08 noy 12:35liqa

Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi”


Premyer-liqanın 10-cu turunda hakimlər idarəçiliyini birmənalı qiymətləndirmək çətindi. Yaxşı idarəçilik də gördük, səhvlər də. Geridə qalan tur turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandaların qarşıdurması ilə yadda qaldı. Çoxları dövrənin əsas oyunundan sonra hakimlik mövzusunun ön plana çıxacağını düşünsə də, ehtimallar özünü doğrultmadı.
Neftçi – Qarabağ, İNQİLAB MƏMMƏDOV
Azərbaycan derbisində İnqilab Məmmədovun hansı idarəçiliklə yadda qalacağı maraqla gözlənilirdi. Bəribaşdan qeyd edək ki, baş hakim kobud səhvlərlə diqqəti çəkmədi. Oyunun ağırlığından doğan müəyyən nöqsanları vardı ki, ciddi söz-söhbətə səbəb olmadı. Xüsusən qarşılaşmanın əvvəlində Stiven Jozef-Monrozun rəqib qapısından keçirdiyi, lakin hesaba alınmayan top müzakirəyə səbəb oldu. Təkrara baxanda laysmanın haqlı olduğunu demək hər nə qədər çətindisə, ofsayd qərarında səhvə yol verdiyini əminliklə söyləmək də mümkün deyil. İnqilabın həlledici və başını uca edən qərarı ikinci yarıda Tural Axundovun "Qarabağ"ın cərimə meydançasında yerdə qaldığı epizodda penalti təyin etməməsiydi. Oyundan sonra təşkil olunan mətbuat konfransında Roberto Bordinin dedikləri hakimliyi sübhə altına salsa da, sonradan klubdan səs çıxmadı. Deməli, italyan çalışdırıcı gümanında yanılıb.
Qəbələ - Sabah, RƏHİM HƏSƏNOV
Kifayət qədər maraqlı keçən qarşılaşmada Rəhim Həsənovun nəticəyə təsir edən səhvi olmadı. Üstəlik, oyunun sürətinə də ayaq uydura bilirdi. Ən əsası lazımı anda “üstünlük” prinsipinə riayət etməsi FİFA referisinə müsbət dividend qazandırdı. Premyer-liqada fit çalan ədalət təmsilçilərinin heç də hamısı bunu bacarmır. Həsənov inamlı idarəçiliklə yadda qaldı. Bölgədə baş tutan qarşılaşmada baş hakimin adına yeganə çatışmayan cəhət kimi zədələnib meydanın kənarına çıxan oyunçuların meydana qayıtmaq istəyinə gec reaksiya verməsini vurğulamaq lazımdı. Düzdü, bəzən oyunun sürəti onun kənara baxmasına mane olurdu. Ancaq hər halda, FİFA referisi bu məsələdə daha da diqqətli olmalıdı.
Zirə - Sumqayıt, SƏBUHİ BAYRAMOV
Turun mərkəzi görüşü “Neftçi” - “Qarabağ” matçı olsa da, Zirə İdman Kompleksinin meydanında baş tutan qarşılaşma turun ən dinamik və ən bol qollu dueli kimi yadda qaldı. Hər iki komandanın sürətli oyuna üstünlük verməsi hakimlərin də işini çətinləşdirirdi. Buna baxmayaraq, Səbuhi Bayramov və köməkçiləri çətin imtahandan üzüağ çıxmağı bacardılar. Baş hakim qərarlarında qətiyyətli, futbolçularla münasibətdə inamlı görünürdü ki, bu da hər iki komandanın futbolçularını qaydalar çərçivəsində oynamağa məcbur edirdi. Meydan sahiblərinin qapısına təyin olunan penlti zamanı da Bayramov haqlı idi. 4-cu hakim funksiyasını yerinə yetirən Əliyar Ağayev də üzərinə düşən missiyanı lazımınca yerinə yetirsə də, bəzən FİFA referisi baş məşqçilərin və köməkçilərinin texniki zona qaydalarını pozmasına göz yumurdu. Bu yöndə xüsusilə meydan sahiblərinin məşqçilər korpusu seçilirdi. “Qartallar”ın baş məşqçisi Zaur Həşimov xüsusilə ikinci hissədə nəinki onun üçün ayrılan zonanı tərk edirdi, hətta bəzən meydana da girirdi. Köməkçisi Azər Məmmədov da dəfələrlə eyni addımı təkrarlamaqla yadda qaldı.
Səbail – Keşlə, RƏVAN HƏMZƏZADƏ
Şəkili referi artıq 13-cü saniyədə Elçin Rəhimliyə sarı vərəqə göstərməklə sanki meydanda varlığını futbolçulara xatırlatmağa çalışdı. Rəvanı da bir çox başqa hakimlərimiz kimi, fit çalmağa hədsiz həvəs göstərməkdə qınamaq olar. Bu öz yerində, amma fikrimizcə, hakimin ən böyük səhvi Urfan Abbasovun 18-ci dəqiqədə qaydalara uyğun şəkildə vurduğu qolu hesaba almamasıdı. Həmin vaxt topun Fəhminin əlindən səkərək Namaşkonu yanıltması variantının Həmzəzadənin ağlına hardan gəldiyini anlamaq çətindi. Hakimin daha bir mübahisəli qərarı kimi “Səbail”dən Orxan Qurbanlının 90+2-ci dəqiqədə “Keşlə”nin cərimə meydançasında yerdə qalarkən reaksiya verməməsini göstərmək olar. Həmin vaxt ayağa yüngül təmas var idi. Nəhayət, referinin işində daha bir nöqsan eyni oyun vəziyyətlərinin fərqli təfsiridi. Məsələn, Ağabala Ramazanov 42-ci, Mirabdulla Abbasov isə 84-cü dəqiqədə özünü rəqibin cərimə meydançasında yerə atdı. Həmzəzadə birinciyə güldən ağır söz demədisə, ikinciyə simulyasiyaya görə sarı vərəqə göstərdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar