06 noy 12:18liqa / reportaj

“Sumqayıt” itirdi, “Zirə” qazandı


Ayxan Abbasov: “İsayev düşərgəyə qayıdandan sonra yalnız yatmaq üçün evə gedirdi”
40. Zirə - Sumqayıt 2:2 (1:1)
1. Orxan Sadıqlı - 5,0
70. Nicat Süleymanov – 4,0
6. Alvaro Ampuero – 4,0
5. Anastasios Papazoğlu – 4,0
27. Adrian Skarlatake – 4,0
(25. Miloş Bakraç, 53) – 3,5
88. Tellur Mütəllimov – 4,0
8. İlkin Muradov – 5,5
7. Cavid Hüseynov (k) – 3,5
(14. Bəxtiyar Həsənalızadə, 46) – 4,0
11. Soni Norde – 4,0
23. Mfo Kqasvane – 5,0
43. Riçard Qadze – 5,0
(18. Xulio Sezar Rodriges, 73) – 4,0
Ehtiyat oyunçular
28. Boyan Zoqoviç
10. Elvin Məmmədov
17. Robin Nqalande
99. Rafael Məhərrəmli
64. Kənan Cəfərov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: İlkin Muradov

1. Mehdi Cənnətov 4,5
44. Elvin Cəfərquliyev – 4,5
5. Camaləddin Xocaniyazov – 5,0
3. Vurğun Hüseynov (k) – 5,5
4. Şəhriyar Əliyev - 5,0
22. Sərtan Taşqın – 5,0
(18. Süleyman Əhmədov, 68) – 5,0
46. Aleksey İsayev – 5,0
(28. Səbuhi Abdullazadə, 87) – qiymətsiz
6. Vüqar Mustafayev - 5,5
10. Əmir Ağayev – 6,0
90. Rəhim Sadıxov – 5,5
(9. Amil Yunanov, 71) – 5,0
8. Peyman Babayi – 5,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
12. Nicat Mehbalıyev
2. Rail Məlikov
7. Ehtiram Şahverdiyev
11. Elgün Nəbiyev
50. İlqar Qurbanov
20. Rüfət Abdullazadə
49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Əmir Ağayev
Qollar: M.Kqasvane, 3 (1:0, C.Hüseynov). P.Babayi, 28-p.(1:1). R.Qadze, 57 (2:1, T.Mütəllimov). Ə.Ağayev, 81 (2:2, E.Cəfərquliyev).
Vərəqələr: V.Mustafayev, 15 (qeyri-idman hərəkəti).
A.Skarlatake, 27 (qeyri-idman hərəkəti). C.Xocaniyazov, 33(qeyri-idman hərəkəti). M.Kqasvane, 44 (qeyri-idman hərəkəti). İ.Muradov, 45+3 (qeyri-idman hərəkəti). R.Qadze, 49 (hakimin qərarına etiraz). S.Norde, 74 (qeyri-idman hərəkəti). V.Hüseynov, 90+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
3 noyabr. Zirə. İdman Kompleksinin stadionu. 500 tamaşaçı (1512 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Matçın 2:2 hesabı ilə başa çatmasına baxmayaraq, qonaqların qələbəyə daha çox layiq olduğunu demək lazımdı. Təsadüfi deyil ki, oyunsonrası mətbuat konfransında Ayxan Abbasov 2 xal itirdiklərini, Zaur Həşimov isə 1 xal qazandıqlarını söylədi. Hesabı “qartallar” açsa da, “kimyaçılar” ilk yarıda ən azı 4 qol vurmağa yaxın oldular. Ancaq Babayi 28-ci dəqiqədə penaltidən fərqlənsə də, minimum 4 yüzfaizlik qol şansını boşa verdi. 3-cü dəqiqədə Mfo adını tabloya yazdıranda, çoxları qəsəbə təmsilçisinin rəqibi asanlıqla məğlub edib, yeni baş məşqçinin rəhbərliyi altında ilk qələbəsini qazanacağını düşündü. Lakin Ayxan bəyin çalışdırdığı komanda ruhdan düşməyərək böyük qüvvə ilə irəli atıldı və sanki sonuncu döyüşə çıxıbmış kimi meydanın hər qarışı uğrunda mübarizəyə girişdi. Bunun məntiqi nəticəsi kimi də topa nəzarət, oyun üstünlüyü qonaqların tərəfində oldu. Aleksey İsayevin əsas heyətdə meydana çıxması da “kimyaçılar”ın yarımmüdafiəsini xeyli gücləndirmişdi. Qara işlə məşğul olan Mustafayevin yanında yaradıcılığı və top saxlamaq qabiliyyəti ilə seçilən İsayevin və son oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacaran Sadıqovun olması qonaqların hücumlarının daha rəngarəng alınmasını təmin edirdi. Əvəzində “Zirə”nin orta xətti ilk yarıda iflic vəziyyətə düşmüşdü ki, bunun da əsas günahkarı, heç şübhəsiz, Cavid Hüseynov idi. Təcrübəli, millinin də şərəfini qoruyan yarımmüdafiəçi meydanda olduğu 45 dəqiqədə, demək olar ki, qaçmır, mübarizəyə girişmir, bir sözlə, “tək ayaqla”la futbol oynayırdı. Bu üzdən bütün yük müdafiəçilərin üzərinə düşmüşdü. Onlar isə ardıcıl hücumların qarşısını almaqda çətinlik çəkirdilər. Sumqayıtlıların növbəti həmləsi penalti ilə nəticələndi. 28-ci dəqiqədə cərimə zərbəsindən qapıya asma zamanı Adrian rəqib futbolçuya qarşı kobud oynadı ki, baş hakim tərəddüd etmədən penalti qərarı verdi. “Nöqtə”yə yaxınlaşan Babayi bu dəfə “çərçivə”ni dəqiq nişan aldı. Buna qədər isə Peyman 15-ci dəqiqədə Rəhimin qapıya paralel, ideal ötürməsini boşa vermişdi, 20-ci dəqiqədə onun zərbəsi dirəkdən dönmüşdü. Hesabı bərabərləşdirən sumqayıtlılar irəli getməkdən çəkinmədilər və meydan sahiblərini, demək olar ki, öz qapısına doğqu sıxışdırmağı bacardılar. 34-cü dəqiqədə cənubi azərbaycanlı futbolçu dublunu rəsmiləşdirmək üçün hər şey etdi. Komanda yoldaşından ideal ara ötürməsi alan Peyman əvvəlcə Papazoğlunu, ardınca isə Ampueronu bir hərəkətlə işsiz qoyub yaxın məsafədən qapını nişan alsa da, Orxan onun sevinməsinə imkan vermədi. Ona ötürmə edən isə Vurğun idi. İlk yarının son 10 dəqiqəsi “kimyaçılar”ın tam üstünlüyü şəraitində keçdi. Peyman, Əmir, Elvin yaxaladıqları qol imkanlarını reallaşdıra bilsəydilər, oyunun taleyini ilk hissədəcə həll edə bilərdilər. Lakin heç biri fərqlənə bilmədi.
Fasilədən sonra Həşimov müəyyən yerdəyişmələr hesabına oyunda dönüş yaratmağa çalışsa da, yenə üstünlük qonaqların tərəfindəydi. Düzdü, “qartallar” 57-ci dəqiqədə Qadzenin sayəsində növbəti dəfə hesabda önə çıxmağı bacardılar. Lakin ümumilikdə Ayxan bəyin komandası meydanda ağalıq edirdi və qonaqların ən azı bərabərlik qolunu vuracağı gözlənilirdi. 81-ci dəqiqədə Əmirin zərbəsindən sonra “status-kvo” bərpa olundu. Qalan dəqiqələrdə “kimyaçılar”ın fərqlənmək üçün imkanları olsa da, bundan yararlana bilmədilər və görüş heç-heçə bitdi.

Reakisyalar
Ayxan Abbasov: “Bu gün bizim üçün əhəmiyyətli oyun idi. Qalib gəlsəydik, turnir cədvəlində yerimizi yaxşılaşdıra, uduzacağımız halda pisləşdirə bilərdik. İlk yarıda yaratdığımız qol imkanlarından istifadə etsəydik, böyük hesabla qələbə qazanmaq mümkün idi. Rəqib əks-hücumda qol vurdu. Əsas odu ki, futbolçularım oyundan qopmadılar. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Zaur Haşımova yeni işində uğurlar arzulayıram. Onun potensialına bələdəm və bilirəm ki, yeni komandası ilə uğur qazanacaq. Rəqibin bu gün fərqli sxemdə oynaması da bunun göstəricisidi. Fasilədən sonra baş məşqçi taktitki dəyişiklik etdi və meydanın mərkəzində bizim oyunçulara qarşı birə-bir oynadılar ki, bu da yarımmüdafiəçilərimizin işini bir qədər çətinləşdirdi.
Bilirsiz ki, İsayev xeyli müddət komandadan ayrı düşmüşdü. Geri dönəndən sonra isə onu əvəzedici heyətə göndərmişdik. Mütəmadi olaraq ikinci komandanın çalışdırıcısı ilə Alekseylə bağlı danışırdıq. O düşərgəyə qayıdandan sonra yalnız yatmaq üçün evə gedirdi. Bütün gün stadionda həm komanda ilə, həm də fərdi şəkildə məşq edirdi. İsyev yenidən əsas komandada oynamaq üçün alışıb-yanırdı. Futbolçu ilə fərdi söhbətim oldu və o bildirdi ki, hər şeyə yenidən başlamaq, ötən mövsümdəki Aleksey olmaq istəyir. Bəli, mən ən tezi futbolçunu yanvarda əsas komandaya qaytarmağı düşünürdüm. Lakin ikili söhbətdən sonra Alekseyə şans verməyi qərara aldım. O hələ ki optimal formada deyil. Yarımmüdafiəçini 60-65 dəqiqə meydanda saxlamaq istəyirdim. Lakin oyunun axarı elə alındı ki, ona daha çox şans verməyi lazım bildim. Bu gün meydana çıxanların hər birindən razıyam. Fiziki hazırlığımız yerindədi. Ola bilsin, kollektivlə birgə təlim-məşq toplanışında olmayan İsayev, Xocaniyazov və Sadıxovda bir qədər axsama var. Ancaq turdan-tura onlar da özlərinə gələcəklər. Rəhimi komandaya dəvət etməmişdən öncə bir çox oyunlarını izləmişdim. Yarımmüdafiəçi son ötürmələri verməklə yanaşı, güclü zərbəyə də malikdi. Təəssüf ki, hələ “Sumqayıt”da bu üstünlüyündən yararlanmır. İnanıram ki, növbəti matçlarda Sadıxovun ifasında bunu da görəcəyik. Peymanın qol şanslarından yararlana bilməməsinə gəlincə, onun əsas üstünlüyü hər matçda qol epizoduna girməsidi. “Neftçi” ilə görüşdə hesab 1:1 olarkən də onun fərqlənmək üçün iki şansı oldu. Bu gün də eyni hala şahidlik etdik. Ancaq onu da qeyd edim ki, çox istəklidi. İran futbolu bizim futboldan fərqlidi. Peyman “Sumqayıt”a gələndən sonra çox artırıb. Bunu hamı görür”.
Zaur Həşimov: “Yaxşı komandaya qarşı oynadıq. Rəqib bizi ilk yarıda orta xətdə üstələdi ki, bunun da səbəbini bilirik və yaxın vaxtlarda bu yöndə müəyyən tədbirlər görəcəyik. Komandanın əsas problemi budu. Arxa xətdə də problemlərimiz var. Qapımızda çox bəsit qollar görürük. Bu gün bir xal qazandığımızı deməliyəm. Cavid Hüseynovun meydanda görünməməsinə gəlincə, elə bu səbəbdən də fasilədə onu əvəzlədim. Cavidlə ötən mövsüm “Qəbələ”də bir yerdə çalışmışıq. “Qəbələ”də onun yanında çox güclü oyunçular çıxış etdiyindən Hüseynovun səhvləri çox gözə çarpmırdı. “Zirə”də isə vəziyyət fərqlidi. Onun hər səhvi, meydanda sərgilədiyi oyun o dəqiqə gözə çarpır”.
Peyman Babayi: “Rəqibi təhlil etmişdik. Baş məşqçimiz “Zirə”nin zəif tərəflərini bizə başa salmışdı. Məşqlərdə bunun üzərində çox işləmişdik. Düzdü, xüsusən ilk hissədə çoxlu qol imkanımız oldu, amma istifadə edə bilmədik. Vursaydıq, indi tam fərqli mənzərənin şahidi idik. 4-5 top fərqilə qələbə qazana bilərdik. Futboldu, hər şey düzələcək. İkinci hissədə də ilk yarıda qaçırdığımız imkanları qola çevirməyə çalışdıq, yenə alınmadı. Əvəzində bizi cəzalandırdılar. İkinci hissəyə baxsaz, "Zirə"nin bir hücumu oldu, onda da qol vurdular. Yaxşı ki, yenə özümüzü itirmədik, buraxdığımız qolun əvəzini çıxdıq. Bu oyun artıq keçdi, çalışacağıq ki, "Sabah"la matçdan 3 xalla ayrılaq. Qaçırdığım qol imkanları barədə nə deyə bilərəm? Dünyanın ən yaxşı futbolçularında da belə vəziyyət olur. Kimin qol vurmasından asılı olmayaraq, meydana qələbə qazanmaq üçün çıxmışdıq. 3 xala ehtiyacımız var idi, lakin bacarmadıq. İnşallah, qarşıdakı oyunlarda daha çox qol vurmağa çalışacam. Ronaldonun özündə də belə məqamlar olur ki, 3 qol imkanının yalnız birindən yararlanır. Futbolda hər şey ola bilər”.

Gözdəın qaçmadı
* Matçdan öncə “Zirə” azarkeşlərindən biri ilə polis əməkdaşı arasında insident yaşandı. Kənar şəxslərin müdaxiləsindən sonra polis azarkeşi buraxsa da, qarşı tərəf asayiş keşikçisindən əl çəkmir, “razborka”nı davam etdirmək üçün onu tribunadan aşağı düşməyə dəvət edirdi.
* Premyer-liqa matçlarında klub rəsmiləri fasilədə oyunu işıqlandırmaq üçün stadiona gələn jurnalistlər üçün çay süfrəsi təşkil edir. Bu xoş ənənəyə artıq neçə ildi rast gəlirik. Bazar günü Zirədə də qələm əhli fasilə vaxtı onlar üçün ayrılmış otağa girəndə süfrənin, demək olar ki, boş olduğunu gördülər. Səbəbi ilə maraqlandıqda məlum oldu ki, birinci hissənin gedişində polislər media üçün nəzərdə tutulmuş otağa daxil olaraq, jurnalistlərin şirniyyat payına “şərik çıxıblar”.
* Yığmanın baş məşqçisi Nikola Yurçeviç də matçı izləmək üçün Bakıətrafı qəsəbəyə təşrif buyurmuşdu.
* İlk yarıda qonaqların qaçırdığı qol vəziyyətləri “kimyaçılar”ın prezidenti Riad Rəfiyevi çox əsəbləşdirmişdi. Klub prezidentinin hirsli olduğu fasilədə sifət cizgilərindən məlum idi.
* Srağagün Zirə İdman Kompleksinin stadionunun tribunasında Rumıniyadan gəlmiş qonaqlar da var idi. Öz ölkələrinin bayrağı ilə “silahlanan” iki xanımla iki bəyin Adrian Skarlatake üçün stadiona gəldiyi bəlli oldu. Lakin həmyerlilərinin Bakıya səfəri müdafiəçi üçün düşərli olmadı. Belə ki, 27-ci dəqiqədə penaltiyə səbəbkar olan Adrian 53-cü dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qaldı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar