23 okt 11:44liqa / reportaj

Vurmayana vurarlar, 1 xalla doyarlar


Təmkinin aqressivliyi oyunu unutdurdu
30. Keşlə - Sabah (Bakı) 1:1 (1:0)

1. Stanislav Namaşko – 5,5
4. Slavik Alxasov (k) – 5,5
21. Miyuşko Boyoviç – 5,5
5. Franko Flores – 5,5
2. İlkin Qırtımov – 5,5
25. Con Kamara – 5,5
7. Tural Bayramlı – 5,5
17. Vüsal İsgəndərli – 6,0
(19. Azər Salahlı, 85) – qiymətsiz
11. Ruslan Qurbanov – 5,0
(6. Rəşad Sadiqov, 30) – 5,0
22. Əfran İsmayılov – 5,0
(3. Cabir Əmirli, 62) – 5,0
9. Lorenso Frutos – 5,0
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
16. Şahin Zəkiyev
18. Ruslan Əmircanov
33. Tərlan Quliyev
66. Murad Qayalı
90. Orxan Fərəcov
91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Vüsal İsgəndərli

1. Saşa Stamenkoviç – 5,5
19. Təmkin Xəlilzadə - 5,0
13. Filip İvanoviç - 5,0
15. Ruslan Abışov (k) – 6,0
17. Məhəmməd Mirzəbəyov – 5,0
7. Coşqun Diniyev – 5,0
14. Rəşad Eyubov – 5,5
(21. Rocer Roxas, 78) – qiymətsiz
26. Ozan Can Kökcü – 5,0
(11. Şakir Seyidov, 60) – 5,0
27. Hendrik Ekşteyn – 5,5
23. Amadu Diallo – 5,0
9. Ulise Diallo – 5,0
Ehtiyat oyunçular
71. Dmitri Bezruk
5. Kərim Diniyev
6. Vadim Abdullayev
20. Anar Panayev
22. Məqsəd İsayev
99. Abbas Ağazadə
Komandanın ən yaxşısı: Ruslan Abışov
Qollar: V.İsgəndərli, 16 (R.Qurbanov, 1:0). H.Ekşteyn, 90+2 (A.Diallo, 1:1).
Vərəqələr: M.Mirzəbəyov, 42 (hakimin qərarına etiraz). T.Xəlilzadə, 71 (qeyri-idman hərəkəti). F.İvanoviç, 85 – sarı. F.İvanoviç, 90+3 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, oyundan sonra – qırmızı (hər ikisi ikinci sarı).
Hakimlər: KAMAL UMUDLU, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
19 oktyabr. Bayıl. ASCO Arena. 500 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Oyunun özü, yəni komandaların adı, turnir cədvəlindəki vəziyyət, daxildəki ab-hava – bütün bunları bir tərəfə. İşin ən maraqlı və prinsipial tərəfi vaxtilə yığmada baş məşqçi - futbolçu münasibətində olmuş iki şəxsin bu dəfə baş məşqçi kimi üz-üzə gəlməsiydi. İqor Ponomaryov “müvəqqəti” statusuyla barışmalı olsa da, hər halda, bu gün komandada əsas söz sahibidi. Ponomaryovla Əhmədovun taktika və oyunu “oxumaq” mübarizəsindən hansının qalib ayrılacağını görmək həyəcan verirdi.
Hər iki komanda aparıcı futbolçuların xidmətindən məhrum idi. “Keşlə” zədə səbəbindən Sezar Meza Kollinin oynada bilmirdisə, “Sabah” qırmızı vərəqə cəzalısı olan Bəhlul Mustafazadədən ayrı düşmüşdü.
Oyunun əvvəli “Keşlə” – “Səbail” görüşünü xatırladırdı. “Qırmızılar” durmadan pressinq edir, rəqib bu təzyiqin altından çıxmağa çalışır, çıxanda da əks-hücumlarda təhlükəli olurdu. Odu ki, topa nəzarət edən tərəf meydan sahibləri idi, təhlükəli vəziyyətləri sıralayan isə qonaqlar. 9-cu dəqiqədə Ulise əla imkanı boşa verəndən 2 dəqiqə sonra gözlənilmədən hücuma qoşulan Abışov qola yaxınlaşdı. Namaşko hər iki cəhddə kapitanın zərbəsinin qol olmasına imkan vermədi. Çox keçmədən hesab açıldı. Böyük qüvvə ilə əks-hücuma çıxan keşləlilərdən Ruslan ötürmə verdi, Vüsal isə qol müəllifi kimi adını tabloya yazdırdı. 1 dəqiqə sonra Ekşteynin zərbəsi tirdə “partladı”. Hesabı bərabərləşdirmək üçün irəli atılan “Sabah”lılar az qala növbəti qolu buraxacaqdı. 20-ci dəqiqədə Tural Stamenkoviç səddində “ilişdisə”, 38-ci dəqiqədə Vüsalın əla ötürməsini qapının üstündən vurmaqla boşa verdi.
Fasilədən sonra oyunun axarı tam dəyişdi. “Keşlə”lilərə nə olmuşdusa, hücuma çıxmağa qətiyyən səy göstərmir, ikinci hissənin əvvəlindən sanki hesabı qorumaq haqda düşünürdülər. Belədə “sükan” birmənalı “Sabah”lıların əlinə keçmişdi. Ardıcıl hücumlar 64-cü dəqiqədə bəhrəsini verməliydi. Di gəl, iki Diallodan heç biri bu soyadı tabloya yazdıra bilmədi. Amadu tiri nişan aldı, Ulise yaxın məsafədən tribunanı.Hesabı bərabərləşdirmək üçün irəli atılan “Sabah”lıların müdafiədə boşluqlara yol verməsi gözlənilən idi. Bununla “Keşlə”lilərə növbəti topu vurmaq imkanı yaradırdılar. Lakin nə Tural, nə Frutos, nə də oyuna sonradan qoşulan Cabir “çərçivə”ni dəqiq nişan ala bilməyincə, səhnəyə Ekşteyn çıxdı. Bəstəboy futbolçu Amadunun ötürdüyü topu hərəkətdə saxlayıb, elə bir zərbə endirdi ki, “Keşlə”lilərə “qatarın dalınca baxmaq” qaldı.
HƏBİB

Gözdən qaçmadı
* Hesabı açan Vüsal İsgəndərlinin son vaxtlar Türkiyədə məşhurlaşan “əsgər salamı”na əl atması hər kəsin diqqətini çəkdi. Maraqlıdı ki, “17 nömrə” bunu “Keşlə”nin yox, “Sabah”ın azarkeşlərinin önündə etdi.
* 25-ci dəqiqədə İqor Ponomaryov media sektorunda əyləşən klubun mətbuat katibi Elnur Həmidovu yanına çağırdı. Nə dediyini eşitməsək də, hansısa məqamdan narazı qaldığı dəqiq idi.
* Fasilədə maraqlı, bir o qədər də təəccüblü hadisəyə şahidlik etdik. “Keşlə” hesabda öndəydi, futbolçular isə paltardəyişmə otağına gedirdi. Bu an “Keşlə” üçün ayrılmış VİP-lojada əyləşən, yaxasında “Keşlə”nin emblemi olan şəxs üzünü Rəşad Sadiqova tutub “bu nə futboldu, futbol oyna da” deməsi futbolçunu özündən çıxardı. Rəşadın cavabı özünü gecikdirmədi: “dəstək olmaqdansa, atmaca atırsız. Oyunum budu, bəyənməyən baxmasın”. Ətrafdakılar Sadiqovu sakitləşdirib paltardəyişmə otağına aparsalar da, həmin şəxs “genəlmə, əəə” deyib vəziyyətdən çıxmağa çalışdı.
* Hakimin final fitindən sonra İqor Ponomoryovu sanki dondurmuşdular. Nə hərəkət edir, nə də söz deyirdi. Yerində dayanmış vəziyyətdə əlini çənəsinin altına qoyub, elə hey düşünürdü. Təxminən 5 dəqiqə o vəziyyətdə dayanandan sonra Saşa Stamenkoviç Ponomaryova yaxınlaşıb onu qucaqladı, ardınca paltardəyişmə otağına yollanmağa səslədi.
* Həmin an daha bir olay yaşandı. Bu dəfə xeyli gülmək məcburiyyətində qaldıq. Oyun cəmi 2 dəqiqə əvvəl başa çatıb, iki-üç polis azarkeşləri tribunanı tərk etməyə səsləyir. Azarkeşlərdən birinin “futbola baxmağa gəlmişəm, neynirəm ki” sualına Azərbaycan polisinin cavabı özünəməxsus oldu: “gəl çıx bayıra, sənə görə burdayam e”.
* Oyuna damğanı isə Təmkin Xəlilzadə vurdu. Matç başa çatan kimi hakimlərin üzərinə yeriyib kobud formada narazılığını bildirən yığma üzvü qarşısında ikinci “sarı”nı görüncə, şirə döndü. Sanki hansısa ermənini görübmüş kimi Kamal Umudlunun üstünə hücum edir, 5-6 komanda yoldaşı onu sakitləşdirməyə çalışırdı. Özünə necə əl qatmışdısa, heç kim qarşısını kəsə bilmədi. Nəticədə bütün sədləri aşıb Umudluya hücum etdi, söydü, vurmağa imkan tapdı. Lakin bu da son olmadı. Tələsik paltardəyişmə otağına qaçıb, laysman Mübariz Haşımova “dişinin dibindən çıxanı” dedi, ən ağır formada təhqir etdi.
* 90 dəqiqə bir tərəfdə qalmışdı, hamı Təmkinin tərbiyəsizliyindən və onu gözləyən cəzadan danışırdı. Eləcə də “Keşlə”nin avtobusunun sürücüsü. Sürücünün yanındakına “Təmkinə azı 5 oyun cəza verəcəklər” deməsini futbolçunun xanımı eşitdi. Eşidən kimi də özünə elə əl qatdı ki, yazıq kişi dediyi sözə peşman oldu. Qısası, Xəlilzadənin qazonda etdiyini oyundan sonra xanımı təkrarlamağa çalışırdı.

Reaksiyalar
Tərlan Əhmədov: “Fürsətdən istifadə edib 18 oktyabr – Müstəqillik Günü münasibəti ilə sizi və xalqımızı təbrik etmək istəyirəm. Oyuna gəlincə, müdafiə futbolu oynamağımız mənim üçün gözlənilməz senari idi. Planımızda yox idi. Sadəcə, rəqib bizi yaxşı təhlil etmişdi, bəlkə də zəif tərəfimizi tapmışdılar. Buna baxmayaraq, qol epizodlarımız oldu. Düzdü, rəqibin də imkanları var idi. Hesab 1:0 olanda şansları dəyərləndirə bilmədik deyə, “Sabah” bərabərlik topunu vurdu. 1:1 oyunun ədalətli nəticəsi idi. Sona yaxın qol buraxmamaq üçün müdafiə olunub, əks-hücumlara bel bağlamışdıq. Bu gün ehtiyat oyunçular skamyamız da kasaddı. Oyunun axarını dəyişmək üçün futbolçu tapa bilmirdim. Bunu bəhanə kimi demirəm, sadəcə, yaralı yerimdi. Gələn oyuna qədər zədəli Sezar Meza Kollinin də sıralarımıza qaytarmaq üçün çalışmalıyıq. Ruslan Qurbanov süni örtükdə oynamağa əziyyət çəkir. Matçdan əvvəl də deyirdi ki, “Səbail”də çıxış edəndə də problem olurdu. Məncə, zədəsi o qədər də ciddi deyil… İlk hissədən sonra paltardəyişmə otağına girəndə Rəşadın əsəbi olduğunu gördüm. Maraqlandım, belə bir halın baş verdiyini dedilər. Düzü, həmin şəxsin kim olduğunu hələ bilmirəm. Bu haqda söhbətimiz olacaq, maraqlanıb, aydınlaşdıracağıq. Zaur Axundov isə ölkə xaricindədi deyə, bu gün gəlməmişdi”.
Rövşən Babayev: “Bu gün bizi dəstəkləyən və meydanda sona qədər mübarizə aparan futbolçularımıza təşəkkür etmək istəyirəm. Bu gün baxımlı futbol oynamağa çalışdıq. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq, irəli getmək üçün çalışırıq. “Sabah”da nə futbolçularla bağlı problem var, ya başqa nəsə. Sadəcə, daha çox çalışmalıyıq. Təmkinlə bağlı olay araşdırılacaq və rəhbərlik tərəfindən qərar veriləcək. Mənim bu hadisəyə münasibətim çox pisdi”.

Yeri gəlmişkən...
“Sabah”da yeni məşqçi təyinatı rəsmiləşib. Klubun rəsmi saytı xəbər verir ki, gənc mütəxəssis Ramin Quliyev İqor Ponomaryovun köməkçisi vəzifəsinə təyin olunub. “Pro” kateqoriyasına malik 38 yaşlı məşqçinin son iş yeri ölkəmizin U-17 millisi olub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar