10 apr 21:56liqa, manset

Qriqorçuk peyğəmbərlik lisenziyası istədi

Qriqorçuk peyğəmbərlik lisenziyası istədi
Qurbanov yayda futbolçuların sayını artıracaq

Qarşılaşmadan sonra təşkil olunanan mətbuat konfransına əvvəlcə “Qəbələ”nin baş məşçisi Roman Qriqorçuk gəldi. O öncə matç haqda fikirlərini bölüşdü: "Təəssüf ki, bu gün qalib gələ bilmədik. Biz bu gün qələbəyə oynamadıq. Rəqib çox yaxşı təsir bağışladı. Buna baxmayaraq, komanda verilən tapşırıqları tam yerinə yetirdi. Yolumuza davam edirik. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzulayıram".
- Qara Qarayev meydana çıxdıqdan sonra Cavid Hüseynov görünmürdü. Olmazdı ki, onu Rasim Ramaldanovla əvəzləyərək, Rəşad Sadiqovu mərkəzə çəkəsiz?
- Belə müzakirələr etsək, vaxt çatmaz. Mən düzgün seçim etdiyimi düşünürəm. Bu cür mülahizələrin necə düşünüldüyünü başa düşə bilmirəm.
- “Qəbələ”nin çempion olub-olmaması sizin klubdakı gələcək taleyinizə nə dərəcədə təsir edəcək?
- Bir ay sonra nə olacağını deyə bilmərik. İndi mənim tək düşündüyüm qalan oyunlarda və kubokun finalında qalib gəlməkdi.
- Matçın sonuna kimi bir hücumçuyla oynadız. Olmazdı ki, oyunun sonlarında iki hücumçuya birdən şans verəsiz?
- Biz oyun zamanı 4 hücumçuyla oynadıq. Məncə, bu, kifayət idi. Komanda pis təsir bağışlamadı. "Qarabağ" bizim sürətin qarşısını ala bilirdi.
- Sona 3 tur var. “Qəbələ”nin çempionluq şansını nə qədər dəyərləndirirsiz?
- Bunu indidən demək olmaz. Bunlar hamısı tapmacadı. “Qarabağ”ın şansı daha çoxdu. 3 qələbə 9 xal deməkdi.
- Bu gün komandada qələbə üçün nə çatmadı?
- Bu gün “Qarabağ” çox yaxşı oynadı. Ümid edirdik ki, sürət hesabına rəqibi üstələyə bilərik. Ancaq rəqib bunun öhdəsindən layiqincə gəldi. Səbəb budu.
- “Qəbələ” cari mövsümdə bir çox oyunda xal itirdi. Düşünmək olarmı ki, “Qəbələ”nin əsas rəqibi “Qarabağ” yox, elə özü olub?
- Bəzi oyunlar var idi ki, qalib gəlməmək mümkün deyildi. Lakin həmin oyunlarda heç-heçə etmişik. Elə oyunlar olub ki, 10-15 qol vəziyyəti yaratsaq da, istifadə edə bilməmişik. Ancaq həmin matçlarda yaxşı oyun sərgiləmişdik.
- “Qəbələ” daha çox kubok komandası kimi tanınır. Həm də sizin karyeranızda kubok oyunları uğurlu alınır. Bu, “Qarabağ”la final oyununda komandaya kömək ola bilər?
- “Qarabağ”ın çempion olmaq şansı daha çoxdu. Çempion olsalar, onlar daha bir titul qazanmaq istəyəcəklər. Bu üzdən məncə, onlar psixoloji cəhətdən daha hazır olacaqlar. Nə vaxt ki komanda titulun dadını bilir, yenisini də dadmaq istəyir.
- Sizcə, “Qarabağ”ın çempion olmaq şansı daha çoxdu, yoxsa “Qəbələ”nin kuboku qazanmaq?
- Belə suallardan sonra düşünürəm ki, mənə məşqçilik lisenziyasıyla birgə peyğəmbərlik lisenziyası da lazımdı (gülür). Çünki belə şeyləri əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.
"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov isə oyun haqda bunları söylədi: “Çox gərgin oyun oldu. Son vaxtlar belə maraqlı, mübariz oyun olmamışdı. Hər iki komanda qələbəyə oynadı. Futbolçularımız belə məsuliyyətli matçda özlərini yaxşı tərəfdən göstərdilər. Diqqətimiz qarşıdakı görüşlərədi”.
- Qəbələdəki oyunların birindən sonra Dino Ndlovu demişdi ki, Suraxanıdakı matçda stadionu rəqib üçün cəhənnəmə çevirəcəyik. Buna nə dərəcədə nail olduz?
- Bura Suraxanı yox, Tofiq Bəhramov adına Respublika stadionudu (gülür).
- Bu mövsüm çempionat daha tez bitəcək. Təlim-məşq toplanışı ilə bağlı planlarınız varmı? Həm də siz deyirsiz ki, çempionat gərgin keçir. Bunu eşidən AFFA klubların sayını azalda bilər.
- Hələ bu haqda düşünmürəm. Bəlkə də belə gərgin çempionat olmamışdı. Avrokubok matçlarının çoxunda belə gərgin olmamışam. Açığı, mən istərdim ki, 8 yox, 16 komandalı çempionat keçirilsin. Amma reallığı da nəzərə almaq lazımdı. AFFA rəhbərliyi də 8 komandanın az olduğunu bilir. Amma onlardan asılı olmayan səbəblər də var. Bu fasilə futbolçulara yaxşı istirahət şəraiti yaradacaq. Futbolçular 4 il ərzində çox sıx qrafiklə oynadılar. Bugünkü zədələr elə-belə deyil. Hamısı yüklənmədən, gərginlikdən yaranır. Yaxşı istirahətə ehtiyac var. Son görüşdən sonra 3-5 gün ərzində düşünəcəyik toplanış məsələsini.
- Riçard Almeydanın durumu nə yerdədi?
- Ağrıları azalıb, vəziyyəti normaldı. Qarşıda hələ bir neçə gün vaxtımız var. “İnter”lə oyuna yetişə bilər.
- Mövsümün sonunda heyətdə ciddi dəyişiklik olacaqmı?
- Dəyişikliklər olacaq. Çalışacağıq futbolçularımızın sayını artıraq.
- Qara Qarayevin müqavilə müddəti mövsümün sonuna qədərdi. Onun gələcək taleyi necə olacaq?
- Qara “Qarabağ”lıdı. Müqavilə ilə bağlı problem yoxdu. Ümumiyyətlə, müqaviləsi yenilənəcək futbolçular çoxdu. Amma buna görə narahat deyilik. Çünki futbolçular bizə, biz də onlara güvənirik.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar