20 sen 12:38liqa

Turdan məqamlar


Turun...
...qonaqları...

Premyer-liqa oyunlarını canlı izləyənlərin sayı o qədər də çox deyil deyə, hansısa tanınmış simanın stadionda görünməsi əks-səda doğurur. Təəssüf ki, həmin məşhurları sıradan oyunlarda yox, məhz mərkəzi qarşılaşmalarda görmək imkanımız olur. Necə ki, bazar günü baş tutan “Qarabağ” – “Neftçi” derbisində iki ünlü idmançı diqqətdən yayınmadı.
Söhbətin karate üzrə dünya çempionu Rafael Ağayevdən və güləş üzrə üçqat dünya çempionu Hacı Əliyevdən getdiyini anlamaqda çətinlik çəkmədiyinizi bilirik. Hər iki döyüşçü mərkəzi qarşılaşmanı birgə izlədi, yekunda stadionu “Qarabağ”ın kapitanı, eyni zamanda 21-ci əsrin ən tanınmış azərbaycanlı futbolçusu Rəşad Sadıqovla birgə tərk etdilər.
Rafaellə Hacının Rəşadla dost münasibətində olduğunu idmançıları yaxından tanıyanlar bilir. Sadəcə, əsas sual Ağayevlə Əliyevdə avrokubok matçına yox, hansı səbəbdən premyer-liqa qarşılaşmasına canlı baxmaq istəyinin yaranmasıydı. Hər halda, onları çempionat görüşlərində tez-tez görmürük. Sualı Rəşad Sadıqova ünvanlayıb, cavabına qulaq asdıq: “Hacıyla Rafael Azərbaycan futbolu ilə yaxından maraqlanırlar. Bakıda olduqda, məşqlərdən, təlim-məşq toplanışlarından vaxt tapdıqda “Qarabağ”ın avrokubok oyunlarında stadiona təşrif buyururlar. O ki qaldı sırf “Neftçi” ilə matça, derbi idi, maraqlı mübarizə gözlənilirdi və hamı bu oyundan danışırdı. Ona görə də qarşılaşmanı canlı izləməyə üstünlük vermişdilər”.
...cəzalısı...
Qaydalara riayət etməyən və ya hakimləri, rəqib futbolçuları, rəqib həmkarları təhqir edən məşqçilər cəzalanır, yəni təxniki zonadan qovulur. İntizam Komitəsinin çıxardığı qərar isə müəyyən məbləğdə pul cəzası ilə bir neçə oyunluq texniki zonaya buraxılmamaq olur.
Dəfələrlə belə hallarla rastlaşmışıq. Məşqçiləri ona görə qovurlar ki, onlar oyun zamanı meydandan uzaq qalsınlar, nəticədə komandaya lazımi effekti verməsinlər. Və bir də bu cür əməli təkrarlamasınlar. Lakin bizdə, lap elə dünyanın bir çox yerlərində cəzalanan məşqçilərin komandadan uzaq düşmədiyini görürürk. Matç vaxtı ehtiyat oyunçular skamyasının arxasında dayanıb köməkçiləri vasitəsi ilə yetirmələrinə lazım olan tapşırıqları verirlər. Buna qədər bu halı müxtəlif mütəxəssislərdə görmüşdüksə, hesabat turunda Ayxan Abbasovun çətinlik çəkmədiyinə şahidlik etdik. “Sumqayıt” – “Zirə” oyununda komandasının ehtiyat oyunçular skamyasının iki metrliyindən, dəmir çəpərin arxasından izləyirdi ki, belədə köməkçilərinə və futbolçulara tapşırıq vermək onun üçün çətin olmurdu.
Maraqlıdı, Ayxan bəy özü bunu nə dərəcədə normal sayır? Belə də olmalıdı, yoxsa hansısa tədbir görülməlidi: “Əvvəla, cəzalanmağı heç bir məşqçiyə arzulamıram, o cümlədən özümə. Çünki texniki zonada dayanmağın yerini heç nə vermir. Biri var sırf komandanın yanında olmaq, biri də var uzaqdan, kənardan göstəriş vermək. Sualınıza gəlincə, cəzalı məşqçinin harda dayanması stadionun durumundan asılıdı. Cəzalı olduğum əvvəlki oyunlarda matçı tribunadan izləmişəm. Lakin “Kapital Bank Arena”dakı vəziyyət elədi ki, çəpərin arxasında dayanmaq məqsədəuyğundu. Rahat “skay-boks” olsa, təbii ki, ordan baxaram. Şükürlər olsun, müasir texnologiya inkişaf edib, birinin fikrini, tapşırığını digərinə çatdırmaq problemi yoxdu. Uzaqda olsam da, göstərişlərimi hansısa yolla verə bilərəm. Bir də ki, çəpərin arxasında dayanmaq, yaxud tribunada oturmaq və ya lap uzaq yerdə qərarlaşmaq – texniki zonada deyilsənsə, bunların hər biri cəza sayılır. Çünki məşqçinin yeri texniki zona olmalıdı”.
..sayı...
“Səbail”in 2017-ci ildən premyer-liqada çıxış etməsinə baxmayaraq, müəyyən azarkeş dəstəyinə sahib olduğunu deməliyik. Komandanı “Dənizçilər” fanklubu dəstəkləyir. Açığı, qrupun tərkibində olanların fəallığı daha çox ötən mövsümün gedişində, xüsusən də Maykl Essyen gələndən sonra, yəni çempionatın ikinci yarısında daha çox nəzərə çarpırdı. Lakin cari mövsümdə istər ev, istərsə də səfər matçlarında say azlığı müşahidə olunmaqdadı.
Məsələn, “Keşlə” ilə “Bakcell Arena”dakı oyunda “Dənizçilər”in sayı 25 nəfəri ötəməzdi. Halbuki bir neçə ay əvvəl fanklubun rəhbəri Atif Rüstəmli xeyli sayda azarkeşə sahib olduqlarını və zamanla sayın artacağını demişdi. Görünür, klubun maddi durumunun pisləşməsi, üstəgəl, bir neçə legionerlə yolların ayrılması fanatların “Səbail” sevgisinə təsir edib. Hər halda, buna başqa ad tapmaq olmur. Amma yox, Rüstəmli ilə dünənki söhbətdə say azlığının başqa səbəblə bağlı olduğunu öyrəndik: “Tam düz qeyd edirsiz. Cari mövümdə sayımız ötən çempionatdakı qədər çox deyil. Fanklubun üzvlərinin çoxu Dənizçilər Akademiyasında təhsil alanlardı. Onlar da neçə vaxtdı tətildə idilər, çoxu da rayonlarda yaşayan uşaqlardı, Bakıda deyildilər. Üstəlik, orta və ali məktəblərdə tətil idi, hamı ora-bura dağılışmışdı. Şükülər olsun, artıq dərslər başlayıb. “Qəbələ”ylə oyundan başlayaraq, say artımını müşahidə edəcəksiz. O ki qaldı maliyyənin azalmasına, legionerlərin ayrılmasına, biz onsuz da əvvəldən yerli futbolçulara üstünlük verilməsinin tərəfdarı olmuşuq. Meydanda azərbaycanlılar çoxluq təşkil edəndə, bizə də xoş olur, uşaqların dəstəyi daha da artır”.
...fotosu

HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:39 “Qarabağ”la sona qədər mübarizə aparacağıq” Bu gün, 13:37 "Forza Neftçi" büdrəmir Bu gün, 13:34 Bəhmən Həsənov Elxan Məmmədovla görüşmək istəyir Bu gün, 13:31 Krasson “Qarabağ”la oyunu unuda bilmir Bu gün, 13:29 “Hər şeyi Milan Obradoviçin vicdanına buraxıram” Bu gün, 13:24 İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi Bu gün, 13:23 AFFA-nın 2019-dakı işinin güzgüsü: 70 oyunda 9 qələbə! Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı Bütün xəbərlər
Ən çox oxunanlar