12 apr 13:00liqa, reportaj

“Sumqayıt” Şüvəlanda büdrəmədi

“Sumqayıt” Şüvəlanda büdrəmədi
Tərlan Əhmədov: “Ən pisi odu ki, oyundan öncə verdiyim sözü 90 dəqiqənin tamamında tuta bilməyəcəyimi bilirəm”
100. AZAL (Bakı) – Sumqayıt 1:2 (1:1)
23. Aqil Məmmədov – 5,0
24. Emin Cəfərquliyev (k) – 4,5
5. Kamil Hüseynov – 4,5
18. Ruslan Əmircanov – 5,0
10. Nuqzar Kvirtiya – 4,0
77. Arkadi Qalperin – 4,5
(9. Röyal Nəcəfov, 85) – qiymətsiz
21. Samir Mənsimov – 4,5
(27. Rəşad Abdullayev, 71) – 4,0
70. Vaqif Cavadov – 4,0
(19. Elnur Süleymanov, 66) – 4,0
8. Sadio Tounkara – 5,5
6. Bəxtiyar Soltanov – 4,0
11. Frank Madu – 4,0
Ehtiyat oyunçular
1. Tərlan Qasımzadə
2. Elşad Manafov
55. Qeyrət Qənbərov
14. İlqar Ələkbərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Sadio Tounkara

1. Fərhad Vəliyev – 5,5
19. Azər Salahlı – 5,0
3. Vurğun Hüseynov (k) – 5,5
2. Rail Məlikov – 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,5
77. Ehtiram Şahverdiyev – 5,0
(25. Ayaz Mehdiyev, 77) – qiymətsiz
8. Aqşin Muxtarlı – 5,5
20. Fərhad Qıstarov – 5,0
9. Amil Yunanov – 6,5
10. Məhəmməd Qurbanov – 5,5
(5. Seymur Əsədov, 85) – qiymətsiz
22. Mirabdulla Abbasov – 6,0
(97. Xəyal Nəcəfov, 70) – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
13. Bəhlul Mustafazadə
21. Nasir Abilayev
74. Yusif Nəbiyev
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Amil Yunanov
Qollar: A.Yunanov, 22 (0:1). R.Əmircanov, 41 (1:1). M.Abbasov, 64 (1:2, A.Yunanov).
Vərəqələr: N.Muxtarov, 40 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 75 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Rauf Əmirov (Qax).
11 aprel. Şüvəlan. AZAL Arena. 300 tamaşaçı (3050 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Çempionatda heç bir hədəfi qalmayan meydan sahibləri üçün bu matç ciddi önəm daşımırdısa, qonaqlar avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün ən azı heç-heçə etməliydi. Ötən tur “doğma divarlar” arasında “Neftçi”ni məğlub edən “kimyaçılar” Şüvəlana yüksək əhval-ruhiyyədə gəlmişdi. Onu da bildirək ki, həftəiçi “ağ-göylər”in bəzi zədəli futbolçularının sıraya dönməsi də Samir Abasovu sevindirməyə bilməzdi. Yeri gəlmişkən, bu matçdan iki saat yarım əvvəl başlayan qarşılaşmada dördüncülük uğrunda “kimyaçılar”ın əsas rəqibi “Zirə”nin doğma meydanda “İnter”lə heç-heçə etməsi də qonaqlara əlavə motivasiya vermişdi. Belə ki, isinmə hərəkətləri üçün meydana çıxan “gənclik şəhəri”nin təmsilçiləri “qartallar”ın xal itkisini böyük sevinclə bir-biri ilə bölüşürdü.
Hakimin start fiti səslənər-səslənməz meydan sahibləri gözlənilmədən irəli atıldı. Tərlan Əhmədovun komandası təxminən 5 dəqiqə boyunca “kimyaçılar”ı öz qapısına doğru sıxıb bir-birinin ardınca təhlükəli hücumlar qurmaqla yadda qaldı. Lakin vaxt ötdükcə Abasovun yetirmələri oyunu bərabərləşdirməyi bacardı. Meydana iki hücumçu ilə çıxan qonaqlar artıq 12-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Ötən tur aşırma zərbə ilə “Neftçi”nin qapısına baxımlı qol vuran Amil eyni qəhrəmanlığı bu dəfə də təkrarlamağa çox yaxın oldu. Lakin zərbəsi zəif alındığından Məmmədov topu çətinlik çəkmədən tutdu. Tərlan bəy 3-5-2 taktiki sxeminə üstünlük vermişdi ki, bu modelin o qədər də effektli olmadığını qeyd etmək lazımdı. Ruslanla Eminin ləngliyi, Kamilin isə o qədər də etibarlı olmaması “Sumqayıt”ın sürətli forvardlarının işinə yaramışdı. 15-ci dəqiqədə Ehtiramın zərbəsi yaddaqalan oldu. Gənc yarımmüdafiəçi bir rəqibdən sıyrılıb cərimə meydançasının həndəvərindən “çərçivə”ni nişan alsa da, top cüzi fərqlə qapıdan aralı keçdi. Qol vurmaq üçün alışıb-yanan sumqayıtlılar, nəhayət , 22-ci dəqiqədə istəyinə çatdılar. Rəqibi əks-hücumda yaxalan qonaqların 5 futbolçusu 3 müdafiəçi ilə üzbəüz qaldı. Məhəmməddən ötürmə alan Amil çox asanlıqla Kamildən sıyrılıb təxminən 18 metrdən qüvvətli zərbə ilə “mərmi”ni uzaq küncə göndərdi. Aqil nə qədər çalışsa da, komandasının xilaskarına çevrilə bilmədi. Hesabda önə keçməsinə baxmayaraq, “ağ-göylər” tempi aşağı salmayaraq tez-tez rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradırdı. Bu yöndə xüsusilə Amil - Mirabdulla tandemi seçilirdi. Fiziki cəhətdən hazırlıqlı olan forvardlar pressinq tətbiq etməklə AZAL-ın müdafiəçilərini gərginlikdə saxlayırdılar. 31-ci dəqiqədə Amil dubl etməyə yaxın oldu. Lakin “9 nömrə”nin zərbəsi tirdən döndü. Artıq hamı birinci hissənin bu hesabla başa çatacağını düşündüyü an “təyyarəçilər” gözlənilmədən bərabərlik qolunu vurmağı bacardılar. Ruslan cərimə zərbəsini mükəmməl yerinə yetirməklə topu tora qovuşdurdu.
Fasilədən sonra da soyuq havada “AZAL Arena”ya toplaşan azsaylı azarkeşlər açıq futbola şahidlik etdi. İlk yarıda olduğu kimi, ikinci yarıya da meydan sahibləri daha fəal başladı. 46-cı dəqiqədə Madu başla bir qədər dəqiq oynasaydı, komandasını hesabda önə çıxaracaqdı. Lakin ucaboy forvardın yaxın məsafədən zərbəsi tirin üstündən keçdi. Qonaqların buna cavabı daha təhlükəli alındı. 53-cü dəqiqədə Nicat əlverişli vəziyyətdə olan Məhəmmədi zərbə mövqeyinə çıxardı. Lakin Qurbanov 3 metrdən topu düz Aqilin üstünə vurdu. Bu vəziyyətdə qolkiperin inamlı oyununu qeyd etmək lazımdı. O vaxtında irəli çıxıb zərbə bucağını azaltdığından Qurbanovun fərqlənməsinə imkan vermədi. 64-cü dəqiqədə isə Aqil də komandasını qoldan xilas edə bilmədi. Amilin sol cinahdan qapıya paralel ötürməsinə müdafiəçilərdən heç kim toxunmayınca top Mirabdullanın qarşısına düşdü. O isə bir toxunuşla “təyyarəçilər”i növbəti dəfə meydanın mərkəzinə dəvət etdi. Son dəqiqələrdə Əhmədovun yetirmələri böyük qüvvə ilə irəli atılıb qonaqların cərimə meydançasını mühasirəyə almışdı. Lakin gah Fərhadın inamlı oyunu, gah da “təyyarəçilər”in futbolçularının qeyri-dəqiqliyi hesabın dəyişməsinə imkan vermədi.
RƏŞAD

Gözdən qaçmadı…
• Mayda ölkəmizdə təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarının futbol və ağırlıqqaldırma turnirlərinin keçiriləcəyi “AZAL Arena” və Ağırlıqqaldırma Federasiyasının təlim-məşq bazasına gedən yollara yeni asfalt örtük çəkilməklə yanaşı, stadionun yaxınlığında ağ çadırlar quraşdırılıb. Bundan başqa, əraziyə təhlükəsizlik çəpərləri də çəkilib.
• Təxminən 30-a yaxın sumqayıtlı fanat Şüvəlanda “kimyaçılar”a dəstək verdi.
• Oyunda topdaşıyan uşaqların mülki geyimdə, gödəkçələrin üstündən, sadəcə, tərlik geyməklə iş başında olması heç də xoşagələn mənzərə deyildi.
• İkinci yarının ortalarında rəqib futbolçu ilə toqquşmadan sonra yerdə qalan Mirabdullanın ağrıdan qıvrıldığını görən Tərlan Əhmədov hücuma atılan yetirmələrinin topu auta çıxarmasını istədi. Əhmədov bir neçə dəfə uca səslə Tounkaraya səslənərək, “Sadio, aut, Sadio, aut” söylədi ki, bu əsl “feyr-pley” nümunəsi idi.
• İkinci yarıda dəyişiklik zamanı 4-cü hakim tablodan istifadə etmək istəyərkən, o işləmədi və bu üzdən Əlyar Ağayev futbolçuları adıyla çağırıb meydandan çıxmasını istədi. Lakin sonradan elektron tablo işlədi.

Reaksiyalar
Tərlan Əhmədov: “İnter"lə oyundan sonra bəlli idi ki, 7-ci yeri tutmaqla bağlı heç bir şansımız yoxdu. Ancaq futbolçulara tapşırıq vermişdik ki, son oyunları qələbə ilə başa vuraq. Bundan sonra bu haqda danışmağa dəyməz. Sona 3 tur qalıb. Çalışacağıq ki, son turlarda qələbə qazanaq. Bəzi futbolçular potensialından aşağı çıxış edir. Futbol elə oyundu ki, istək hər şeydən üstündü. Bu olmasa, nəticə qazanmaq mümkün deyil. Ötən mövsüm komandadan çox futbolçu göndərdim. Ancaq gərək onları saxlayaydım. Bu gün 3-5-2 sxemi ilə oynayırdıq. Bu qarşılaşma üçün cəmi 18 futbolçum var idi. Tural Hümbətovu martdan komandadan göndərmişəm. Mənim icazəm olmadan Rusiya klublarından birinə baxışa gedib. Məndə əsas nizam-intizamdı. Qalib gəlmək üçün 2 hücumçu ilə oynayırdıq. Hədəfi qalmayan komandanı necə motivasiya edirəm? Bu hissləri sözlə ifadə etmək çətindi. Bunu bir Allah bilir. Maddi vəziyyətimiz elədi ki, heç deyiləsi deyil. Özüm də az qalıram meydana çıxım. Ən pisi odu ki, oyundan öncə verdiyim sözü 90 dəqiqənin tamamında tuta bilməyəcəyimi bilirəm. Artıq bu gün aprelin 10-du. Ancaq biz... Nə isə, bu haqda danışmaq istəmirəm. İndiki heyəti yayda yığa bilsəydim, hər şey fərqli olardı. Artıq son turları gözləyirəm. Gələn təklifləri dəyərləndirəcəm. Qriqorçukun son müsahibəsində oxudum ki, pulsuz hərəkət etmək olmur. Az büdcə ilə nəsə etmək olar, amma bu müvəqqətidi”.
Samir Abasov: “Bu matçın bizim üçün çətin keçəcəyini bilirdik. Bir tərəfdə hər xala görə vuruşan, digər tərəfdə isə heç bir hədəfi qalmayan komanda. Həyəcanımız oyunun sonuna kimi davam etdi. Bizə xal lazım idi. Qarşıda komandamı vacib oyun gözləyir. "Zirə" ilə matç bizim üçün finala bərabər olacaq. AZAL-ın bizə qarşı belə döyüşəcəyini təxmin edirdik. Çünki qulağımıza müəyyən söz-söhbət çatmışdı. Amma bunu deyə bilmərəm. Bilirdik ki, AZAL oyuna çox ciddi şəkildə hazırlaşıb. Eyni statuslu komandalar üz-üzə gələndə digəri nəyisə sübut etməyə çalışır. Söhbət stimullaşdırmadan getmir. Demişdilər ki, gəlin, sizi gözləyirik. Bilmirəm, bu zarafat idi, yoxsa gerçək”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar