25 sen 12:01liqa

Aftandil Hacıyev UEFA-dan pul gözləyir


Elmar Baxşıyev isə “Qəbələ”nin yenə “artıra” biləcəyini düşünür
Oyunsonrası mətbuat konfransına əvvəlcə qonaqların çalışdırıcısı Elmar Baxşıyev təşrif buyurdu və dərhal da oyun haqda danışmağa başladı.
- Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. “Səbail” yerli oyunçulardan qurulan, yaxşı komandadı. Həftə ərzində rəqibin üstün və zəif cəhətlərini təhlil edib, fikrimcə, komandanı oyuna yaxşı hazırlaya bildik.
- Bilmək istəyirəm ki, bu, “Qəbələ”nin maksimumu idi, yoxsa komanda bundan daha yaxşı oynaya, “artıra” bilər? Sizə elə gəlmir ki, Ülvi İsgəndərovun 53-cü dəqiqədə qapıçının üstündən aşırdığı və tora düşməyən top oyunun qırılma nöqtəsi idi? O qol olsaydı, oyunun taleyi həll olunacaqdı.
- Futbol bir yerdə dayanmır. Əlbəttə, həmişə “artırmaq” üçün yer var. Biz də zəif cəhətlərimizi bilirik. Sadəcə, vaxt lazımdı ki, həmin o zəif cəhətləri aradan qaldıraq. İki oyunçumuz – Asif Məmmədovla Klesio da zədəlidi. Onlar da komandaya qoşulandan sonra daha fərqli “Qəbələ” görə biləcəyik.
Epizodlarla götürməyək. Komandanın gündən-günə inkişaf etməsi bizi sevindirir. Özümüz də hiss edirik ki, sentyabrın 7-də keçirilən “Sumqayıt”la yoldaşlıq oyunundan başlayaraq komandada nəsə artım var. Həmin epizoda qayıtmaq istəmirəm. Futbolun gözəlliyi bundadı. Hər topu vursan, onda hesab fərqli olar. Yenə deyirəm ki, gənc komandayıq, heç kimdən çəkinmirik, oyundan-oyuna da daha yaxşı oyun sərgiləməyə və nəticə qazanmağa çalışacağıq.
- Oyunun gedişində bir neçə dəfə hakimliyə kəskin etiraz etdiz.
- Hakimlik normal idi. Əliyar Azərbaycanın ən yaxşı hakimlərindən biridi. Futbol emosiya oyunudu. Ona görə də hər şeyi normal qarşılamaq lazımdı. Biz də hərdən özümüzü saxlaya bilmirik. Məncə, Əliyar oyunu ideal idarə etdi.
Aftandil Hacıyev də əvvəlcə oyun haqda danışdı:
- Bu gün həqiqətən çətin oyun oldu. Artıq 5 tur arxada qalıb. “Qarabağ” xaric bütün komandalar oyunu ilə 2-ci yer uğrunda sona qədər mübarizə aparacaqlar. “Qəbələ” əvvəlki oyunlarda uduzmuşdusa, düşünürəm ki, bugünkü oyunu ilə ilk “3-lüy”ə də iddia edə bilər. Psixoloji üstünlük “Qəbələ”nin tərəfində idi. İlk yarıda yaxşı oynaya bilmədik. Ancaq sonradan dəyişikliklər etdik, “B” planına keçdik. Həm əvəzetmədən, həm də sistem dəyişikliyindən sonra istədiyimiz oyunu tapa, lazım olan qolu vurub bu gün meydandan heç olmasa, 1 xalla ayrıla bildik.
- Həftəboyu mediada klubun maliyyə problemi yaşaması, Tamerlan Abdullayevin futbolçularla görüşərək, onlara mükafatlarının Avroliqada iştiraka görə UEFA-dan gələcək pul hesabına ödəniləcəyini vəd etməsi haqda söz-söhbət gəzdi. Bu söz-söhbətin real əsası varmı? Varsa, komandanın meydandakı oyununa nə dərəcədə təsir göstərir?
- Mövsümdən əvvəl heyətə cəlb etdiyimiz futbolçuları saxlaya bilməməyimiz söhbətlərin əsasının olmasından xəbər verir. Bu haqda geniş danışmağı lazım bilmirəm. Tamerlan Abdullayev də çox çalışır ki, maliyyə baxımından ləngimələr olmasın. Müəyyən qədər gecikmələr olsa da, hələ ki öhdəsindən gəlirlər. Qarşıdakı aylarda nə olacağını deyə bilmərəm. Amma şükürlər olsun ki, bu gün çətinliklər oyunumuza yansımır. Futboçulara təşəkkür etmək istəyirəm. Meydanda olan onlardı. Qışa qədər UEFA da hesabımıza müəyyən məbləğ köçürəcək. Vəziyyətin daha yaxşı olacağına inanıram.
- “Səbail”in əvvəlki ev oyunları ərəfəsində bu zonada afişalar yapışdırılırdı. Lakin Elvin Yunuszadənin şəkli olan afişanın zibilqabına yapışdırılmasıyla bağlı qalmaqaldan sonra heç bir afişaya rast gəlməmişik. Bunun səbəbi nədi?
- (bu suala klubun mətbuat katibi Törə Əhmədova cavab verir) Heç bir neqativ səbəb yoxdu. Sadəcə, bu oyun üçün etməmişik.
...Sonradan Törə xanım bu sətirlərin müəllifi ilə əlaqə saxlayaraq bildirdi ki, klubun marketinq şöbəsi Səbailin müəyyən yerlərində oyunun afişasının yapışdırıldığı haqda ona bilgi verib.
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar