10 apr 22:08liqa, reportaj

“Neftçi”yə daha bir sillə və 7-ci yer…

“Neftçi”yə daha bir sillə və 7-ci yer…
Elxan Abdullayev “Forza”ya növbəti mesajını göndərdi

97. Kəpəz (Gəncə) – Neftçi (Bakı) 2:0 (2:0)
30. Davud Kərimi – 6,5
13. Şəhriyar Rəhimov – 6,0
36. Renan – 6,0
25. Şəhriyar Əliyev – 6,0
21. Novruz Məmmədov – 6,0
5. Kərim Diniyev – 6,0
18. Tural Axundov (k) – 6,0
(7. Vüqar Bəybalayev, 80) – qiymətsiz
19. Orxan Əliyev – 5,5
77. Serjinyo – 5,5
(17. Nicat Qurbanov, 67) – 5,5
10. Dario Federiko – 6,0
(80. Tural Rzayev, 87) – qiymətsiz
90. Jülyen Ebah – 6,0
Ehtiyat oyunçular
88. Tadas Simaitis
6. Ceyhun Cavadov
23. Tural Nərimanov
68. Əli Nuri
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Davud Kərimi

33. Boban Baykoviç – 5,0
27. Məqsəd İsayev – 5,5
95. Elvin Bədəlov – 4,5
3. Filyo – 4,5
22. Mahir Şükürov (k) – 4,5
(29. Georgi Navalovski, 46) – 5,0
23. Tərzin Cahangirov – 4,5
8. Zdenek Folprext – 4,5
11. İqnasio Errera – 4,5
(17. Rəhman Hacıyev, 46) – 5,0
7. Namiq Ələsgərov – 4,5
12. Daniel Seqoviya – 4,5
9. Hüqo Barqas – 4,5
(10. Cavid İmamverdiyev, 70) – 4,5
Ehtiyat oyunçular
53. Maksim Vaylo
13. Murad Ağayev
15. Ruslan Abışov
19. Fəhmin Muradbəyli
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: Məqsəd İsayev
Qollar: T.Axundov, 14–p. (1:0). T.Axundov, 42–p. (2:0).
Vərəqələr: M.İsayev, 11 (perspektivli hücumun qarşısını kəsmək). M.Şükürov, 81 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: ELVİN ƏSGƏROV, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
9 aprel. Gəncə. Şəhər stadionu. 10000 tamaaçı (25000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Turun mərkəzi qarşılaşması Bakıda – “Qarabağ”la “Qəbələ” arasında baş tutsa da, məhz bu oyunun yekun nəticəsi az maraq kəsb etmirdi. Paytaxtda çempionluq uğrunda savaşanların duelinə şahidlik edəcəkdiksə, qərbin paytaxtında Avroliqa uğrunda mübarizə aparanlar üz-üzə gəlirdi. Söhbət həm əzəli rəqiblərin, həm də ölkənin iki ən köklü klubunun mübarizəsindən gedir. Mümkün qələbə “Kəpəz”i 6-cı pilləyə qaldıracaqdısa, kubok mübarizəsini dayandıran “Neftçi” ardıcıl ikinci ağır zərbəni alacaqdı. Bakılıların qələbəsi isə qərbliləri əlini Avroliqaya vəsiqədən üzməyə məcbur edəcəkdi. Amma bu heç də asan görünmürdü. Belə ki, ikinci dövrədə Gəncədə baş tutan görüşdə meydan sahibləri qonaqları 2:0 hesabıyla üstələməyi bacarmışdı. Ümumiyyətlə, Gəncə səfərinin istənilən komanda üçün ağır olduğu dəqiqdi. Təsadüfi deyil ki, “Qəbələ”, “İnter”, “Zirə” kimi iddialılar burda xal itirməklə yadda qalıb. Hə, dekabrdakı qarşılaşmada “Neftçi” rəsmilərinin Gəncənin icra başçısı Elmar Vəliyevin göstərişi ilə VİP-lojadan başqa tribunaya göndərilməsi də araya bir başqa prinsipiallıq qatırdı. Odu ki, stadionun yolunu tutan azarkeşləri maraqlı oyunun gözlədiyi şübhə doğurmurdu. Oyun günü Gəncədə doğan günəş futbolla yaxından maraqlanmayanları belə stadionun yolunu tutmağa vadar edirdi.
“Neftçi”nin işinin asan olmayacağı artıq ilk dəqiqələrdən hiss olunurdu. Qışda komandaya cəlb olunan legionerlərin qazonun durumundan narahat olduğunu bir-birinə təəccüblü baxışlarından görmək çətin deyildi. Odu ki, top qəbul etməkdə, irəliləməkdə çətinlik çəkən Errera, Dreksa, Barqas kimilər düşündüyünü edə bilmirdi. Meydan amilindən istifadə etməyə çalışan meydan sahibləri ilk belə fürsəti əldən vermədi. Cərimə zərbəsindən sonra topun “canlı sədd”ə dayanan Seqoviyanın əlinə dəydiyini iddia edən Əsgərov düşünmədən bakılıların qapısına şübhəli penalti təyin etdi. Topa yaxınlaşan Tural Axundov qol vurmaq imkanını boşa vermədi. Gəncəlilər 27-ci dəqiqədə fərqi artırmağa yaxın oldu. Darionun fərdi ustalığı hesabına bir neçə rəqibdən sıyrılıb Ebaha ötürdüyü topu kamerunlunu qabaqlayan Bədəlov qapı qarşısından uzaqlaşdırdı. Bir dəqiqə sonra Mahirin cərimə zərbəsindən fərqlənmək istəyi baş tutmadı. Öz oyununu sərgiləməkdə çətinlik çəkən “Neftçi”nin hesabı bərabərləşdirmək üçün bir yolu vardı: standart vəziyyətlərdən maksimum yararlanmaq. Lakin bu da baş tutmurdu. Davud Kərimi, bəzən də müdafiəçilər ucaboy Seqoviyanın başla fərqlənməsinə imkan vermirdi. 40-cı dəqiqədə Barqas yerli azarkeşləri xeyli həyəcanlandırdı. “9 nömrə”nin tullanaraq başı üzərindən aşırdığı top Şəhriyar Əliyevə tuş gəlməsəydi, çox güman, hesab açılacaqdı. İkinci hissənin planlarını cızan Elxan Abdullayev 42-ci dəqiqədə şok yaşadı. Ebahın cərimə meydançasına ötürdüyü topa Filyo əli ilə toxundu ki, baş hakim “Neftçi”nin qapısına haqlı penalti təyin etdi. Kapitan Baykoviçlə topu fərqli cinahlara göndərib dublunu rəsmiləşdirdi.
Elxan Abdullayev Mahir Şükürovu meydana buraxmaqla etdiyi səhvi fasilədə düzəltməyə çalışdı. Kapitanı və Erreranı meydandan çıxaran baş məşqçi Rəhmanla Navalovskiyə şans verdi. Yeri gəlmişkən, qeyd edək ki, Şükürov ehtiyat oyunçular skamyasında dinc oturmayaraq, hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldı… Əvəzetmələrdən sonra qonaqların çıxışında müəyyən fəallıq nəzərə çarpsa da, real qol imkanı yaratmaq mümkün olmurdu. Seqoviyaya necə gəldi edilən asmalar konkret ünvana göndərilməyincə, ispan hücumçu hər dəfə başını tutmağa məcbur olurdu. İtiriləsi heç nəyin qalmadığını yaxşı bilən “Neftçi” 60-cı dəqiqədən etibarən böyük qüvvə ilə irəli atılmağa başladı. Meydan sahibləri də öz növbəsində müdafiədə diqqətli oynamaqla ümidini əks-hücumlara bağlamışdı. Bir saat ərzində xeyli güc itirən qərblilərin matçın sonlarına yaxın yorulduğu açıq-aşkar hiss olunurdu. Təzyiqi artıran “ağ-qaralar” bir neçə dəfə qola yaxın olsa da, Davud keçilməz olduğunu göstərməkdə davam edirdi. 83-ci dəqiqədə Kərimi Namiqin cərimə zərbəsindən yaxın küncə göndərdiyi topu inanılmaz qurtarışla dəf edib komandasına həyat verdi. “Neftçi”nin bütün cəhdlərinə baxmayaraq, qələbəni bayram edən “Kəpəz” oldu. Bununla da “ağ-qaralar” 7-ci pilləyə yuvarlandı.
HƏBİB
Gözdən qaçmadı
* İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yolunu gözləyən xüsusi azarkeşlər eynəkli kişini görən kimi cuşa gəldi. 5-ci dəqiqədən etibarən başçının dayandığı sektorun aşağı hissəsində əyləşənlərin yaratdığı ab-havanın jurnalistlərin işinə hansı çətinlik törətdiyini sözlə ifadə etmək, sadəcə, mümkün deyil.
* Oyundan təxminən yarım saat əvvəl qonaqlar üçün ayrılmış sektorda 12 nəfərlik dəstə gözə dəyirdi. Maraqlandıq və məlum oldu ki, Bakıdan gələnlər “Flaqman”ın üzvləridi. Çox keçmədən təxminən 50 nəfərdən ibarət “Forza Neftçi”lilər mərkəzi sektorun qarşısından keçərək sağ qapının arxasında yerini tutdu.
* “Forza”lıları görən ağsaqqal azarkeşlərdən birinin “bunlar kimdi, bu nə fasondu” sualını yanında əyləşən ortayaşlının şirin Gəncə ləhcəsində “Bakının avtovagzalından gəliflər dana” şəklində cavablaması mərkəzi tribunada əyləşənləri xeyli güldürdü.
* Dekabrda baş tutan qarşılaşmada “Neftçi” rəsmilərinin xoş olmayan münasibətlə üzləşməsi “Kəpəz” rəsmilərini bu dəfə daha diqqətli olmağa vadar etmişdi. Belə ki, qonaqlara ayrıca otaq ayrılmışdı.
* Dördmatçlıq cəzadan sonra yenidən oynamaq imkanı qazanan Nicat Qurbanov qarşılaşmadan əvvəl azarkeşlərin isti münasibətini gördü. Belə ki, tərəfdarlar ehtiyat oyunçular skamyasına tərəf irəliləyən yarımmüdafiəçini uzun müddət alqışladılar.
* 21-ci dəqiqədə Mahir Şükürovun qaydanı pozmasına azarkeşlərdən birinin “50 yaşın var, ay Mahir, get, toyuqlarını bəslə də” deməsi maraqlı atmaca kimi yadda qaldı.
* Futbolsevərləri bu oyunu izləməkdən məhrum edən təkcə “CBC Sport” deyildi. Belə ki, klubların saytları da bu işdə fəallıq göstərmədi. Nəticədə “Xəmsə”nin “feysbuk” səhifəsi canlı yayın təşkil edərək azarkeşləri qismən də olsa, razı saldı.
Reaksiyalar
Elxan Abdullayev: “Belə meydanda oynamaq hər iki komanda üçün çətin idi. Ona görə də bu cür oyunlarda bir qol həlledici olur. Müdafiədə boşluqlar var idi, bunun nəticəsində iki qol buraxdıq. İlk penalti qərarı haqda bir söz deyə bilmərəm, amma ikinci penalti 100 faiz dəqiq idi. Heyətdəki dəyişikliklər zədəlilərə görə idi. 5-6 futbolçunun xidmətindən istifadə edə bilməyəcəkdik. Bəziləri iynə gücünə meydana çıxmışdı. Bunu qabardanda bəziləri bəhanə gətirdiyimi düşünür. Ona görə də zədə söhbətini qabartmaq istəmirəm. Onu deyim ki, nəticə qazanmaq istəyən komandada 28-30 futbolçu olmalıdı. İki hücumçu ilə oynamaq istəyimiz də baş tutmadı. Baxımlı oyun olmasa da, mübarizə aparmağa çalışdıq. Rəqib qələbə qazanıbsa, qələbəyə layiq idi. Buna görə onları təbrik edirəm. Bir heyətlə ardıcıl üç oyun keçirə bilmirik. Bundan sonra nə edəcəyik? Məqsəd bacardığımız qədər irəliləməkdi. Bəzən alınır, bəzən alınmır. Mövsümü neçənci pillədə başa vuracağımızı deyə bilmərəm. Zaman göstərəcək. Əlbəttə, baş məşqçi kimi mənim də hansısa səhvim var. İş olan yerdə səhvlərin olması normaldı. Hansı səhvlərdi? Bunu özüm bilirəm, ətraflı açıqlama vermək istəmirəm. “Forza Neftçi” haqda dediklərimə gəlincə, xuliqan sözünün mənası söyüş deyil. İngiltərədə elə azarkeşlər var ki, onlara xuliqan deyirlər. Yəni Avropada bəzi azarkeşlərə aid olunan sözdü. “Nottingem Forest”lə “Aston Villa”nın azarkeşləri xuliqan kimi tanınır və bunu normal qəbul edirlər. Açıq deyirəm, mən söyüş götürmürəm. Kim götürür, susur, özü bilər. Mən qəbul etmirəm. “İstefa” qışqırsınlar, tənqid etsinlər, amma söyüş eşitmək istəmirəm. Hamı tənqid edir, burda nə var ki? Biri də var qulağın eşidə-eşidə soyüş söyürlər”.
Şahin Diniyev: “Bu gün hər iki komanda üçün son şanslardan biriydi. Saman çöpündən tutacaq qədər az şansımız var idisə də, istifadə etməliydik. Bundan sonra necə olacaq, bilmirik. Hər oyuna qələbə üçün çıxacağıq. Düzdü, “Neftçi”də uyğunlaşma problemi var. Amma yenə də bacardıqlarını göstərdilər. Erkən qol vurmaqla işimizin böyük hissəsini gördük. Uşaqlar bu gün əsl xarakter göstərdi. Hər birini təbrik edirəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar