10 apr 22:37liqa

“İnter” və AZAL üçün rahat oyun

 “İnter” və AZAL üçün rahat oyun
Mövsüm sona yaxınlaşdıqca həyəcan da artır. Çempionluq, avrokuboklara vəsiqə uğrunda mübarizə artıq son mərhələdədi. Dünən premyer-liqanın 25-ci turuna start verildi. “Kəpəz” doğma meydanda “Neftçi”ni sınağa çəkdisə, “Tofiq Bəhramov”da liderlərin dueli baş tutdu. Turun qalan iki oyunu isə bu gün keçiriləcək. “İnter” “Zirə”nin, “Sumqayıt” AZAL-ın qonağı olacaq. Dünən keçirilən görüşlərdən yalnız birini – “Qarabağ” – “Qəbələ” matçını ekranlara daşıyan “CBC Sport” bu gün baş tutacaq hər iki qarşılaşmanı canlı yayınlayacaq.
Topaz premyer-liqası
4-cü dövrə, 25-ci tur
10 aprel
99. Zirə – İnter
Hakimlər: RAMİL DİNİYEV, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 3:+1=2-0, 3-2.
2015/16 – 0:0, 2:1; 2016/17 – 1:1.
Cəzalı: Anar Nəzirov (Zirə).
“Futbol+”in proqnozu: 30-40-30
Zirə. İdman Kompleksinin stadionu. Saat 15.00
Ötən tur səfərdə “Qəbələ”dən 1 xal qoparan “Zirə” bu dəfə doğma meydanda daha bir güclü rəqiblə üz-üzə gələcək. Xatırladaq ki, Qəbələ səfərindən öncə “qartallar” “Qarabağ”la heç-heçə etmişdi. Belə deyək, zirəlilər ardıcıl iki çətin sınaqdan sərfəli nəticə ilə ayrılmağı bacarıb və bunun davamını gətirmək niyyətindədi. Ilk iki pillənin sahiblərinin kubokun finalına adlaması 4-cü yerin də əhəmiyyətini artırdı. Belə ki, mövsümün sonunda premyer-liqanı 4-cü pillədə qapayan komanda da Avroliqada mübarizə aparacaq. Hazırda həmin yerin sahibi olan “qartallar” mövqeyini əlindən verməmək üçün mübarizə aparır. Əks halda cəmi 3 xal geridə olan “Sumqayıt”la xallar bərabərləşə bilər. Özü də Ayxan Abbasovun komandasına UEFA da “yaşıl işıq yandırıb”. Qəsəbə təsmilçisi avrokuboklara vəsiqə verən yerlərdən birini tutsa, qitənin ikinci dərəcəli klub turnirində iştirakında problem olmayacaq. Çempionluq və gümüş medal şansı çox az olan “İnter” isə bu oyuna bir qədər rahat çıxacaq. “Bürünc”ü böyük ölçüdə təmin edən Zaur Svanadzenin yetirmələri artıq Avroliqaya vəsiqəni də rəsmiləşdirib. Düzdü, komandanın taleyi ilə bağlı hələ heç nə dəqiq bilinmir. Hər halda, “İnter” mükafatçılardan biri olmağı qarşısına hədəf qoyub. Svanadzenin komandası bu gün qalib gəlsə, bürünc medalları rəsmiləşdirəcək. Maraqlıdı ki, rəqiblərin cari mövsümdə baş tutan hər üç görüşü 1:1 hesabı ilə bitib. Bu bərabərliyi kimin pozacağı da maraqlı məqamdı. Ümumiyyətlə, tərəflərin indiyəqədərki 7 duelinin heç birində meydan sahibi məğlub olmayıb. Həmin seriyanın da davam edib-etməyəcəyi 90 dəqiqənin sonunda bəlli olacaq.

100. AZAL – Sumqayıt
Hakimlər: RAUF CABBAROV, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev.
Hakim-inspektor: Füzuli Nəcəfov
AFFA nümayəndəsi: Rauf Əmirov
AZAL-ın bu rəqiblə ev oyunlarının balansı: 11:+6=5-0, 20-11.
2011/12 – 6:3, 1:1; 2012/13 – 1:1, 1:0; 2013/14 – 1:0, 2:2; 2014/15 – 3:2, 1:1; 2015/16 – 2:0, 1:0; 2016/17 – 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-30
Şüvəlan. AZAL Arena. Saat 17.30
AZAL-ın çempionatda artıq heç bir hədəfi qalmayıb. Ötən tur “İnter”ə məğlub olan “təyyarəçilər”in birinci diviziona yuvarlanacağı rəsmiləşdi. Odu ki, istər “Sumqayıt”la, istərsə də qalan turlarda komanda yalnız imic xatirinə oynayacaq. Düzdü, həm futbolçular, həm də klub rəhbərliyi hələ də “yuxarılar”dan xoş xəbər gözləyir. Hər nə qədər reqlament AZAL-ın aşağı dəstəyə düşəcəyini tələb etsə də, bizdə çempionatın sonunda başqa qərarların verildiyinin az şahidi olmamışıq. Təbii, aşağıdan lisenziya tələblərinə cavab verən 3 klub tapılmazsa, şüvəlanlıların güclülər dəstəsində qalacağı istisna deyil. Bütün bunları zaman göstərəcək. “Sumqayıt” isə Şüvəlan səfərinə yüksək əhval-ruhiyyədə yollanıb. Belə ki, “kimyaçılar” ardıcıl məğlubiyyətlərə ötən tur son verdi. “Neftçi” ilə görüşə kimi Samir Abasovun komandası ardıcıl 4 oyunda uduzmuş, hətta rəqib qapılarına yol tapa bilməmişdi. Nəhayət, “Neftçi” ilə görüşdə 2 cavabsız qolla qalib gələrək uğursuzluğa “dur” deyən “gənclik şəhəri” təmsilçisi avrokubok şansını qorumuş oldu. “Sumqayıt” bu oyuna ikiqat motivasiya ilə də çıxa bilər. Bunun üçün günün ilk oyununda “Zirə” məğlub olmalıdı. Bu baş versə, “kimyaçılar”ın qəsəbə təsmilçisini yaxalamaq imkanı yaranacaq. Əks halda isə Abasovun yetirmələri ən azı 4-cü yerlə aradakı məsafənin böyüməsinə imkan verməməyə çalışacaq. Tərəflərin cari mövsüm baş tutan 3 duelindən ikisində qalib müəyyənləşməyib. 1-ci və 2-ci dövrənin oyunlarında eyni hesab – 1:1-lik heç-heçə qeydə alınıb. Yalnız 3-cü dövrədə sumqayıtlılar “təyyarəçilər”i minimal hesabla (1:0) məğlub edib. Maraqlı məqam isə AZAL-ın öz meydanında heç vaxt bu rəqibə uduzmamasıdı. Şüvəlandakı 11 dueldən 6-da “təyyarəçilər” qalib gəlibsə, 5 görüşdə heç-heçə qeydə alınıb. Başqa sözlə, “Sumqayıt” bu dəfə AZAL-la səfər oyunlarındakı sindromu qırmağa köklənib.
1. Qarabağ 25 16 5 4 39-12 53
2. Qəbələ 25 13 10 2 43-14 49
3. İnter 24 11 9 4 35-24 42
4. Zirə 24 8 7 9 21-24 31
5. Sumqayıt 24 7 7 10 22-30 28
6. Kəpəz 25 6 9 10 19-26 27
7. Neftçi 25 8 2 15 19-40 26
8. AZAL 24 1 7 16 11-39 10
Bombardirlər: Filip Ozobiç (Qəbələ) – 11, Rauf Əliyev (İnter) – 8.

1 X 2 1X 12 2X alt üst kod
Zirə – İnter 2.80 2.90 2.25 1.42 1.25 1.27 1.45 2.15 937
AZAL – Sumqayıt 4.40 3.55 1.55 1.96 1.15 1.08 1.50 2.05 940
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar