06 noy 12:08liqa / reportaj

“Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu


39. Qəbələ - Sabah (Bakı) 1:2 (1:0)
1. Anar Nəzirov (k) - 5,0
2. Amin Seydiyev – 5,5
8. Qismət Alıyev – 5,0
7. Roman Hüseynov - 5,0
(19. Rövlan Muradov, 85) – qiymətsiz
74. Yusif Nəbiyev – 5,0
11. Asif Məmmədov - 5,0
9. Davit Volkov – 6,0
3. İvitsa Juniç – 5,0
10. Klesio Bauk – 5,5
77. Merab Qiqauri – 5,0
21. Fernan Lopes – 5,0
(14. Ülvi İsgəndərov, 83) – qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
36. Elməddin Sultanov
28. Murad Musayev
4. Sadiq Quliyev
20. Faiq Hacıyev
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Davit Volkov

1. Saşa Stamenkoviç (k) - 5,5
17. Məhəmməd Mirzəbəyov – 5,0
4. Bəhlul Mustafazadə - 5,0
13. Filip İvanoviç – 5,0
22. Məqsəd İsayev - 5,0
(6. Vadim Abdullayev, 90+2) - qiymətsiz
11. Şakir Seyidov – 5,0
10. Cavid İmamverdiyev – 5,5
23. Amadu Diallo – 5,5
27. Hendrik Ekşteyn - 6,0
9. Ulise Diallo – 5,5
(21. Rocer Roxas, 90+4) – qiymətsiz
26. Ozancan Kökcü – 5,0
(5. Kərim Diniyev, 81) - qiymətsiz
Ehtiyat oyunçular
71. Dmitri Bezruk
99. Abbas Ağazadə
20. Anar Panayev
38. Arsen Ağcabəyov
Baş məşqçi: Rövşən Babayev
Komandanın ən yaxşısı: Hendrik Ekşteyn
Qollar: D.Volkov, 43 (1:0, K.Bauk). C.İmamverdiyev, 54 (1:1, H.Ekşteyn), H.Ekşteyn, 73 (1:2).
Vərəqələr: C.İmamverdiyev, 5 (qeyri-idman hərəkəti). İ.Ponomaryov, 67 (hakimin qərarına etiraz). M.Mirzəbəyov, 78 (qeyri-idman hərəkəti). M.İsayev, 84 (qeyri-idman hərəkəti). S.Stamenkoviç, 90+5 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Mübariz Haşımov, Namiq Hüseynov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Fariz Əliyev (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
3 noyabr. Qəbələ. Şəhər stadionu. 350 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Pemyer-liqada az görülən maraqlı və açıq bir oyunun şahidi olduq. Tərəflər 90 dəqiqə ərzində əlverişli imkanları sağa-sola xərclədilər. Elə oyunun əvvəlindən hər iki komandanın meydana qələbə üçün çıxdığı hiss olunurdu. Ancaq bu heç də komandaların tam mükəmməl oyunundan irəli gəlmirdi. Komandaların açıq oyuna üstünlük verməsi eyni zamanda onların müdafiədəki boşluqlarını da üzə çıxarırdı. İlk hissədə bu, qonaq komandada daha açıq hiss olunurdu. “Qəbələ” fürsətlərdən daha səmərəli yararlana bilsəydi, fasiləyə 1 yox, daha böyük top fərqiylə yollana bilərdi. Əvvəlcə Roman Hüseynov Stamenkoviçin səhvindən yararlana bilmədi. Qapıçı topu uzaqlaşdıırmağa çalışarkən, cərimə meydançasında rəqibə sanki ötürmə etdi. Ancaq bu fürsət boşa verildi. Daha sonra isə Klesio sol cinahdan Qiqaurinin ötürməsi zamanı çətin olanı etdi. O, topu qapıya yox, kənara vurdu. Ümumiyyətlə, “Qəbələ” ilk hissədə 4-5 düzgün ötürmə ilə rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradırdı. Ancaq hər dəfə yanlış qərarlar qola mane olurdu. “Sabah” isə meydan sahiblərinin hücumlarına Amadu Diallo ilə cavab verməyə çalışırdı. Qaradərili futbolçu bir dəfə başla, bir dəfə isə uzaqdan zərbə ilə qapısını yoxlasa da, Anar Nəzirovu keçə bilmədi. Nəhayət, 43-cü dəqiqədə hesab açıldı. Bəhlul Mustafazadənin topu düzgün qəbul etməməsindən yararlanan Klesio “mərmi”ni ondan oğurladı. O, sürəti hesabına Bəhlulu geridə qoyub qapı qarşısına ötürmə etdi ki, Volkov bir toxunuşla adını tabloya yazdırdı.
İkinci hissədə tam fərqli “Sabah” izlədik. Paytaxt təmsilçisi 53-cü dəqiqədə hesabı bərabərləşdirdi. Cavid İmamverdiyev uzaqdan zərbə ilə baxımlı qola imza atdı. Qoldan dərhal sonra meydan sahibləri yenidən hesabda önə keçə bilərdi. Fernan Lopesin sağ cinahdan cərimə meydançasına ötürməsinə Roman Hüseynov lazımi zərbəni vura bilmədi. “Sabah” isə əvvəlcə Bəhlul, sonra Ozancan ilə yüzfaizlik imkanı əldən verdi. Bir qədər sonra Volkovun yaxın məsafədən başla zərbəsini Stamenkoviç ustalıqla dəf etdi. Bu dəqiqlərdə tərəflər sanki qol vurmaq yox, şansları qaçırmaq üçün yarışırdı. Nəhayət, 73-cü dəqiqədə 3-cü qol vuruldu. Ekşteyn özü başladığı hücumu qolla bitirdi. Cavid İmamverdiyevlə ötürmə alış-verişi edən futbolçu bir qədər irəliləyib cərimə meydançasında qapıçı ilə üzbəüz qaldı və komandasını hesabda önə keçirdi. Bundan sonra da “Qəbələ”nin bərabərliyi təmin etmək üçün yaxşı imkanları oldu. Ancaq əvvəlcə Junic əlverişli nöqtədən dirəyi nişan aldı. Dönən topu isə Seydiyev tullanaraq qapıdan xeyli aralı vurdu. Beləliklə, qarşılıqlı qol vəziyyətlərinin qaçırıldığı oyundan qonaqlar qalib ayrıldı.
HƏSƏN QULUZADƏ

Gözdən qaçmadı
* Oyun saat 17.00-da başlamalı olsa da, 5 dəqiqə gec start götürdü. Hətta AFFA nümayəndəsi Maşallah Əhmədov da şikayətlənərək, bunun qəbuledilməz olduğunu deyirdi.
* Qəbələdə ”Sabah”ın azarkeşlərinin səsi daha çox eşidilirdi. Onlar oyunboyu komandalarına dəstək verməklə yanaşı, yerli azarkeşlərə də söz atırdılar. Bu atmacaların birində qəbələli azarkeşlərdən biri onlara yaxınlaşaraq çox sərt şəkildə irad bildirdi. Ancaq hüquq-mühafizə orqanlarının əməkdaşları həmin azarkeşi dərhal ordan uzaqlaşdırdılar.
Reaksiyalar
Rövşən Babayev: “Bizə dəstək olan azarkeşlərimizə “çox sağ ol” deyirik. Bugünkü əzmkar qələbəyə görə oyunçularımıza təşəkkür düşür. Və çalışacağıq ki, daha da irəli gedək. Bizdə bir az çatışmayan oyun praktikasıdı. Bəzi futbolçular çoxdan oynamırlar deyə, bu gün bir az problemlərlə üzləşdik. Ancaq yenə də bacardıqları qədər tapşırıqları yerinə yetirdilər. Məncə, bu gün bəxt də bizimlə deyildi. Buna baxmayaraq, geridönüş edə bildik. Hakimlərlə bağlı heç bir sözümüz yoxdu. Biz öz oyunumuza baxırıq”.
Elmar Baxşıyev: “Çətin oyun olacağını öncədən bilirdik. Komandanı da çətin oyuna hazırlayırdıq. İki fərqli hissənin şahidi olduq. İlk yarıda daha yaxşı oynasaq da, fasilədən sonra boşluqlar verməyə başladıq. İmkanları dəyərləndirsəydik, tam fərqli nəticə ola bilərdi. Komandamız məğlubiyyətə layiq deyildi. Əvəzetmədə gecikdiyimizi deməzdim. İkinci qolu buraxandan sonra da ardıcıl epizodlar yarada bilirdik. Hücumda oyunçulardan istədiymizi ala bilirdik. Ona görə də erkən əvəzetməyə lüzum görmədik. Ancaq Ülvi də sonradan meydana çıxmaqla oyuna rəng qatdı. Qaçırdığımız imkanları bəxtlə əlaqələndirirəm. Beş metrdən qapıya düşə bilmirsənsə, bunu ustalıqla necə izah etmək olar? Sadəcə, ikinci hissədə müdafiə və yarımmüdafiədə boşluqlar verdik. Rəqib də bundan istifadə etdi. İmkan verdik ki, açıq oynasınlar. Biz komanda olaraq təslim olmayacağıq. Sona qədər vuruşacağıq. Axırıncı pillədən qurtulub-qurtulmayacağımızı zaman göstərəcək. Bu komandanın potensialı var. Çalışırıq ki, bütün komandalara qarşı öz oyunumuzu oynayaq. Bilirsiz ki, heyətimiz gənc oyunçulardan ibarətdi. Sadəcə, bir az zamana ehtiyacımız var”.

Maraqlıdı…
“Sabah” səfərdəki qələbəsiz oyunlar seriyasına son qoydu. Ardıcıl 11 dəfə rəqib meydanlarında qalib gəlməyən paytaxt klubunun son səfər qələbəsi fevralın 2-nə təsadüf etmişdi. Həmin gün “Zirə”nin meydanında 2 cavabsız qola sevinən “Sabah” sonrakı 11 oyunda 4 heç-heçə etmiş və 7 dəfə uduzmuşdu.
274 günlük seriyanın qırılması həm də paytaxt klubunun premyer-liqada 5-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” əvvəlki 19 qarşılaşmada 4 dəfə üç xal əldə edib. Qeyd edək ki, “Qəbələ” – “Sabah” oyunu 10-cu turda qalibi müəyyənləşən yeganə qarşılaşmadı. Çempionatın 8 komanda ilə keçirildiyi dövrdə 6-cı dəfə belə hal yaşanıb. 2016/17 mövsümündə 1, 2017/18 mövsümündə 4 dəfə turun dörd görüşündən üçündə heç-heçəyə təsadüf olunub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar