02 noy 12:28liqa

Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı


Şahin Diniyev: “Oyunun heç-heçə başa çatacağını düşünürəm”
Elxan Abdullayev: “Derbinin favoriti “Qarabağ”dı deyərdim”
Samir Abasov: “Məhz bu oyunda “Neftçi”ni favorit görürəm”

Ölkə futbolunun yaxşı vaxtları idi. Az qala hər tur derbilərə şahidlik edər, səs-küylü oyunlardan yazmaqdan bezməz, doymazdıq. Təəssüf ki, indi bütün gözlər “Qarabağ”la “Neftçi”yə dikilib. Və yalnız bu komandaların öz aralarındakı oyunlar derbi sayılır, ciddi ajiotaja səbəb olur.
Bu gün belə qarşılaşmalardan biri baş tutacaq. Azərbaycan futbolu ilə yaxından maraqlananlar ya yolunu “Bakcell Arena”dan salacaq, ya da mavi ekran qarşısında əyləşəcəklər. Ağdamlılar hər nə qədər favorit sayılsalar da, bakılıların son vaxtlar formada olması, üstəgəl, rəqibinin Avroliqada çıxış etməsi matçın yekun nəticəsi ilə bağlı ağıllarda müəyyən şübhələr yaradır. “Qarabağ”ın uduzmayacağını düşünənlərin sayı çoxdu. Eyni zamanda “Neftçi”nin 3 xalı bayram edəcəyini proqnozlaşdıranlar da var.
Belə vəziyyətdə ömrünün yarısından çoxunu yaşıl meydanlarda top dalınca qaçmağa həsr etmiş veteranların fikirləri maraq doğurmaya bilməz. Xüsusən də vaxtilə hər iki komandaya hansısa mənada bağlılığı olan sabiqlərin. Odu ki, onlarla söhbətdə şansları dəyərləndirmələrini xahiş edib, oyundan nə gözlədiklərini soruşduq.
Şahin Diniyev: “Cari mövsümdə indiyə qədər baş tutan oyunlar arasında ən maraqlısı və gərginliyi ilə seçiləni olacaq. Düzdü, komandalar ilk dövrədə qarşılaşmışdılar. Lakin onda mövsüm yeni başlamışdı, arada ciddi xal fərqi yox idi, intriqa qızışmamışdı. Budəfəki vəziyyət xeyli fərqlənir. Söhbət derbidən gedirsə, futbol ictimaiyyətinin maraqlı oyuna şahidlik edəcəyinə şübhə yoxdu. Şanslardan danışmalı olsaq, deyərdim ki, “Qarabağ” yığdığı templə, yəni sərgilədiyi oyun və əldə etdiyi nəticələrlə çempionluğa doğru inamla addımlayır. Lakin söhbət bir oyundan gedirsə, diqqətli olmalıyıq. Burda həlledici məqam psixoloji hazırlıq, başqa cür desəm, hansı komandanın matça daha yaxşı köklənməsi olacaq. Oyunun gərginliyi, turnir cədvəlindəki vəziyyət, komandalar arasındakı prinsipiallıq, azarkeşlərin üzünü güldürmək istəyi – hər iki komanda üzvləri meydana bunları düşünüb çıxacaq. “Qarabağ”ı incələməyə gərək yoxdu. Nəyə qadir olduğunu uşaqdan böyüyə hamı bilir. Ölkə daxilində və xaricindəki nəticələri görməkdəyik. Ustalıq səviyyəsi baxımından güclü futbolçulara sahibdilər, həm də oturuşmuş heyətləri var. Oyunun hansı dəqiqələrində necə oynayacaqlarını, tempi nə vaxt aşağı salıb, nə vaxt qaldırmalı olduqlarını bilirlər. Bir sözlə, matçda diqtə edən tərəf olurlar. “Neftçi”də isə son vaxtlar özünəinam görməkdəyik. Son oyunlardakı məhsuldarlıq da bunun göstəricisidi. “Neftçi”nin heyətində sürətli oyunçular var. Xüsusən də əks-hücumlar zamanı bu üstünlükdən yararlanıb “Qarabağ”a başağrı yarada bilərlər. Məncə, meydan sahibləri “ikinci skripka” rolunu oynayacaq. Sırf bu oyundan danışsaq, şansları bərabər hesab edirəm. Çünki hər komandanın özünə görə üstünlüyü var. Ona görə də oyunun heç-heçə başa çatacağını düşünürəm. Çünki “Qarabağ”a sərf edən nəticədi. “Neftçi”nin məğlub olması “Qarabağ”ın çempionluq təbriklərini indidən qəbul etməsi anlamına gələcək. “Qarabağ”ın növbəti həftə APOEL-lə oynamasının bu görüşə hansısa mənada təsir edəcəyinə inanmıram. Çünki bərpa üçün kifayət qədər vaxtları olacaq. Üstəlik, burda söhbət derbidən, prinsipiallıqdan gedirsə, ağdamlıların meydana aparıcı oyunçularsız çıxacağını güman etmirəm”.
Elxan Abdullayev: “Belə oyunlardan əvvəl proqnoz vermək çətindi. Derbidi, komandalar arasında prinsipiallıq var. Həm də “Qarabağ”la “Neftçi” arasında kəskin səviyyə fərqinin olduğunu demək olmur. Digər tərəfdən, “Qarabağ”ın meydana hansı heyətlə çıxacağını da bilmirik. Qarşıda APOEL-lə matçın olduğunu göz önünə gətirsək, aparıcı futbolçuların oynayıb-oynamayacağını bilmək olmur. Amma istənilən halda, nisbi üstünlüyün ağdamlıların tərəfində olduğunu düşünürəm. Oturuşmuş heyətinə, özünəməxsus oyun üslubunun olmasına, beynəlxalıq oyun təcrübəsinin çoxluğuna görə təkcə “Neftçi”dən yox, çempionatdakı bütün rəqiblərindən güclüdülər. Bunu tək mən yox, hamı deyir. “Neftçi”nin üstünlüyü psixoloji məqam olmalıdı. Baş məşqçidən tutmuş sonuncu futbolçuya qədər hamı turnir cədvəlindəki durumu dərk etdiyindən, bu oyuna qədər xal itkisi limitinin dolduğunu bilirlər. “Qarabağ”a isə gücünə qənaət etməklə heç-heçə də bəs edir. Məncə, “Neftçi”də qələbə istəyi daha çox olacaq. Psixoloji məqam meydan sahiblərinin tərəfindədi. “Qarabağ”ın qalib gəlməsi çempionluq mövzusuna yekun nöqtə qoymasa da, “qızıl”ın taleyi böyük ölçüdə həll olunacaq. Çünki 11 xallıq fərqi sonradan aradan qaldırmaq asan görünmür. Nəzərə alaq ki, “Qarabağ”ı dayandıra biləcək yeganə komanda “Neftçi”di. Onlar da hər iki oyunda uduzandan sonra əlavə nəsə düşünməyə ehtiyac qalmır. Vaxtilə özüm də “Neftçi”də baş məşqçi olmuşam. Deyərdim ki, matçın “Bakcell Arena”da keçirilməsi meydan sahibləri üçün üstünlükdü. Oyun orda baş tutanda dəstək yaxşı olur, futbolçular özlərini inamlı hiss edirlər.
Yenə deyirəm, proqnoz vermək çətindi. Gizlətmirəm, özüm “Neftçi” azarkeşiyəm, “Neftçi”nin qələbə qazanmasını istəyirəm. Bu cür oyunlarda istənilən nəticə qeydə alına bilər. Necə ki, ötən ilin bu vaxtı “Neftçi” “Qarabağ”ı 3:1 hesabı ilə udmuşdu. Amma obyektiv danışmalı olsaq, “Qarabağ” bu gün “Neftçi”dən güclüdü. Ona görə də derbinin favoriti “Qarabağ”dı deyərdim. Tək bu oyunun yox, çempionatın” (gülür).
Samir Abasov: “Baxıram, son günlər hamı bu oyundan danışır. Düşünmədən bu oyunu izləyəcəm. Hər kəsin öz fikri var, mənim fikrimcə, bu gün üstünlük “Neftçi”nin tərəfindədi. “Neftçi”nin “Qarabağ”dan üstün olduğunu demirəm ha, sadəcə, hazırkı məqama görə bu fikirdəyəm. Bildiyimiz kimi, “Qarabağ”ın gələn həftə APOEL-lə olduqca vacib oyunu var. Çempionatdakı nəticələr öz yerində, bu dəqiqə əsas məqsəd APOEL-i udmaq, ən pis halda heç-heçə etməkdi. Həm də sıx qrafiklə oynayırlar, müəyyən yorğunluq var. Bu gün “Neftçi”ylə arada 8 xallıq fərq yaradıblar. Bu da onlara müəyyən qədər sakit olmaq imkanı yaradır. Yəni qalib gəlməsələr belə, yenə xal fərqində üstünlükləri olacaq. Digər tərəfdən, “Neftçi” son vaxtlar xoş təsir bağışlayır, müəyyən mənada ötənilki komandanı xatırladır. Fikir verirsizsə, hər oyunda 3-4 qol vururlar. Bunun özü də əsas məqamlardan biridi.
Məhz bu oyunda favorit “Neftçi”ni görürəm. Az öncə sadaladıqlarıma görə meydan sahiblərinin qələbəyə yaxın olduğunu düşünürəm. “Qarabağ”ın üstünlüyü özünəməxsus oyunu və komanda şəklində “Neftçi”dən üstün olmasıdı. Sadəcə, APOEL-lə oyunun olması “Neftçi”ni favorit göstərməyimin əsas səbəbidi. “Qarabağ” qələbə qazansa, PFL çempionluq medallarını indidən təqdim edə bilər. Bu sözümə görə qətiyyən ehtiyatlanmıram, əminliklə deyirəm. 11 xallıq fərq yaranandan sonra medalları “Qarabağ”a təqdim etsinlər, qoy onlar da ancaq Avroliqanı düşünüb, çempionat oyunlarına çıxmasınlar”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar