06 noy 12:15liqa / reportaj

Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur!


38. Səbail – Keşlə 0:0
85. Kamal Bayramov – 5,0
13. Şəhriyar Rəhimov – 5,0
32. Elvin Yunuszadə - 5,0
3. Turan Manafov – 4,5
34. Urfan Abbasov – 5,0
4. Eltun Yaqublu (k) – 5,0
(22. Mirabdulla Abbasov, 63) – 5,0
17. Elçin Rəhimli – 5,0
(88. Orxan Qurbanlı, 82) – qiymətsiz
14. Rahid Əmirquliyev – 5,0
8. Yevgeni Koçuk – 5,0
10. Ağabala Ramazanov - 5,5
7. Fəhmin Muradbəyli – 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
5. Vüqar Bəybalayev
55. Adil Nağıyev
9. Mirsahib Abbasov
6. Maykl Essyen
77. Ədilxan Qarəhmədov
79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Ağabala Ramazanov

1. Stanislav Namaşko – 5,0
4. Slavik Alxasov (k) – 5,0
21. Miyuşko Boyoviç – 5,0
5. Franko Flores – 5,0
2. İlkin Qırtımov – 5,0
(3. Cabir Əmirli, 54) – 5,0
7. Tural Bayramlı – 5,0
25. Con Kamara – 5,0
17. Vüsal İsgəndərli – 5,5
10. Sezar Meza Kolli – 5,0
11. Ruslan Qurbanov – 5,0
(22. Əfran İsmayılov, 79) – qiymətsiz
9. Lorenso Frutos – 5,0
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
6. Rəşad Sadiqov
13. Pərviz Azadov
18. Ruslan Əmircanov
19. Azər Salahlı
33. Tərlan Quliyev
57. Əkpər Vəliyev
90. Orxan Fərəcov
91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Vüsal İsgəndərli
Vərəqələr: E.Rəhimli, 1 (qeyri-idman hərəkəti). F.Muradbəyli, 18 (hakimin qərarına etiraz). İ.Qırtımov, 24 (qeyri-idman hərəkəti). S.Meza Kolli, 61 (qeyri-idman hərəkəti). M.Abbasov, 84 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
2 noyabr. Bayıl. ASCO Arena. 150 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Bir gün əvvəl “Neftçi”nin xal itirdiyini ən azı televizorda görən Tərlan Əhmədov 2-ci pilləyə qayıtmaq üçün qələbə qazanmağın vacibliyin anlayırdı. “Keşlə” də ev oyunlarını bu stadionda keçirdiyindən əslində “Səbail” kimi meydan sahibi sayıla bilərdi. Son 5 oyunda qələbə qazana bilməyən “dənizçilər” də bu oyunun 3-cü yer uğrunda mübarizədə əhəmiyyətini anlamamış deyildi.
Təbiətlə yanaşı, Rəvan Həmzəzadə də futbolçulara sərt üzünü göstərdi və artıq 13-cü saniyədə mərkəzə yaxın yerdə Frutosa qarşı kobudluq edən Elçin Rəhimlini cəzalandırdı. Meydanda, sadəcə, mövqe mübarizəsi, necə deyərlər, qapılarsız oyun gedirdi və təsadüfi deyil ki, ilk zərbəni yalnız 13-cü dəqiqədə - onda da standart vəziyyətdən – gördük. Boyoviç cərimə meydançasının qövsü yaxınlığında Koçuka qarşı kobud oynadığından topun arxasına Ağabala keçdi və təhlükəli zərbə ilə yadda qaldı. Ümumiyyətlə, kiçik Ramazanov, jurnalistika dili ilə desəm, “yaradıcılıq böhranı yaşayır” və qol vurmaq əvəzinə daha çox oyundaşlarına irad tutmaqla, hakimi aldatmağa cəhdlə məşğuldu. Bu məqamı yadda saxlayın. Stadiona toplaşan bir ovuc azarkeş və jurnalist bir də yalnız 18-ci dəqiqədə soyuğu unudub, oyuna kökləndi. Mərkəz dairəsinin yaxınlığında Rahiddən ötürmə alan Urfan Abasov bir qədər irəliləyib, qapıya zərbə endirdi. Top cərimə meydançasında Floresin yanında qərarlaşan Fəhmindən səkdi və qapıçını da yanıltmaqla tora daxil oldu. Hakim qolu qeydə almasa da, açığı, sonradan dəfələrlə baxdığım çəkilişin keyfiyyəti mənə yekun qərara gəlməyə imkan vermədi. 24-cü dəqiqədə “Səbail” yenə təhlükəli nöqtədən cərimə zərbəsi qazandı, bu dəfə isə Koçukun zərbəsi “canlı sədd”ə dəyib qayıtdı. “Keşlə” buna 4 dəqiqə sonra təhlükəli hücumla cavab verdi. Amma son ana qədər zərbə, yoxsa ötürmə dilemması önündə qalan Ruslan yaxşı imkanı qaçırdı. Hə, yuxarıda dediyim məqam 42-ci dəqiqədə yaşandı. Qırtımovdan topu alan Koçuk onu Şəhriyara ötürdü, o isə cərimə meydançasına daxil olan Ağabalanı gördü. Hücumçu vəziyyəti daha da kəskinləşdirmək əvəzinə özünü Floresə çırpdı ki, hakim haqlı olaraq “nöqtə”ni göstərmədi. Bu, ilk yarıda sonuncu yarımtəhlükəli vəziyyət idi.
2-ci hissədə artıq küləki, soyuğu yağış da müşayiət edirdi. Amma komandalar qətiyyən fəallaşmaq niyyətində deyildi. 51-ci dəqiqədə axır ki “Keşlə”nin ifasında qapıya zərbə gördük. Sezardan ötürmə alan Slavik cərimə meydançasının xətti üzərindən qapıya zərbə endirsə də, Kamal yerində idi. 54-cü dəqiqədə Tərlan Əhmədov ilk dəyişikliyə əl atdı ki, bu addım məcburiyyətdən atılmışdı. Hələ 9-cu dəqiqədə Koçukla mübarizədə zədələnən Qırtımov oyuna davam edə bilmədi. Yeri gəlmişkən, mövsümdə 4-cü “sarı”nı alan İlkin zədələnməsəydi belə, “Neftçi” ilə növbəti turun oyununu buraxacaqdı. İlkini əvəz edən Cabir 59-cu dəqiqədə “Keşlə”nin qəhrəmanı olmağa yaxın idi. Eynilə Urfanın sayılmayan qolda zərbə endirdiyi mövqedən qapını nişan alan müdafiəçi azca qeyri-dəqiq oldu. Son yarımsaat haqda nə demək olar? Meydanda xaotik, nizamsız mübarizə gedirdi, sanki komandalar qol vurmaq istəmirdi. Nə Mirabdulla oyunu gücləndirə bildi, nə də Ruslanı əvəz edən Əfran. Qolsuz heç-heçənin Əhmədovla Hacıyevə nə verdiyini şəxsən mən anlamadım. Amma heç şübhəsiz, mövsümün sonunda xallar sayılanda tərəflərdən hansısa bu oyunu da xatırlayacaq.
HUŞƏNG

Gözdən qaçmadı
* Dünyaca ünlü Essyen oyundan əvvəl ehtiyatdakı yerinə keçərkən əlində plastik stəkanda çay var idi. Görünür, ya paltardəyişmə otağında çayını içib qurtarmamışdı, ya da soyuqda bədənini belə isitmək istəyirdi.
* Oyunboyu həyəcanını gizlətməyən Tərlan Əhmədov 35-ci dəqiqədə gödəkçəni əynindən çıxardı, qırmızı rəngli idman geyiminin hakimə çətinlik yaradacağını düşünüb, üstünə narıncı rəngli tərlik də keçirdi. Amma cəmi 5 dəqiqə sonra, deyəsən, üşüdü və gödəkçəni geydi.
* 63-cü dəqiqədə əvəzlənən Eltun Yaqublu rəqibin qapısı arxasından meydanı tərk etdi, “Səbail”in ehtiyat oyunçular skamyasının önündən keçəndə isə guya Aftandil Hacıyevin ona uzanan əlini görmədi.
* 66-cı dəqiqədə Turan Manafov korneri yerinə yetirmək istəyərkən uzun müddət küləyə müqavimət göstərdi. Laysman topu dayana biləcəyi yerə qoyur, müdafiəçi isə israrla məhz özünün istədiyi yerdən korner qaldırmaq istəyirdi.
* Cari mövsümdə 2-ci dəfə “Keşlə”nin oyununda azarkeş antirekordu yaşandı. Belə ki, 3-cü turun “Qəbələ” – “Keşlə” oyununu da cəmi 150 adam izləmişdi.

Reaksiyalar
Tərlan Əhmədov: “Bu gün futbolçularıma da demişdim ki, çətin meydanda futbol adına nəsə görünsün. Çünki hava şəraiti oynamağa imkan vermirdi. Belə havada mübarizə aparmaq, düzgün oynamaq lazım idi. Bir qol oyunun taleyini həll edə bilərdi. Açığı, bu gün “Səbail” daha istəkli idi, daha aqressiv görünürdü. Hər halda, bu cür havada belə nəticə məqsədəuyğundu. Demək olar ki, bütün matçlarımızı səfərdə oynayırıq və bu üzdən bu stadiondakı 3 oyuna 5 xalı qənaətbəxş saymaq olar. Daha da yaxşı ola bilərdi. Turnir cədvəlində 3-cü pillədə qərarlaşmışıqsa, deməli, qənaətbəxşdi və bunun davamını gətirməyə çaışacağıq. Sezar çox texnikalı futbolçudu (paraqvaylıların – Meza Kolli ilə Frutosun zəif oyunu ilə bağlı sualı cavablayır – red.). Belə hava şəraitində texnikalı oyunçular istədiyi oyunu nümayiş etdirə bilmir. Bəlkə də Lorenso Azərbaycanda belə hava şəraiti ilə ilk dəfə üzləşir. Eləcə də Flores. Onlar üçün təəccüblüdü belə küləyin olması.Təkcə paraqvayalılar yox, bütün komanda tələb etdiyimiz oyunu göstərə bilmədi. Qarşıya ümidlə baxmalıyıq. Getdikcə hava şəraiti daha sərt olacaq. Kuboku da nəzərə alsaq, qış fasiləsinədək hələ 6 oyun var. Belə hava şəraitinə ilk növbədə psixoloji cəhətdən hazır olmalıyıq. Bu gün ehtiyat qüvvəmizlə bağlı problem var. Gecə-gündüz Allaha yalvarıram ki, sərancamımda olan 12-13 futbolçuya heç nə olmasın. İlkin Qırtımov hələ ilk yarıda zədələnmişdi. Dedim ki, dözsün, oyunu davam etdirsin. Çünki təcrübəli müdafiəçi kimi ona ehtiyacım var idi. İkinci hissənin əvvəlində oyunu davam etdirə bilmədiyinə işarə vurdu və məcburiyyətdən onu əvəzlədim. Açıq deyirəm ki, meydana buraxmağa üçüncü futbolçum yox idi. Qışda bir neçə futbolçu cəlb olunacaq. Üç olsa, ikisi legioner olacaq, biri yerli”.
Aftandil Hacıyev: “Əvvəlcədən bilirdik ki, hansı rəqibə qarşı mübarizə aparacağıq. “Keşlə” az top buraxan, son vaxtlar yaxşı formada olan komandadı. Buna görə də matça ciddi hazırlaşmışdıq. Hər iki hissədə oyuna nəzarət bizdə idi. Hətta ilk hissədə qol da vurduq. İndi dəqiq deyə bilmərəm ki, orda qayda pozuntusu var idi, ya yox. Videoyazıya baxandan sonra fikir söyləmək olar. Bu gün hər iki komanda əziyyət çəkdi. Fərq ondadı ki, rəqib bizdən daha çox istirahət etmişdi. Buna görə futbolçularımızda son 15 dəqiqədə yorğunluq vardı. Bu da normal idi. Həm oyundan, həm də nəticədən razı qaldım. Elçin Rəhimli “Qarabağ”la matçı yaxşı keçirmişdi. Buna görə dəyişikliyə əl atmaq istəmədik. Hər iki futbolçuya diqqət yetiririk. Elçinin start heyətində meydana çıxması məşqdəki əziyyətinin nəticəsidi. Ancaq Mİrabdullaya da ehtiyacımız var. Bilirsiz ki, ehtiyat qüvvəmiz geniş deyil. Buna görə də hər bir futbolçu bizim üçün vacibdi. Eltun Yaqublu ilə aramızda problem var? Yox. Həmin an məşqçilərimizlə məsləhətləşirdim. O, məni görmədi. Diqqət yetirsəz, sonradan görüşdük. Ehtiyat oyunçular skamyasında oturmaması isə soyuqla bağlıdı. Xəstələnməməsi üçün paltardəyişmə otağına yollanmasını daha məqsədəuyğun saydıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar