02 okt 11:46liqa / reportaj

Əzmkarlıq, 2 möhtəşəm qol və 10-cu xal


24. Keşlə - Zirə 2:0 (0:0)
1. Stanislav Namaşko – 5,5
4. Slavik Alxasov (k) – 5,5
21. Miyuşko Boyoviç – 5,5
5. Franko Flores – 5,5
2. İlkin Qırtımov – 5,5
25. Con Kamara – 5,5
7. Tural Bayramlı – 5,5
11. Ruslan Qurbanov – 6,0
(22. Əfran İsmayılov, 63) – 5,0
10. Sezar Meza Kolli – 5,5
17. Vüsal İsgəndərli – 5,5
(3. Cabir Əmirli, 72) – 5,0
9. Lorenso Frutos – 5,5
(6. Rəşad Sadiqov, 73) – 5,0
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
16. Şahin Zəkiyev
14. Emin Mehtiyev
18. Ruslan Əmircanov
19. Azər Salahlı
66. Murad Qayalı
90. Orxan Fərəcov
91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Ruslan Qurbanov

1. Orxan Sadıqlı – 4,0
6. Alvaro Ampuero – 4,0
14. Bəxtiyar Həsənalızadə - 3,5
5. Anastasios Papazoğlu – 4,0
27. Adrian Skarlatake – 4,0
(88. Tellur Mütəllimov, 33) – 4,0
99. Rafael Məhərrəmli – 4,0
7. Cavid Hüseynov (k) – 3,5
(11. Soni Norde, 60) – 4,0
4. Elvin Camalov – 4,5
17. Robin Nqalande – 3,5
(10. Elvin Məmmədov, 74) – 3,5
48. Şafik Tiqruca – 5,0
18. Xulio Sezar Rodriges – 4,0
Ehtiyat oyunçular
28. Boyan Zoqoviç
8. İlkin Muradov
70. Nicat Süleymanov
77. Cəlal Hüseynov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Şafik Tiqruca
Qollar: R.Qurbanov, 51 (1:0). L.Frutos, 62 (2:0).
Vərəqələr: B.Həsənalızadə, 31 (hakimin qərarına etiraz). C.Hüseynov, 35 (qeyri-idman hərəkəti). V.İsgəndərli, 53 (qeyri-idman hərəkəti). C.Əmirli, 84 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
29 sentyabr. Bakı. ASCO Arena. 500 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Komandalar arasındakı prinsipiallıq təkcə hər ikisinin avrokuboklara vəsiqəyə iddia etməsinə görə deyildi. Hər ikisi 5 oyundan 7 xal toplamaqla turnir cədvəlində qonşu sayılırdılar. Bu isə o demək idi ki, qələbə qazanan tərəf bir addım önə keçəcəkdi. “ASK Arena” təmirə bağlandığından əsir-yesir qalan keşləlilər “Dalğa Arena”yla “Bakcell Arena”dan sonra bu dəfə “ASCO Arena”nı özünə doğma meydan seçmişdi.
Baş məşqçilərin güvəndiyi “11-lik”lərə baxanda təəccüblənməmək mümkün deyildi. Xüsusən də Samir Abasovun adına. Ötən tur 5 müdafiəçili sistemlə “Qarabağ”dan ilk 45 dəqiqədə 3 top buraxan “qartallar”ın “Keşlə”yə qarşı da eyni oyun modelindən istifadə edəcəyi inandırıcı görünməsə də, Abasov stadiona toplaşanları buna inanmağa məcbur etmişdi. Matçın gedişi Samir bəyin seçimində yanıldığını göstərdi. Bu haqda az sonra. Tərlan Əhmədov isə cinahlarda Ruslanla Vüsala, mərkəzdə Sezara, hücumda Lorensoya güvənməklə komandasının təhlükəli olacağına işarə vermişdi.
Cüzi futbol anlayışı olmaq kifayət edirdi ki, sonluğun necə olacağını ilk dəqiqələrdən təxmin edəsən. “Keşlə”lilər sanki taleyüklü oyuna çıxıbmış kimi əzmkarlıq nümayiş etdirir, meydanın hər qarışı uğrunda pressinq etməklə rəqibinə əl-qol açmaq imkanı vermirdi. Bunu meydanın rəqibə aid hissəsində etmələri və bir çox hallarda mübarizələrdən qalib ayrılmaları “qırmızılar”ın qələbəyə olan inamını artırırdı. Xüsusən də Slaviklə Ruslanın yer aldığı sol cinah parlaq görünürdü. Təhlükəli vəziyyətlər də elə həmin Ruslanın ifasında yaşanırdı. Onun 19-cu dəqiqədəki vuruşu qapının üstündən keçdisə, 27-ci dəqiqədə topu qapının cüzi fərqlə yanından vurmaqla məyus oldu. 34-cü dəqiqədə “Keşlə”nin futbolçuları növbəti qol fürsətini boşa verincə, komandalar fasiləyə qolsuz bərabərliklə yollandı.
Açığı, fasilədə Abasovun taktiki dəyişikliyə əl atacağını gözləyirdik. İlk 45 dəqiqədə komandasının hücumda çoxala bilmədiyini matçı izləyənlər kimi baş məşqçinin özü də görürdü deyə, mütləq dəyişikliyə ehtiyac vardı. Lakin o buna lüzum görməyincə, “Keşlə” axtardığı qolu tapdı. Meydanda ən fəallardan olan Qurbanov cərimə meydançasının həndəvərindən topu “9-luğ”a elə sancdı ki, bu qola azarkeşlərin ayaqüstə əl çalmaması ədalətsizlik olardı. “Zirə” özünə gəlməmiş növbəti qolun şokunu yaşadı. Bu dəfə Vüsalın əla cinah reydindən sonra qapı qarşısına göndərdiyi topa Frutos solaxay dəqiq zərbə endirməklə bir növ Avropa arenalarında görməyə alışdığımız qolları xatırlatdı. Açığı, meydan sahiblərinin 2 top vurmasından sonra müdafiənin qayğısına qalacağı gözlənilirdi. Lakin bu baş vermədi. Əhmədovun yetirmələri yenə əvvəlkitək pressinq edir, hesabı darmadağın həddə çatdırmaq istəyini göstərirdi. Düzdü, Abasovun əvəzetmələrindən sonra komandasında müəyyən canlanma müşahidə olunurdu. Lakin Xulionun hücumda tək qalması çəkilən əziyyətin boşa getməsinə gətirib çıxarırdı. Son saniyələrdə tablodakı rəqəmlərdən biri dəyişə bilərdi. Di gəl ki, əla driblinq nümayiş etdirən Əfran yaxın məsafədən topu qapının üstündən vurmaqla həm möcüzəyə imza atdı, həm də stadiona toplaşanları güldürdü.
“Keşlə” cari mövsümdə baxımlı və mübariz oyunla 3-cü qələbəsini qazanmaqla xalların sayını 10-a çatdırdı. İndi hamı ötən mövsümü sonuncu pillədə qapayan komandanın təhlükəli olacağından danışır. Ardıcıl 2-ci oyunda məğlub olan “Zirə”nin özünə gəlməsi üçün nə qədər vaxta ehtiyac duyacağını isə həftəsonu “Qəbələ” ilə Bakıdakı oyun göstərəcək.
HƏBİB

Gözdən qaçmadı
* Oyundan əvvəl uzun illərdi “Zirə”də qapıçılar üzrə məşqçi kimi çalışan Anar Niftəliyevlə rəqib komandanın futbolçusu Əfran İsmayılovun şirin-şirin söhbət edib, arada zarafatlaşması diqqəti çəkdi. Ona görə ki, bu şəxslər heç vaxt eyni komandada oynamayıb, ya da işləməyiblər. Görünür, isti münasibətin kökü başqa yerə gedib çıxır.
* Dördüncü hakim ilk yarıya əlaqə olunan dəqiqəni göstərəndə 2010-cu ildən Azərbaycanda yaşayan Ruslan Qurbanovun komanda yoldaşlarına bizim dildə səslənib, “3 dəqiqə qalıb” deməsi həm sevindirici, həm də maraqlı görüntü idi.
* Oyunu “Keşlə”nin prezidenti Zaur Axundov, eləcə də PFL-in başqanı Ramin Musayev yanaşı izləyirdilər.
* İlk hissədə oturmağın nə olduğunu bilməyən Samir Abasov 62-ci dəqiqədə noqdaun vəziyyətinə düşdü. Komandasının buraxdığı 2-ci qoldan sonra şoka düşən mütəxəssis, nəhayət, onun üçün ayrılmış skamyada əyləşdi ki, təxminən 6-7 dəqiqədən sonra yenidən texniki zonada var-gəl etməyə davam etdi.
* Oyunun sonlarına yaxın Meza Kolli arzulanmaz duruma düşdü. Rəqib futbolçu ilə mübarizədə “10 nömrə”nin futbolkası ön tərəfdən iki yerə bölündü ki, pərt olan Sezar texniki zonaya yaxınlaşıb formasını dəyişəndən sonra meydana döndü.

Reaksiyalar
Tərlan Əhmədov: “Olduqca gərgin oyun alındı. Hər iki komandada gərginlik vardı, bunu xüsusən də öz komandamda hiss etdim. İlk hissədən sonra taktiki gedişlərdə dəyişikliklərə əl atdıq, bunun da bəhrəsini gördük. Yaxşı oyunla, əzmkarlıqla olduqca vacib 3 xalımızı qazandıq. Hər bir futbolçumu təbrik edirəm. Oyundan-oyuna baxımlı futbol göstərməyə çalışırıq. Futbolçular bu gün naharda nə yemişdilər? Həftəlik tsikl üçün öncədən hazırlanan yemək proqramı var, onu da yemişdilər (gülür). Nə demək istədiyinizi başa düşdüm. Biz komandanı yeməklə yox, sözlə motivasiya edirik. Motivasiyamızın kökü də budu: biz heç kimdən zəif deyilik! O ki qaldı budəfəki “11-liy”ə, farta inanan adam deyiləm. Sadəcə, həftəiçi məşlərdə kim özünü yaxşı tərəfdən göstərirsə, onlara da güvənirik. Bəzən də rəqibin oyununa uyğun seçim etmək məcburiyyətində qalırıq. Bu gün Əfran optimal formasında olsa, o da əsas heyətdə yer ala bilər. Məni sevindirən komandada rəqabətin olmasıdı”.
Samir Abasov: “İlk dəqiqələrdən hiss olunurdu ki, oyunda aqressivlik yüksək həddə çatacaq. Belə də oldu. Açığı, deməyə söz tapmıram. İndiki halda rəqibi təbrik etməyi özümə borc bilirəm. Mübarizlikdə, aqressivlikdə onlara uduzduq. Təbii, biz də qalib gəlmək istəyirdik. Lakin mübarizlikdə onlara çata bilmədik. Bəzən ikili mübarizələrdən çəkinirdik, bilmirəm niyə. Hər şey göz qabağındadı. Bu dəqiqə günahkar axtarmaq fikrində deyilik. Uduzmuşuqsa, hamımızın günahı var. Ona görə də ayrı-ayrı fərdlərə bölmək istəmirəm. Halbuki belələri var idi. Bundan sonra belə oyunlar çox olacaq. Nöqsanları görməli, aradan qaldırmağa çalışmalıyıq. “Qarabağ”la “Neftçi”nin səviyyəsi bəllidi, baxımlı oynayırlar deyə, sən də istədiyin futbolu sərgiləmək istəyirsən. Lakin digər komandaların öz aralarındakı oyunlarında mübarizlik olduqca vacibdi. O ki qaldı bu oyunda “5-li” müdafiəyə güvənməyimizə, hər dəfə sistemi dəyişmək olmur. Bu həftə bir, növbəti həftə başqa sistemlə oynayanda gərək tez-tez uşaqların beynini format edəsən. Sadəcə, matçın gedişində bəzi dəyişikliklərə əl atırıq. Bir də ki, 4 müdafiəçiylə oynasaydıq, hücumda çoxala biləcəyimizə kim zəmanət verə bilərdi? 5 nəfər – Xulio, Şafik, Rafael, Cavid və Alvaro sırf hücum xəttini gücləndirməli olan futbolçular idi”.
Zaur Axundov: "Ağır qarşılaşma oldu. "Zirə" yaxşı komandadı. Bu komandaya həmişə hörmətlə yanaşmışam. Bu gün futbolçularımız daha əzmkar idilər və çox diqqətli oynadılar. İndidən nəsə demək çətindi. Qarşıda uzun marafon var. Oyundan-oyuna yeni futbolçular bir-birini daha yaxşı başa düşəcəklər. Düşünürəm ki, bununla kifayətlənməməliyik və hər görüşə məsuliyyətli yanaşmalıyıq. Komandada artıq nizam-intizam var. Bunu ötən mövsüm görmürdük. Həm “Keşlə”yə, həm də ölkə futzalına rəhbərlik etməyim mənə maneə törətmir. Futzaldakı oyunları da izləyirəm. “Araz" Çempionlar Liqasında oynayacaq. Oktyabrın sonunda millimizin dünya çempionatının seçmə mərhələsində qarşılaşmaları var. Futzal Federasiyasından istefa verəcəm? Bunlar yalan xəbərlərdi, işimizi davam etdiririk. Oktyabrın sonunda möhtəşəm turnir var. Bunlar hamısı kiminsə uydurmasıdı".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar