02 okt 11:43liqa

İntriqa qızışır


Cari mövsümün ən maraqlı turu idi desək, yanılmarıq. 6-cı tur bir çox maraqlı məqamlarla yadda qaldı ki, ən diqqətçəkəni bütün oyunlarda qolların vurulması və məhsuldarlığın yüksək olması idi. 4 oyunda qapılara 10 qol vuruldu, bu da hər matça orta hesabla 2,5 qol deməkdi.
Bir başqa məqam 4 qarşılaşmadan 3-də meydan sahiblərinin qələbə qazanmasıdı. Hə, xüsusi vurğulaya biləcəyimiz amil turun cəmi 2 fərqli hesabla başa çatmasıdı. 2 oyunda 3:0 qeydə alındı, qalan ikisində 2:0. Və bütün görüşlərdə komandalardan yalnız biri qol vurmağa müvəffəq oldu.
Bütün oyunlar gərginliyi və baxımlılığı ilə yadda qaldı. Məsələn, çempionatda rəqib tanımayan, qarşısına çıxan rəqibləri əzib keçən “Qarabağ”ın “Sumqayıt”ı asanlıqla məğlub edəcəyi proqnozlaşdırılırdı. Lakin əksini gördük. Çempion özündən qat-qat zəif rəqibini udmaq üçün xeyli tər tökməli oldu. Təkcə qolların dəqiqələrinə baxmaq kifayət edir. “Kimyaçılar”ın təcrübəsi imkan versəydi, Mahirin 90-cı dəqiqədə vurduğu qola qədər hesabı bərabələşdirər, bununla da turun sensasiyasına imza atardılar. Bu baş verməyincə, ağdamlılar cari mövsümdəki 6-cı oyunda 5-ci “quru” hesablı qələbəsini qazandı. Və maksimum nəticə ilə rəqiblərinə yuxarıdan aşağı baxırlar.
“Sabah”la “Neftçi”nin durumu oxşar idi. Mövsümə uğursuz başlayan hər iki komanda özünəinamı qaytarmaq üçün mütləq qələbə qazanmalıydı. Növbəti xal itkisi komandaları uçuruma aparacaqdı. Bu mənada Roberto Bordinin işi daha çətin görünürdü. Oyundan iki gün əvvəl Müşahidə Şurasından ciddi mesaj alan italyan çalışdırıcı qələbə olmayacağı təqdirdə onu nələrin gözlədiyini yaxşı bilirdi. Odu ki, futbolçular həm klubun nüfuzuna, həm də özlərinə görə oynamalı, qəzəbli azarkeşlərin hirsini nisbətən soyutmaq üçün Bakıya 3 xalla qayıtmalıydılar. Yekunda bunu bacarmaq mümkün oldu. Hesabında 8 xal olan “ağ-qaralar” səfər qələbəsi sayəsində gələcəyə ümid vermiş oldu. “Qəbələ”nin sonuncu pillədən qurtulacağına bel bağlayanların proqnozu isə çətin ki, doğrulsun.
Eyni sözlər “Sabah”a da aiddi. Sadəcə, əsas fərq ondaydı ki, komanda udub-uduzsa da, rəhbərlik baş məşqçi axtarışını davam etdirir. Sadəcə, İqor Ponomaryovun adı söhbəti vardı. 10 ildi məşqçilikdən uzaq düşən İqor Anatolyeviçin məşqçi kimi tükənmədiyini göstərmək üçün yetirmələri “Səbail”i məğlub etməliydi. Oyun hər nə qədər çətin alınsa da, sona yaxın toparlanan “tələbələr” rəqibini diziüstə oturmağa məcbur edə bildi.
Mövsümün əvvəlində çoxlarının ciddiyə almadığı “Keşlə” isə rəqiblərini özləri ilə ayaqlaşmağa məcbur etməkdə davam edir. Açılış turunda “Qarabağ”a minimal hesabla məğlub olan, çempionluğa digər namizəd göstərilən “Neftçi”ylə heç-heçə edən “qırmızılar” “Sabah”la “Qəbələ”nin ardınca “Zirə”yə də yerini göstərdi. Parlaq və inamlı oyunun gətirdiyi haqlı qələbə nəticəsində bakılılar lider “Qarabağ”dan sonra ən çox xal toplayan iki komandadan biridi.
Növbəti turun bundan da maraqlı olacağını ehtimal etmək olar. Lüksemburqdan yorğun qayıdacaq “Qarabağ”la özünə gəldiyinə dair ismarıc verən “Sabah”ın duelini, eləcə də azı 2-ci pilləyə yüksəlmək iddiasından olan “Neftçi”ylə özündən 2 xal öndə olan “Səbail”in qarşılaşmasını, doğma azarkeşləri önündə inamlı təsir bağışlayan “Sumqayıt”la “bərk qoz” sayılan “Keşlə”nin oyununu səbirsizliklə gözləməyə dəyər. Elə ardıcıl 2 oyundu uduzan “Zirə”ylə qeyri-sabit qrafik cızan “Qəbələ”nin görüşünü də. Qısası, get-gedə intriqa qızışır.
1-ci dövrə, 6-cı tur
27 sentyabr
Qarabağ – Sumqayıt 2:0
28 sentyabr
Qəbələ - Neftçi 0:3
29 sentyabr
Sabah – Səbail 3:0
Keşlə - Zirə 2:0
1. Qarabağ 6 6 0 0 15-1 18
2. Səbail 6 3 1 2 7-9 10
3. Keşlə 6 3 1 2 8-3 10
4. Neftçi 6 2 2 2 6-5 8
5. Zirə 6 2 1 3 5-8 7
6. Sumqayıt 6 2 0 4 5-9 6
7. Sabah 6 1 2 3 5-5 5
8. Qəbələ 6 1 1 4 2-13 4
Bombardirlər: Lorenso Frutos (Keşlə) – 4, İsmayıl İbrahimli, Mahir Əmrəli (hər ikisi “Qarabağ”), Mehdi Şərifi (Sumqayıt), Mirabdulla Abbasov (Səbail) - 3.
Növbəti turun oyunları - 5 sentyabr – Neftçi – Səbail, Sumqayıt – Keşlə; 6 sentyabr – Qarabağ – Sabah, Zirə - Qəbələ.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar