10 apr 21:53liqa, reportaj

“Qəbələ” çempionluq intriqasını dirildə bilmədi

“Qəbələ” çempionluq intriqasını dirildə bilmədi
98. Qarabağ (Ağdam) - Qəbələ 0:0
13. İbrahim Şehiç - 5,5
25. Ansi Aqolli - 5,5
5. Maksim Medvedev - 6,5
14. Rəşad Sadıqov (k) - 5,5
32. Elvin Yunuszadə - 5,5
91. Coşqun Diniyev - 5,0
(2. Qara Qarayev, 61) - 5,5
15. Rahid Əmirquliyev - 5,5
8. Miçel - 5,0
44. Ağabala Ramazanov - 5,0
(10. Muarem Muarem, 72) - 5,0
22. Əfran İsmayılov - 5,0
(11. Mahir Mədətov, 60) - 5,5
6. Dino Ndlovu - 5,5
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
18. İlqar Qurbanov
20. Riçard Almeyda
21. Arif Daşdəmirov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Maksim Medvedev

22. Dmitri Bezotosnı - 5,5
34. Ürfan Abbasov - 5,0
3. Voislav Stankoviç - 5,5
6. Rəşad Sadiqov - 5,5
88. Tellur Mütəllimov - 6,0
7. Nika Kvekveskiri - 5,0
14. Cavid Hüseynov (k) - 4,5
19. Filip Ozobiç - 5,5
9. Sergey Zenyov - 4,5
10. Ruslan Qurbanov - 4,5
(11. Asif Məmmədov, 74) - 4,5
18. Baqali Dabo - 5,0
(31. Daniel Subotiç, 64) - 5,0
Ehtiyat oyunçular
33. David Petrzkeviç
5. Rasim Ramaldanov
17. Məhəmməd Mirzəbəyov
21. Roman Hüseynov
27. Teo Uiks
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Tellur Mütəllimov
Vərəqələr: A.Aqolli, 53 (qeyri-idman hərəkəti). Ü.Abbasov, 90 (qeyri-idman hərəkəti). T.Mütəllimov, 90+3 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FARİZ YUSİFOV, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
9 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 8000 tamaşaçı (30200 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Turun mərkəzi oyununda lider “Qarabağ” 4 xal qabaqladığı “Qəbələ”ni qəbul edirdi. Təbii, ağdamlıları heç-heçə də qane edəcəkdi. “Qəbələ” isə çempionluq iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmalıydı. Əks təqdirdə, Roman Qriqorçukun yetirmələri qızıl medallardan bir qədər də uzaqlaşacaqdı. Bu komandalar arasında cari mövsümün ilk 3 dövrəsində keçirilən oyunlarda “qırmızı-qaralar”ın üstünlüyü diqqəti çəkirdi. Belə ki, qonaqlar 2 dəfə qalib gəldiyi halda, “Qarabağ”ın 1 qələbəsi var idi.
Ağdamlılar ilk dəqiqələrdən topa yiyələnsə də, “Qəbələ”nin pressinqi ilə üzləşdi. Artıq 2-ci dəqiqədə qonaqlar əla şans yaxaladı. Amma Dabodan topu qəbul edən Zenyovun ötürməsinə heç kim çatmadı. Ardınca Baqalinin qapıçı ilə üzbəüz qalmasına Rəşad əla “sürüşmə” fəndi ilə imkan vermədi. “Qarabağ” ilk dəqiqələrdə həm də top rəqibdə olarkən qayda pozuntuları ilə yadda qalırdı. “Qırmızı-qaralar” daha çox müdafiənin arxasına, Daboya ünvanlanmış uzun ötürmələrdən istifadə edirdi ki, ilk 15 dəqiqədə meydan sahibləri bunun öhdəsindən rahat gəldi. Nəhayət, real qol vəziyyəti yaşandı. Ansinin cinah ötürməsindən sonra müdafiəçilərdən yayınan Miçel qapıya zərbə endirdi. Lakin Bezotosnı zərbəni dəf edə bildi. Ardınca isə Sadiqovdan topu alan Dinonun uzaq küncə ünvanladığı zərbə cüzi fərqlə qapının yanından keçdi. Hissənin ortalarına oyun nisbətən sakitləşdi, qapılar qarşısında demək olar ki, təhlükəli vəziyyət yaşanmadı. 30-cu dəqiqədə isə “Qəbələ” hesabı açmağa yaxın oldu. Künc zərbəsindən sonra yaranan qarşıqlıq zamanı Ozobiçin zərbəsi təhlükəli alınsa da, zəif oldu. Hissənin sonlarına yaxın “Qəbələ” üstünlüyü tam ələ aldı. Meydan sahibləri hücumların qarşısını yalnız qayda pozuntuları ilə kəsə bilirdi. 42-ci dəqiqədə Medvedevin zərbəsi təhlükəli alınsa da, top Stankoviçə dəyərək meydandan çıxdı. Künc zərbəsindən sonra isə boş qalan Yunuszadənin başla zərbəsində dəqiqlik çatışmadı. Bu, ilk yarıda son epizod oldu və Yusifov komandaları fasilyə yolladı.
İkinci yarı “Qəbələ”nin müəyyən üstünlüyü ilə başladı. Lakin “Qarabağ” etibarlı müdafiə olunduğundan, hücumlar elə də təhlükəli alınmırdı. Meydan sahiblərinin hücum xəttində isə xeyli anlaşılmazlıq var idi. Belə ki, nə Dino, nə Əfran, nə də Ağabala topla olan zaman sərbəst zonada yer alan komanda yoldaşını görə bilirdi. 56-cı dəqiqədə isə “Qarabağ” hesabı açmağa çox yaxın oldu. Medvedev əla fəndlə Kvekveskirini geridə qoyub, qapıçı ilə üzbəüz qalsa da, Bezotosni səddini keçə bilmədi. Ardınca Dinonun cərimə meydançasının həndəvərindən zərbəsi cüzi fərqlə dirəyin yanından keçdi. Bu dəqiqələrdə üstünlüyü tam ələ alan “köhlən atlar” tezliklə daha bir əlverişli vəziyyət yaxaladı. Lakin Ramazanovun soldan qapı qarışısına ötürməsini Stankoviç önəmli müdaxilə ilə uzaqlaşdırdı. Qara Qarayevin meydana çıxması ilə “Qarabağ” orta sahəni tam ələ keçirmişdi. Cavid və Ruslan isə, demək olar ki, topsuz qalmışdı. Ümumiyyətlə, adı çəkilənlər ikinci yarıda çox zəif təsir bağışladı, ayaqlarına nadir hallarda top dəydi. 75-ci dəqiqədə “Qarabağ” daha bir qol şansı əldə etdi. Amma Dinonun zərbəsini Dmitri zərərsizləşdirməyi bacardı. 80-cı dəqiqədə isə “Qəbələ” ikinci yarıda ən real qol vəziyyətini yaxaladı. Ürfanın cinahdan ötürməsini nəzarətsiz qalan Subotiç qapıya yönəltsə də, top üstdən keçdi. Bu anda mənə elə gəldi ki, “Qəbələ”nin çempionluq şansı da beləcə havaya uçdu. Sona 4 dəqiqə qalmış isə “Qarabağ” hər şeyi həll edə bilərdi. İkinci zonadan uzun ötürmə alan Muarem irəli şığıyan Bezotosnını keçsə də, topu boş qapıya göndərə bilmədi. Bir qədər sonra Dinonun uzaqdan zərbəsi də dirəyin yanından keçdi. Bununla da qarşılaşma başladığı kimi də yekunlaşdı. Səbirsizliklə gözlənilən dueldə qeydə alınan “sülh”, təbii ki, “Qarabağ”ın işinə yaradı.
ŞƏFİ ŞƏFİYEV

Gözdən qaçmadı
* Məşqçilər Komitəsinin üzvləri Şakir Qəribov və Vaqif Sadıqov VİP-zonadan yox, 7-ci sektordan stadiona girdi. Görəsən, həqiqətəmi mütəxəssilər oyunu azarkeşlər arasından izləyiblər?!
* İlk dəqiqələrdən “Qəbələ” azarkeşləri fəallıq nümayiş etdirir, komandanı irəli səsləyirdi.
* Komandalar meydana çıxanda autizm xəstələrinə dəstək nümayiş etdirdi və “Autizmin fərqindəyik və onların yanındayıq” pankartı açdı.
* Adətən, avrokubokarda “Qarabağ”ı dəstəkləyən “Ledies of “Qarabağ” azarkeş qrupu bu oyuna da təşrif buyurmuşdu və xeyli xanım azarkeş ağdamlıları irəli səsləyirdi. Düzdü, onların əsas hədəfinin azarkeşlik etmək, yoxsa “selfi” çəkdirmək olduğunu müəyyənləşdirə bilmədim. Öz aramızdı, yaman foto həvəskarıydılar...
* “Qarabağ” rəsmiləri və mühafizəçilər bir xanımla gəlmiş oğlanı tribunadan kobudcasına uzaqlaşdırdı. Halbuki onun əyləşdiyi tribuna tam boş idi. Azarkeş isə tribunanı tərk edərkən uca səslə “Qəbələ” qışqırdı. Bir neçə dəqiqə sonra həmin azarkeşi geri qaytardılar.
* Hakimin final fitindən sonra hər iki komandanın azarkeşləri məşəl yandırdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar