12 apr 12:39liqa, reportaj

Dördüncü 1:1 və “İnter” “bürünc”ü təmin etdi

Dördüncü 1:1 və “İnter” “bürünc”ü təmin etdi
Svanadze AFFA-ya təşəkkür etdi, Ayxan Abbasov “Zirə”dən ayrılır

99. Zirə (Bakı) – İnter (Bakı) 1:1 (1:1)
85. Kamal Bayramov – 5,5
28. Təmkin Xəlilzadə - 6,0
5. Adil Nağıyev – 5,5
44. Migel Lorentso – 5,0
13. Aleksandr Şemonayev – 5,0
16. Akim Latifu – 5,0
11. Viktor İbokoyi – 5,0
(8. Milan Duriç, 78) – qiymətsiz
10. Elvin Məmmədov (k) – 5,5
(21. Murad Səttarlı, 89) – qiymətsiz
20. Sezar Meza Kolli – 5,0
7. Amadu Sanqar – 4,5
(6. Vüqar Mustafayev, 66) – 4,5
43. Riçard Qadze – 5,5
Ehtiyat oyunçular
62. Abdulla Seyidəhmədov
9. Nurlan Novruzov
26. Georgi Qorozia
23. Yovan Krneta
Baş məşqçi: Ayxan Abbasov
Komadanın ən yaxşısı: Təmkin Xəlilzadə

1. Səlahət Ağayev – 6,0
4. Slavik Alxasov – 5,5
14. Zurab Xizanişvili – 5,0
33. Tərlan Quliyev – 5,0
27. Adrian Skarlatake - 5,0
22. İlkin Qırtımov – 5,0
19. Mirhüseyn Seyidov – 5,0
24. Fuad Bayramov – 5,5
10. Elnur Abdullayev – 5,0
(88. Məmməd Quliyev, 90+2) – qiymətsiz
8. Nizami Hacıyev (k) – 5,0
(9. Pərdis Fərcad-Azad, 89) – qiymətsiz
11. Rauf Əliyev – 5,5
(7. Mirsahib Abbasov, 90+3) – qiymətsiz
Ehtiyat oyunçular
13. Orxan Sadıqlı
2. Sərtan Taşkın
6. Samir Zərgərov
65. Cabir Əmirli
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Səlahət Ağayev
Qollar: R.Əliyev, 12 (0:1, S.Alxasov). R.Qadze, 19 (1:1, T.Xəlilzadə).
Vərəqələr: İ.Qırtımov, 54 (qeyri-idman hərəkəti). E.Məmmədov, 66 (qeyri-idman hərəkəti). F.Bayramov, 90+1 (sistematik qayda pozuntusu) – sarı.
Hakimlər: RAMİL DİNİYEV, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Abdullayev (Bakı).
10 aprel. Zirə. İdman Kompelksinin stadionu. 2000 tamaşaçı (2000 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Ard-arda “Qarabağ” və “Qəbələ”dən xal alan “Zirə” özündən irəlidə olan daha bir rəqiblə - “İnter”lə oyunda da sərfəli nəticə haqda düşünürdü. Kubokun yarımfinal matçlarından sonra 4-cü yerin əhəmiyyətinin artması bu pillə uğrunda mübarizəni qızışdırdı. Hazırda sıralamada 4-cü olan “qartallar” mövqeyini əldən verməmək üçün Svanadzenin komandasına məğlub olmaq fikrində deyildi. Əks halda, cəmi 3 xal geridə olan “Sumqayıt” mümkün qələbə fonunda xalları bərabərləşdirəcəkdi. “İnter” isə bu oyuna daha rahat çıxmışdı. Avrokuboklara vəsiqəni təmin edən “göy-ağlar” bu oyunda xal qazanardısa, ən azı “bürünc”ü rəsmiləşdirəcəkdi. Daha bir diqqəti çəkən məqam bu komandaların cari mövsüm bir-birinə güc gələ bilməməsi idi. Tərəflərin öncəki hər üç görüşü 1:1 hesabıyla bitdiyindən, ənənənin davam edib-etməyəcəyi maraq doğururdu. Anar Nəzirovun ötən tur vərəqə limitini doldurduğuna görə bu matçda forma geyməyəcəyi əvvəlcədən bilinirdi. “İnter”də isə zədəsini sağaldan Səlahət “çərçivə”də yerini tutmuşdu.
İlk dəqiqələrdən "İnter" daha çox basqı edirdi. Start fitindən sonrakı 10 dəqiqədə Rauf iki dəfə qapını nişan alsa da, zərbəsi elə də təhlükəli alınmadı. 12-ci dəqiqədə isə "göy-ağlar" üstünlüyünü hesabda da əks etdirdi. Slavikin cinahdan ötürməsindən sonra Rauf topu ram edib, dəqiq zərbə ilə "atəşkəsi pozdu". "Qartallar" yalnız qoldan sonra fəallaşdı. Qadze Səlahətin qoruduğu qapıya yol tapsa da, daha öncə laysmanın ofsayda işarə edən bayrağı havaya qalxmışdı. Lakin çox keçmədən Riçard "status-kvo"nu bərpa etdi. O, bir neçə müdafiəçidən sıyrılan Təmkinin asmasından sonra başla dəqiq oynadı. Svanadzenin yetirmələrinin qoldan öncə Xəlilzadənin kobud oynamasına görə etirazları baş hakim tərəfindən qəbul olunmadı. Bundan sonra "İnter" ardıcıl iki qol imkanı yaxaladı. 23-cü dəqiqədə Nizaminin cərimə zərbəsindən ötürməsi zamanı Rauf fərqlənə bilərdi. Lakin o yaxın məsafədən "çərçivə"yə düşmədi. 3 dəqiqə sonra isə Rauf əla ötürməylə Nizamini qapıçı ilə üzbəüz qoydu. Ancaq əla fürsət yaxalayan Hacıyev Bayramovu keçə bilmədi. Ümumiyyətlə, bu dəqiqələrdə "Zirə"nin müdafiəsində boşluqlar “göz oxşayırdı”. Hücumçular isə daha çox ofsayda düşməklə diqqəti çəkirdi. 34-cü dəqiqədə meydan sahiblərinin hesabda önə keçmək imkanı vardı. Qadze üzbəüz epizodda bir qədər də irəliləyib dəqiq zərbə endirmək əvəzinə tələsik bəxtini sınamaq qərarına gəldi. Vuruşu isə effektli olmadı. 41-ci dəqiqədə isə Sezarın zərbəsindən sonra top qapının yanından keçdi. Fasilə ərəfəsində azarkeşlər daha bir təhlükəli vəziyyətin şahidi oldu. Təmkinin asması zamanı heç kimin mane olmadığı Qadze başla dəqiq oynamadı.
İkinci hissənin əvvəlləri də dinamik keçdi. 55-ci dəqiqədə "İnter"lilər, xüsusən Rauf əllə oyuna görə penalti tələb etsə də, hakim razılaşmadı. Bundan sonra bir müddət qapılar qarşısında yaddaqalan vəziyyətin şahidi olmadıq. Oyunun tez-tez dayanmasının səbəbi isə qayda pozuntularının çoxluğu idi. 71-ci dəqiqədə Rauf təkbaşına irəliləyib rəqibin cərimə meydançasına daxil oldu. Lakin Kamal vaxtında qapısını tərk edib topu ələ keçirdi. 76-cı dəqiqədə isə Səlahət komandasını real qoldan xilas etdi. Təmkinin cinahdan ötürdüyü topu Akim saxlamadan "çərçivə"yə ünvanlasa da, Ağayev əla reaksiya ilə "İnter" azarkeşlərinin alqışını qazandı. 87-ci dəqiqədə Sezarın cərimə zərbəsi təhlükəli alınsa da, Səlahət yenə də inamlı təsir bağışladı. Beləliklə, bu rəqiblərin cari mövsümdə 4-cü dueli də eyni – 1:1 hesabı ilə yekunlaşdı. “İnter” isə ən azı “bürünc”ü təmin etdi.
FARİZ

Gözdən qaçmadı…
* Oyunu izləyənlər arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və köməkçisi Elçin Rəhmanov da var idi.
* Bir qrup əsgər tribunada idi. Əldə etdiyimiz bilgiyə görə, onlar yaxınlıqdakı hərbi hissədə qulluq edirlər və stadiona meydan sahiblərinə dəstək üçün təşrif buyurublar.
* Oyundan öncə jurnalistlərə tədim olunan protokolda ilk “11-lik”də Yovan Krnetanın da adı var idi. Ancaq serb müdafiəçi start heyətində deyildi. Buna səbəb son anda yaşanan bəxtsizlik idi. Belə ki, Krneta isinmə hərəkətlərini yerinə yetirərkən zədələnmişdi.
* İlk yarının sonunda Fuad Bayramovla Viktor İbokoyi arasında qarşıdurma yaşandı. Ancaq komanda yoldaşlarının müdaxiləsi aranı sakitləşdirdi.

Reaksiyalar
Zaur Svanadze: “Öncə komandanı təbrik edirəm. Bizə dəstək olan hamıya, çətin vəziyyətdə köməyini əsirgəməyən AFFA-ya təşəkkürümü bildirirəm. Bu, bizim üçün böyük nailiyyətdi. Azarkeşlərimizə həmişə yanımızda olduqlarına görə minnətdaram. Oyuna yaxşı başladıq. Hesabı açsaq da, üstünlüyü qoruya bilmədik. Nəticə bizim üçün qənaətbəxşdi. Komandanın taleyi? Bu haqda konkret bir şey deyə bilmərəm. Ancaq bu komandada qalıb işimi davam etdirmək istəyirəm. Bizdə yaxşı futbolçular cəmləşmişdi. Onlar əsl peşəkar idi. Buna görə onları motivasiya etməkdə çətinlik çəkmədim. Mövsümün ilk yarısında komandaya kömək olan, uğurlarımıza töhfə verən iki oyunçuya - Ruslan Abışov və Ağabala Ramazanova da təşəkkür edirəm. Onlar qışdan sonra komandadan ayrılsa da, ilk iki dövrədə qazanılan nəticələrdə böyük pay sahibi oldular”.
Ayxan Abbasov: “Bürünc medalı təmin etdiklərinə görə “İnter”itəbrik edirəm. Bu rəqiblə oyunlarımız həmişə gərgin keçir. Bundan öncəki üç dueldə də “İnter”lə heç-heçə etmişdik. Oyuna pis başladıq. Erkən qol buraxdıq. Ancaq sonradan toparlana bildik. Yüzfaizlik qol imkanlarımız olsa da, yararlana bilmədik. Bundan sonra hər xal qızıla bərabərdi. Ümid edirəm ki, növbəti matçlarda daha yaxşı nəticələr qazanacağıq. Zədəlilər haqda onu deyə bilərəm ki, Krneta oyunöncəsi isinmə hərəkətləri zamanı ayağında ağrı hiss etdi. Buna görə risk edib oynatmadıq. Onun mövqeyində şans verdiyim Lorentso da yaxşı təsir bağışladı. Şemonayev də fərqli mövqedə oynadı. Lakin o da özünü yaxşı tərəfdən göstərdi. Sanqarın zədəsi elə də ciddi deyil. Avrokuboklara əvvəlcədən hazırlaşırdıq. UEFA-nın tələblərini mövsümün əvvəlindən yerinə yetirməyə başlamışdıq. Əslində elə ötən mövsüm də qitəmiqyaslı yarışlara hazır idik. Klubumuz UEFA-nın bütün tələblərinə cavab vermək üçün hər şey edib. Ümid edirəm ki, avrokuboklara vəsiqə qazana biləcəyik. AZAL - “Sumqayıt” oyununa baxa bilməyəcəm. Lakin köməkçilərim həmin matçı izləyəcək. Həmin oyunda hansısa komandaya azarkeşlik etməyi düzgün saymıram. Əsasən öz oyunlarımız haqda düşünürük. Özüm səfərə hazırlaşıram. PRO kateqoriyasının növbəti kursu üçün Belarusa gedəcəm. Cəmi ikigünlük gedəcəm və düşünmürəm ki, bu problem yaradar”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? Dünən, 21:16 Klublar bonus nəzərdə tutmayıb Dünən, 21:15 AFFA-nın UEFA-dan qonaqları var Dünən, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib Dünən, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib Dünən, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub Dünən, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü Dünən, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? Dünən, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq Dünən, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib Dünən, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi Dünən, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu Dünən, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı Dünən, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi Dünən, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub Dünən, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq Dünən, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq Dünən, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib Dünən, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir Dünən, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb Dünən, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi Dünən, 19:54 AMADA-nın binası istifadəyə verildi Dünən, 19:53 İslamiada xəbərləri Dünən, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib Dünən, 19:46 Şəmkirlilər evdə qələbə qazandı Dünən, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq Dünən, 19:44 Millimiz Sloveniyaya yollandı Dünən, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar