25 sen 17:42liqa / reportaj

“Sabah” Sumqayıtda da büdrədi


18. Sumqayıt – Sabah (Bakı) 1:0 (1:0)
1. Mehdi Cənnətov – 5,5
18. Süleyman Əhmədov – 5,5
5. Camaləddin Xocaniyazov – 5,5
4. Şəhriyar Əliyev (k) – 5,5
14. Elvin Bədəlov – 5,0
22. Sərtan Taşkın – 5,5
6. Vüqar Mustafayev – 6,0
28. Səbuhi Abdullazadə - 5,5
(97. Xəyal Nəcəfov, 90+2) – qiymətsiz
10. Əmir Ağayev – 5,5
(90. Rəhim Sadıxov, 83) – qiymətsiz
9. Amil Yunanov – 5,0
(8. Peyman Babayi, 65) – 5,0
70. Mehdi Şərifi – 4,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
94. Nicat Mehbalıyev
2. Rail Məlikov
7. Ehtiram Şahverdiyev
11. Elgün Nəbiyev
50. İlqar Qurbanov
44. Elvin Cəfərquliyev
20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Vüqar Mustafayev

1. Saşa Stamenkoviç – 4,5
21. Təmkin Xəlilzadə - 4,5
15. Ruslan Abışov (k) – 5,0
4. Bəhlul Mustafazadə - 4,5
13. Filip İvanoviç – 4,5
17. Məhəmməd Mirzəbəyov – 4,5
(23. Amadu Diallo, 55) – 4,5
6. Vadim Abdullayev – 4,0
(14. Rəşad Eyubov, 46) – 4,5
22. Məqsəd İsayev – 4,5
26. Ozancan Kökcü – 4,0
10. Cavid İmamverdiyev – 4,0
(19. Rocer Roxas, 72) – 4,0
9. Ulise Diallo – 4,0
Ehtiyat oyunçular
71. Dmitri Bezruk
5. Kərim Diniyev
7. Coşqun Diniyev
77. Cavid Tağıyev
27. Hendrik Ekşteyn
99. Abbas Ağazadə
11. Şakir Seyidov
Məşqçi: Rövşən Babayev
Komandanın ən yaxşısı: Ruslan Abışov
Qol: S.Taşkın, 34 (S.Əhmədov).
Vərəqələr: C.Xocaniyazov, 2 (qeyri-idman hərəkəti). R.Abışov, 24 (hakimin qərarına etiraz). U.Diallo, 28 (hakimin qərarına etiraz). E.Bədəlov, 37 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 37 (qeyri-idman hərəkəti). F.İvanoviç, 69 (qeyri-idman hərəkəti). M.Cənnətov, 71 (oyunun bərpasını ləngitmək). M.Şərifi, 73 (hakimin qərarına etiraz). B.Mustafazadə, 79 (qeyri-idman hərəkəti) – sarı. M.Şərifi, 79 (oyunun bərpasını ləngitmək) – qırmızı (ikinci sarı).
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
21 sentyabr. Sumqayıt. Kapital Bank Arena. 1000 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Şənbə günü Sumqayıtda yaşlı ağacları kökündən çıxara biləcək külək əsirdi. Belə soyuq havada meydan sahibləri “Sabah”ı qonaq edirdi. O komandanı ki, həftəiçi baş məşqçisi istefaya göndərilmişdi. Müvəqqi baş məşqçi təyin olunan İqor Ponomaryov isə matçı VİP-lojadan izləməyə üstünlük vermiş, “kimyaçılar”la oyuna kollektivi əvəzedicilərin çalışdırıcısı Rövşən Babayev çıxarmışdı. Bu üzdən düşünmək olardı ki, mövsümün startı ərəfəsində mükafatçılar sırasına düşəcəyi güman olunan, ancaq hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Sabah”ın oyununda yaxşılığa doğru dəyişiklik olacaq, futbolçular yeni baş məşqçinin gəlişini 3 xalla qeyd edəcək. Ancaq “tələbələr” bu dəfə də meydanı məyus tərk etdilər. “Sabah”ın uduzması bir yana, meydanda sərgilənən oyun da “tələbələr”in sabahına kölgə salır. Təsadüfi deyil ki, məşqçi matçdan sonra keçirilən mətbuat konfransında yeni transferlərin səviyyəsinin aşağı olduğunu açıq mətnlə söylədi. Bunun günahının kimdə olduğunu isə Rövşən bəy demədi.
Oyuna gəlincə, reportajın əvvəlində qeyd etdiymiz kimi, güclü külək ilk yarıda qonaqlara, fasilədən sonra meydan sahiblərinə adi ötürmə verməkdə çətinlik yaradırdı. Hər iki komandanın üzvləri xırda ötürmələr hesabına meydanın mərkəzini keçməyə çalışırdı. Lakin bu da hər dəfə alınmır, futbolçular çoxlu texniki səhvə yol verirdilər. Qapıya ilk zərbə qonaqlardan gəldi. 9-cü dəqiqədə Mirzəbəyov təxminən 23 metrdən “çərçivə”ni nişan alsa da, Cənnətov zərbəni dəf edə bildi. Növbəti təhlükəli vəziyyət 24-cü dəqiqəyə təsadüf etdi. Bu dəfə yerli azarkeşlər sevinməyə yaxın oldular. Ancaq Süleymanın zərbəsindən sonra top tirə dəyərək meydanı tərk etdi. Tirdən öncə isə Stamenkoviç “mərmi”yə barmaqlarının ucu ilə toxunaraq traektoriyanı dəyişməyi bacarmışdı. İlk yarının sonuna 11 dəqiqə qalmış “kimyaçılar” hesabı açmağa müvəffəq oldular. Zərbəsi tirdən dönən Əhmədovun qapı önünə ötürməsindən sonra top müdafiəçiləri də aşaraq Sərtanın qarşısına düşdü. Hücuma dəstək vermək üçün rəqibin cərimə meydançasına kimi gedən müdafiəçi şansını qaçırmadı və Stamenkoviçi topu tordan çıxarmağa məcbur etdi. Hissənin son saniyələrində meydan sahibləri hesab arasında fərqi 2 topa çatdıra bilərdilər. Lakin Əmirin künc zərbəsindən birbaşa qapıya ünvanladığl top yenə tirə dəyib çölə çıxdı.
İkinci yarıda küləyin artıq “Sabah”ın “12-ci oyunçusu”na çevriləcəyini nəzərə alıb, qonalqarın böyük üstünlüyə yiyələnəcəyini düşünmək olardı. Ancaq tribunada olan azarkeşlər, matçı ekran qarşısında izləyənlər fərqli mənzərəyə şahidlik etdilər. Qəribə olsa da, meydan sahibləri rəqibdən daha üstün təsir bağışladılar. Ayxan bəyin çalışdırdığı komanda sevdiyi oyun - əks-hücum ilə qonaqlara çətin anlar yaşatdılar. 56-cı dəqiqədə Yunanov, 1 dəqiqə sonra isə Şərifi cərimə meydançasına daxil olub zərbə mövqeyinə çıxsalar da, fərqlənə bilmədilər. Hər iki halda qonaqların müdafiəçiləri son anda onları “tərksilah etdilər”. Yeri gəlmişkən, Şərifi 79-cü dəqiqədə ikinci “sarı”nı aldığından komandasını azlıqda qoydu. Əsas vaxta əlavə olunmuş dəqiqələri də nəzərə alsaq, təxminən 15 dəqiqə say üstünlüyünə yiyələnən qonaqlar daha çox uzaqdan zərbələr hesabına nəsə etməyə çalışsalar da, Cənnətovu məyus edə bilmədilər. Qolkiper Abışovun iki, Kökçünün isə bir təhlükəli zərbəsinin qarşısını almaqla komandasının qələbəsində pay sahibi oldu.
RƏŞAD

Reaksiyalar
Rövşən Babayev: “Rəqibi təbrik edirəm. Hava şəraiti sözünü dedi. Qısa müddətdə komandada vəziyyəti dəyişməyə çalışdıq. Ancaq alınmadı. İşimizi davam etdirərək son pillədən qurtulmağa çalışacağıq. Hiss olunur ki, hücumda çatışmazlığımız var. Gücləri çatmır, keyfiyyət istənilən səviyyədə deyil. Yüksək səviyyədə futbolçu deyillər. İqor Ponomaryovla hələ görüşməmişik ki, nəsə deyim. Bu matçdan sonra bir araya gələndə fikirlərimi bildirəcəm. Əslində bir həftə yox, 4-5 gün iş başında olmuşam. Bu mövsüm əvəzedicilərdə olsam da, əsas komandada başverənləri bilirdim. Ponomaryovla görüşəndə deməyə sözüm olacaq. Udmaq istəyirdik. Ancaq alınmadı”.
Ayxan Abbasov: “Öncə bu cür soyuq və küləkli havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək buraxmadılar, onlara ehtiyacımız var idi. Əsl azarkeş olduqlarını nümayiş etdirdilər. Futbolçularımıza da təşəkkür edirəm. Önəmli həftə idi. Haqsız xal itkiləri olmasaydı, bu gün bəlkə başqa yerdə ola bilərdik. Futboçularda o inamı, istəyi görürdüm. Yaxşı qələbə oldu. Hava şəraitnə baxmayaraq, komandamız yaxşı, istəkli oyunla 3 xalı qazandı. Elə komandayıq ki, bizim üçün çətin olacaq. Qarşımıza şərt qoyulub ki, gənc futbolçulara şans vermək, onları yetişdirmək lazımdı. Bunun üzərində çalışırıq. Başqa klublardan fərqli bizdə oyunçu seçimi azdı. Sabah məğlubiyyət ola bilər, onda günahkar mən olacam. Ancaq söz verirəm ki, "Sumqayıt" əzmkar komanda olacaq. Mən bura gələndə kiməsə Avroliqaya vəsiqə vədi verməmişəm. Sumqayıtda küləkli havaya öyrəşmişik, birinci dəfə deyil. Bizi sevindirən odu ki, bu dəfə ikinci hissədə küləyə qarşı oynayanda uduzmadıq. Bunadək "Neftçi" və "Səbail"lə matçlarda ilk hissədə üstün olsaq da, ikinci yarıda buraxdığımız qolla yenilmişdik. Bunu nəzərə alaraq, futbolçularımıza fasilədən sonra hücum etməyi tapşırmışdım. Belə çətin şəraitdə olsa belə, 4-5 qol imkanımız oldu. Rəqiblə də mübarizə apardıq, küləklə də. "Sabah"ın da durumu bəllidi. Onlara da qələbə lazım idi ki, bu da bizə çətinlik yaradırdı”.
Amil Yunanov: "Belə havada oynamaq çətindi. Komandamız son 3 matçda uduzmuşdu. Az da olsa, üzərimizdə təzyiq var idi. Şükürlər olsun, qələbə qazandıq. Əsas olan 3 xal idi, onu da əldə etdik. Bəzi məqamlarda qol şanslarından istifadə edə bilmədim. Havanı bəhanə etmirəm, amma mövqe tutmaq çətin idi. Belə görüşlərdə, sadəcə, döyüşmək lazım idi. Vacib 3 xalı qazandıq. Ötən mövsüm "Keşlə"də son oyunlarda meydana çıxmadım. Bu da təsirini göstərir. Təlim-məşq toplanışımız çətin keçdi. Amma artıq hər şey qaydasına düşür. Yaxşıya doğru gedirəm. Çalışacam ki, əvvəlki Amildən də yaxşı olum. "Keşlə"yə keçid məni geri saldı. "Sumqayıt"dakı son mövsümümdə 13-14 qol vurmuşdum. Ancaq "Keşlə"yə keçəndən sonra oyunumda eniş oldu. Halbuki pis başlamamışdım. Sonrası isə yaxşı olmadı. Mövsümün sonlarına doğru az şans qazandım. Bu amil məni geriyə atdı. İnanıram ki, vəziyyətdən çıxacam. Növbəti turda “Qarabağ”la qarşılaşacağıq. Bilirsiz ki, "Qarabağ" bu dəqiqə Azərbaycanın ən güclü komandasıdı. İstər-istəməz onlara qarşı oynayanda daha motivasiyalı olursan. Güclü komandalara qarşı oynamağı xoşlayıram. Bu, bizim üçün də yaxşıdı. Səfərdə oynasaq da, xal qazanmağa çalışacağıq”.

Gözdən qaçmadı
* İqor Ponomaryovun “Sabah”a baş məşqçi təyin olunması vaxtilə “Neftçi”də onunla çiyin-çiyinə oynamış veteran futbolçuların “tələbələr”ə marağını artırıb. Təsadüfi deyil ki, şənbə günü Sumqayıtda keçirilən matçı olimpiya çempionu ilə yanaşı, İsgəndər Cavadov, Asim Xudiyev də izləyirdi. Maşallah Əhmədov matçın AFFA nümayəndəsi olmasaydı, böyük ehtimalla o da sabiq komanda yoldaşları kimi VİP-lojada əyləşəcəkdi.
* “Sabah”ın sabiq baş məşqçisi, hazırda klub prezidentinin müşaviri vəzifəsini icra edən Elşad Əhmədov oyunu tribunadan yox, sabiq köməkçisi Səttar Əliyevlə birgə ayaqüstə stadionun kənarından izləyirdi.
* Fasilədə Rövşən Babayev dəhlizin bir küncünə çəkilib “Sumqayıt”la matçda köməkçisi funksiyasını yerinə yetirən xorvat mütəxəssislə tərcüməçinin köməyi ilə nə barədəsə danışırdılar.
* Oyunun gedişində futbolçular arasında bir neçə dəfə qarşıdurma yaşandı. 34-cü dəqiqədə Xəlilzadənin Bədəlovun ayağına bilərəkdən zərbə endirməsi narazılıq doğurdu və hər iki komandanın futbolçuları az qala əlbəyaxa davaya çıxacaqdılar. Lakin məşqçilərin müdaxiləsi olayın böyüməsinə imkan vermədi. Bəhlulla Mehdi arasında yaşanan insidentin sonu isə birincinin “sarı” alması, ikincinin meydandan qovulması ilə yekunlaşdı. Ümumiyyətlə, “Sumqayıt”ın forvardının oyunun əvvəlindən əsəbi olduğu, gec-tez meydandan qovulacağı hiss olunurdu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar