13 noy 11:22liqa / reportaj

“Səbail”i Qəbələdə əzdilər


42. Qəbələ - Səbail 3:0 (2:0)
1. Anar Nəzirov (k) – 5,5
2. Amin Seydiyev – 5,5
8. Qismət Alıyev – 5,5
7. Roman Hüseynov – 5,5
(14. Ülvi İsgəndərov, 84) – qiymətsiz
74. Yusif Nəbiyev – 5,0
11. Asif Məmmədov – 5,0
(6. İbrahima Niasse, 77) – qiymətsiz
9. Davit Volkov – 6,0
(19. Rövlan Muradov, 58) – 5,0
3. İvitsa Zuniç - 5,5
10. Klesio Bauk - 5,5
77. Merab Qiqauri - 5,5
21. Fernan Lopes - 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
28. Murad Musayev
4. Sadiq Quliyev
13. Kristian Kuaku
20. Faiq Hacıyev
22. Rüstəm Nuriyev
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Davit Volkov
85. Kamal Bayramov – 4,5
32. Elvin Yunuszadə - 4,5
13. Şəhriyar Rəhimov – 4,5
17. Elçin Rəhimli – 4,0
(88. Orxan Qurbanlı, 67) – 4,0
34. Urfan Abbasov - 4,5
4. Eltun Yaqublu (k) – 4,0
(7. Fəhmin Muradbəyli, 74) – qiymətsiz
14. Rahid Əmirquliyev - 4,5
8. Yevgeni Koçuk – 5,0
3. Turan Manafov - 4,5
(79. Əli Sadıxov, 61) – qiymətsiz
10. Ağabala Ramazanov - 4,5
22. Mirabdulla Abbasov - 4,0
Ehtiyat oyunçular
1. Aleksandr Rıbka
26. Kamal Qurbanov
5. Vüqar Bəybalayev
55. Adil Nağıyev
9. Mirsahib Abbasov
6. Maykl Essyen
21. Eriko da Silva
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Yevgeni Koçuk
Qollar: D.Volkov, 22 (1:0). D.Volkov, 45+2 (2:0). Ü.İsgəndərov, 90+2 (3:0).
Vərəqələr: K.Bauk, 44 (qeyri-idman hərəkəti). T.Manafov, 47 (qeyri-idman hərəkəti). A.Ramazanov, 58 (qeyri-idman hərəkəti). E.Yunuszadə, 74 (qeyri-idman hərəkəti) – sarı. Ə.Sadıxov, 80 (rəqibi aşkar qol imkanından məhrum etmək) – qırmızı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
9 noyabr. Qəbələ. Şəhər stadionu. 180 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ötən tur “Sabah”la öz meydanındakı oyunda yaxaladığı çoxsaylı imkanları dəyərləndirə bilməyən “Qəbələ” bu dəfə eyni səhvə yol vermədi. Matçın əvvəlindən sonuna qədər rəqib üzərində böyük üstünlük quran ev sahibi meydandan 3 xalla ayrıldı. Cari mövsümdəki ən zəif oyununu göstərən “Səbail” isə 90 dəqiqə ərzində ciddi heç nə ilə yadda qalmadı. Xüsusən mərkəzdə bütün topları uduzan “dənizçilər” rəqibə qarşı mübarizə aparmaqda çətinlik çəkdirdi. Əvəzində hər top uğrunda mübarizə aparan “Qəbələ” var idi. Ev sahibləri 22-ci dəqiqədə sağ cinahdan hücumdan sonra hesabı açdı. Yunuszadədən topu almağı bacaran Lopes cərimə meydançasına ötürmə etdi. Kamal Bayramov Qiqaurinin zərbəsini dəf etsə də, Volkov qayıdan topa özünü çatdıraraq adını tabloya yazdırdı. Qoldan sonra da üstünlük tam “Qəbələ”nin tərəfində idi. Müdafiədə əsl xaos yaşayan “Səbail” topu mərkəzə belə çatdıra bilmirdi. Qonaqların oyundakı yeganə təhlükəli imkanı 30-cu dəqiqəyə təsadüf etdi. Koçukun sol cinahdan qapı önünə ötürməsinə uyğun vəziyyətdə olan Mirabdulla ilə Şəhriyar toxundu. Amma Ağabala çətini bacararaq, iki metrdən topu qapıdan keçirə bilmədi. İlk hissəyə əlavə olunmuş 2-ci dəqiqədə isə fərq artdı. Lopesin ötürməsiylə qapıçı ilə üzbə-üz qalan Volkov özünün və komandasının ikinci qolunu vurdu.
Fasilədən sonra da dəyişən bir şey yox idi. Qonaqlar hesabda geridə olmalarına baxmayaraq, varlıq göstərə bilmirdilər. Nəticədə 50-ci dəqiqədə fərq daha da arta bilərdi. Qiqaurinin ötürməsindən sonra qapıçıyla üzbəüz qalan Roman Hüseynov əlverişli vəziyyətdən yararlana bilmədi. 64 və 77-ci dəqiqələrdə isə Bauk adını tabloya yazdıra bilərdi. Ancaq Kamal Bayramov iki epizodda da qaradərili futbolçunun fərqlənməsinə imkan vermədi. Onsuz da işi çətin olan “Səbail” 80-ci dəqiqədə daha bir zərbə aldı. Əli Sadıqovun Fernan Lopesə qarşı qayda pozuntusunu baş hakim “sonuncu ümid folu” kimi dəyərləndirdi və futbolçuya birbaşa qırmızı vərəqə göstərərək meydandan qovdu. Oyuna artırılan 2-ci dəqiqədə isə meydana sonradan çıxan Ülvi İsgəndərov görüşün hesabını müəyyənləşdirdi - 3:0. Beləliklə, 90 dəqiqə diqtə edən tərəf haqq etdiyi qələbəni bayram etdi. “Qırmızı-qaralar ” bu qələbədən sonra da sonuncu pillədə qalsa da, oyun baxımından ümid verdi. “Səbail” isə son 7 qarşılaşmada 6-cı məğlubiyyətini alaraq uğursuz seriyanın ömrünü uzatdı.
HƏSƏN QULUZADƏ

Gözdən qaçmadı
* Oyunun Bayraq Gününə təsadüf etməsi “Qəbələ” rəhbərliyinin diqqətindən yayınmamışdı. “Qəbələ”li futbolçular meydana əllərində “Bayrağımız – qürurumuz, mənliyimiz, şərəfimiz” yazılmış pankartla çıxmışdılar.
* Hesabı əks etdirən tablo görüş başlayanda işləmirdi. Yalnız bir müddətdən sonra – 13-cü dəqiqədə müyyən müdaxilələrdən sonra problem aradan qaldırıldı.
* “Qəbələ”nin azarkeş qrupu da Bayraq Gününü unutmamışdı. Onlar stadiona bir neçə Azərbaycan bayrağı ilə gəlmişdilər. Oyunboyu komandalarını dəstəkləməklə yanaşı, “Azərbaycan, Azərbaycan” şüarı da səsləndirdilər.
* Görüşün sonunda maraqlı hadisə yaşandı. Furtbolçular paltardəyişmə otağına yollanarkən həmin tribunanın üstündə ortayaşlı bir azarkeş dayanmışdı. Polislər onu ordan uzaqlaşdırmaq istəsələr də, həmin yerdən çəkilmirdi. Söhbətin böyüdüyünü görən “Qəbələ”nin prezidenti Fariz Nəcəfov müdaxilə etdi. Klub rəhbəri həmin azarkeşin şəhərin ziyalılarından biri olduğunu və polislərdən bunu nəzərə almalarını xahiş etdi. Yalnız bundan sonra polislə azrakeş arasında olan gərginlik bitdi. Sonra isə Fariz bəy həmin azarkeşi öz yanına dəvət etdi.

Reaksiyalar
Aftandil Hacıyev: “Oyunla bağlı danışılası çox şey yoxdu. İlk hissədə 3-4 qol imkanımız oldu. Onlardan istifadə edə bilmədik. Ancaq qol vursaydıq belə, bu gün daha istəkli olan tərəf “Qəbələ” idi. Komandamı belə istəksiz görmək çox çətindi. İlk dəfədi “Səbail”i belə görürəm. Məğlub olanda belə komandamı təbirk etmişəm. Bəzən uduzğumuz oyunlarda belə futbolçular tərifəlayiq oynayıblar. Ancaq bu gün ən zəif oyunumuzu göstərdik. Bunun da bir çox səbəbi var. Detallara çox varmaq istəmirəm. Məsuliyyət ilk öncə bizdədi. Yaranan fasilədən istifadə edib növbəti oyunlara hazırlaşmalıyıq. Bu uğursuzluğun nə ilə bağlı olduğunu deyə bilmərəm. Ancaq bir məqam dəqiqdi ki, builki “Səbail” ötəilki deyil. Heyətdə bəzi təcrübəli oyunçular var. Müəyyən şeyləri onlar üzərinə götürməlidilər. Ancaq hər şeyi onların da üstünə atmaq istəmirəm. Onlar da çətinlik çəkirlər. İstefa vermək haqda düşünmürəm. Bu fikirlərə hörmətlə yanaşıram. Ancaq mənim klubla müqaviləm davam edir. Siz “Səbail”dən çox şey gözləyirsiz. Komandanın turnir cədvəlində hazırkı mövqeyi normaldı. Ötənilki gücdə deyilik. Bu il daha çox yerli oyunçulara üstünlük vermək istəyirik. İlk turlarda yaxşı nəticə qazandığımız oyunlarda belə bizi qarşıda çətin oyunların gözlədiyini bildirmişdim. Elə indi də həmin çətin dövrü yaşayırıq. Oyunçularımın bilərəkdən oynamadığı fikrini qətiyyən yaxın buraxmıram. Heyətdə o cür futbolçu yoxdu. Bu gün Essyenin oynayıb-oynamaması da çox şeyi dəyişmir. Əsas odu ki, Əli Sadıxov kimi gənc oyunçu debut etdi”.
Elmar Baxşıyev: “İlk öncə Bayraq Günü münasibəti ilə təbrik edirəm. Bu gün komandam əlindən gələni etdi və qələbə qazandıq. Olduqca gənc heyətimiz var. Belə qələbələr onlara əlavə motivasiya verir. İbarahima Niassenin komandaya qoşulmasını rəhbərlikdən mən xahiş etmişdim. Onun komandaya faydası çox olacaq. Davit Volkovun yüngül zədəsi olduğu üçün onu meydandan çıxardıq. Növbəti oyunlarda yenidən meydanda olacaq. Mən bu komandadnın potensialını bilirəm. Biz daha artığına layiqik. Məqsədimiz hazırda oyun keyfiyyətini və gənc futbolçuların təcrübəsini artırmaqdı. “Sabah”la oyunda yaxşı çıxış etmişdik. Sadəcə, imkanlardan yararlana bilmədik. Gənc oyunçularımız çoxdu. Təcrübə problemimiz var. Bunu da istək və əzmkarlıqla kompensasiya etmək istəyirik. Tədricən daha yaxşı durumda olacağıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu Dünən, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb Dünən, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı Dünən, 12:26 “Alyans”ı dayandıran tapıldı Dünən, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu Dünən, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” Dünən, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar