23 okt 11:49liqa / reportaj

"Neftçi" Zaur Həşimovun debütünü korladı


32. Neftçi (Bakı) - Zirə 3:0 (1:0)
1. Səlahət Ağayev - 5,5
5. Anton Krivotsyuk - 5,5
25. Kiril Petrov - 5,5
(3. Mamadu Mboc, 76) - qiymətsiz
6. Voislav Stankoviç - 5,5
18. Tural Axundov - 5,5
36. Mamadu Kane - 5,5
8. Emin Mahmudov (k) - 5,5
28. Stiven Jozef-Monroz - 6,5
(19. Rauf Əliyev, 81) - qiymətsiz
17. Rəhman Hacıyev - 5,5
10. Dario Federiko - 6,0
(11. Vangelos Platellas, 70) - 5,0
9. Baqali Dabo - 6,0
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
30. Aqil Məmmədov
7. Namiq Ələsgərov
26. Ömər Buludov
33. Turan Vəlizadə
77. Vild-Donald Gerye
80. İsmayıl Zülfüqarlı
93. Soni Mustivar
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Stiven Jozef-Monroz

1. Orxan Sadıqlı - 4,0
6. Alvaro Ampuero - 3,5
14. Bəxtiyar Həsənalızadə - 3,5
5. Anastasios Papazoğlu - 3,5
99. Rafael Məhərrəmli - 3,5
(70. Nicat Süleymanov, 86) - qiymətsiz
4. Elvin Camalov - 3,5
8. İlkin Muradov - 3,5
17. Robin Nqalande - 3,5
(23. Mfo Kqasvane, 52) - 3,5
48. Şafik Tiqruca - 4,0
7. Cavid Hüseynov (k) - 4,5
(10. Elvin Məmmədov, 64) - 3,5
11. Soni Norde - 4,0
Ehtiyat oyunçular
28. Boyan Zoqovi
19. Müşfiq İlyasov
64. Kənan Cəfərov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Cavid Hüseynov
Qollar: D.Federiko, 27 (1:0). B.Dabo, 46 (2:0, R.Hacıyev). S.Jozef-Monroz, 76 (3:0, V.Platellas).
Vərəqələr: S.Norde, 22 (qeyri-idman hərəkəti). C.Hüseynov, 36 (qeyri-idman hərəkəti). K.Petrov, 36 (qeyri-idman hərəkəti). V.Stankoviç, 54 (qeyri-idman hərəkəti). İ.Muradov, 61 (qeyri-idman hərəkəti). A.Ampuero, 70 (qeyri-idman hərəkəti). M.Kane, 84 (qeyri-idman hərəkəti). M.Kqasvane, 90+1 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 90+3 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RÖVŞƏN RƏCƏBOV, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
20 oktyabr. Bakı. Bakcell Arena. 1000 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Neftçi”nin ardıcıl iki qələbədən sonra ona tərs gələn rəqib – “Zirə” ilə oyunda necə təsir bağışlayacağı maraq doğururdu. Digər tərəfdən, Zaur Həşimov da qonaqların baş məşqçi postunda debüt edirdi.
...14-cü dəqiqədə Dabo cinahda əla keçidini gözəl ötürmə ilə tamamladı. Di gəl ki, cərimə meydançasına şığıyan Jozef-Monrozun zərbəsi istənilən kimi alınmadı. 23-cü dəqiqədə Axundovun cinahdan uzun asmasını Dabo başla "çərçivə"ə göndərmək istəsə də, top toru üstdən silkələdi. "Neftçi"nin aramsız hücumları, nəhayət, 27-ci dəqiqədə bəhrə verdi. Künc bayrağı yaxınlığında Rəhmana qarşı kobudluğa görə təyin olunan cərimə zərbəsindən sonra zirəlilərin uzaqlaşdırmaq istədiyi top Federikonun önünə düşdü. Braziliyalının 21-22 metrdən qüvvətli zərbəsi isə qarşısıalınmaz oldu.
Əks-hücumlara bel bağlayan "Zirə" 30-cu dəqiqədə bərabərliyi təmin edə bilərdi. Yan xətt hakimi ofsaydı diqqətdən qaçırmış, Norde Səlahətlə üzbəüz qalmışdı. Ancaq forvard qərar verməkdə tərəddüd etdi və belədə Səlahət topu onun ayaqlarının dibində ram etdi. Bundan bir qədər sonra Jozef-Monroz Dabonun ötürməsindən sonra topu dirəyin dibindən çölə göndərməsi ilə yadda qaldı. 39-cu dəqiqədə "Neftçi" növbəti dəfə qola yaxın oldu. Cərimə meydançasının qövsü içərisində hakim qayda pozuntusu qeydə aldı ki, topun arxasına Rəhman keçdi. Onun vuruşundan sonra “canlı sədd”ə dəyən top Orxanı çaşdırsa da, qapıçı son anda əla reaksiya ilə onu xəttin üstündə dəf etməyi bacardı. Baxımlı alınan ilk yarıya Rəhman nöqtə qoya bilərdi. Əla əks-hücumdan sonra Emin topu Darioya, o isə öz növbəsində Rəhmana göndərdi. Sonuncunun cərimə meydançasının daxilindən endirdiyi zərbə qapı dirəyinə tuş gəldi.
"Neftçi" ikinci hissəyə qolla başladı. Oyuna meydanın mərkəzindən başlayan "ağ-qaralar" 20 saniyə sonra hesabı 2:0-a çatdırdı. Eminin cərimə meydançasına göndərdiyi topu Rəhman Daboya yönəltdi ki, forvarda boş qapını dəqiq nişan almaq qalırdı. 60-cı dəqiqədə Dabo dubl edə bilərdi. Ancaq o, Krivotsyukun cinah asmasını 7-8 metrdən başla tirin üstündən vurdu. 71-ci dəqiqədə Orxan Sadıqlı "Zirə"ni yüzfaizlik qoldan xilas etdi. Çoxgedişli kombinasiyadan sonra Dabo başla topu meydana yeni çıxan Platellasın önünə atdı ki, yunanıstanlının qüvvətli zərbəsini Orxan əla reaksiya ilə dəf etməyi bacardı. Ancaq 76-cı dəqiqədə "Neftçi" darmadağını gerçəkləşdirdi. Oyuna fəal qoşulan Platellasın ideal ara ötürməsindən sonra Jozef-Monroz Sadıqlını da keçib topu boş qapıya göndərdi - 3:0.
Beləliklə, üstünlüyünü və oyuna nəzarəti sona qədər davam etdirən, daha bir neçə əlverişli fürsəti boşa verən "Neftçi" ardıcıl 3-cü qələbəsini qazanaraq, turnir mövqeyini yaxşılaşdırdı.
MİRAĞA

Gözdən qaçmadı
* "Neftçi" azarkeşləri tribunaya dönsə də, bunu “buzların əriməsi” kimi başa düşmək üçün tezdi. Hər halda, yenə hər qoldan sonra “istefa” şüarı səsləndirildi. Bu baxımdan 10-15 nəfərlə təmsil olunan "Neftçimaniya"lılar daha fəal idi. Onları isə polis tribunadan uzaqlaşdırdı.
* "Forza Neftçi" “istefa” qışqırmasa da, həmişəki kimi fəal idi. 3:0-dan sonra fanklubun üzvləri "Zirə"nin qapıçısı Orxan Sadıqlı ilə məzələnməyə başladılar. Amma qolkiper "Orxan Sadıqlı qapıçı deyil", "Xəzər yaşıl, "Zirə" yaşıl, sən yaşıl" atmacalarının heç birinə reaksiya vermədi. Bundan başqa, "Forza Neftçi"nin üzvləri "gəl qaytar "Neftçi"ni" oxuyurdular.

Reaksiyalar
Zaur Həşimov: "Oyun göz qabağındadı. “Neftçi” bizdən üstün idi və bu da nəticədə özünü göstərdi. İlk iki qolu uğursuz buraxdıq, bu da komandaya təsir etdi. Ümumiyyətlə, “Neftçi” layiqli qələbə qazandı. Ancaq biz də təslim olmayacağıq. Vəziyyəti düzəltmək üçün çalışacağıq. Hesab işimə mənfi təsir göstərməyəcək. Əlimi aşağı salmayacam, əksinə, daha artıq işləyəcəyik. Dayanmaq olmaz, davam etmək lazımdı, edəcəyik də".
Roberto Bordin: "Bütün futbolçularımı təbrik edirəm. Bu gün oyuna çox düzgün yanaşdılar. Qələbə seriyasını davam etdirmək lazım idi. Bu gün bunu bacardıq. Qələbə turnir cədvəli baxımından da önəmli idi. Bütün futbolçular ilk dəqiqələrdən sona kimi yaxşı oynadılar. Meydana sonradan çıxanlar da uğurlu qoşuldu. Təəssüflənirəm ki, Platellas və Rauf 100 faizlik epizodlarda fərqlənə bilmədilər. Onlar da qol vurmağa layiq idilər. Rauf Əliyevin oynadığı müddətdə etdikləri məni qane etdi. Yalnız ona görə üzülürəm ki, fərqlənə bilmədi. Ona yalnız qol çatmadı. Birinci qoldan sonra oyunu bitirmək üçün irəli atıldıq ki, ikinci dəfə fərqlənək. Risk etdik, qol buraxa bilərdik. Ancaq ikinci qoldan sonra rəqib açılmağa başladı və bu, bizim işimizə yaradı, qol vurmaq üçün imkanlarımız yarandı. Əsas odu ki, təhlükəli məqamlar yarada bilirdik. İkinci qoldan sonra futbolçuların bəziləri asan qollar vura bilərdi, ancaq qeyri-adi şeylər axtarırdılar. Hesab böyüyəndən sonra konsentrasiya yoxluğu yarana bilər. Ardıcıl 3 qələbədən sonra yaralarımızın neçə faizini sağaltdığımızı deyə bilmərəm. Sadəcə, son 3 qələbəni baza kimi düşünmək və irəli addımlar atmağımızı istəyərəm. Əvvəl yaralıydıq, indi ayağa qalxa bilmişik. Gerye və Mustivar yığmada kifayət qədər oynayıb və uzun yol gəliblər. İki gün əvvəl komandaya qoşuldular və yalnız bir məşq edə bildilər. Ona görə də riskə yol vermək istəmədik. Biz hər gün yalnız öz oyunumuzu düşünürük. "Qarabağ" və başqaları barədə fikirləşmirik. Hər matçda qələbə qazanmaq istəyirik. Rəqiblərin xal itirməsinin əhəmiyyəti yoxdu. Öz evimizin içinə baxmalıyıq, başqa komandalarda nə baş verdiyinə fikir verməməliyik".

Maraqlıdı…
Dabo 2019/20 mövsümündə qol hesabını açdı. Bu, onun üçün yubiley qolu idi. Baqali 35-ci dəfə topu rəqib qapısından keçirdi. Bu qollardan 15-i “Neftçi”nin heyətində vurulub. İlk dəfə 2016/17 mövsümündə fərqlənən fransalı qalan 20 qolu “Qəbələ”nin heyətində vurub.
“Zirə” ilə görüş həm də Baqalinin premyer-liqadakı yubiley – 75-ci oyunu olub. O, “Qəbələ”də 43, “Neftçi”də 32 oyun keçirib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar