02 okt 11:58liqa / reportaj

"Qəbələ"ni sabiq oyunçuları cəzalandırdı


22. Qəbələ - Neftçi (Bakı) 0:3 (0:0)
1. Anar Nəzirov (k) - 4,0
8. Qismət Alıyev - 3,5
5. Rasim Ramaldanov - 3,5
(4. Sadiq Quliyev, 40) - 3,5
3. İvitsa Juniç - 3,5
2. Amin Seydiyev - 3,5
7. Roman Hüseynov - 4,0
19. Rövlan Muradov - 4,0
77. Merab Qiqauri - 4,0
21. Fernan Lopez - 4,0
(13. Kristian Kuaku, 76) - qiymətsiz
9. Davit Volkov - 4,5
14. Ülvi İsgəndərov - 3,5
(11. Asif Məmmədov, 66) - 3,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
10. Klesio Bauk
15. Vüsal Məsimov
20. Faiq Hacıyev
22. Rüstəm Nuriyev
28. Murad Musayev
74. Yusif Nəbiyev
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Davit Volkov

1. Səlahət Ağayev - 5,5
18. Tural Axundov - 5,5
25. Kiril Petrov - 5,5
6. Voislav Stankoviç - 5,5
26. Ömər Buludov - 5,5
93. Soni Mustivar - 5,5
36. Mamadu Kane - 5,0
7. Namiq Ələsgərov - 5,5
(28. Stiven Jozef-Monroz, 73) - 5,0
8. Emin Mahmudov (k) - 5,5
10. Dario Frederiko - 6,0
(11. Vangelos Platellas, 86) - qiymətsiz
9. Baqali Dabo - 5,0
(19. Rauf Əliyev, 72) - 5,5
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
30. Aqil Məmmədov
3. Mamadu Mboc
5. Anton Krivotsyuk
17. Rəhman Hacıyev
33. Turan Vəlizadə
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Dario Federiko
Qollar: T.Axundov, 59 (0:1). R.Əliyev, 73 (0:2, E.Mahmudov). S.Jozef-Monroz, 89 (0:3, V.Platellas).
Vərəqələr: E.Mahmudov, 14 (hakimin qərarına etiraz). M.Qiqauri, 16 (qeyri-idman hərəkəti). A.Seydiyev, 48 (qeyri-idman hərəkəti). İ.Zuniç, 53 (qeyri-idman hərəkəti). K.Petrov, 66 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: KAMAL UMUDLU, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
28 sentyabr. Qəbələ. Şəhər stadionu. 600 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 6, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Avqustun 31-də evdə "Keşlə" önündə 0:4 hesabıyla darmadağın olandan, baş məşqçisi Sənan Qurbanovu istefaya göndərəndən sonra "Qəbələ" yüksəlişdə idi. Hər halda, Elmar Baxşıyev ardıcıl iki səfər matçında uduzmayıb Bakıdakı qarşılaşmalardan 4 xalla qayıtmışdı. Ümid var idi ki, evdə də bu uğurlu seriyanı davam etdirəcəklər. Axı rəqib hər nə qədər adlı-sanlı komanda - "Neftçi" olsa da, enişdə idi. Ancaq Baxşıyev Qəbələdə böyükhesablı məğlubiyyətdən qaça bilmədi. Yenə evdə qol, xal, qələbə olmadı...
İlk dəqiqələrdən ərazi üstünlüyü "Neftçi"nin tərəfində idi. Ancaq ilk yaddaqalan epizod 17-ci dəqiqəyə təsadüf etdi. Eminin kornerdən qapı önünə asmasından sonra irəli şığıyan Mustivar fərqlənməyə yaxın oldu. Lakin onun başla zərbəsi zamanı Anar topun qarşısını kəsdi. Qapıçının toxunuşundan sonra xəttin üzərinə düşən "kürə" ardınca sıçrayıb dirəyə tuş gəldi, daha sonra isə müdafiəyə köməyə gələn Ülvi təhlükəni uzaqlaşdırdı. Bu epizoddan sonra "ağ-qaralar" təzyiqi daha da artırdı. Lakin qonaqlar bir neçə ardıcıl həmləni məntiqi sonluğa çatdıra bilməyincə, yenidən oyunda temp aşağı düşdü. 33-cü dəqiqədə Nəzirov yenidən diqqət mərkəzinə düşdü. O, bu dəfə Kanenin zərbəsindən sonra topun tora daxil olmasına imkan vermədi. "Qəbələ"nin buna cavabı özünü çox gözlətmədi. Romanın uzaqdan qüvvətli vuruşunun qarşısını Petrov kəsdi. 40-cı dəqiqədə "Qəbələ"də məcburi dəyişiklik reallaşdı. Zədələnərək meydanı xərəkdə tərk edən Rasimi Sadiq əvəzlədi. Buna baxmayaraq, meydan sahibləri ilk yarını qolsuz heç-heçə ilə tamamlaya bildi.
İkinci hissədə də diqtə edən tərəf "Neftçi" idi. Hərçənd fasilədən sonra, daha doğrusu, hissənin startında "Qəbələ" təhlükəli həmlə ilə yadda qaldi. Heç bir dəqiqə keçməmişdi ki, Lopesin cərimə meydançasının həndəvərindən effektli zərbəsini Səlahət tullanaraq tuta bildi. 54-cü dəqiqədə "Neftçi" qola yaxın oldu. Namiqin cərimə vuruşundan sonra Nəzirovun barmaqlarının ucu ilə toxunduğu top tirə dəyib konerə çıxdı. 59-cu dəqiqədə isə hesab açıldı. Tural Axundovun 30-35 metrdən zərbəsi möhtəşəm alındı. Qapıçıdan qaçan topa Anarın əli çatmadı və beləliklə, baxımlı qol alındı.
Qoldan sonra da nəzarəti əldən verməyən bakılılar 73-cü dəqiqədə fərqi artırdı və demək olar, qələbəni təmin etdi. Rauf Əliyev cəmi bir dəqiqə əvvəl əvəzetmədən oyuna qoşulmuşdu və demək olar, bu onun topa ilk toxunuşu idi. Eminin qısa ötürmə ilə sol cinahdan zərbə mövqeyinə çıxardığı forvard uzaq küncü dəqiq nişan almaqla sabiq komandasını cəzalandırdı. Əsas vaxtın sonuna az qalmış isə "Neftçi"nin daha bir sabiq "Qəbələ"lisi qol vurdu və hesabı darmadağın həddinə çatdırdı. İkinci qolun bənzəri olan bu qolda Ömərin əməyi daha çox oldu. O, meydanın mərkəzini əla reydlə keçdikdən sonra cərimə meydançası həndəvərində topu Platellasa ötürdü. Sonuncu isə öz növbəsində Jozef-Monrozu gördü ki, forvard uzaq küncə dəqiq nişan aldı. Beləliklə, "Neftçi" 3:0 hesabıyla qalib gələrək başının üstünü alan qara buludu azı birhəftəlik qovdu.
MİRAĞA

Reaksiyalar
Roverto Bordin: “Oyunçularmı təbrik edirəm. Çox yaxşı oyun nümayiş etdirdilər. Bütün heyətə təşəkkür edirəm. Oynayan, oynamayan hər kəs çox sağ olsun. Bu gün hamı qələbəyə köklənmişdi. İlk hissədə bir neçə qol epizodumuz olsa da, yararlana bilmədik. Buna baxmayaraq, Turalın vurduğu qol oyunu “açdı”. Bu qol bizim oyunumuza hədiyyə kim oldu... Açığı, azarkeşlərin nə dediyini başa düşmürdüm. Çünki bütün diqqətim oyunda idi. Futbolçularıma necə oynamalı olduqlarını deyirdim. Onlar “istefa” qışqırırdılarsa, yenə deyirəm, buna heç fikir verməmişəm... Bundan öncəki görüşlərdə yaxşı oyun göstərsək də, qələbə qazana bilməmişdik. Bu gün qələbəyə ehtiyacımız var idi, yaxşı oynayaraq qalıb gəldik. Çoxları artıq çempionluğun getdiyini düşünür. Ancaq bunu çempionatın sonunda biləcəyik. İndidən çempionatın necə bitəcəyini deyə bilmərəm... Jozef-Monrozun həfəboyu bir az ağrıları var idi. O, komandayla məşqlərə gec qoşulmuşdu. Namiq Ələsgərov isə özünü yaxşı tərəfdən göstərə bilmişdi. Bu üzdən ona şans verdim. Üstəlik, geniş heyətimiz var. Çalışıram ara-sıra bu cür rotasiyalara əl atım... Bu qələbəylə, demək olar ki, yaramızı bir az sağalda bildik. Ancaq bununla kifayətlənmirik. Əsas odu ki, bu qələbə növbəti oyunlar üçün bizə psixoloji üstünlük verəcək. Oyundan-oyuna daha da yaxşı oyun göstərməyə çalışacağıq... Niyə oyun, texniki-taktiki gedişlər barədə bir sual vermirsiz? Mən bu gün komandanı irəli çəkmək istəyirəm. Bu da bu gün məni qane etdi. Məşqçi kimi öz işimi görürəm. Özü də ürəklə, şərəflə. Biz yenə irəli baxırıq. Özümüzə bir yol seçmişik, həmin yolla da davam edəcəyik”.
Elmar Baxşıyev: “Oyunun çətin keçəcəyini təxmin etmişdik. “Neftçi” heyətinə görə yaxşı balanslanmış komandadı. Sadəcə, birinci hissədə Rasim Ramaldanovun zədələnməsi müdafiədə bir az boşluqlar yaratdı. Rəqib də bundan maksimum istifadə etdi. Rasimin son durumu MRT-dən sonra bilinəcək. Hazırda dizində şiş var. Ancaq dəqiq heç nə deyə bilmərəm. Bugünkü məğlubiyyəti daha çox ustalıq səviyyəsinə bağlamaq istərdim. Çünki “Neftçi” hər bir cəhətdə bizdən üstün görünür. Biz gənc komandayıq, hələ “artırmağa” yerimiz var. Komandaya inanırıq. Gənc oyunçularımız daha da “artıracaqlar”. Təbii ki, doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirdik. Sadəcə, planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Oyunu müdafiədə keçirdik görüntüsü yaransa da, əslində komandanı görüşə hazırlayanda arxada oturmaq fikrimiz yox idi. Sadəcə, rəqib bizi buna məcbur etdi. Bu gün “Neftçi” layiqli qələbə qazandı. Onları təbrik edirik”.
Rauf Əliyev: “Son nəticələrədən sonra bugünku oyunda qələbəyə çox ehtiyacımız var idi. Üzərimizdə təzyiq hiss edirdik. Çox şükür, son iki oyunu yaxşı keçirən “Qəbələ”yə səfərdə qalib gəldik. Əsas odu ki, bizim üçün vacib olan 3 xalı qazana bildik... “Qarabağ”dan 8 xal geri düşmüşük? Futbolda belə şeylər olur. Çempionata yaxşı başlamadıq. İstər-istəməz onun təsiri olur. Komanda təzyiq altında qalır. Ancaq bu vəziyyətdən özümüz çıxmalıyıq. Ümid edirəm ki, bundan sonra davamını gətirə bilərik. Qarşıda çox oyun var. İnarırm ki, qələbə qazandıqca hər şey yoluna düşəcək... Azarkeşlərin komanda qol vuranda sevinməməsiylə bağlı heç nə deyə bilməyəcəm. Oyundan sonra yaşına-başına hörmət etməyən bir kişi var idi, ağzına gələni danışırdı. Neçə ildi futbol oynayıram, heç vaxt azarkeşlərlə problem yaşamamışam. Adama təsir edən odu ki, biz “Qəbələ” üçün ən yaxşı nəticəni göstərib, kuboku götürdük. Amma hansısa bir ağsaqqal kobud bir ifadə işlətdi və biranlıq özümdən çıxdım. Əlbəttə, sakit qala bilərdim. Ancaq bura Azərbaycandı. Tribunada 5-10 nəfər azarkeş olur. 80 minlik stadionda oynamırıq ki, deyəsən, eşitmədik. Gəlib adamın üzünə baxa-baxa ağzına gələni danışır. Ona görə biranlıq özümdən çıxdım. İnşallah, bir də belə şey olmaz”.
HƏSƏN QULUZADƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar