13 noy 11:25liqa / reportaj

“Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə


Qurban Qurbanov: “Açığı, özüm də bu oyuna istədiyim kimi hazırlaşa bilməmişdim”
44. Qarabağ (Ağdam) - Zirə 1:1 (1:0)

1. Asmir Beqoviç – 5,0
23. Faysal Rerras – 4,5
5. Maksim Medvedev (k) – 5,0
4. Rahil Məmmədov – 5,0
30. Abbas Hüseynov – 5,0
2. Qara Qarayev – 4,5
(20. Riçard Almeyda, 69) – 4,5
21. Hacıağa Hacılı – 5,5
7. Araz Abdullayev – 4,5
18. İsmayıl İbrahimli – 5,0
(8. Miçel, 65) – 4,5
9. Xayme Romero – 4,5
(17. Abdulla Zubir , 73) – 5,0
99. Maqaye Geye – 5,0
Ehtiyat oyunçular
13. Vaqner da Silva
12. Şahruddin Məhəmmədəliyev
14. Rəşad Sadıqov
55. Bədavi Hüseynov
6. Simeon Slavçev
3. Aylton Silva
24. Nihad Tamazov
71. Toral Bayramov
29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Hacıağa Hacılı

28. Boyan Zoqoviç – 5,0
6. Alvaro Ampuero – 5,0
25. Miloş Bakraç – 5,0
14. Bəxtiyar Həsənalızadə - 5,0
88. Tellur Mütəllimov – 5,0
4. Elvin Camalov – 5,0
(5. Anastasios Papazoğlu, 90+3) – qiymətsiz
8. İlkin Muradov – 5,0
7. Cavid Hüseynov (k) – 5,5
(10. Elvin Məmmədov, 81) – qiymətsiz
23. Mfo Kqasvane – 5,5
70. Nicat Süleymanov – 5,0
43. Riçard Qadze – 6,0
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
17. Robin Nqalande
11. Soni Norde
99. Rafael Məhərrəmli
64. Kənan Cəfərov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Riçard Qadze
Qollar: M.Geye, 5 (1:0). R.Qadze, 70 (1:1, C.Hüseynov).
Vərəqələr: T.Mütəllimov, 30 (qeyri-idman hərəkəti). C.Hüseynov, 37 (hakimin qərarına etiraz). R.Qadze, 45+2 (qeyri-idman hərəkəti). M.Bakraç, 55 (qeyri-idman hərəkəti). M.Kqasvane, 67 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
10 noyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 600 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Bir gün əvvəl “Neftçi”nin “Keşlə”yə məğlub olması, “Zirə”nin ilk dövrədəki oyundakı ilk 45 dəqiqədə bu rəqibindən 3 cavabsız top buraxması, oyunun “Qarabağ”a doğma olan stadionda keçirilməsi, qonaqların heyətindəki itkilər, komandalar arasındakı səviyyə fərqi – bütün bunlar ağdamlıların növbəti qələbəni bayram edəcəyindən xəbər verirdi. Amma və lakin…
Cəmi 3 gün əvvəl son 6 ilin çempionunun APOEL-ə ağır yenilgisi bu matçın nəticəsi ilə bağlı ortaya müəyyən şübhələr çıxarmışdı. Başda Qurban Qurbanov olmaqla hamı Nikosiyadakı şokun təsiri altındaydı. Üstəgəl, “11-lik”dəki dəyişikliklər. Odu ki, zirəlilərin meydanı azı 1 xalla tərk edəcəyini müəyyən mənada təxmin etmək olardı ki, belə də oldu.
İlk dəqiqələrdən topa nəzarətin “Qarabağ”da olması qəsəbə təmsilçisi üçün təhlükə idi. Və həmin təhlükənin nəticəsi çox gözləmək lazım gəlmədi. Əvvəlki günlərindən xeyli uzaq düşdüyü üçün azarkeşlərin qəzəbinə tuş gələn Geye cərimə meydançasının xaricindən solaxay zərbə ilə topu “9-luğ”a sancandan sonra “Zirə”nin “qatarının getdiyini” düşünmək olardı. Hesab arasındakı fərqin artmasına hesablanmış başqa əlverişli vəziyyətlər də qonaqlar üçün acı sonluqdan xəbər verirdi. Di gəl ki, 14-cü dəqiqədə İsmayılın cərimə zərbəsindən fərqlənməsinə Boyan imkan vermədi. 10 dəqiqə sonra isə Hacıağanın “çərçivə”yə düşməsinə özünü topun qarşısına atan rəqib müdafiəçi əngəl oldu. “Zirə” ilk hissədə yeganə qol fürsətini 45-ci dəqiqədə yaxaladı. Müdafiəçilərin diqqətindən yayınan Qadzenin vurduğu top hədəfdən cüzi fərqlə yan keçdi.
Prinsipcə ikinci hissədə də hadisələr eyni axarda davam edirdi. Meydan sahibləri hücum edir, qol axtarışlarını davam etdirir, qonaqlar isə böyük qüvvə ilə top buraxmamağın qayğısına qalmaqla əks-hücumlara bel bağlayırdılar. Hesabın “sürüşkən” olduğunu dərk edən Qurban Qurbanov növbə ilə Riçardı, Miçeli və Zubiri mübarizəyə qoşsa da, qol istəyinə çatan “qartallar” oldu. Cavid Riçarda elə bir ötürmə etdi ki, hücumçunun həmin epizodu qola çevirməməsi futbol adına günah olardı. Topu nəhəng Beqoviçin ayaqları arasından tora qovuşduran Qadze ardıcıl ikinci oyunda fərqlənməyə nail oldu. Həmin vəziyyətdə Maksimin rəqibi oyundankənar vəziyyətə salmaq istəyinin uğursuz alındığını qeyd etməliyik. “Qarabağ”lılar qol vurmaq üçün çox çalışdı. Təkcə Miçel 78 və 89-cu dəqiqələrdə iki dəfə adını tabloya yazdırmağa yaxın olsa da, hədəfə düşə bilmədi. Əliyar Ağayevın final fiti zamanı tablodakı rəqəmlər “1:1”i göstərirdi.
Ağdamlılar qələbə qazana bilməsələr də, xalların üstündə daha 1-ni əlavə edib əsas rəqibi “Neftçi”dən 9 xal uzaqlaşdılar. Sonuncu qələbəsini 4-cü turda qazanan “Zirə” isə hələ də 3 xala həsrətdi. Hə, onu da qeyd edək ki, “köhlən atlar” son 4 çempionat oyununda yalnız bir qələbə qazanıb ki, onda da “Səbail”i son dəqiqə qolu hesabına məğlub ediblər, “Qəbələ” və “Neftçi”ylə qarşılaşmalarda, eləcə də bu görüşdə meydanı 1 xalla tərk ediblər. Halbuki ilk dövrədəki 7 oyundan maksimum nəticə - 21 xalla ayrılmışdılar.
HƏBİB

Gözdən qaçmadı
*Maqaye Geye vurduğu qola sanki Nikosiyada APOEL-in qapısına yol tapıbmış dərəcəsində sevindi. Vurduğu top tora qovuşan kimi sürətlə Qurban Qurbanova tərəf qaçıb baş məşqçini bağrına basdı. Qurbanovun reaksiyası isə adət etdiyimiz formada – sakit oldu. Çox güman, Geye APOEL-lə qarşılaşmada onu sonradan mübarizəyə qoşub, matçın sonlarına yaxın əvəzləyən baş məşqçiyə bu dəfə əsas heyətdə yer aldığına görə təşəkkür etmək istəyirdi.
* Oyunu izləyənlər arasında iki sürpriz qonağın olması diqqətdən yayınmadı. Biri “Qəbələ”ylə yeni müqavilə bağlayan İbrahima Niasse, digəri “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike idi. Yeri gəlmişkən, Pedro müsahibəyə dərhal “hə” desə də, Niasse nazlı qızlar kimi özünü dağ başına qoydu.
* Oyun başa çatandan sonra azyaşlıların meydanı tərk edən futbolçulardan futbolka istəməsinə yalnız Tellur Mütəllimov qarşılıq verdi. “88 nömrə” maykasını tribunaya atınca, uşaqlar arasında qırğın düşdü. Futbolkaya aralarında ən cılızı yiyələndi ki, digərləri ona şiddət göstərib “əmanəti” almaq istəyirdi. Onlar buna nail ola bilmədi. Yekunda yaşda və can-cüssədə nisbətən böyük biri (təxminən 14-15 yaşında) araya girdi, küçə söyüşləri söydü, nəticədə maykanı alıb qaçdı. Qaçarkən polisin onu itələyib yerə çırpması az öncəki tərbiyəsizliyinə və haqsızlığına olan ən layiqli cavab idi.

Reaksiyalar
Zaur Həşimov: “Yaxşı oyun oldu. Futbolularımız yaxşı mübarizə apardı. Nəticədə liderdən səfərdə xal aldıq. "Qarabağ"ın xal alırıqsa, bu, qələbəyə bərabər nəticədi. Futbolçulara mübarizliyə görə minnətdarlığımı bildirdim, təbriklərimi çatdırdım. Bu gün futbolçulardakı güvəni müəyyən qədər gördüm. Müdafiədə taktiki planda yaxşı oynadıq. Hücumda da qol imkanlarımızın birindən dəyərləndik. Zədəlilərimiz həddən artıq çoxdu. Elvin Camalov bu gün meydana zədəli çıxmışdı. Fasilədə millilərə gedən futbolçularımız olacaq. Ümid edirəm ki, sağlam qayıdacaqlar. Zədəlilərimzin sağalması üçün bu fasilə yaxşı fürsət olacaq”.
Qurban Qurbanov: “Son vaxtlar komandada fiziki və psixoloji yorğunluq var. Çətin dönəmdəyik. Gördüyünüz kimi, əsas heyətdə xeyli dəyişiklik etmişdik. Mikrozədəsi olan futbolçularımız var, onları qorumaq istəyirdik. Buna baxmayaraq, xallarımızın üstünə daha 1-ni əlavə etdik. Qalib gəlmək istəyirdik, heç-heçə oldu. APOEL-lə oyunun üstündə xüsusi dayana bilmirik. Çünki 2-3 gün sonra başqa oyunumuz olur. Ona görə də çalışırıq ki, futbolçuları qarşıdan gələn matçlara hazırlayaq. Hər nə qədər onları hazır vəziyyətə gətirmək istəsək də, APOEL-ə yenilgidən sonra psixoloji gərginlik qalır. Bu futbolçular iyuldan bu yana sıx qrafik altında oynayırlar. Bununla yanaşı, zədəlilərin olması da özünü göstərir. Biri özünə gələn kimi, bir başqası sıradan çıxır. Nəticədə istədiyimiz heyəti formalaşdırmaqda çətinlik çəkirik. Üç cəbhədə mübarizə aparmaq asan deyil – çempionat, Avroliqa və yığma. Açığı, özüm də bu oyuna istədiyim kimi hazırlaşa bilməmişdim. Hər nə qədər köklənməyə çalışsam da, APOEL-lə oyunun nəticəsi yaddan çıxmır. Peşəkarıqsa, irəli boylanmalıyıq. Açığı, çempionatdakı rəqiblərimiz də yorğunluğumuzdan, heyətdəki dəyişikliklərdən maksimum yararlana bilirlər. Bu gün məni ən çox narahat edən zədəlilərin çoxluğudu. Sıraya dönsələr də, özlərinə gəlmək üçün vaxt lazımdı. Hər bir komandanın eniş və yüksəliş dövrü var. Bu gün enişdə olsaq da, premyer-liqada yerimizi qoruyub saxlaya bilirik.
APOEL-lə oyundan sonra da demişdim ki, yenilgiyə baxmayaraq, sona qədər mübarizə aparacağıq. Qarşıda oyunlar var, nəticələrin necə olacağını indidən deyə bilmərik. Əlimizdə şans varsa, maksimum yararlanmağa çalışacağıq. İnamla həmin oyunlara hazırlaşacağıq. Dani Kintana bir həftədən sonra fərdi məşqlərə başlayacaq. Ozobiç fərdi məşqlər edir. Bu il kollektiv məşqlərə başlasa belə, yaşıl meydanlara dönüşü gələn ildən tez olmayacaq. Mahir bu gün (bazar günü) fitness məşqlərinə start verdi. O da bir müddət bərpa olmalıdı. “Sevilya” ilə oyuna qədər Daniylə Mahir tam hazır olmasalar da, “18-lik”də yer almaları mümkündü”.

Maraqlıdı…
“Zirə” premyer-liqasda 40-cı dəfə heç-heçə etdi. Bu, “Qarabağ”la səfər oyununda qeydə alındı. Yubiley qəsəbə klubunun 131-ci görüşünə təsadüf etdi. "Zirə" keçirdiyi oyunların 30 faizində 1 xal qazanıb. Bu bərabərliklərdən 19-u evdə, 20-si səfərdə qeydə alınıb
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu Dünən, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb Dünən, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı Dünən, 12:26 “Alyans”ı dayandıran tapıldı Dünən, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu Dünən, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” Dünən, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar