17 sen 14:17liqa / reportaj

“Sumqayıt” hakim səhvinin qurbanı oldu


13. Sumqayıt – Zirə 1:2 (1:1)
1. Mehdi Cənnətov – 4,5
44. Elvin Cəfərquliyev – 4,5
5. Camaləddin Xocaniyazov – 5,0
2. Rail Məlikov (k) – 4,5
4. Şəhriyar Əliyev – 4,5
22. Sərtan Taşqın – 4,0
(14. Elvin Bədəlov, 83) – qiymətsiz
6. Vüqar Mustafayev – 4,5
28. Səbuhi Abdullazadə - 4,0
8. Peyman Babayi – 4,0
(90. Rəhim Sadıxov, 64) – 4,0
10. Əmir Ağayev - 5,5
70. Mehdi Şərifi – 4,0
(9. Amil Yunanov, 73) – 4,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
12. Nicat Mehbalıyev
11. Elgün Nəbiyev
97. Xəyal Nəcəfov
7. Ehtiram Şahverdiyev
50. İlqar Qurbanov
18. Süleyman Əhmədov
Məşqçi: Elnur Çodarov
Komandanın ən yaxşısı: Əmir Ağayev

1. Orxan Sadıqlı - 4,5
25. Miloş Bakraç – 5,0
14. Bəxtiyar Həsənalızadə - 5,0
5. Anastasios Papazoğlu – 5,0
88. Tellur Mütəllimov – 4,5
70. Nicat Süleymanov – 4,5
(99. Rafael Məhərrəmli, 69) – 4,5
4. Elvin Camalov – 5,0
7. Cavid Hüseynov (k) – 5,5
(17. Robin Nqalande, 87) – qiymətsiz
11. Soni Norde – 5,0
(10. Elvin Məmmədov, 68) – 4,5
48. Şafik Tiqruca – 5,0
18. Xulio Sezar Rodriges – 5,0
Ehtiyat oyunçular
28. Boyan Zoqoviç
62. Abdulla Seyidəhmədov
8. İlkin Muradov
27. Adrian Skarlatake
6. Alvaro Ampuero
50. Mirqələm Həsənov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Cavid Hüseynov
Qollar: X.Sezar Rodriges, 5 (0:1). T.Mütəllimov, 16-öz qapısına (1:1). Ş.Tiqruca, 88 (1:2, R.Nqalande ).
Vərəqələr: Ş.Əliyev, 12 (qeyri-idman hərəkəti). C.Hüseynov, 44 (hakimin qərarına etiraz). M.Bakraç, 67 (qeyri-idman hərəkəti). M.Şərifi, 70 (hakimin qərarına etiraz). B.Həsənalızadə, 77 (qeyri-idman hərəkəti). R.Məlikov, 88 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Rahil Ramazanov, Cavanşir Novruzov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
14 sentyabr. Sumqayıt. Kapital Bank Arena. 1400 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ötən tur əsas vaxt əlavə olunmuş dəqiqələrdə qapısında qol görərək “Neftçi”yə uduzan “Sumqayıt” bu dəfə “doğma divarlar” arasında, demək olar ki, eyni aqibəti yaşadı. “Ağ-qaralar” “Bakcell Arena”da “feyr-pley”ə tüpürüb, “kimyaçılar”ı evə əliboş yola salmışdısa, “Zirə” ilə matçda Tiqruca topu əllə önünə salıb toru silkələdi. Əlcəzair əsilli yarımmüdafiəçinin qolu komandasına 3 xal qazandırsa da, qonaqların qələbəyə layiq oyun sərgiləmədiyini vurğulamaq lazımdı. Hesabı “qartallar”ın açmasına baxmayaraq ...
Artıq 5-ci dəqiqədə Abasovun komandası künc zərbəsi vurmaq hüququ qazandı. Şəhriyar Əliyev qapı önünə asmanı başı ilə uzalaşdırmaq istəsə də, topa istənilən kimi toxuna bilmədi və belədə “mərmi” Rodrigesin önünə düşdü. Nəzarətsiz qalan forvardın yıxılan vəziyyətdə toxunuşu zəif alınsa da, top uzaq küncə yönəldiyindən Mehdi komandasını xilas edə bilmədi. Qoldan sonra mübarizə əsasən meydanın mərkəzində getsə də, “kimyaçılar”ın müəyyən ərazi üstünlüyü hiss olunurdu. Meydan sahibləri topa daha çox nəzarət edir, ara-sıra “Zirə”nin cərimə meydançasına daxil ola bilirdilər. Sakit tempdə davam edən oyunun 16-cı dəqiqəsində hesab bərabərləşdi. Daha doğrusu, bu işdə “Sumqayıt”a Tellur Mütəllimov yardımçı oldu. Hər şey isə “gənclik şəhəri” təmsilçisinin sağ cinahdan qurduğu hücumdan başladı. Topla sürətli reyd edən Şərifi cərimə meydançasında tək qalan Əmirə ötürmə etdi. Yarımmüdafiəçinin qüvvətli zərbəsi Bəhlula tuş gəlib geri qayıtdı və hərəkətdə olan Tellurun ayağına dəyərək “çərçivə”yə getdi. Sadıqlı tərs vuruşa bir qədər gec reaksiya verdiyindən top qapı xəttini keçdi. Qoldan ruhlanan meydan sahibləri sürəti bir qədər də artırıb rəqibi öz qapısına doğru sıxışdırmağı bacardı. Sumqayıtlılar məhz sürət hesabına tez-tez “Zirə”ni əks-hücumda yaxalayır, qonaq müdafiəçiləri tərləməyə məcbur edirdilər. 22-ci dəqiədə Peymanın cərimə zərbəsi yaddaqalan oldusa, 8 dəqiqə sonra Ağayev bir qədər fərdi oyuna aludə olduğundan əlverişli imkanı boşa verdi.
Fasilədən sonra daha təcrübəli oyunçulardan qurulmuş qəsəbə təmsilçisinin fəallığı artıracağı gözlənilsə də, azarkeşlər fərqli mənzərəyə şahidlik etdilər. Meydan sahibləri daha istəkli və əzmkar oyunla yadda qaldılar. İkinci yarıda cəzalı olduğuna görə oyunu kənardan izləmək məcburiyyətində qalan Ayxan Abbasovun komandası 3 real qol şansını qaçırdı. 54-cü dəqqədə Abdullazadənin uzun ötürməsini meydanın mərkəzində qəbul edən Şərifi bir toxunuşla topu Əmirə ötürdü. Yüksək texnika nümayiş etdirib müdafiəçidən sıyrılan “milliləşdirlmiş” yarımmüdafiəçi hər şeyi yüksək səviyyədə edib Peymanı “gördü”. Lakin Cənubi Azərbaycandan olan yarımmüdafiəçi komanda yoldaşlarının əməyini yerə vurdu. O, topu uzaq küncə yönəltmək əvəzinə yaxın küncü nişan aldı və belədə “çərçivə”yə düşə bilmədi. 63-cü dəqiqədə isə Mehdi özü Xocaniyazovun təxminən 70 metrdən ideal diaqonal ötürməsindən sonra Sadıqlı ilə üzbəüz çıxdı. Lakin o da həmyerlisi kimi yüzfaizlik imkanı qaçırdı. Onun zərbəsi qapının üstündən keçdi. Halbuki həmin an forvardın adını tabloya yazdırmasına heç kim mane olmurdu. 3 dəqiqə sonra Şərifi növbəti dəfə diqqət mərkəzinə düşdü. Bu dəfə onun “qayçı” zərbəsi zirəli azarkeşləri həyəcanlandırsa da, hesab dəyişmədi. Ümumiyyətlə, ikinci yarıda “Zirə”nin müdafiə xətti kobud səhvlərlə yadda qaldı. Abasovun yetirmələrinin fasilədən sonra ən yaddaqalan hücumu 81-ci dəqiqəyə təsadüf etdi. Məhərrəmli Cəfərquliyevin arxasından çıxıb qapıya zərbə endirsə də, top tirin üstündən keçdi. Buna baxmayaraq, əsas vaxtın sonuna 2 dəqiqə qalmış qəsəbə təmsilçisi yekun nəticəni müəyyənləşdirdi. Nqalandenin qapı önünə ötürməsi zamanı yaşanan qarışıqlıqda Tiqruca topu əllə önünə atıb qüvvətli zərbə ilə komandasına layiq olmadığı qələbəni qazandırdı.

Reaksiyalar
Samir Abasov: “Uşaqlara sonadək səbr edib, axırda qələbə topunu vurduqlarına görə görə təşəkkür edirəm. Sumqayıtda yerli azarkeşlər daim möhtəşəm olub. Bu da səfərdə oynayan komandaya çətinliklər yaradır. Komandamızı təbrik edirəm. Bəzən oyunda elə məqam olur ki, istər-istəməz geri çəkilməli olursan. Bunu öz istəyinlə yox, rəqibin təzyiqi altında edirsən. Əsas odu ki, səbrlə oynadıq. Bəzi hallarda lazım olanı etməsək də, buna da nail olacağıq. Rəqibin iki real qol şansını qaçırmasına və Tiqrucanın qol vurmamışdan öncə əllə oynamasına gəlincə, əsas odu ki, qalib gəldik. Sözün düzü, Şafikin fərqləndiyi an cərimə meydançasının daxilində nələrin yaşandığını görə bilmədim. Bu gün gənclər də özünü yaxşı göstərdi. Nicat, onu əvəzləyən Rafael pis oynamadılar. İkincinin qol vurmaq şansı da oldu. Ancaq gənc və təcrübəsiz olması sözünü dedi. Onların yerində daha təcrübəli futbolçular olsaydılar, bu gün 3-4 qol vura bilərdik. Məncə, limit məsələsi Azərbaycan futbolunun inkişafına mane olur”.
Elnur Çodarov: “Oyuna yaxşı başlamadıq və nəticədə rəqib komanda hesabı açdı. Ancaq tədricən toparlandıq və fasiləyədək hesabı bərabərləşdirdik. İkinci hissədə daha yaxşı oynadıq. “Zirə” kimi komandayla oyunda iki dəfə 100 faizlik imkanı qaçırırsansa, bunun acısını çəkirsən. Tiqrucanın qol vurduğu an əllə oynadığını görmədim. Amma oyundan sonra təkrara baxanda onun əllə oynadığını gördüm. Sərtan Taşkını böyük ümidlərlə komandaya dəvət etmişik. Bu gün də ona güvənirik. Ola bilsin, futboldankənar həyatda nəsə problemi var və ona görə də son matçlarda zəif təsir bağışlayır. İnanırıq ki, hər şey qaydasına düşəcək”.

Gözdən qaçmadı
* Yığmanın çalışdırıcısı Nikola Yurçeviç və köməkçisi də “Kapital Bank Arena”da matçı izləyənlər arasında idi.
* Vaxtilə AZAL-ın rəhbərliyində çalışan, indi isə Gənclər və İdman Nazirliyində sektor müdiri vəzifəsini tutan Fikrət Hüseynov da “Zirə” rəsmiləri ilə birgə VİP-lojada əyləşmişdi.
* 77-ci dəqiqədə “Sumqayıt”ın futbolçularından birinə həkim köməyi lazım oldu. Bundan istifadə edən bəzi oyunçular su içdilər. Həmin an Rodriges yanğısını söndürdükdən sonra qabda qalan suyu ötən mövsüm “Zirə”nin şərəfini qoruyan Vüqar Mustafayevin başına tökərək, sabiq komanda yoldaşı ilə zarafatlaşdı. Mustafayev paraqvaylının hərəkətini təbəssümlə qarşıladı.
* İkinci hissədə komandasının oyundan “qopduğunu” görən Samir Abasov çox əsəbiləşmişdi. Baş məşqçi bəzən texniki zona qaydalarını pozur, bəzən isə hakimə iradlarını bildirirdi. Köməkçisi Seymur Rəhimov da özünü ələ ala bilmirdi. Baş məşqçi və köməkçisinin “sərhədi aşdğını” görən baş hakim 77-ci dəqiqədə hər ikisini “sarı” ilə “mükafatlandırdı”.
* Cəza səbəbindən texniki zonadan uzaq düşən Ayxan Abbasov matçı dəmir çəpərin arxasından, “Sumqayıt”ın ehtiyat oyunçular skamyasının iki metrliyindən izləyirdi. Bu səbəbdən o həmişəki kimi köməkçilərinə və futbolçularına göstərişlərini verməkdə çətinlik çəkmirdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar