdi. İlk növbədə “təmizlik” işlərinə ehtiyac var idi. Kamran Ağayev mütləq və mütləq komandadan kənarlaşdırılmalıydı. Mövsümü zədə səbəbindən boşa verən təcrübəli futbolçunun işi-gücü danışmaq idi. Həmin danışmaqların nəticəsi isə birbaşa komandanın çıxışına təsir edirdi. Özünü “as” sayan qolkiper hətta bəzi hallarda özünü baş məşqçi kimi aparır, komandada toxunulmaz olduğunu düşünürdü. Baş məşqçinin ən uğurlu qərarı Kamranın gedişinə “hə” deməsi oldu. Eləcə də oyun satmaqda adı dillər əzbəri olmuş Denis Silvaya “yaxşı yol” deyilməsi.
Təbii, komanda təkcə Kamrana görə o günə düşməmişdi. Yuri Maksimovla Mladen Milinkoviçin dövründə heyətə cəlb olunan yararsız legionerlərin yaya qədər müqaviləsi vardı. Baş məşqçi onları mövsümün ortasında yola sala bilməzdi. Mütləq və mütləq çempionat başa çatmalıydı. Elə Tərlan bəyin dönəmində tələm-tələsik transfer olunan futbolçular da. Lakin getməli olanların siyahısını elə tərtib etmək lazım idi ki, sonradan başına döyməyəsən, yəni boşluqları doldurmaq mümkün olsun. Bu gün gedənlərdən heç birinin yerinin görünməməsi yaydakı qərarın nöqtəyə düşməsindən xəbər verir.
Yaydakı seleksiya işi
10-dan artıq futbolçuyla yolların ayrılması zarafat deyildi. Köklü dəyişikliklərin iki başı olur: qısa vaxtda etdiyin transferlərə görə ya daha betər günə düşürsən, ya da uğura doğru inamla addılayırsan. “Təmizlik” zamanı göstərdiyin diqqəti güclənmə vaxtı da nümayiş etdirmək mümkündü. Futbolçunun ad-sanına yox, xarakterinə və komandanın oyun üslubuna uyğun olub-olmadığına önəm vermək lazım gəlir. Əlbəttə, bu mənada yük baş məşqçinin çiyinlərinə düşürdü. Əhmədov ayyarım, iki ay ərzində namizədləri bir-bir gözdən keçirməli, özünə lazım olanların keçidinə razılıq verməliydi. Xüsusən də əcnəbilərin seçimi zamanı.
Tərlan bəyin ən diqqətçəkən seçimi Rəşad Sadiqovu yenidən meydana qaytarması oldu. Çünki paltardəyişmə otağında ötən mövsüm ehtiyac duyulan lider futbolçu olmalıydı. Məhz buna görə də Rəşadın futbol oynamalı olduğunu deyib, onu karyerasını bərpa etməyə çağırdı. Bu gün Sadiqov meydanda az vaxt keçirsə də, baş məşqçinin “sağ əli” sayılır. Ruslan Qurbanov, Vüsal İsgəndərli, İlkin Qırtımov, Tural Bayramlı kimi yerlilər Əhmədovun seçiminin nəticəsi kimi “Keşlə”yə fayda verməkdədi. Bombardirlərin siyahısına başçılıq edən Lorenso Frutos, vaxtilə AZAL-da Əhmədovun rəhbərliyi altında oynamış Sergey Namaşko, yenidən “Keşlə”yə qayıtması yolunda xeyli əziyyət çəkilən Sezar Meza Kolli, müdafiənin dirəyinə çevrilən Franko Floreslə Miyuşko Bojoviç – bu legionerlərin hər biri Tərlan bəyin seçiminin nəticəsidi.
Ailə ortamı
Uğur qazanmaq istəyirsənsə, komandada ilk növbədə ailə mühiti formalaşmalı, dəmir nizam-intizam olmalıdı. Eynilə “Qarabağ”da olduğu kimi. Ailə ortamını yaratmalı olan şəxslər baş məşqçi ilə klub rəhbərliyidi. Məhz onların futbolçulara yanaşmasından, hər birinə eyni gözlə baxmasından, şərtləri vaxtında yerinə yetirməsindən çox şey asılıdı.
Bu gün “Keşlə”dəki futbolçuların kefi kökdüsə, maliyyədən gileylənmirlərsə, deməli, işlər qaydasındadı. Yəni rəhbərlik üzərinə düşən işi görür və ya görməyə çalışır. Baş məşqçinin diqqətçəkən addımları qeyd olunmalıdı. Rəşad Sadiqovla Əfran İsmayılov kimi futbolçular ölkə futbolunda sözünü deyib. Yəni təcrübələri, meydanda olmaları nəyə desən, dəyər. Bu cür hallarda baş məşqçilər daxildə söz-söhbət yaranmasın, təcrübəlilər narazı qalmasın deyə daim onlara güvənir, xətirlərinə dəyməməyə çalışır. Görünür, yazılmamış bu qanun Tərlan Əhmədov üçün keçərli deyil. Çünki bu adam futbolçunun adına yox, hansı formada olmasına və komandaya nə qədər fayda verəcəyinə diqqət yetirir ki, başqalarının haqqı tapdanmasın, daxildəki ab-hava pozulmasın. Ona görə də Rəşadla Əfran mövsümün əvvəlindən bəri, demək olar ki, ehityatda qalır, oyuna sonradan qoşulurlar.
Komandada hansı birliyin olduğunu isə “Neftçi”ylə oyun göstərdi. Rəqib komandanın məşqçisi Füzuli Məmmədovun Vüsal İsgəndərliyə acıqlanması Tərlan Əhmədova elə təsir etdi ki, sanki kənardan kimsə doğma övladına söz deyir. Nəticədə Vüsala görə vaxtilə çiyin-çiyinə futbol oynadığı Məmmədovun üzərinə yeridi. Bu hərəkət adi görünsə də, bir komanda üçün dərin məna daşıyır.
Özünəməxsus oyun üslubu, inamlı müdafiə xətti
Əlbəttə, bütün bunlar meydandankənar səbəblərdi. Futboldan, yəni “Keşlə”nin rəqibləri özü ilə ayaqlaşmağa məcbur etməsindən danışırıqsa, komandanın oyun üslubundan söz açmalıyıq. Bəli, artıq “qırmızılar”ın özünəməxsus oyun üslubu yaranıb. Xeyr, “Qarabağ” kimi baxımlı, başqa cür desək, kombinasiyalı futbol oynamırlar. “Keşlə”nin ən üstün cəhəti futbolçuların oyuna istəkli başlaması, fiziki hazırlıq sayəsində ilk dəqiqələrdən rəqibə pressinq edib, lazım olan qol vəziyyətlərini yaxalamasıdı. Bu da heç şübhəsiz, rəqibin təzyiq altında qalmasına gətirib çıxarır. Düzdü, “Keşlə”nin futbolçuları xeyli qol imkanını boşa verir, bu, başqa söhbətin mövzusudu. Sadəcə, pressinq, topa nəzarət, xüsusən də cinah həmlələri bu komandada yaxşı alınır.
Bu yerdə müdafiə xəttində çıxış edənlərlə Namaşkonun ustalığını mütləq qeyd etməliyik. Təsəvvür edin, “qırmızılar” geridə qalan 11 oyunda qapısında cəmi 6 top görüb. Əlbəttə, möcüzəvi göstərici deyil. Lakin komandanın bu göstəricidə yalnız 3 top buraxan “Qarabağ”dan geri qaldığını nəzərə alanda, uğurlu demək olur. Halbuki çempioluğa iddialı “Neftçi”ni rəqibləri 0 dəfə məyus edib. Arxa xətdə daim eyni “4-lüy”ün - İlkin-Miyuşko – Franko - Slavikin - çıxış etməsi, qapını Namaşkonun qoruması baş məşqçinin işini xeyli asanlaşdırıb. Sabitlik olanda işlər yağ kimi gedir.
Son söz əvəzi
“Keşlə”nin mövsümü medalla bitirməsi, avrokuboklara vəsiqə qazanması öz əlindədi. 4-cü pillədəki rəqiblə arada 5 xallıq fərqin olması yaxşı göstəricidi. Üstünlüyü əldən verməmək üçünsə bəzi məqamlara diqqət yetirmək lazımdı. İlk növbədə komanda ölkə kubokuna diqqəti arxa plana keçirməlidi. Real danışsaq, “Keşlə” kimi komandanın “Qarabağ” olan yerdə iki cəbhədə uğur qazanması mümkün deyil. Üstəlik, finala aparan yol məhz bu komanda ilə oyunlardan keçirsə. Belə deyək, kuboka ayrılacaq gücə maksimum qənaət etmək mütləqdi.
İndiki məqamda baş məşqçi ilə futbolçuların arxayınlaşmaması, özlərini göyün 7-ci qatında hiss etməməsi də vacib amildi. Tərlan bəy “Neftçi”də qazandığı uğuru, AZAL-da etdiklərini və “Keşlə”nin turnir cədvəlindəki hazırkı durumunu unutmalı, “sıfır”da olduqlarını düşünməlidi. Və bu psixologiyanı futbolçulara aşılamalıdı.
Əsas yük isə Zaur Axundovun çiyinlərinə düşür. Çılğınlığı ilə ad çıxaran funksioner sponsorları işlərində dəqiq olmağa səsləməli, özü isə əsəblərinə hakim olmalıdı. Məğlubiyyətlər və “qara zolaq” qaçılmaz deyil. Həmin anlarda son dərəcə təmkinli davranmalı, komandanın arxasında olduğunu hiss etdirməlidi. Daim paltardəyişmə otağına baş çəkməsi, oyunları canlı izləməsi, məşqçilər heyəti və futbolçularla əlaqədə olması yalnız və yalnız “Keşlə”nin xeyrinə işləyəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar