13 noy 11:07liqa / reportaj

"6 xallıq oyun”da sumqayıtlılar sevindi


43. Sabah (Bakı) - Sumqayıt 1:3 (1:0)
1. Saşa Stamenkoviç (k) - 4,5
17. Məhəmməd Mirzəbəyov - 4,0
4. Bəhlul Mustafazadə - 4,5
13. Filip İvanoviç - 5,0
22. Məqsəd İsayev - 4,5
(19. Təmkin Xəlilzadə, 65) - 5,0
11. Şakir Seyidov - 5,0
10. Cavid İmamverdiyev - 5,0
(6. Vadim Abdullayev, 83) - qiymətsiz
9. Ulise Diallo - 5,0
(21. Rocer Roxas, 77) - qiymətsiz
27. Hendrik Ekşteyn - 5,5
26. Ozancan Kökcü - 5,0
23. Amadu Diallo - 5,0
Ehtiyat oyunçular
71. Dmitro Bezruk
5. Kərim Diniyev
20. Anar Panayev
38. Arsen Ağcabəyov
99. Abbas Ağazadə
Məşqçi: Ramin Quliyev
Komandanın ən yaxşısı: Hendrik Ekşteyn

1. Mehdi Cənnətov - 6,0
44. Elvin Cəfərquliyev - 5,5
3. Vurğun Hüseynov (k) - 5,5
4. Şəhriyar Əliyev - 5,0
5. Camaləddin Xocaniyazov - 5,5
46. Aleksey İsayev - 5,5
6. Vüqar Mustafayev - 5,5
90. Rəhim Sadıxov - 5,5
(70. Mehdi Şərifi, 46) - 6,0
22. Sərtan Taşqın - 5,0
(18. Süleyman Əhmədov, 46) - 5,5
10. Əmir Ağayev - 6,0
8. Peyman Babayi - 6,5
(14. Elvin Bədəlov, 84) - qiymətsiz
Ehtiyat oyunçular
12. Nicat Mehbalıyev
13. Aydın Bayramov
2. Rail Məlikov
7. Ehtiram Şahverdiyev
9. Amil Yunanov
11. Elgün Nəbiyev
20. Rüfət Abdullazadə
28. Səbuhi Abdullazadə
50. İlqar Qurbanov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Peyman Babayi
Qollar: U.Diallo, 32 (1:0). P.Babayi, 56 (1:1, A.İsayev). M.Şərifi, 76 (1:2, C.Xocaniyazov). Ə.Ağayev, 90+5 (1:3).
Vərəqələr: E.Cəfərquliyev, 35 (qeyri-idman hərəkəti). S.Taşqın, 39 (qeyri-idman hərəkəti). Ş.Seyidov, 51 (qeyri-idman hərəkəti). S.Əhmədov, 61 (qeyri-idman hərəkəti). C.İmamverdiyev, 66 (qeyri-idman hərəkəti). B.Mustafazadə, 67 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 70 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
10 noyabr. Masazır. Bank Respublika Arena. 2000 tamaşaçı (13000 yerlik).
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
"Sabah"la "Sumqayıt"ın dueli "6 xallıq oyun” hesab olunurdu. Son dönəmlərdə, konkret İqor Ponomaryovun gəlişindən sonra inamlı görünən "Sabah" ev oyunundan qalib ayrılsa, birdən-birə 2 addım irəliləyəcək, 4-cü pilləni ələ keçirəcəkdi. Eyni sözləri "gənclik şəhəri" təmsilçisi haqda da demək lazım gəlirdi. Masazırlıların indiyə qədər evdə "Sumqayıt"ı yenə bilməməsi də prinsipiallığı artırırdı.
İlk dəqiqələrdən gərginlik hiss olunsa da, oyunun əvvəli qol vəziyyətləri baxımından kasad alındı. İlk yarımsaatda cəmi 2 təhlükə qeydə alındı. Oxşar epizodlar idi və hər ikisi "Sabah"ın qapısı qarşısında, eyni futbolçunun ifasında baş verdi. Belə ki, Rəhim Sadıxov 17-ci və 23-cü dəqiqələrdə təxminən eyni nöqtədən qapıya zərbə endirdi və xüsusilə ikincisi xeyli təhlükəli alındı.
Hesabı isə "Sabah" açdı. 32-ci dəqiqədə Caviddən ötürmə alan Ekşteyn qapıya qüvvətli zərbə endirdi. Cənnətov onun vuruşunu dəf etsə də, qısa düşən topu Ulise Diallo tora qovuşdurdu. 39-cu dəqiqədə tir "Sumqayıt"ı real qoldan xilas etdi. Standart vəziyyətdən sonra Ozancanın cərimə meydançasına havalandırdığı topu İmamverdiyev başla "çərçivə"yə ünvanlasa da, bəxti gətirmədi.
İkinci hissə daha baxımlı alındı. "Sumqayıt" ikinci yarıya əvəzetmə ilə başladı. İnsafən, Süleyman oyuna qoşulandan sonra qonaqlar təşəbbüsü ələ keçirdilər. Bunun məntiqi nəticəsi kimi 56-cı dəqiqədə tarazlıq qolunu vurmağa müvəffəq oldular. Alekseyin ötürməsindən sonra Peyman Babayi sol ayaqla 24-25 metrdən qapını dəqiq nişan alaraq, baxımlı qola imza atdı. 64-cü dəqiqədə "Sumqayıt" növbəti qola yaxın oldu. Əmirin uzaqdan zərbəsi yetərincə təhlükəli alındı. İki dəqiqə sonra Amadu kornerdən sonra birbaşa qapıya gedən topu yaxın dirəyin dibindən, demək olar, xəttin üstündən çıxarmağı bacardı. 70-ci dəqiqədə Mehdi Şərifinin cərimə meydançasına sağdan daxil olub vurduğu çarpaz zərbəni Stamenkoviç qapı xəttindən çıxarmaqla qola əngəl oldu.
76-cı dəqiqədə "Sumqayıt" hesabda önə keçdi. Xocaniyazovun "Sabah"ın müdafiəsinin arxasına göndərdiyi ideal uzun ötürmədən sonra həmyerlisi Mehdi rəqib qapıçı ilə üzbəüz qalıb toru silkələdi. Bundan bir dəqiqə əvvəl isə Ulise Diallo təkbətəkdən yararlana bilməmişdi. 84-cü dəqiqədə "Sabah" topu rəqib qapısından keçirsə də, hakim ofsayd işarəsi ilə Bəhlulun qolunu saymadı. Matça əlavə olunmuş dəqiqələrdə isə Bəhlul yüzfaizlik qol şansını boşa verdi. Bu dəfə ofsayd da yox idi. Ancaq hücuma dəstək verən müdafiəçi iki metrdən fərqlənə bilmədi. Məğlubiyyətdən xilas olmağa can atan "Sabah"ın növbəti qol imkanına Cənnətov əngəl oldu. O, Təmkinin standart vəziyyətdən vuruşunu "9-luq"dan çıxardı. Əlavə olunmuş sonuncu - 5-ci dəqiqədə isə "Sumqayıt" "Sabah”ın işini bitirdi. Əks-hücumdan sonra Əmirin zərbəsi Vadimə dəyib tora daxil oldu. Beləliklə, sumqayıtlılar Masazırdan əzmkar qələbə ilə döndülər.

Gözdən qaçmadı
* "Sabah"ın əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub. Elşad Əhmədovun istefasından sonra əsas komandaya cəlb olunan Rövşən Bababyev yenidən əvəzedici heyətə rəhbərlik edəcək. Bu səbəbdən oyunsonrası mətbuat konfransında Ponomaryovu Babayev yox, Ramin Quliyev əvəzlədi.
* İlk yarının sonlarında Ozancanla Amadu Diallo arasında mübahisə yaşandı. Türk futbolçu komanda yoldaşını ötürməsinə ayaq qoymamaqda, o isə öz növbəsində topu vaxtında ona göndərməməkdə qınayırdı. İkilinin hətta meydanda ayaq saxlayıb uzun müddət epizodla bağlı müzakirə aparması diqqətdən yayınmadı.
* Komandadaxili ab-havanın ürəkaçan olmadığı digər futbolçuların münasibətində də özünü büruzə verir. Konkret oyunun gedişində Cavid İmamverdiyevlə Ulise Diallonun arasında gərginlik yaşandı. Legionerin korneri yerinə yetirmək istəyən Cavidi itələyərək ona qışqırdığını hər kəs gördü.

Reaksiyalar
Ramin Quliyev: "Rəqibi tərbik edirəm. İlk hissədə bərabər oyun getsə də, fasilədən sonra vəziyyət dəyişdi. Epizodlara görə biz də uda bilərdik. Müdafiədə səhvlərimiz oldu. Ulise Diallo ikinci hissədə fürsəti dəyərləndirə bilsəydi, nəticə fərqli olardı. Futbol belədi, vurmayana vururlar. Orta xətdə itkilərimiz var. Coşqun Diniyev zədəlidi. Rəşad Eyubov bir az özünü pis hiss edir deyə, məşqlərə qatılmır. Yenə deyirəm, bu gün ikinci hissədə "Sumqayıt" daha üstün oynadı. Bəxt amili də sözünü dedi. Biz vurmadıq, epizodun davamında rəqib vurdu. Yəni taktiki baxımdan problem yoxdu. Cavid İmamverdiyevin zədəsi ağır deyil. Qışa qədər 3 oyunumuz var. Yeni gələnlərdən komandaya uyğunlaşanlar da var, uyğunlaşmayanlar da. "Onlara vaxt lazımdı" demək də bir qədər düz deyil. Ola bilər ki, qışda hansısa legioner barədə qərar verilər. Ancaq indidən kiminsə ümidləri doğrultamadığını söyləmək düz deyil".
Ayxan Abbasov: "Bizim üçün önəmli oyun idi. Çünki turnir cədvəlində həm aşağı düşə, həm də irəliləyə bilərdik. Rəqibin ən güclü silahı əks-hücum idi. Təəssüf ki, fərqlənmələrinə imkan yaratdıq. Ancaq fasilədən sonra vəziyyəti dəyişdik, 3 qol vurduq. Bundan sonra da gücümüz çatana qədər döyüşəcəyik. Çempionatın əvvəlində az qol imkanı yaradırdıq. Bir matçda 3 belə imkanımız olurdu. İndi isə daha çox fürsət olsa da, reallaşdıra bilmirik. Bu da futbolçuların ustalığından irəli gəlir. Çatışmazlıqların üzərində işləyirik. Son qolda Əmir Ağayev məsuliyyəti öz üzərinə götürdü. Çünki oyunun son saniyələri idi. O, cərimə meydançasında aldatmağı xoşlayır. Qalan epizodlarda futbolçularımız qol vəziyyətləri zamanı bir-birinə ötürmə verirlər. Bu gün oynamayan futbolçular öz üzərində işləməlidilər. İlqar Qurbanov komandaya gələndə 3 ay məşqsiz idi. Ona inanıram. Gələcəkdə oynamaq imkanı olacaq. Bu, bütün futbolçularımıza aiddi".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı Dünən, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” Dünən, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər Dünən, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır Dünən, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi Dünən, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır Dünən, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu Dünən, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” Dünən, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? Dünən, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay Dünən, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı 3-01-2020, 16:35 Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi! 3-01-2020, 16:26 “Zirə”dən Elvinə “get” deyən olmayıb 3-01-2020, 16:13 Teymur Rəcəbov 2019-un ən yaxşı idmançısıdı! 3-01-2020, 11:00 “Sabah”ın ilk transferi Marina oldu 3-01-2020, 10:54 Veteranların duelini “Sumqayıt” qazandı 3-01-2020, 10:48 Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır 3-01-2020, 10:45 “Qəbələ”: 2019-dan 12 məqam 31-12-2019, 08:18 Ruslan qış fasiləsinin dönüş nöqtəsi olacağını düşünür 31-12-2019, 08:13 Musa Qurbanlı “Qarabağ”ı tərk edə bilər 30-12-2019, 21:22 Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri 30-12-2019, 21:00 Şahin Zəkiyev “Keşlə”də haqsızlıqla üzləşib 30-12-2019, 20:55 “Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu” 30-12-2019, 11:04 Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub 30-12-2019, 11:01 Aftandil Hacıyev: “Elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər” Bütün xəbərlər
Ən çox oxunanlar