23 okt 11:52liqa / reportaj

“Sumqayıt” ikinci dövrəyə də qələbəylə başladı


31. Səbail – Sumqayıt 0:2 (0:0)
85. Kamal Bayramov – 5,0
3. Turan Manafov – 4,5
32. Elvin Yunuszadə - 4,0
(9. Mirsahib Abbasov, 84) – qiymətsiz
55. Adil Nağıyev - 4,0
34. Urfan Abbasov – 4,5
8. Yevgeni Koçuk – 5,5
14. Rahid Əmirquliyev – 4,0
10. Ağabala Ramazanov – 4,0
7. Fəhmin Muradbəyli – 4,0
4. Eltun Yaqublu (k) – 4,0
(6. Maykl Essyen, 62) – 4,5
22. Mirabdulla Abbasov – 4,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
88. Orxan Qurbanlı
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
5. Vüqar Bəybalayev
77. Ədilxan Qarəhmədov
79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Yevgeni Koçuk

1. Mehdi Cənnətov – 5,5
5. Camaləddin Xocaniyazov – 5,5
3. Vurğun Hüseynov (k) – 5,5
14. Elvin Bədəlov – 6,0
22. Sərtan Taşkın – 5,5
6. Vüqar Mustafayev - 5,0
28. Səbuhi Abdullazadə - 5,5
(97. Xəyal Nəcəfov, 84) – qiymətsiz
10. Əmir Ağayev – 5,0
90. Rəhim Sadıxov – 5,5
(50. İlqar Qurbanov, 72) – 4,0
8. Peyman Babayi – 5,5
(44. Elvin Cəfərquliyev, 60) – 5,0
70. Mehdi Şərifi – 5,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
12. Nicat Mehbalıyev
2. Rail Məlikov
7. Ehtiram Şahverdiyev
11. Elgün Nəbiyev
9. Amil Yunanov
18. Süleyman Əhmədov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Elvin Bədəlov
Qollar: P.Babayi, 47 (0:1, R.Sadıxov). E.Cəfərquliyev, 90+4 (0:2, Ə.Ağayev).
Vərəqələr: E.Yaqublu, 3 (qeyri-idman hərəkəti). S.Taşqın, 27 (qeyri-idman hərəkəti). M.Abbasov, 28 (qeyri-idman hərəkəti). A.Ramazanov, 76 (hakimin qərarına etiraz). M.Cənnətov, 87 (oyunun bərpasını ləngitmək). C.Xocaniyazov, 90 (oyunun bərpasını ləngitmək). E.Cəfərquliyev, 90+4 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, Cəmil Quliyev (hamısı Bakı). Rəşad Əhmədov (Mingəçevir).
Hakim-İnspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
20 oktyabr. Bakı. ASCO Arena. 400 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Birinci dövrədə olduğu kimi, “Sumqayıt” ikinci dövrəyə də qələbə ilə start verdi. Ayxan Abbasovun çalışdırdığı komanda sərin payız axşamında səfərdə “Səbail”i doğma azarkeşləri qarşısında məyus etdi. Ancaq matçın əvvəli heç də qonaqların 3 xal qazanacağından xəbər vermirdi. “Dənizçilər” ilk dəqiqələrdən oyuna fəal başladılar. Yeri gəlmişkən, “kimyaçılar” mövsümdə ilk dəfə rəsmi matça 4 müdafiəçili sistemlə çıxmışdılar. Yığmaların oyunlarına görə yaranmış fasilədə “Qarabağ”la yoxlama görüşündə bu sistemi sınaqdan keçirən Abbasov, görünür, meydanda gördüklərindən razı qaldığından bu dəfə də eyni addımı atmağa qərar vermişdi. Lakin 4-lü müdafiə ilk dəqiqələrdə o qədər də effektli görünmürdü. Artıq 8-ci dəqiqədə Vüqarın səhvindən sonra meydan sahibləri hesabı açmağa yaxın oldular. Ağabalanın təxminən 22 metrdən zərbəsindən sonra top tirə dəyərək meydanı tərk etdi. Bundan əvvəl isə Fəhmin soldan qapı qarşısına edilən ötürməyə vaxtında ayaq qoya bilməmişdi. Vaxt ötdükcə “kimyaçılar” oyunu bərabərləşdirməyi bacardılar. Müdafiəçilərin sayını azaldıb mərkəzdə çoxluq yaradan Ayxan bəy məhz bunun sayəsində rəqibi cəzlandırmağı düşünürdü. Qonaqların ilk təhlükəli həmləsi 19-cü dəqiqəyə təsadüf etdi. Xocaniyazovun başladığı hücumu Şərifi qapıya zərbə ilə yekunlaşdırsa da, top forvardın ayağına istənilən kimi oturmadığından Kamal çətinlik çəkmədən topu tutdu. 27-ci dəqiqədə isə Bayramov Camaləddinin təhlükəli zərbəsini zərələşdirməklə diqqət mərkəzinə düşdü. İlk hissənin sonuna 2 dəqiqə qalmış “Səbail”in qolkiperi ilə təkbətək çıxan Mehdiyə sürəti mane oldu. Meydan sahiblərinin qolkiperi vaxtında irəli çıxaraq, zədələnmək hesabına olsa belə, forvardın “çərçivə”yə istədiyi kimi zərbə vurmasına imkan vermədi. Şərifini isə Kamalla duelə Əmir göndərmişdi. Yarımmüdafiəçi ideal ötürmə ilə “dənizçilər”in arxa xəttini iflic vəziyyətə saldı.
Fasilədən sonra tribunalara toplaşanlar daha şən və baxımlı oyuna şahidlik etdilər. Buna səbəb isə sumqayıtlıların hesabı açması oldu. Mehdidən ötürmə alan Rəhim topla bir qədər irəliləyib ara ötürməsi ilə Peymanı zərbə mövqeyinə çıxardı. O isə şansını qaçırmadı və 47-ci dəqiqədə adını tabloya yazdırdı. 4 dəqiqə sonra Eltun komandasını ikinci qoldan xilas etdi. Kapitan Xocaniyazovun zərbəsindən sonra topu boş qapıdan çıxardı. Hesabda geri düşən meydan sahibləri hesabı bərabərləşdirmək üçün böyük qüvvə ilə atılmaq məcburiyyətində idi ki, məhz bunu da etdilər. Geriyə çəkilib rəqibi əks-hücumda yaxalamağı düşünən “kimyaçılar” “dənizçilər”in çox asanlıqla cərimə meydançasına yaxınlaşmasına imkan verirdi. Koçuk, Rahid, Ağabala bundan istifadə edib bir-birinin ardınca qapıçı meydançasına asmalar edir, komanda yoldaşlarından kiminsə topa toxunacağına ümid edirdilər. 72-ci dəqiqədə Mirabdulla fərqlənməyə yaxın oldu. Lakin forvardın yaxın məsafədən zərbəsi qapının üstündən keçdi. 79-cu dəqiqədə isə Essyenin təhlükəli baş zərbəsini Mehdi çətinliklə tirin üstündən aşıra bildi. Ümumiyyətlə, dünya şöhrətli futbolçu “Sumqayıt”la matçda bəlkə də “Səbail”ə gələndən sonra ən yaxşı oyununu keçirdi. Dayaq yarımmüdafiəçi ikili mübarizələrdən çəkinmir, hücumları kəskinləşdirə bilirdi. Maykl əsas vaxtın sonuna 2 dəqiqə qalmış Fəhminin qapıya paralel ötürməsinə isə bir neçə saniyə gecikdi. Həmin an “6 nömrə”yə heç kim mane olmurdu. Son dəqiqələrdə böyük qüvvə ilə Mehdinin qoruduğu qapıya “oturan” meydan sahibləri müdafiəni unutmuşdu ki, bunun da acısını çəkdilər. Meydana sonradan çıxan Cəfərquliyev əks-hücumu dəqiq başa çatdırdı. Məhsuldar ötürmənin müəllifi isə Əmir oldu. Bu qol həm də oyunun yekun nəticəsini müəyyənləşdirdi.
RƏŞAD

Reaksiyalar
Ayxan Abbasov: “Bu oyuna həqiqətən ciddi hazırlamışdıq. Fasilədən maksimum yararlanmağa çalışdıq. Futbolçularda qələbə istəyini də gördük. Oyundan-oyuna daha yaxşı oluruq, ancaq bizə mütləq qələbə lazım idi ki, özümüzə gələk. Belə olanda kollektivdə özünəinam da artır. Oyunun axarı göstərdi ki, "Səbail" yaxşı komandadı. Rəqib bizə son 15 dəqiqədə daha çox çətinlik yaşatdı. İkinci dövrəyə qələbəylə başlamaq həqqiətən yaxşıdı. Rəhim Sadıxova özünü tam göstərmək üçün vaxt lazımdı. Azərbaycan çempionatı elə də asan deyil. Onda potensialı görmüşük. Gözəl bitirici ötürmələri var. Əlbəttə, çox çalışmalıdı. Gəncdi, inanırıq. 4-lü müdafiə oynamağımıza gəlincə, bu gün heyətimiz ona imkan var ki, müxtəlif sistemlərdə oynayaq. Qarşılaşdığımız rəqibdən də çox şey asılıdı. İki oyundu 4 müdafiəçiylə oynayırıq və pis təsir bağışlamırıq. Ancaq oyun sistemini rəqiblərə görə dəyişəcəyik. Aleksey İsayevə gəlincə, komanda yoldaşlarından və məşqçilər korpusundan üzr istəyib. Nə vaxt meydana çıxacaq? Bu məndən yox, özündən asılıdı. Aleksey hazır olduğu vaxt onu heyətdə görə biləcəksiz”
Aftandil Hacıyev: “İlk növbədə rəqibi tərbik edirəm. Vacib 3 xal qazandılar. Əlbəttə, hücum planında yaxşı epizodlar yaratdıq. Ancaq son nöqtəni qoya bilmədik. Nəticədən narazı qalsaq da, hücum planında razı qaldıq. Müdafiədə buraxdığımız səhvlər bizim üçün siqnaldı. Hər dəfə fərdi səhvlərdən sonra qapımızda qol görürük. Bundan sonra isə oyunu dəyişmək də çətin olur. Rəqib hesabı qorumaq üçün daha çox qapanır. Matçın sonlarında komanda şəklində irəli atıldıq və ikinci qolu buraxdıq. Fikrimcə, bu məğlubiyyət komandanı ayıltmalıdı. Bu xal itkiləri sonda bizə baha başa gələ bilər. Hazırda "Qarabağ" və "Neftçi"nı çıxsaq, avrokuboklara qalan iki vəsiqəni istənilən klub qazana bilər. İlk hissədə oyuna daha yaxşı köklənmişdik. 3-4 real qol epizodumuz da oldu. İkinci yarıda çox tez qol buraxdıq, planlarımız dəyişdi. Sistemdə dəyişiklik oldu. Rəqib daha çox müdafiə olunanda, qol vurmaq daha çətin idi. Əlbəttə, rəqib bizi əks-hücumlarda yaxalayırdı. Həvəsdən düşməməliyik. Artıq xal itkisi limiti dolub”.

Gözdən qaçmadı
* Oyunun 12-ci dəqiqəsində Ağabala Ramazanov yerdə qalsa da, baş hakim fol qeydə almadı. Ancaq 4-cü referi qulaqcıq vasitəsi ilə Rəhim Həsənova kobudluğun olduğunu bildirincə, o fitini səsləndirib cərimə zərbəsi təyin etdi. Həmin an Ramazanova qarşı kobudluq olmamışdı. Baş hakimi yanlış qərar verməyə vadar edən Rəşad Əhmədovun hərəkəti Ayxan Abbasovu özündən çıxardı. “Sumqayıt”ın çalışdırıcısı 4-cü hakimə ciddi şəkildə iradını bildirib “niyə baş hakimi səhv qərar verməyə vadar edirsən”, - deyə narazılıq etdi.
* 27-ci dəqiqədə Vurğunla Mirabdullanın ikili mübarizəsi zamanı ikincinin butsunun müdafiəçinin başına dəyən zaman çıxan səsi yaxın sektorlarda oturanların hamısı eşitdi. Məhz bundan sonra Hüseynovun başı yarıldı və oyunu başısarıqlı şəkildə davam etdirdi.
* Komandalar fasilədən qayıdan zaman Eltunun Ayxan Abbasovla, İlqar Qurbanovun isə Kamal Bayramov və Ürfan Abbasovla qucaqlaşıb səmimi görüşməsi də gözümüzdən yayınmadı.
* U-21 baş məşqçisi Milan Obradoviçlə köməkçisi, AFFA-nın Texniki direktorunun müavini postuna təyin olunan Yunis Hüseynov da oyunu izləyənlər arasında idi.
* “Sumqayıt”ın ikinci qolunun müəllifi olan Elvin Cəfərquliyev qol sevincini çox çılğın şəkildə qeyd etməklə yadda qaldı. Formasını əynindən çıxarıb tribunaya tərəf qaçan gənc oyunçu əvvəlcə onu azarkeşlərə tulladı. Ancaq çox keçmədən yenidən formanı onlardan alıb əyninə geyindi və buna görə də sarı ilə “mükafatlandırıldı”.

Maraqlıdı...
Ağabala Ramazanov premyer-liqada 150-ci oyununu keçirdi. Ölkə çempionatında 2011/12 mövsümündə “Neftçi”nin futbolçusu kimi debüt edən hücumçu 150-yə iştirakçısı olduğu 9-cu çempionatda çatdı. O, ümumilikdə 6 komandanın formasını geyib. “Xəzər Lənkəran”da daha çox – 59 oyun keçirən Ağabala “Sumqayıt”da 33, “Səbail”də 26, “Qarabağ”da 18, “İnter”də (indiki “Keşlə”) 13, “Neftçi”də 1 dəfə meydana çıxıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar