23 okt 11:17liqa / reportaj

“Qarabağ” Qəbələdə büdrədi


Qurban Qurbanov “avtoş” Arazı cəzalandırıb
29. Qəbələ – Qarabağ (Ağdam) 1:1 (1:1)

1. Anar Nəzirov (k) – 5,0
74. Yusif Nəbiyev – 5,0
3. İvitsa Zuniç – 5,0
2. Amin Seydiyev – 5,5
8. Qismət Alıyev – 5,0
11. Asif Məmmədov – 5,0
(19. Rövlan Muradov, 79) – qiymətsiz
7. Roman Hüseynov – 5,0
(14. Ülvi İsgəndərov, 72) – 3,5
77. Merab Qiqauri – 5,0
21. Fernan Lopes – 5,0
(4. Sadiq Quliyev, 87) – qiymətsiz
9. David Volkov – 5,0
10. Klesio Bauk – 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
28. Murad Musayev
20. Faiq Hacıyev
22. Rüstəm Nuriyev
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Amin Seydiyev

1. Asmir Beqoviç - 5,0
5. Maksim Medvedev – 5,0
2. Qara Qarayev – 5,0
(20. Riçard Almeyda, 76) – qiymətsiz
14. Rəşad Sadıqov (k) – 5,0
4. Rahil Məmmədov – 4,5
10. Dani Kintana – 4,5
(9. Xayme Romero, 76) – qiymətsiz
8. Miçel – 5,0
17. Abdulla Zubir – 5,5
99. Maqaye Geye – 5,0
3. Aylton Silva – 5,0
18. İsmayıl İbrahimli – 5,0
Ehtiyat oyunçular
13. Vaqner da Silva
12. Şahruddin Məhəmmədəliyev
6. Simeon Slavçev
21. Hacıağa Hacılı
71. Toral Bayramov
29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir
Qollar: Q.Alıyev, 3 (1:0). İ.İbrahimli, 9 (1:1)
Vərəqələr: M.Qiqauri, 34 (qeyri-idman hərəkəti). A.Məmmədov, 45+3 (qeyri-idman hərəkəti). R.Hüseynov, 57 (oyunun bərpasını ləngitmək). A.Seydiyev, 67 (qeyri-idman hərəkəti). Q.Alıyev, 70 (qeyri-idman hərəkəti). F.Lopez, 87 (qeyri-idman hərəkəti). A.Zubir, 87 (qeyri-idman hərəkəti). İ.İbrahimli, 90+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim– inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
19 oktyabr. Qəbələ. Şəhər stadionu. 1000 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Tərəflər arasındakı Bakıda keçirilən ilk oyunda ağdamlıların rahat qələbə qazandığını nəzərə alsaq, bu görüşün “Qarabağ” üçün çətin keçəcəyini düşünmək olmazdı. Ev sahibi komandanın oyuna gözlənilməz startı qarşılaşmanın axarını tam dəyişdi. Çoxları “Qəbələ”nin matça başlar-başlamaz müdafiəyə çəkiləcəyini düşünsə də, bu baş vermədi. Öndə pressinqlə başlayan bölgə təmsilçisi 3-cü dəqiqədə istəyinə çatdı. Qismət Alıyev topu sağ cinahdan alıb bütün “Qarabağ”lı oyunçuların yanından keçərək qapıçıyla üzbəüz qaldı və komandasını önə çıxardı. Qolun şokunu üzərindən ata bilməyən “köhlən atlar” cəmi iki dəqiqə sonra qapısında daha bir təhlükə yaşadı. Roman Hüseynovun ötürməsindən sonra cərimə meydançasında topu qəbul edən Fernan Lopes fürsətdən istifadə edə bilmədi. İspaniyalı oyunçunun topu qapıya vurmaq imkanı olsa da, ötürmə etdi ki, belədə müdafiəçilər topu uzaqlaşdırdı. Qayıdan topa özünü çatdıran Qismət qüvvətli zərbəylə qapını yoxlasa da, Beqoviç fərqin artmasına icazə vermədi. Bundan sonra qonaqlar yavaş-yavaş topa yiyələnməyə başladı. Zubirlə sol cinahdan hücumlar təşkil edən “Qarabağ” istəyinə 9-cu dəqiqədə çatdı. Onun başladığı hücumda top İsmayıl İbrahimliyə gəldi. Gənc oyunçunun uzaqdan vurduğu zərbəyə Nəzirov reaksiya göstərə bilmədi. Bundan sonra ev sahibi komanda meydanda sözün əsl mənasında döyüşdü. Xüsusilə mərkəzdə pressinq tərtib edən “Qəbələ”lilər “Qarabağ”ın hücum qurmasına mane olurdu. Hər top uğrunda mübarizə və aqressivlik yerli azarkeşlərin alqışını qazanırdı.
Hər nə qədər görüşün sonrakı dəiqələri qonaqların üstünlüyü şəraitində keçsə də, ev sahibi komandanın performansı heç də pis deyildi. Onlar ikinci hissədəki əks-hücumalarda bir az diqqətli olsaydılar, bəlkə də oyunu qələbə ilə bitirə bilərdilər. 60-cı dəqiqədə oyunun ən mübahisəli epizodu yaşandı. Qiqaurinin uzun ötürməsindən sonra topu qəbul edən Fernan cərimə meydançasına daxil olsa da, Rəşad Sadıqovun müdaxiləsindən sonra müvazinətini itirdi. İspaniyalı futbolçu səndəlləyərək oyunu davam etdirdi və topu Volkova ötürdü. Gürcü furbolçunun zərbəsi isə istənilən kimi alınmadı. Bəlkə də Lopes topu qəbul edərkən Sadıqovun müdaxiləsindən sonra yıxılsaydı, Əliyar Ağayev penalti təyin edə bilərdi. Ancaq görünür, futbolçunun mübarizəni davam etdirmək istəyi baş hakimi bu qərardan daşındırdı. Sözsüz, penalti qərarı üçün yerə yıxılmaq əsas şərt deyil, ayağa müdaxilə də bəs edir. Bu epizodda isə Rəşad Sadıqovun oyunçuya müdaxiləsi var idi. “Qarabağ”ın üstünlüyə yiyələnməsinin aradından Elmar Baxşıyevin əvəzetmələrini də vurğulamaq lazımdı. Oyuna sonradan qoşulan Rövlan Muradovla Ulvi İsgəndərovun verilən tapşırığın öhdəsindən gəldiklərini demək olar. İki futbolçunun da oyuna qoşulmasının məqsədi top saxlamaq idi. Qurban Qurbanovun isə qələbə üçün Almeyda və Romero həmləsi də fayda vermədi. Hər iki oyunçunun hesabı dəyişmək imkanları olsa da, bundan yararlana bilmədilər. 79-cu dəqiqədə Almeydanın topa ilk toxunuşu qolla nəticələnə bilərdi. Ancaq Nəzirov buna mane oldu. Romeronun 2-ci uzatma dəqiqəsindəki qüvvətli zərbəsi isə qapının yanından keçdi. Beləliklə, “Qarabağ”dan alınan 1 xalı bütün futbolçuların yaxşı mübarizə aparmasına bağlamaq lazım gəlir. Ancaq Seydiyevi xusüsi vurğulamaq yerinə düşər. U-21-in də üzvü olan oyunçu bütün ikili mübarizələrdən qalib ayrıldı. Gənc futbolçu oyunboyu qapıya gedən 5-6 qüvvətli zərbənin qarşısına sinəsini verməkdən belə çəkinmədi. Son çempion isə cari mövsümdə ilk dəfə xal itkisiylə barışdı.
HƏSƏN QULUZADƏ

Gözdən qaçmadı
* Oyunun 68-ci dəqiqəsində Aylton Silva bir epizodda yan xətt hakiminə etiraz etdi. Bundan sonra yerli azarkeşlər onu təhqir etməyə başlasalar da, Rəşad Sadıqov azarkeşlərə əli ilə “sus” işarəsi etdi.
* Görüşün sonlarında Əliyar Ağayev “Qəbələ”nin xeyrinə cərimə zərbəsi təyin etdi. Qismət Alıyev Zubirdən topu almağa gedərkən, fransalı futbolçu “dəri kürə”ni qüvvətli zərbəylə ona vurdu. Ancaq bu, baş hakimin gözündən yayındı.
* İkinci hissədə “Qarabağ” hücuma keçərkən “Qəbələ”li futbolçuların biri yerdə qalsa da, ağdamlılar “feyr-pley” qaydalarına önəm verməyərək topu çölə çıxarmadı. Bu da yerli azarkeşlərin qəzəbinə səbəb oldu.
Reaksiyalar
Qurban Qurbanov: “Fasilədən sonra ilk oyunumuz idi. Qalib gəlmək istəsək də, alınmadı. Ancaq yenə də xalımızın üstünə bir xal gəldi. Oyunçular çox əziyyət çəkdi. Rəqibin heyəti hər nə qədər dəyişsə də, son oyunlarda çox istəkli bir “Qəbələ” var idi. Bu gün də bunun şahidi olduq. Daha dəqiq oynamalıyıq. Oyunçularımdan razı qaldım. Görüşün sonlarında daha yaxşı oynadıq. Ola bilər ki, 7 qələbədən sonra bir az arxayınlıq olub. Oyunun başlanğıcı da istəyimiz kimi olmadı. Araz Abdullayevin iştrak ərizəsində olmaması intizamı ilə bağlıdı. Bu hər kəsə bəllidi, açıqlama verməyə ehtiyac yoxdu. Bilirsiz ki, biz belə şeylərə önəm veririk. Bu qərarı kimlərinsə yazılarına, fikirlərinə görə yox, klubun nizam-intizam qaydasına uyğun veririk. Çalışmalıyıq ki, nədənsə həzz alanda özümüz üçün edək, camaat üçün yox. Ancaq yenə də bu hər bir futbolçunun başına gələ bilər. Biz də bu gün belə qərar verdik. Dərindən düşünsək, sadəcə, maşını sürətli sürüb. Bu bəzən cavanlarda olan bir şeydi. Məncə, Araz “Qarabağ”a gəldikdən sonra çox fərqli olub. Onu çoxlarınız yaxından tanıyırsız. Heç kimlə pis münasibət qurmur. Ümumiyyətlə, dünya futrbolunda elə oyunçular var ki, onlar heç nədən gündəm olurlar. Mən Arazla Elvin Yunuszadəni buna misal göstərə bilərəm. Hər ikisi bəxtsiz oyunçulardı. Qarşıdan APOEL ilə oyun gəlir. Bu matça final oyunu kimi yanaşsaq, məncə, səhv edərik. Hər şey son turda bilinəcək. Qrupda hamının bir-birindən xal almaq imkanı var. Meydanda hər şeyi düz etsək, nəticə də bizim tərəfdə olacaq. Araz Abdullayev ola bilər ki, həmin oyunun iştirak ərizəsində olsun. Hələlik onunla bu barədə söhbət etməmişik. Mahir Əmrəlidə hər şey yaxşılığa doğru gedir. Son məşqdə bir qədər yer aldı. Təbii ki, sona qədər yox. Ancaq hələ vaxtımız var. Ən azı sonradan meydana çıxmaq ehtimalı var”.
Elmar Baxşıyev: “Qarabağ” brend klubdu. Oyunun çətin keçəcəyini bilirdik. Onun üşün də həftəboyu oyunçuları bu görüşə kökləməyə çalışırdıq. Düşünürəm ki, oyun üslubumuzu “Qarabağ”a yeridə bildik. Və layiqli heç-heçəyə imza atdıq. Məşqçilər olaraq komandanın gündən-günə “artırdığını” görürdük. Yoxlama oyununda “Zirə” ilə qarşılaşdıq. Planlaşdırdığımızı həmin oyunda da gördük. Ümumi olaraq komandada heç nəyi dəyişməmişik. Yenə eyni komanda, eyni oyunçulardı. Sadəcə, futbolçular nıticəyə inanmağa başlayıb. Artıq oyunçular bir-birinə inanırlar. Məncə, bu uğurun sahibi oyunçulardı. Onları oyuna motivasiya etmək üçün “Qarabağ”ın adı bəs edir”.

Maraqlıdı…
“Qarabağ” Azərbaycan çempionatları tarixində 100-cü səfər heç-heçəsinə imza atdı. Caru mövsümdə ilk dəfə 1 xalla kifayətlənən ağdamlılar 1992-ci ildən iştirak etdiyi yarışdakı 387-ci səfər qarşılaşmasında 100-cü dəfə “sülh”lə barışdı. “Qarabağ” çempionat tarixində rəqib meydanında ən çox heç-heçə edən komandadı. Yeddiqat Azərbaycan çempionunun səfərdəki ilk bərabərliyi 1992-ci il mayın 25-də “Avey”lə görüşdə qeydə alınıb.
“Qəbələ”dən Qismət Alıyevin vurduğu top isə “Qarabağ”ın səfərdə buraxdığı 350-ci qol oldu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar