01 noy 12:43liqa

“Neftçi” – “Qarabağ”: faktlar bakılıların xeyrinə işləyir


APOEL-lə oyunlar “Qarabağ”ı xal(lar)dan edə bilər
Turlar geridə qaldıqca çempionatda intriqa qızışır. Lakin hər nə qədər qızışsa da, “qızıl” uğrunda əsas mübarizənin “Qarabağ”la “Neftçi” arasında gedəcəyinə şübhə etməyə dəyməz. Hə, indiki vəziyyətdə “Keşlə”nin turnir cədvəlindəki mövqeyi və aradakı xal fərqi ortaya müəyyən suallar çıxarmaqdadı. Lakin reallıq hissimizi itirməsək, bu komandanın sona qədər “relsdə qalacağına” inanmaq çətindi.
Odu ki, diqqətlər “Qarabağ”la “Neftçi”nin üzərindədi. Həmin komandalar ki, aralarındakı oyunlar böyük ajiotaja səbəb olur, yekun nəticələr maraqla gözlənilir. Hətta öz aralarındakı qarşılaşmalar Azərbaycan derbisi kimi qələmə verilir. Və həmin oyunlardan biri sabah baş tutacaq. “Ağ-qaralar” özünə doğma olan “Bakcell Arena”da “köhlən atlar”ı qəbul edəcək ki, vacib matçdan öncə ümumi mənzərəyə toxunmaq, şansları qiymətləndirmək yerinə düşər.
“Bakcell Arena” üstünlüyü
Azərbaycan futbolunda hər nə qədər “ev-səfər oyunu yoxdu” deyimi dillər əzbəri olsa da, bu cür qarşılaşmalarda məlum deyim arxa plana keçir. Razılaşaq ki, “ağ-qaralar” həssas dönəmlərdə “Bakcell Arena”da özünü olduqca rahat və inamlı hiss edir. Doğma meydan amili bir tərəfə, özünəinamın formalaşmasında əsas səbəb azarkeşlər, lap dəqiq desək, “Forza Neftçi”nin verdiyi dəstəkdi. Düzdü, son vaxtlar adı çəkilən azarkeş qrupu ilə klub və komanda arasındakı münasibətlər istənilən səviyyədə deyil. Amma ortada “Qarabağ”ın adı varsa, “forzalılar”ın susması, sadəcə, mümkünsüzdü. Ötən mövsüm, təxminən bu vaxtlar – oktyabrın 28-də bakılılar ağdamlıları məhz “Bakcell Arena”da 3:1 hesabı ilə məğlub etməyi bacarmışdı. Bu il olduğu kimi, “Qarabağ”ın həm də Avroliqanın qrupunda çıxış etdiyi dönəm idi. Düzdü, 28-ci turda “Bakcell Arena”da qalib gələn tərəf qonaqlar olmuşdu. Lakin iş işdən keçmiş, Qurban Qurbanovun yetirmələri “Neftçi”ylə görüşə qədər çempionluğu rəsmiləşdirmişdi. Odu ki, matçın “Bakcell Arena”da baş tutmasını meydan sahibləri üçün müəyyən üstünlük hesab etmək olar.
“Neftçi” əla forma yığıb
Ötən ilin gümüş mükafatçısının çempionata inamsız başlaması intiriqanın vaxtından əvvəl ölməsindən xəbər verirdi. Futbol ictimaiyyəti “Neftçi”nin çempionluq mübarizəsindən qopduğunu düşünür, “Qarabağ”ın növbəti dəfə hədəfinə rahat çatacağını iddia edirdi. Lakin son oyunlarda qeydə alınan nəticələr ehtimalları alt-üst etməkdədi.
Roberto Bordinin yetirmələri son vaxtlar rəqib tanımır, qarşısına çıxanı əzib keçir. Son 4 tura nəzər salaq. “Ağ-qaralar” “Qəbələ”ylə “Zirə”ni 3:0, “Səbail”i 2:1, ”Sumqayıt”ı 4:2 hesabı ilə məğlub etməyi bacarıblar. Diqqətçəkən məqam qazanılan 12 xal deyil. Bu yerdə komandanın məhsuldarlığını da qeyd etməliyik. 4 oyunda vurulan 12 top var ki, bu da hər matç üçün ortalama 3 qol edir. Baqali Dabonun “ayağı açılıb”, Stiven Jozef-Monroz “Qəbələ”dəki ilk vaxtlarını xatırdadır, müdafiə xətti vur-tut 3 qolun buraxılmasına şahidlik edib.
Bu baxımdan “Qarabağ”ın durumunun acınacaqlı olduğunu deyə bilmərik. Sadəcə, “köhlən atlar”son 4 oyunda hesabına 10 xal yazıb. “Sumqayıt”la “Sabah”ı 2:0 yenən Qurban Qurbanovun yetirmələri Qəbələ səfərindən 1:1 hesablı bərabərliklə dönmüşdü. Bazar ertəsi növbəti xal itkisinə isə Qara Qarayevin son dəqiqələrdə gələn qolu imkan verməmişdi. Son 2 qarşılaşmaya əsasən “Qarabağ”ın müəyyən çətinliklə üzləşdiyini deyə bilərik. Heç şübhəsiz, burda futbolçuların 3 cəbhədə - çempionat, Avroliqa və yığmada çıxış etməsi rol oynayır. Üstəlik, “Neftçi”ylə derbinin APOEL-lə iki oyunun arasına təsadüf etməsi də ciddi faktdı.
APOEL-lə oyun daha vacibdi
APOEL demişkən, ağdamlılar noyabrın 7-də Nikosiyada bu komandanın qonağı olacaq. Qrupdan çıxmaq yolunda səfərdə məğlub olmamaq əsas hədəfdi. Heç şübhəsiz, baş məşqçidən tutmuş sonuncu futbolçuya qədər hamı bunun fərqindədi. İndiki vəziyyətdə “Qarabağ”ın turnir cədvəlindəki vəziyyəti, yəni xal üstünlüyü qonaqlara müəyyən mənada rahatlıq verir. O mənada ki, “Qarabağ”a hansı rəqib üzərində qələbə qazanmaq vacibliyindən söhbət düşsə, əlbəttə, Nikosiya səfərindəki 3 xal ön plana çıxacaq.
Qurban Qurbanov da bunun fərqindədi. Ona görə də təcrübəli çalışdırıcının heyətdə rotasiyalar edəcəyi, aparıcı futbolçulardan bəzilərinə dincəlmək imkanı yaradacağını ehtimal edə bilərik. Təbii, bu baş verməyə də bilər. Hətta ilk dəqiqələrdən meydanda əsas fiqurlar olsa belə, APOEL-lə qarşılaşma onları bir qədər ehtiyatlı davranmağa, bacardıqca zədədən uzaq qaçmağa məcbur edəcək. Qısası, “Neftçi” sırf çempionata və qələbəyə kökləndiyi halda, Avroliqanın qrupundan çıxmağı hədəfləyən ağdamlılar indiki halda əsasən Cənubi Kiprdə gerçəkləşəcək qarşılaşmanı düşünür. Minimum hədəf kimi aradakı 8 xallıq fərqi qorumaq üçün çempiona heç-heçə də kifayət edəcək.
“Neftçi” “yana” bilər
Sadaladıqlarımız “Neftçi”nin nisbi üstünlüyündən xəbər verir. Lakin bu o demək deyil ki, “Qarabağ”ın xeyrinə işləyən məqamlar yoxdu. Razılaşaq ki, çempionluğun taleyini əsasən komandaların öz aralarındakı oyunlar həll edəcək. Cəmi 9 tur geridə qalmasına baxmayaraq, “köhlən atlar” əsas rəqibini 8 xal qabaqlayır. Üstəgəl, öz aralarındakı ilk oyunda “Qarabağ” qələbəyə sevinib.
Deməli, bakılılar “qızıl” qazanmaq istəyirsə, mütləq və mütləq bu oyundan qalib ayrılmalıdı ki, aradakı xal fərqi 5-ə ensin, çempionluq intriqası qızışsın. Bu faktın özü “Neftçi”nin əleyhinə işləyə bilər. “Qarabağ” işini ehtiyatlı tutacağı halda, rəqibi qol vurmaq üçün böyük qüvvə ilə irəli atılacaq, xüsusən ilk yarıda hesab açılmayacağı təqdirdə əsəblər gəriləcək. Bu isə birmənalı qonaqların xeyrinə olacaq. Belə deyək, qələbənin daha çox “Neftçi”yə lazım olması bakılıları “yandıra” bilər.
Bunlar oyundan əvvəlki təxmin və ehtimallardı. Meydanda nələrin yaşanacağını, gümanlarımızda nə dərəcədə doğru olduğumuzu isə 90 dəqiqənin gedişi və tamamı göstərəcək. Kimin qalib gəlməsi önəmli deyil. Əsas odu, azarkeşlər derbidən zövq alsın, qarşılaşma gərginliyi ilə yadda qalsın. Hə, bir də bol qollu oyun izləyək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar