09 okt 11:14liqa

Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə!


Əvvəlki turlara nisbətən hesabat turunun sönük keçdiyini deməklə səhvə yol vermiş olmarıq. İlk dövrənin son oyunları olmasına görə idi, turnir cədvəlindəki yeri itirmək qorxusu, ya başqa səbəb, qısası, turun maraqlı alındığını iddia etmək mümkün deyil.
4 oyunda qapılara cəmi 7 topun vurulduğunu xatırlatmaq kifayət edər. Belədə orta hesabla hər oyuna heç 2 top da düşmür. Maraq üçün qeyd edək ki, bundan aşağı məhsuldarlıq açılış turunda qeydə alınmışdı ki, startdakı həyəcan zamanı cəmi 6 qolun vurulması başadüşüləndi. Xüsusi məqam isə 7-ci turda qonaqların qələbəyə həsrət qalmasıydı. Meydan sahibləri 2 halda qalib gəldi, daha 2 görüşdə bərabərlik qeydə alındı.
Çempionatın ilk dövrəsinin tamamlandığı turda bəzi mövqe dəyişiklikləri olsa da, lider yerindən tərpənmədi. Belə baxanda, tərpənə də bilməzdi. Əvvəlki 6 qarşılaşmada rəqiblərinə şans yeri qoymayan və bütün hallarda meydanı qələbə ilə tərk edən “köhlən atlar” növbəti 3 xalına sevindi. Halbuki çətin Lüksemburq səfərindən sonra komandanın çıxışında eniş müşahidə olunacağı gözlənilirdi. Üstəlik, bir həftə əvvəl “Sabah”ın “Səbail”i darmadağın etməsi oyunun gərgin alınacağına işarə vermişdi. Ehtimallar özünü doğrultmayınca, rəqibdən üstün oyun göstərən ağdamlılar 7-də 7 etməklə iki həftəlik fasiləyə 21 xalla yollandı. Həm də qapısını növbəti dəfə toxunulmaz saxlamağı bacarmaqla.
Təəccübləndirməkdə davam edən “Keşlə” növbəti dəfə yenilgi acısı dadmadı. Halbuki doğma azarkeşləri önündə yetərincə xoş təsir bağışlayan “kimyaçılar”ın buna qədərki son 2 oyunda uduzmayan bakılıları məyus yola salacağı gözlənilirdi. O qədər də maraqlı alınmayan oyunda komandaların meydanı hərəyə 1 xalla tərk etməsi daha çox Tərlan Əhmədovun kollektivinin işinə yaradı. Çünki bu göstərici “Keşlə”nin ilk dövrəni top fərqinə görə üstələdiyi “Neftçi”dən öndə - 2-ci pillədə başa vurması demək idi.
“Neftçi” demişkən, “ağ-qaralar” ardıcıl 2-ci oyunda qələbə qazanmaqla hirsli azarkeşlərini nisbətən sakitləşdirməyi bacardı. Lakin onlar indiki durumla barışmaq fikrində deyillər. Çünki sevimli komandalarını liderdən nə az, nə çox - düz 10 xal ayırır. 7 tura görə bu qədər fərq isə həqiqətən də qəbulolunmazdı. Üstəlik, turnir cədvəlinə baxanda top fərqinə görə olsa belə, “Neftçi”ni 2-ci yox, 3-cü pillədə görmələri də bir ayrı dərddi.
Çempionata pis başlamayan “Zirə”nin vəziyyəti də ürəkaçan deyil. İlk 4 oyunda 7 xal toplamağı bacaran “qartallar” artıq 3 görüşdü qələbənin nə olduğunu bilmir. “Qarabağ”la “Keşlə”yə məğlubiyyət hardasa başadüşülən idisə, mövsümün ən zəif komandası gözündə görülən “Qəbələ”nin müqaviməyini qıra bilməməyə söz tapmaq olmur. Heyətində kifayət qədər legionerlər olan komandanın baş məşqçi Samir Abasovun klub rəhbərliyinə nə deyəcəyi maraq doğurur.
“Sabah”ın dərdi isə hamıdan ağırdı. Klub rəhbərliyinin hər cür şərait yaratdığı, adlı-sanlı yerli və legioner futbolçuların heyətə qatıldığı komanda heç cür özünə gələ bilmir. “Səbail” üzərindəki qələbədən sonra “tələbələr”in “Qarabağ”la matçdan azı heç-heçə ayrılacağına inananların gözü yolda qaldı. “Sumqayıt” və “Qəbələ” kimi rəqiblərin olduğu çempionatda “Sabah”ın ilk dövrəni cəmi 5 xalla sonuncu pillədə başa vurması “Mersedes”in “Jiquli”yə çata bilməməsi qədər qəribədi.
Ümumi götürəndə, ilk dövrənin yekunlarına əsasən turnir cədvəlində sürpriz görüntüyə şahidlik etdiyimizi demək olar. “Keşlə”nin “Neftçi”ni qabaqlaması, iki cəbhədə mübarizə aparan “Qarabağ”ın maksimum xal toplaması və təbii ki, “Sabah”ın qərarlaşdığı pillə...
Azərbaycan premyer-liqası
1-ci dövrə, 7-ci tur
5 sentyabr
Sumqayıt – Keşlə 0:0
Neftçi – Səbail 2:1
6 sentyabr
Zirə - Qəbələ 1:1
Qarabağ – Sabah 2:0
1. Qarabağ 7 7 0 0 17-1 21
2. Keşlə 7 3 2 2 8-3 11
3. Neftçi 7 3 2 2 8-6 11
4. Səbail 7 3 1 3 8-11 10
5. Zirə 7 2 2 3 6-9 8
6. Sumqayıt 7 2 1 4 5-9 7
7. Qəbələ 7 1 2 4 3-14 5
8. Sabah 7 1 2 4 5-7 5
Bombardirlər: Lorenso Frutos (Keşlə) – 4, İsmayıl İbrahimli, Maqaye Geye, Mahir Əmrəli (hamısı “Qarabağ”), Mehdi Şərifi (Sumqayıt), Mirabdulla Abbasov, Ağabala Ramazanov (hər ikisi "Səbail”), Stiven Jozef-Monroz (Neftçi) - 3.
Növbəti turun oyunları: 19 oktyabr – Keşlə - Sabah, Qəbələ - Qarabağ; 20 oktyabr – Səbail - Sumqayıt, Neftçi – Zirə.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar