12 apr 13:02liqa

Mükafatçıların siyahısı rəsmiləşdi!

Mükafatçıların siyahısı rəsmiləşdi!
Topaz premyer-liqasının 25-ci turu da geridə qaldı və ötən həftənin sonu start götürüb dünən başa çatan oyunlar maraqlı nəticələrlə yadda qaldı. “Neftçi”nin çöküşü Gəncədə də davam etdi. “Kəpəz” əzəli rəqibi əliboş yola saldı. Bununla da “Neftçi”nin qolsuz və qələbəsiz oyunlar seriyası 4-ə çatdı. Elxan Abdullayevin komandası martın 18-də baş tutan “İnter”lə çempionat matçından sonra, başqa sözlə, 23 gündü nə qalib gələ bilir, nə də qol vurur. “Ağ-qaralar” sonrakı 4 matçdan birində heç-heçə edib, üçündə uduzub. Bu müddətdə 2 çempionat və 2 kubok görüşünə çıxan paytaxt təmsilçiləri bütün məğlubiyyətlərini eyni hesabla alıb. Bu seriya Elxan Abdullayevin rəhbərliyi altında ən uğursuz göstəricinin təkrarıdı. 2016-cı ildən “Neftçi”nin baş məşqçisi olan çalışdırıcı komandanın “sükanı arxasında” olduğu müddətdə antirekordunu dekabr-fevral aylarında yaşamışdı. Həmin vaxt 4 matçlıq qələbə həsrəti 1 heç-heçə və 3 məğlubiyyətlə başa çatmışdı.
Turun mərkəzi oyunu da bazar günü baş tutdu. “Qarabağ”la “Qəbələ”nin görüşünün nəticəsi çempionluq mübarizəsində intriqanı artıra bilərdi. Bunun üçün Roman Qriqorçukun komandasının paytaxtdan 3 xalla ayrılması lazım gəlirdi. Ancaq “qırmızı-qaralar” çempionatda ardıcıl 4-cü oyunda da qələbəyə həsrət qalmaqla “qızıl” şansını minimuma endirdi. “Qarabağ” heç-heçə sayəsində 4 xallıq fərqi qorumaqla ardıcıl 4-cü çempionluğa doğru daha bir addım atdı. Cari mövsümün qalibi artıq növbəti turda müəyyənləşə bilər. Bunun aprelin 16-da keçiriləcək "Kəpəz" - "Qəbələ" və "İnter" - "Qarabağ" matçlarından sonra rəsmiləşməsi mümkündü.
Bunun üçün payxatdakı qarşılaşmada qonaqların qalib gəlməsi, Gəncədəki oyunda isə uduzması lazımdı. Bu halda "Qarabağ"la "Qəbələ" arasında xal fərqi 7-yə artacaq. Belədə Roman Qriqorçukun komandasının həmin fərqi son 2 turda aradan qaldırması mümkün olmayacaq. "Qəbələ" "Kəpəz"lə oyunda heç-heçə edərsə, "Qarabağ" isə qələbə qazanarsa, xal fərqi 6-ya bərabər olacaq. Bu fərqi 2 tura qaldırmaq mümkündü. Təbii ki, bunun üçün "qırmızı-qaralar" son 2 oyunda qalib gəlməli, ağdamlılar isə uduzmalıdı. Xallar bərabər olacağı halda, “Qəbələ” şəxsi oyunlara görə "Qarabağ"ı geridə qoyacaq. Çünki komandalar arasında keçirilən 4 oyundan 2-də "Qəbələ", 1-də Qurban Qurbanovun komandası qələbəni bayram edib, 1 matç bərabərliklə nəticələnib. Təbii ki, bunlar ehtimallardı. Amma çox şeyə növbəti turda aydınlıq gələcəyi şübhə doğurmur. Xal fərqi 27-ci tura qədər dəyişməz qalsa, “Qarabağ” “Sumqayıt”ı udub “Neftçi”ylə oyunu formallığa çevirəcək.
Dünənki oyunlara gəlincə, Avropa Liqasına vəsiqə verən 4-cü yerin sahibi "Zirə" bir addım irəlidə olan "İnter"i qəbul etdi. Zaur Svanadzenin komandasının qazandığı 1 xal cari çempionatı ilk “üçlük”də, yəni medalçılar arasında bitirəcəyini rəsmiləşdirdi. Beləliklə, "İnter" tarixində 8-ci dəfə premyer-liqanın medalçısı olacaq. Paytaxt təmsilçisi “gümüş” də qazana bilər. Çünki 2-ci yerdə olan "Qəbələ"dən 6 xal geri qalır ki, bunu da 3 tura aradan qaldırmaq mümkündü. Üstəlik, komandaların şəxsi oyunu qalıb ki, bu görüş dəa sona 1 tur qalmış Qəbələdə baş tutacaq. "İnter"in medalının bürünc, yoxsa gümüş olacağı artıq qarşıdakı turda dəqiqləşə bilər. Çünki "İnter" evdə "Qarabağ"a uduzarsa, "Qəbələ" isə Gəncədə xal qazanarsa, fərqi aradan qaldırmaq mümkün olmayacaq. Bu isə "İnter"in çempionatı 3-cü yerdə bitirəcəyini dəqiqləşdirəcək.
Ancaq komandanın çempion ola bilməyəcəyi də artıq dəqiqləşib. Çünki "İnter" sona 3 tur qalmış lider "Qarabağ"dan artıq 10 xal geri qalır ki, bu fərqi aradan qaldırmaq qeyri-mümkündü. "İnter" eyni zamanda 2 illik həsrətə son qoydu. Belə ki, komanda sonuncu dəfə 2014/15 mövsümündə mükafatçı olmuşdu ki, onda medal gümüş idi.
Nəhayət, "Sumqayıt" Şüvəlanda AZAL-la qarşılaşdı ki, Samir Abasovun yetirmələri son pillənin sahibi, artıq diviziona düşməsi rəsmiləşən AZAL-ı çətinliklə də olsa, məğlub edə bildi. Nəticədə "Sumqayıt" 4-cü pillədə olan "Zirə" ilə xal fərqini minimuma endirərək, Avropa Liqasına son vəsiqə uğrunda mübarizədə intriqanı artırdı.
Topaz premyer-liqası
4-cü dövrə, 25-ci tur

9 aprel
Kəpəz – Neftçi 2:0
Qarabağ – Qəbələ 0:0
10 aprel
Zirə - İnter 1:1
AZAL – Sumqayıt 1:2
1. Qarabağ 25 16 5 4 39-12 53
2. Qəbələ 25 13 10 2 43-14 49
3. İnter 25 11 10 4 36-25 43
4. Zirə 25 8 8 9 22-25 32
5. Sumqayıt 25 8 7 10 24-31 31
6. Kəpəz 25 6 9 10 19-26 27
7. Neftçi 25 8 2 15 19-40 26
8. AZAL 25 1 7 17 12-41 10
Bombardirlər: Filip Ozobiç (Qəbələ) – 11, Rauf Əliyev (İnter) – 9.
Növbəti turun oyunları: 15 aprel – Neftçi – AZAL, Sumqayıt – Zirə; 16 aprel – Kəpəz – Qəbələ, İnter – Qarabağ.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar