17 sen 14:08liqa

“Sabah”ı “zirzəmi”yə göndərən tur


Yığmanın Uels və Xorvatiya ilə oyunlarına görə çempionatda yaranan ikihəftəlik fasilədən sonra komandaların çıxışını görmək maraqlı idi. Tura rəng qatan məqam isə hər bir oyunun ayrı-ayrılıqda prinsipiallıq daşıması, gözlənilməz nəticələrin qeydə alınmaq ehtimalı idi. Hadisələri qabaqlayaraq qeyd edək ki, 4 oyunda qapılara 9 qol vuruldu ki, bütün matçlarda qalibin aydına aydınlıq gəldi. Üç halda qonaqların, yalnız bir dəfə meydan sahiblərinin üzü güldü.
Günlər idi hamı “Qarabağ”la “Neftçi” arasında baş tutacaq oyundan danışırdı. Odu ki, cari mövümdə heç cür özünə bənzəməyən bakılılarla Avroliqanın qrupunda mübarizə aparan ağdamlıların qarşılaşmasının səs-küy doğuracağına şübhə etməyə dəyməzdi. Rəqib tanımayan, premyer-liqada fırtına kimi əsən “köhlən atlar” prinsipial rəqibi üzərində rahat qələbə əldə etməklə əsas sualın cavabını böyük ölçüdə indidən vermiş oldu. Çempionluq yolunda “Qarabağ”a rəqib yoxdu! Vurğulanması vacib məqam isə ağdamlıların qapıçılarının 4 oyun, yəni 360 dəqiqə qapısında top görməməsidi.
“Səbail”lə “Keşlə”nin arasında incə nöqtə hər ikisinin 6 xala sahib olub, lider “Qarabağ”dan sonrakı pillələri bölüşməsiydi. Yəni qələbə qazanan 2-ci pillədəki mövqeyini möhkəmləndirəcək, bununla da ciddi psixoloji üstünlük qazanacaqdı. Mövsümün startı ərəfəsində maliyyə böhranı ilə üzləşən və buna görə də cəmi bir legionerlə meydana çıxan “Səbail” “Keşlə” səddini çətinliklə olsa da, adlaya bildi.
4-cü tur Elşad Əhmədovun yadından çətin çıxa. Əvvəlki 3 görüşdə 3 xala həsrət qalan “Sabah”ın, nəhayət, hesabat turunda qələbəsizlik sindromuna son qoyacağını gözləyirdik. Lakin tam əksi yaşandı. Çempionatın ən zəif komandası gözündə görülən bölgə təmsilçisi heç kimin ağlına gəlməyəcək qalibiyyətə imza atdı. Həm də Bakıda, “Sabah”ın evində. Bu qələbə həm də “Qəbələ”nin cari mövsümdə qol hesabını açması demək idi. Nəticədə Elşad Əhmədov istefa verdi.
Nəhayət, “Sumqayıt” – “Zirə” oyunu. Bu görüşdə prinsipiallıq baş məşqçilərin adına bağlanırdı. Uzun illər “Sumqayıt”ın başında olmuş Samir Abasov boya-başa çatdığı şəhərə qonaq gəlmişdisə, Ayxan Abbasov məşqçi bacarığını vaxtilə “sükanı arxasında” olduğu “Zirə”yə, dəqiq desək, klubun rəhbərliyinə göstərməliydi. Yetərincə gərgin keçən oyunda sevinən yenə Samir Abasov oldu. Belə deyək, doğma şəhərinin azarkeşlərini məyus etməklə yadda qaldı.
Tura damğa vuran əsas məqam isə hakim idarəçiliyindəki səhvlər idi. Əliyar Ağayevdən başqa hər biri kobud nöqsanlara yol verməklə yenidən tənqid hədəfinə çevrildilər.
1-ci dövrə, 4-cü tur
14 sentyabr
Sumqayıt - Zirə 1:2
Sabah – Qəbələ 0:1
15 sentyabr
Keşlə - Səbail 1:2
Qarabağ – Neftçi 2:0
1. Qarabağ 4 4 0 0 10-0 12
2. Səbail 4 3 0 1 6-5 9
3. Zirə 4 2 1 1 4-3 7
4. Keşlə 4 2 0 2 6-3 6
5. Neftçi 4 1 1 2 3-5 4
6. Sumqayıt 4 1 0 3 4-7 3
7. Qəbələ 4 1 0 3 1-9 3
8. Sabah 4 0 2 2 2-4 2
Bombardirlər: İsmayıl İbrahimli (Qarabağ), Mehdi Şərifi (Sumqayıt), Lorenso Frutos (Keşlə) - 3, Ağabala Ramazanov, Mirabdulla Abbasov (hər ikisi “Səbail”), Mahir Əmrəli, Abdulla Zubir (hər ikisi “Qarabağ”) – 2.
Növbəti turun oyunları: 21 sentyabr – Sumqayıt - Sabah, Səbail – Qəbələ; 22 sentyabr – Neftçi – Qəbələ; 23 sentyabr – Zirə - Qarabağ.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar