12 okt 12:26liqa

Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür


“Uğur qazanmaq üçün yumruq kimi birləşməliyik”
Samir Abasovun istefasından iki gün keçməmiş “Zirə”nin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi. Bundan sonra komandanın nəticələrinə Zaur Həşimov cavabdehlik daşıyacaq ki, bu adı zirəlilər üçün yad saymaq olmaz. Çünki Həşimov vaxtilə məhz bu komandada Ayxan Abbasovun köməkçisi kimi çalışıb.
İndiki məqamda əsas sual Zaur bəyin qarşıya qoyulan hədəfin öhdəsindən gələ bilib-bilməyəcəyidi. Düzdü, məşqçi kimi kifayət qədər təcrübəyə sahibdi. Lakin premyer-liqada baş məşqçilik onun üçün ilk olacaq. “Qartallar”ın baş məşqçisi ilə əlaqə saxlamaqda məqsəd də təyinatdan sonra ortaya çıxan suallara cavab tapmaq idi.
- İlk dəfə premyer-liqada baş məşqçi kimi çalışacaqsız. Bu münasibətlə sizi təbrik edir, uğurlar arzulayıram.
- Çox sağ olun. Xeyirlisi, inşallah.
- Komanda üzvləri ilə görüşmüsüz?
- Az öncə məşqimiz başa çatdı. Həm futbolçularla görüşmək imkanım oldu, həm də məşq keçmək. Orxan müəllim də gəlmişdi (“Zirə”nin fəxri prezidenti Orxan Məmmədovu nəzərdə tutur – H.).
- Komandada ab-hava necədi? Son 3 oyunda qələbəyə həsrət qalan futbolçular gözünüzə necə dəydi?
- Hər şey qaydasındadı. Mövsümün əvvəlidi, əsas mübarizə bundan sonra olacaq. Ona görə də həvəsdən düşməyin mənası yoxdu. Əksinə, vəziyyəti yaxşıya doğru dəyişməyə çalışmalıyıq. Ab-hava deyəndə ki, fasilə dönəmində futbolçularda müəyyən “yumşaqlıq” olur ki, bu da normaldı. Çünki qarşıdakı oyuna bir az vaxt var.
- “Zirə”nin təklifi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Açığı, “Zirə”dən təklif alacağımı gözləmirdim.
- Qətiyyən?
- Xeyr, qətiyyən.
- Kimin təyin olunacağını gözləyirdiz?
- Özünüz də bilirsiz ki, Samir Abasovun gedişindən sonra mətbuatda bir neçə məşqçinin adı hallanırdı. Düşünürdüm ki, onlardan birini dəvət edərlər. Klubun baş meneceri Elman Himayətoğlu zəng vurub rəhbərliyin mənimlə görüşmək istədiyini deyəndə başa düşdüm. Çünki belə vəziyyətdə yalnız bu məsələyə görə əlaqə saxlaya bilərdilər. Oturub söhbət etdik, nələrisə müzakirə etdik və belə bir qərar qəbul olundu.
- “Qəbələ” rəhbərliyinin gedişinizə münasibəti necə oldu?
- Gözlədiyimdən də yaxşı münasibət gördüm. “Zirə”dən təklif aldığımı bildirəndə mənə uğurlar arzulayıb, bunu bacaracağıma inandıqlarını dedilər. Hiss etdim ki, bu xəbər onları sevindirib. Fürsətdən istifadə edib məşqçi kimi təcrübə toplamağımda mənə yardımçı olan “Qəbələ” rəhbərliyinə təşəkkür etmək istəyirəm.
- Qarşınızda hansı hədəf qoyulub?
- Əvvəlki hədəf dəyişməz olaraq qalır – Avroliqaya vəsiqə qazanmaq.
- Mümkün olacaq?
- Buna çalışacağıq. Futboldu, əvvəldən proqnoz vermək olmur. Dediyim kimi, durmadan çalışmalı, uğur qazanmaq üçün yumruq kimi birləşməliyik.
- Nəzərə alaq ki, bu sizin premyer-liqada baş məşqçi kimi debütünüzdü...
- Düz deyirsiz, baş məşqçi kimi debüt edəcəm. Amma buna qədər məşqçilikdə kifayət qədər təcrübə toplamışam. Bildiyiniz kimi, 2 il “Qarabağ”ın U-19 komandasında baş məşqçi kimi çalışmışdım, ardınca “Zirə”nin əsas komandasında köməkçi kimi. Daha sonra U-18 yığmasında müəyyən qədər işlədim. Sonuncu iş yerim isə “Qəbələ” oldu. Ordakı fəaliyyətimi də yaxşı təcrübə adlandırardım. Komandanı oyuna hazırlamaq, məşq prosesi, rəqiblərin təhlili – bütün bunlar mənə tanışdı. Onsuz da istənilən adam hansısa yaşda nə vaxtsa baş məşqçi olur.
- Çətinlik başqa ola bilər. Nəzərə alaq ki, bu komandanı siz formalaşdırmamısız, yəni sırf sizin istəyinizlə gətirilən futbolçular deyil. Üstəlik, son vaxtlar komandadakı ab-hava da ürəkaçan deyil. Bunları nəzərə alanda işinizin ağır olacağını müəyyən etmək çətin olmamalıdı.
- Çətin deyəndə ki, onsuz da həyatda asan heç nə yoxdu. Ən azı bunu bacarmağa çalışacağıq. Nəsə etmək istəyiriksə, mübarizə aparmalı, çətinlikləri aşmalıyıq. Komandadakı futbolçuların, demək olar, hamısını yaxından tanıyıram. Cavid Hüseynovla “Qəbələ”də birgə çalışmışıq, Elvin Məmmədovla “Qarabağ”da futbol oynamışam, digər yerlilər də illərdi gözümün qabağındadı. Legionerlərin nəyə qadir olduğunu da aşağı-yuxarı bilirəm. Cari mövsümdə “Qəbələ”də çalışanda “Zirə”ylə oyundan əvvəl bu komandanı incələmişdim. Demək olar, hər şeydən xəbərim var. Bilmədiklərimə tam bələd olmaq üçün isə qarşıda müəyyən vaxtımız olacaq.
- Belə başa düşürəm ki, dəyişikliyə ehtiyac duymursuz və bu heyətlə də hədəfə çatacağınıza inanırsız.
- Hədəfə çatmaq üçün çalışacağıq. O ki qaldı dəyişikliklərə, ixtiyarımızda olan futbolçularla yolumuza davam edəcəyik. Onsuz da indiki vəziyyətdə dəyişiklik etmək də mümkünsüzdü.
- Köməkçiləriniz kim olacaq?
- Düzü, bu məsələ hələ ki açıq qalır. Tələsmək istəmirik. Bir neçə namizəd var ki, onların arasında seçim etməliyik. Bildiyiniz kimi, çempionatda legioner və gənc futbolçu limiti var. Elə bir köməkçi seçməliyəm ki, bu işdə təcrübəsi olsun, bizə fayda versin. Danışıqlar gedir, çox güman, yaxın günlərdə adlara aydınlıq gələcək.
- Yəqin ki, özünüz kimi gənc kadrlar olacaq.
- Köməkçi məsələsində yaşa önəm verməyin mənası yoxdu. Əsas odu, işini bilən insan olsun, yumruq kimi birləşib komandaya fayda verək. Yaşı 38, 40, yaxud 45 ola bilər – fərq etməz.
- Bir ilə yaxın “Qəbələ”də Sənan Qurbanovun köməkçisi işlədiz. Bəlkə köməkçi kimi indi siz onu yanınıza dəvət edəsiz.
- Xeyr.
- Niyə?
- Bunu edə bilmərəm. Yaxşı çıxmaz.
- Köməkçiniz kimi işləməsinə razı olmazsız?
- Razı olub-olmamaq söhbəti deyil. Sadəcə, belə bir addım atmaram.
- Komandanın psixoloji durumunun yerində olması inandırıcı deyil. Hər halda, son 3 oyunda “Zirə” qələbəyə həsrət qalıb. Əhval-ruhiyyəni yüksəltmək, futbolçuları çətin durumdan çıxarmaq üçün nə etməyi planlaşdırırsız?
- Təbii ki, söhbətimiz olacaq. Keçmişdəkiləri yada salmaqla yaxşı mənada heç nəyə ümid etmək olmaz. Öz gücümüzə inanmalı, növbəti oyunlardan xoş nəticələrlə ayrılmaq üçün çalışmalıylq. Həm məşqlərdə, həm də oyunlarda. Məşqçilər heyəti olaraq lazım olan tapşırıqlarımızı verəcəyik. Futbolçuların həmin tapşırıqları nə dərəcədə yerinə yetirə biləcəklərini görəcəyik.
- Növbəti turdakı rəqibiniz yetərincə güclü heyətə malik “Neftçi”di. Üstəlik, oyun “Bakcell Arena”da baş tutacaq. Rəqibin “Neftçi” olması sizin üçün üstünlükdü, yoxsa əksinə?
- Nəyə işarə vurduğunuzu başa düşdüm. Amma mən rəqibləri bir-birindən ayırmaq istəmirəm. Düzdü, “Qarabağ”la “Neftçi” başqa rəqiblərlə müqayisədə heyətlərinə görə fərqlənirlər. Qalan 6 komandanın heyəti aşağı-yuxarı eyni gücdədi. Lakin bu o demək deyil ki, “Neftçi”ylə yox, başqa komanda ilə qarşılaşsaq, mütləq qələbə qazanarıq. Ona görə də “daha zəif rəqib olsaydı, yaxşı olardı” demirəm. Normal qarşılayıram, sakit yanaşıram. Meydana çıxıb, öz oyunumuzu oynayacağıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar