Yazarlar
Sonun başlanğıcı...

Anar Şabanoğlu


Sonun başlanğıcı...
İstefa!

Huşəng


İstefa!
Sonun başlanğıcı…

Anar Şabanoğlu


Sonun başlanğıcı…

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
Bugünkü qəzet
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
13 noy 11:13liqa

Sürprizlər turu


Buna qədər baş tutan 10 turu incələsək, bəlkə də qeydə alınan nəticələrə və həmin nəticələrdən sonra turnir cədvəlində yaranan mənzərəyə görən ən maraqlısıydı. Ayrı-ayrı oyunlara keçid almazdan əvvəl bir-iki xüsusi məqama diqqət yetirək. Hesabat turunun 4 oyunundan üçü “üst” gəldi. Yəni “Qarabağ” – “Zirə” qarşılaşmasından başqa, qalan oyunların hər birində azı 3 qola şahidlik etdik. Daha bir diqqətçəkən məqam “Səbail”dən başqa, qalan 7 komandanın hər birinin rəqib qapısına yol tapmasıydı, Yalnız “dənizçilər” sonuncu pillədə yer alan “Qəbələ”nin qapıçısını məyus edə bilmədilər. Ümumilikdə 12 qola şahidlik etdik ki, bu da hər qarşılaşmaya orta hesabla 3 top deməkdi.
Məhsuldarlıq olan yerdə bombardirlər siyahısında sıxlığın yaranması da normaldı. “Keşlə”li Lorenso Frutos “susdu” deyə, Mehdi Şərifi vurduğu növbəti qolla ona çatdı. “Qəbələ”li Davit Volkov isə dayanmaq bilmir. Gürcü futbolçu son 3 oyunda 4-cü qoluna imza atmaqla özünü məhsuldarların arasında qatdı. Sonuncu dəfə 7-ci turda ”Sabah”ı məyus edən Maqaye Geyenin də üzü güldü.
Ötən həftəsonuna “sürprizlər turu” adını verməklə səhvə yol vermiş olmarıq. Çünki qeydə alınan nəticələrin hər birində gözlənilməzlik var idi. Deyək ki, “Qarabağ” ağır və üzücü Nikosiya səfərindən qayıtmışdı. Yorğunluq və psixoloji problemlər hər nə qədər ön plana çıxsa da, çempionun qarşısındakı rəqib 6 turdu qələbənin nə olduğunu bilməyən “Zirə” idi. Və həmin “Qarabağ” bu “Zirə”nin qapısından ayyarım əvvəl ilk 45 dəqiqədə 3 cavabsız top keçirmişdi. Yəni “köhlən atlar” hər nə qədər çətin dönəmdən keçsə də, zirəlilərlə heç-heçə oynayacağını ağla gətirmək olmazdı. Həm də həssas məqamda – “Neftçi”nin məğlub olduğu turda.
“Neftçi” demişkən, sonuncu dəfə 4-cü turda “Qarabağ”a boyun əyən, o vaxtdan bəri 4 qələbə və 2 heç-heçə sayəsində azarkeşlərinin ümidləndirən bakılılar, nəhayət, məğlubiyyətə üzüldü. Həm də hansı komandaya? Vaxtilə “Neftçi”nin hazırkı rəhbərliyinin bəyənmədiyi Tərlan Əhmədovun çalışdırdığı və turnir cədvəlindəki ən yaxın izləyicisi olan “Keşlə”yə. Əslində “Keşlə” də xeyli vaxtdı uduzmaq nədi bilmir. Onlar da sonuncu məğlubiyyətini 4-cü turda “Səbail”dən alıb. Lakin komandaların gücünü hərtərəfli müqayisə edəndə, “Neftçi”nin bu rəqibdən öndə olduğuna şübhə yeri yoxdu. Təsəvvür edin, ilk dövrədə bir saat azlıqda oynayan Roberto Bordinin yetirmələri həmşəhərlilərinə boyun əyməmişdi. “Qırmızılar” bu dəfə hədəfə çatmaqla 2-ci pilləni yenidən ələ keçirdi. “Qarabağ”la “Neftçi” arasındakı fərq isə 9 xala çatdı.
Möcüzə baş verməsə, çox güman, “3-lük” uğrunda mübarizə “Qarabağ”, “Keşlə” və “Neftçi” arasında gedəcək. Daha doğrusu, son iki komanda medallar uğrunda savaşacaqlar, ağdamlıların xoş gələcəyi çoxdan bəllidi. Avrokuboklara vəsiqə verə biləcək (kubokun qalibinin adından asılıdı – H.) 4-cü pilləyə isə indiki halda “Sumqayıt” layiq görünür. “Kimyaçılar” son oyunlarda parlaq çıxış edirlər. İlk dövrədə “Səbail”ə, “Neftçi”yə, “Zirə”yə, “Qarabağ”a boyun əyən Ayxan Abbasovun yetirmələri indi rəqibləri özləri ilə ayaqlaşmağa məcbur edir. Bu gedişlə Samir Abasovun 2 il əvvəlki komandası yalan olacaq.
“Səbail”lə “Sabah”ın işi Allahın ümidinə qalıb. Heyətinə görə əksər rəqiblərini üstələyən bu komandaların düşdüyü durum ürək ağrıdır. Sonuncu dəfə 4-cü turda “Keşlə”ni məğlub edən “dənizçilər” o vaxtdan bu yana qələbənin nə olduğunu bilmir. İlk 5 turda hesabına 10 xal yazmaqla rəqibləri üçün həyəcan təbili çalan Bayıl təmsilçisi son 6 oyunda cəmi 1 xala sevinib: 5 məğlubiyyət, 1 heç-heçə. Bu gedişlə ilk yarının sonuna qədər sonuncu yerə düşəcəklər. “Sabah” da onlar kimi. Qeyri-sabitliklə yadda qalan “tələbələr” doğma azarkeşləri önündə “Sumqayıt”a məğlub olursa, iddiadan, avrokubok həvəsindən danışmaq artıqdı.
“Sumqayıt”ın Masazır səfərində “Sabah”ın qapısından 3 top keçirməsinə hardasa inanmaq olardısa, iddiasız “Qəbələ”nin Ağabalalı, Koçuklu, Fəhminli, Elvinli “Səbail”in qapısından 3 cavabsız top keçirməsi “Qarabağ”ın “Qaradağ Lökbatan”a uduzmasının mümkünlüyü qədər inandırıcı görünmürdü. Lakin bölgə təmsilçisi bunu bacarmaqla turun növbəti sürprizinə imza atmış oldu.
Azərbaycan premyer-liqası
2-ci dövrə, 11-ci tur
9 noyabr
Qəbələ - Səbail 3:0
Keşlə - Neftçi 2:1
10 noyabr
Sabah – Sumqayıt 1:3
Qarabağ – Zirə 1:1
1. Qarabağ 11 8 3 0 20-3 27
2. Keşlə 11 5 4 2 13-6 19
3. Neftçi 11 5 3 3 16-10 18
4. Sumqayıt 11 4 2 5 14-16 14
5. Səbail 11 3 2 6 8-17 11
6. Zirə 11 2 5 4 11-17 11
7. Sabah 11 2 4 5 11-14 10
8. Qəbələ 11 2 3 6 9-19 9
Bombardirlər: Lorenso Frutos (Keşlə), Mehdi Şərifi (Sumqayıt) – 5. İsmayıl İbrahimli (Qarabağ), Stiven Jozef-Monroz (Neftçi), Maqaye Geye (Qarabağ), Davit Volkov (Qəbələ) – 4.
Növbəti turun oyunları: 22 noyabr – Sumqayıt – Qarabağ; 23 noyabr – Səbail – Sabah; 24 noyabr – Zirə - Keşlə, Neftçi – Qəbələ.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Bu gün, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Bu gün, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Bu gün, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Bu gün, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Bu gün, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı Dünən, 12:20 Çay və ya qəhvə içmək zamanı Dünən, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Dünən, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Dünən, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Dünən, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Dünən, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib Bütün xəbərlər
Ən çox oxunanlar