06 noy 12:03liqa

Heç-heçələr turu


Açığı, hesabat turundakı oyunlar və yekun nəticələr səbirsizliklə gözlənilirdi. Buna səbəb isə turnir cədvəlində qonşu olan komandaların üz-üzə gəlməsiydi. Yəni görüşlərin nəticələri mümkün yerdəyişmələrə səbəb olacaq, intriqa bir az da qızışacaqdı. Bu mənada ilk “4-lük”dəki komandaları qeyd edə bilərik.
Təəssüf ki, fərqli mənzərənin şahidi olduq. İstər cümə günü, istərsə də bir gün sonra keçirilən oyunlardan qol səsi gəlməyincə, həm azarkeşlər müəyyən mənada darıxmalı oldu, həm iştirakçılar yerindən tərpənmədi, bunun məntiqi nəticəsi kimi aradakı xal fərqi də olduğu kimi qaldı. Vəziyyətin bu cür olmasını hədsiz ehtiyatlanmağın, bir az da təbiətin şıltaqlığının boynuna yazmaq olar. 4 oyundan üçündə bərabərlik qeydə alındı. “Qəbələ”lilər sona yaxın qol imkanlarını boşa verməsəydilər, bundan da maraqlı görüntü yaranacaqdı.
Məsələn, derbidəki heç-heçə “Qarabağ”a artıqlamasıyla sərf edirdi. “Köhlən atlar”ın iki “cəbhə”də mübarizə apardığını və bir neçə gündən sonra APOEL-in qonağı olacağını nəzərə alanda, 1 xala şükür etmələrini anlamaq çətin deyildi. Onsuz da əsas rəqibləri sayılan “Neftçi”dən 8 xal öndə idilər. Qolsuz bərabərlik nəticəsində vəziyyət əvvəlki kimi qaldı. Əvəzində başqa bir suala aydınlıq gəldi. Bu “Neftçi”nin artıq indidən çempionluq sevdasından əl çəkməsi, ümidini ölkə kubokunu qazanmağa bağlaması ən ağıllı seçim olar. İlk dövrədə “Qarabağ”a məğlub olursan, doğma azarkeşlərin önündə, həm də rəqibin çətin dönəmində qələbə qazana bilmirsənsə, deməli, 8 xallıq fərqin aradan qalxması ən yaxşı halda şirin yuxudu. Hədsiz qol vəziyyətləri yaratmaq turnir cədvəlində heç nəyi dəyişmir. Dəyişiklik üçün qol vurmalısan ki, bunu bacaran tapılmadı. Yeri gəlmişkən, ağdamlılar cari mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk etdi.
Yaxşı ki, “Neftçi” əsas rəqibinə məğlub olmadı. Əks halda çətinliklə ələ keçirdiyi 2-ci pilləni öz əlləri ilə “Keşlə”yə təhvil verəcəkdi. Bunun üçün isə Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv “Səbail”i məğlub etməliydi. Onsuz da “qırmızılar”ın qarşısında duran əsas hədəf avrokuboklara vəsiqə qazanmaqdı. “Keşlə”nin rəhbərindən tutmuş sıravi işçisinə qədər hamı ilk iki pillədə qərarlaşmağın möcüzəyə bərabər olduğunu dərk edir. İndiki durumda əsas hədəf bürünc medalları təmin edən yeri əldən verməməkdi ki, “Keşlə”yə “Səbail”lə oyunda 1 xal bəs edirdi. Komandaların turnir cədvəlində qonşu olduğunu nəzərə alsaq, 5 xallıq fərq olduğu kimi qaldı. Əhmədovun yetirmələri sonuncu dəfə 4-cü turda “Səbail”ə uduzmuşdu. O vaxtdan bu yana 6 görüşdü məğlubiyyətin nə olduğunu bilmirlər. “Səbail” isə həmin oyundan bəri qələbəyə həsrət qalıb.
Yeganə dəyişiklik turnir cədvəlinin “zirzəmi”sində baş verdi. Düzdü, “Sumqayıt” yerindən tərpənmədi. Sadəcə, xallarının üstünə daha 1-ni əlavə edib “Səbail”i qarabaqara izləyəcəyinə dair mesaj verdi. İtirən “Zirə” oldu. Ovucunun içində olan 3 xalı matçın sonlarına yaxın havaya buraxan qəsəbə təmsilçisi 6-cı pillədən 7-yə düşdü. Buna səbəb isə “Sabah”ın səfərdə qazandığı qələbəydi. Son vaxtlar “bərk qoz” təsiri bağışlayan “Qəbələ”nin qeyri-sabit görünən “tələbələr”ə uduzacağı az ehtimal olunsa da, bu baş verdi. “Sabah” çətinliklə olsa da, bölgə təmsilçisini meydanı başıaşağı tərk etməyə məcbur etdi. Bu məğlubiyyətdən sonra “Qəbələ”nin mövsümün sonunda sürprizə imza atacağını düşünənlər, yəqin ki, gümanından əl çəkər. Son iki oyundakı nəticələr Elmar Baxşıyevin yetirmələrinin sonuncu pillədən qurtulmasının mümkünsüzlüyünü göstərdi. Ciddi dəyişiklik olmasa, “qırmızı-qaralar” mövsümün sonunda premyer-liqa ilə vidalaşacaq.
Növbəi turda futbolsevərləri maraqlı qarşılaşmalar gözləyir. Mərkəzi oyun, heç şübhəsiz, “Keşlə” – “Neftçi” görüşüdü. Prinsipial məqam 2-ci və 3-cü pillələrdə yer alan komandaların arasında cəmi 2 xal fərqin olmasıdı. “Sabah” – “Sumqayıt” matçını da səbirsizliklə gözləməyə dəyər.
Azərbaycan premier-liqası
2-ci dövrə, 10-cu tur
1 noyabr
Neftçi - Qarabağ 0:0
2 noyabr
Səbail – Keşlə 0:0
3 noyabr
Zirə - Sumqayıt 2:2
Qəbələ - Sabah 1:2
1. Qarabağ 10 8 2 0 19-2 26
2. Neftçi 10 5 3 2 15-8 18
3. Keşlə 10 4 4 2 11-5 16
4. Səbail 10 3 2 5 8-14 11
5. Sumqayıt 10 3 2 5 11-15 11
6. Sabah 10 2 4 4 10-11 10
7. Zirə 10 2 4 4 10-16 10
8. Qəbələ 10 1 3 6 6-19 6
Bombardirlər: Lorenso Frutos (Keşlə) – 5, İsmayıl İbrahimli (Qarabağ), Stiven Jozef-Monroz (Neftçi), Mehdi Şərifi (Sumqayıt) – 4.
Növbəti turun oyunları: 9 noyabr – Qəbələ - Səbail, Keşlə – Neftçi; 10 noyabr – Sabah – Sumqayıt, Qarabağ – Zirə.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar