Yazarlar
Sonun başlanğıcı...

Anar Şabanoğlu


Sonun başlanğıcı...
İstefa!

Huşəng


İstefa!
Sonun başlanğıcı…

Anar Şabanoğlu


Sonun başlanğıcı…

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
Bugünkü qəzet
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
13 noy 11:30liqa

Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi

Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi
Əhmədov: “Heç kim futbolçularımı aşağılaya bilməz”
Oyundan sonra hər iki komandanın çalışdırıcısı mətbuat konfransında jurnalistlərin suallarını cavabladılar. Oncə kameralar qarşısına qonaqların baş məşqçisi Roberto Bordin çıxdı.
- Demək olar ki, çempionatda bu günə qədər keçirdiyimiz ən pis oyunumuz oldu. Məğlubiyyətə layiq idik. İstədiyimiz oyunu göstərə bilmədik. Bugünkü oyuna görə çox üzgünəm. Futbolçular səviyyələrindən aşağı çıxış etdilər. Təəssüf ki, uduzduq.
- Məğlubiyyətdə daha çox kimin payı var? Baş məşqçinin, yoxsa futbolçuların?
- Futbol komanda oyunudu. Udanda da hamı udur, uduzanda da. Məğlubiyyətdə bütün komandanın günahı var. Futbolçulardan belə oyun gözləmirdik. Elə bil arxayınlıq var idi.
- Sizə elə gəlmir ki, Dario Federiko daha çox fərdi oyuna üstünlük verir, nəinki komanda?
- Mən belə düşünmürəm. Bu gün ümumilikdə komandanın oyunu zəif idi. Federiko bəzən məsuliyyəti üzərinə götürüb təkbaşına nəsə etmək istəsə də, son nöqtəni qoya bilmədi. Etsəydi, bəlkə nəticə başqa cür olardı. Hətta 3-cü qolu da buraxa bilərdik. Fərdi səhvlərimiz çox idi. Futbolçular həftəboyu yaxşı məşq etmişdilər. Normalda heç-heçəni də saxlaya bilərdik, ancaq bacarmadıq. Bu gün bizim günümüz deyildi. Əvvəlki oyunlarımızdan cüzi də olsa, əsər-əlamət yox idi.
- Sezar təkbaşına oyunun taleyini həll etdi. Fasilədə oyunçularınıza tapşırıq vermişdiz ki, onun qarşısını alın?
- Tək Sezar yox, "Keşlə" komanda olaraq yaxşı oynadı. Meza Kolli qol vurmaqla yanaşı, fərdi cəhətdən güclü futbolçudu. Futbolçularımıza tapşırmışdım ki, onu bağlayın. Təəssüf ki, alınmadı.
- Sizcə, oyuna damğa vuranlardan biri baş hakim olmadı?[/b]
- Məncə, hakim verdiyi qərarlarda hər iki tərəfə obyektiv olmalıdı. Turalın sarı vərəqə aldığı epizod bitmişdi, rəqibin bütün ehtiyat oyunçular skamyası ayağa qalxaraq sarı vərəqə istədi, o da hay-küyə düşüb 20 saniyəyə futbolçumuzu cəzalandırdı. Eləcə də Daboya verilən “sarı”nı qeyd edərdim. Mənə də sarı vərəqə verdi. Monroza qarşı kobud oynayırlar. Referinin fiti susur. Eyni hal rəqib oyunçu ilə bağlı yaşananda bizim oyunçu cəzalanır, hakim cərimə zərbəsi təyin edir. Hakim hər iki tərəfə obyektiv olmalıdı.
- Düşünmürsüz ki, məğlubiyyət limitini artıq bitirmisiz? Çempionluğa oynayan komanda 11 matçda bu qədər uduzmamalıdı. Çempionluğa hələ də ümidiniz qalıb?
- Hələ tur bitməyib, sabah rəqiblərin oyunları var. Bu məğlubiyyətlə özümüz öz vəziyyətimizi çətinə saldıq. Bu gün komanda özünə bənzəmədi. Çalışacağıq ki, məğlubiyyəti həzm edək və növbəti matçlara yaxşı hazırlaşaq.
- Hakimlərlə yanaşı, rəqib məşqçilərə də etiraz edirdiz. Səbəbini bilmək istərdik.
- Bu gün rəqib komanda qələbəyə layiq idi. Biz isə məğlubiyyətə layiq oyun göstərdik. Uduzmağımıza başqa hansısa səbəb axtarmıram. Rəqibin ehtiyat skamyasının reaksiyasına etirazımı bildirdim.
İtalyan mütəxəssisdən sonra konfrans salonuna qalib komandanın çalışdırıcısı Tərlan Əhmədov daxil oldu. O da həmkarı kimi sualları cavablamamış oyunla bağlı fikirlərini bölüşdü.
- İlk növbədə xalqımızı Bayraq Günü münasibətilə təbrik edirəm. Qoy, bayrağımız daim yüksəlsin, ona baxaraq fəxr edək. Son zamanlar qol vəziyyətlərindən istifadə edə bilmirdik və xallar itirirdik. Bu, məni daha çox məyus edirdi. Bu gün komanda, sadəcə, möhtəşəm oynadı. 90 dəqiqə sürətli oyun izlədik. Komanda iradə göstərərək əzmkar qələbə qazandı. Bu, məni sevindirir. Bu 3 xal bizə çox lazım idi. "Neftçi" kimi komandaya qalib gəlmək daha önəmlidi.
- Oyunun son dəqiqələrində "Neftçi"nin məşqçisi Füzuli Məmmədovla mübahisəniz oldu...
- Futbol emosional oyundu, belə matçlarda əsəblər gərginləşir. Heç vaxt rəqibə qarşı aqressiv olmuram. Vaxtilə AZAL-da da belə insident olmuşdu. Rəqib məşqçinin futbolçularıma irad bildirməyə haqqı yoxdu. Sadəcə, cavab verməliydim ki, futbolçularımın arxasında baş məşqçi, rəhbərlik var. Heç kim futbolçularımı aşağılaya bilməz. Hərə öz komandasıyla məşğul olmalıdı.
[b]- Qış fasiləsinə az qalıb. Tranfer siyahısını artıq hazırlamısız?

- Hələ yox. Kuboku da nəzər alsaq, 5 oyun qalıb. Sonra vaxtımız olacaq. Hücum xəttinə 2-ci oyunçu axtarırıq. Biz də yeni nəfəs istəyirik. Qarşıda 3 ağır oyunumuz var. Liderlər qrupunda qəralaşmaq üçün maksumum xal toplamalıyıq.
- "Keşlə" rəqibi birnəfəsə keçdi və bunda Sezarın böyük rolu oldu. Sizə elə gəlmir ki, komandanız bir futbolçudan asılıdı? Paraqvaylının da bir çatışmayan cəhəti var ki, qeyri-sabitdi. Sezar iddialı komandalarla oyunlarda özünü yaxşı tərəfdən göstərdiyi halda zəiflərlə matçlarda kölgədə qalır.
- Hər klubda bir futbolçu liderliyi üzərinə götürür. Dani Kintananın Kiprdə zədələnməsinin Qurban Qurbanovu nə qədər çətinə saldığını hamımız gördük. Ortada Zidan, Ronaldo nümunələri var. Yeni komanda formalaşdırmışıq. Sezar əməliyyatdan sonra bir il oynamayıb. İndi özünə gəlib və tədricən onun üzərində komanda oyunu formalaşdırmağa çalışırıq. Onun liderliyi göz önündədi. Futbolçular da ondan çox şey gözləyir. Top bizdə olan kimi ona ötürmə edirlər. Lider kimi xeyri dəyirsə, niyə istifadə etməyək?!
- Mövsümlərarası fasilədə "Neftçi"nin onunla maraqlandığı deyilirdi. Ancaq son anda danışıqlar müsbət sonuclanmayıb. Bəlkə məhz bu səbəbdən yarımmüdafiəçi bu gün meydana xüsusi motivasiya ilə çıxıb?
- Bunu bilmirəm, ilk dəfə sizdən eşidirəm. Klubuyla uzun müddət danışıqlarımız olub. Futbolçuları motivasiya etmək üçün dünən tam başqa üsula əl atmışdım, bu da bəhrəsini verdi. "Qarabağ" və "Neftçi" kimi komandalara qarşı xüsysi motivasiyaya ehtiyac yoxdu. Sezarın yaxşı oyunlarından biri idi. Bundan da yaxşı oynaya bilər.
- Bildiyimizə görə, Füzuli Məmmədovla komanda yoldaşı olduğunuz vaxtda da münasibətiniz soyuq olub. Bəlkə bugünkü münaqişəyə bunun da təsiri oldu?
- Yadıma gəlmir ki, Füzuliylə soyuqluğum olsun. Ümumiyyətlə, futbolumuzda belə adam yoxdu. Onunla uzun bir səfərə getmişik - 24 günlük. Sadəcə, məşqçilər arasında da emosiyalar olur. Futbolun gözəlliyi bunun üzərində qurulub. Onunla matçdan sonra görüşə bilmədik. Ya sabah görüşərik, ya da bu axşam telefonla danışacam.
- Akkreditasiya kartı ikinci hissədə boynunuzda deyildi. Buna aydınlıq gətirərdiz...
- İlk hissədə boynumda idi. Fasilədə namaz otağında qalmışdı. Sonra bunu mənə xatırlatdılar. Başqa səbəb yox idi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Bu gün, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Bu gün, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Bu gün, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Bu gün, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Bu gün, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı Dünən, 12:20 Çay və ya qəhvə içmək zamanı Dünən, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Dünən, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Dünən, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Dünən, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Dünən, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib Bütün xəbərlər
Ən çox oxunanlar