13 noy 11:27liqa / reportaj

“Keşlə” “Neftçi” ilə yerini dəyişdi


41. Keşlə – Neftçi (Bakı) 2:1 (0:1)
1. Stanislav Namaşko – 5,5
4. Slavik Alxasov (k) – 6,0
21. Miyuşko Boyoviç – 5,5
5. Franko Flores – 5,5
3. Cabir Əmirli – 5,5
25. Con Kamara – 5,5
7. Tural Bayramlı – 5,5
11. Ruslan Qurbanov – 5,5
(22. Əfran İsmayılov, 79) – qiymətsiz
10. Sezar Meza Kolli – 6,5
17. Vüsal İsgəndərli – 5,5
(14. Emin Mehtiyev, 89) – qiymətsiz
9. Lorenso Frutos – 6,0
(33. Tərlan Quliyev, 90+2) – qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
57. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
19. Azər Salahlı
90. Orxan Fərəcov
13. Pərviz Azadov
91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Sezar Meza Kolli

1. Səlahət Ağayev – 4,0
18. Tural Axundov – 4,5
25. Kiril Petrov – 4,0
5. Anton Krivotsyuk – 4,0
77. Vild-Donald Gerye – 5,0
(3. Mamadu Mboc, 90+1) – qiymətsiz
36. Mamadu Kane – 4,0
8. Emin Mahmudov (k) – 4,5
28. Stiven Jozef-Monroz – 4,0
17. Rəhman Hacıyev – 4,0
(19. Rauf Əliyev, 61) – 4,0
10. Dario Frederiko – 4,0
(11. Evangelos Platellas, 70) – 4,0
9. Baqali Dabo – 4,0
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
7. Namiq Ələsgərov
93. Soni Mustivar
6. Voislav Stankoviç
26. Ömər Buludov
33. Turan Vəlizadə
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Vild-Donald Gerye
Qollar: V-D.Gerye, 45 (0:1, A.Krivotsyuk ). F.Flores, 63 (1:1, S.Meza Kolli). S.Meza Kolli, 82 (2:1).
Vərəqələr: M.Kane, 25 (qeyri-idman hərəkəti). T.Axundov, 32 (qeyri-idman hərəkəti). B.Dabo, 44 (qeyri-idman hərəkəti). T.Bayramlı, 44 (qeyri-idman hərəkəti). S.Alxasov, 45+1 (qeyri-idman hərəkəti). E.Mahmudov, 87 (qeyri-idman hərəkəti). E.Mehtiyev, 90+1 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
9 noyabr. Bakı. ASCO Arena. 1500 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 7 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Tərlan Əhmədov “Keşlə”nin “sükanı arxasına” keçəndən sonra sabiq komandası “Neftçi”dən nəinki xal almağı, onun yetirmələri “ağ-qaralar”ın qapısından top keçirməyi belə bacarmamışdılar. Ancaq şənbə günü “Keşlə” Roberto Bordinin komandasını birnəfəsə məğlub etdi desək, yanılmarıq. Nominal meydan sahibləri ilk hissənin sonunda Geryenin vurduğu qol sayəsində fasiləyə üstün yollananda çoxları “ağ-qırmızılar”ın belə ağır zərbədən özünə gəlməyəcəyini, ikinci hissədə qonaqların üstünlüyünü daha da möhkəmləndirəcəyini düşündü. Ancaq bayram günündə Sezar Meza Kolli qarşısıalınmaz idi. Məhz paraqvaylının yüksək səviyyəli oyunu sayəsində “Keşlə” nəinki hesabı bərabərləşdirməyi bacardı, hətta oyunun qəhrəmanı 82-ci dəqiqədə komandasının qələbə topunu da vurdu. Sezar meydanda ceyran kimi süzürdü, topla sanki rəqs edirdi. “Neftçi”nin müdafiəçiləri də paraqvaylının konsertinə gəlibmiş kimi ona tamaşa edir, heyranlıqla yarımmüdafiəçinin texniki fəndlərini izləyirdilər. Bordinin komandasının məğlubiyyətində ən böyük pay sahiblərindən biri də Səlahət Ağayev oldu. Yığmanın da şərəfini qoruyan qolkiper elə bil özündə deyildi. Matçın 15-ci dəqiqəsində Frutos təxminən 20 metrdən qapıya zərbə endirdi. Ağayev həmin an zərbəyə reaksiya vermək əvəzinə ayaqüstə dayanıb topun hara gedəcəyini gözlədi. Həmin epizodda “Neftçi”nin bəxti gətirdi və top dirəyə tuş gəldi. Floresin başla vurduğu qolda Səlahət çıxışda çox kobud səhvlə yadda qaldı. Ayrı-ayrı oyunçuların kobud səhvləri isə sonda “Neftçi”yə baha başa gəldi və komanda məğlub olmaqla turnir cədvəlindəki iknci pilləni “Keşlə”yə təhvil verdi.
RƏŞAD

Gözdən qaçmadı
* Ötən şənbə ölkəmizdə Bayraq Günü qeyd olunurdu ki, meydana çıxan komandalar da bu gözəl bayramı yaddan çıxarmamışdılar. Belə ki, “Keşlə” şəhid və Qarabağ müharibəsi veteranlarının övladları və "Qəhrəmanları olan vətənin bayrağı enməz" yazılmış bannerlə meydana çıxmışdısa, qonaqlar və onların yanındakı azyaşlılar "Bayraq mənliyimdi, bayraq kimliyim, bayraq öz yurduma hakimliyim" misraları yazılmış banner açmışdılar. Bundan başqa, “ASCO Arena”da VİP-tribuna ilə üzbəüz Azərbaycanın böyük bayrağı asılmışdı.
* İlk dəqiqələrdən matçın gərgin ab-havada keçməsi meydana çıxan futbolçularla yanaşı, texniki zonada əyləşənlərə də təsir etmişdi. Təsadüfi deyil ki, “Keşlə”də baş məşqçinin köməkçisi Mehman Babayev, “ağ-qaralar”da isə Roberto Bordin və yardımçısı Füzuli Məmmədov qarşılarında sarı vərəqə gördülər.
* 86-cı dəqiqədə qonaqların kapitanı Emin Mahmudov Con Kamaraya qarşı kobud oynayınca meydanda ara qarışdı. Vüsal İsgəndərli komanda yoldaşına qarşı kobudluğun qarşılığında Eminin üstünə hücum çəkdi. Əfran İsmayılov Vüsalı sakitləşdirən anda ortaya “Neftçi”nin köməkçi-məşqçisi Füzuli Məmmədov çıxdı. O Vüsalı acılayarkən Tərlan Əhmədov qonaqların texniki zonasına tərəf gəlib “Füzuli, ağıllı ol” söyləməklə yadda qaldı. Məmmədovla Əhmədov bir-birinin üstünə getmək istəyərkən isə ətrafdakılar hər iki məşqçini sakitləşdirməyi bacardılar.
* Son dəqiqələrdə hər iki tərəf əsəbi idi. Bu üzdən 4-cü hakim funksiyasını yerinə yetirən Rauf Cabbarovun üzərinə çox yük düşmüşdü. FİFA referisi bilmirdi texniki zonada oturanları sakitləşdirsin, yoxsa komandaların istədiyi əvəzetmələri reallaşdırsın. Məhz bu səbəbdən Mboc təxminən 3 dəqiqə meydanın kənarında dayanıb 4-cü hakimin tablonu qaldırmasını gözlədi. Sonda səbri daşan Mboc yüksək tonla Cabbarova meydana çıxmaq istədiyini bildirdi.
* Son saniyələrdə Tural Bayramlı zədələnərək meydanın kənarında qaldı. Ağrıdan qovrulan gənc yarımmüdafiəçi həkim köməyinə ehtiyac duysa da, Tərlan bəyin “Tural, qalx, sona qədər oynayacaqsan” deməsindən sonra çətinliklə də olsa, ayağa qalxıb oyunu davam etdirdi.
* Oyun başa çatandan sonra “Keşlə”nin paltardəyişmə otağında əsl bayram ab-havası yaşanırdı. Futbolçular qələbəni böyük səs-küylə qeyd edirdilər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar