17 sen 14:07liqa / reportaj

“Keşlə”ni rəqibi yox, özü yıxdı


15. Keşlə – Səbail 1:2 (0:2)
1. Stanislav Namaşko – 4,5
19. Azər Salahlı – 4,0
(22. Əfran İsmayılov, 74) – 4,5
21. Miyuşko Boyoviç – 4,5
(11. Ruslan Qurbanov, 82) – qiymətsiz
5. Franko Flores – 4,5
2. İlkin Qırtımov – 5,0
7. Tural Bayramlı – 4,5
25. Con Kamara – 5,0
4. Slavik Alxasov (k) – 4,5
10. Sezar Meza Kolli – 5,5
17. Vüsal İsgəndərli – 5,0
(14. Emin Mehtiyev, 89) – qiymətsiz
9. Lorenso Frutos – 5,0
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
16. Şahin Zəkiyev
3. Cabir Əmirli
6. Rəşad Sadiqov
13. Pərviz Azadov
18. Ruslan Əmircanov
33. Tərlan Quliyev
66. Murad Qayalı
90. Orxan Fərəcov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Sezar Meza Kolli

85. Kamal Bayramov – 5,0
13. Şəhriyar Rəhimov – 5,0
55. Adil Nağıyev – 5,0
3. Turan Manafov – 5,0
32. Elvin Yunuszadə - 5,0
34. Ürfan Abbasov – 5,0
14. Rahid Əmirquliyev (k) – 5,5
8. Yevgeni Koçuk – 4,5
10. Ağabala Ramazanov – 5,0
(4. Eltun Yaqublu, 89) – qiymətsiz
7. Fəhmin Muradbəyli – 5,0
(5. Vüqar Bəybalayev, 87) – qiymətsiz
22. Mirabdulla Abbasov – 5,0
(9. Mirsahib Abbasov, 60) – 4,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
6. Maykl Essyen
17. Elçin Rəhimli
18. Aqşin Qurbanlı
19. Ruslan Hacıyev
26. Kamal Qurbanov
77. Ədilxan Qarəhmədov
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Rahid Əmirquliyev
Qollar: M.Abbasov, 18 (0:1, A.Ramazanov). M.Abbasov, 30-p. (0:2). L.Frutos, 54 (1:2).
Sarı vərəqələr: Ş.Rəhimov, 22 (qeyri-idman hərəkəti). A.Salahlı, 30 (qeyri-idman hərəkəti). F.Flores, 30 (qeyri-idman hərəkəti). M.Boyoviç, 64 (qeyri-idman hərəkəti). E.Yunuszadə, 64 (qeyri-idman hərəkəti). V.İsgəndərli, 71 (qeyri-idman hərəkəti). Y.Koçuk, 85 (qeyri-idman hərəkəti), F.Muradbəyli, 86 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
15 sentyabr. Bakı. Bakcell Arena. 400 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Hər iki komanda turnir cədvəlində lider “Qarabağ”ın əsas izləyicisi idi deyə, bir addım önə keçmək baxımından qələbə xüsusi önəm daşıyırdı. Bundan əvvəlki tur “Səbail” “Qarabağ”a 0:4 hesabı ilə məğlub olmuşdusa, “Keşlə” Qəbələ səfərində eyni hesablı qələbəyə sevinmişdi. Sadəcə, yığmanın oyunları ilə bağlı yaranmış fasilənin hansı komandanın xeyrinə işlədiyini görmək maraqlı idi.
Aftandil Hacıyevin də etiraf etdiyi kimi, stadiona toplaşanlar iki fərqli hissə izləyə bildilər. Bayıllıların ilk dəqiqələrdən əsas tapşırığının nədən ibarət olduğunu bilmək üçün dərin futbol bilicisi olmağa ehtiyac yox idi. Meydana 5 müdafiəçi buraxan Hacıyev əks-hücum taktikasından yararlanmışdısa, Əhmədov yetirmələrinə hesabı erkən açmağı, durmadan hücum etməyi tapşırmışdı. 4-cü dəqiqədə Slavik qapının 4-5 metrliyindən topu başla “çərçivə”nin üstündən vurmayıb, tora qovuşdursaydı, kim bilir, matçın axarı necə olacaqdı. Lakin kapitan mümkünsüzü edincə, qonaqlar mümkün olanı bacardı. Ağabala əla ötürmə ilə Mirabdullanı qapıçı ilə duelə yolladı, o da bir hərəkətlə Boyoviçdən sıyrılıb uzaq küncü dəqiq nişan aldı. Və çox keçmədən ikinci qol gəldi. Bu dəfə Azər gərəksiz vəziyyətdə Fəhminə qarşı kobudluq edib penaltiyə səbəbkar oldu. İsrarla topun başına keçən Mirabdulla vaxtilə “Neftçi” formasında qolları sıraladığı stadionda dublunu rəsmiləşdirdi.
İkinci yarı birmənalı “Keşlə”nin ayağına yazılmalıdı. “Qırmızılar” buraxılan qolların əvəzini çıxmaq üçün böyük qüvvə ilə irəli atılmış, “dənizçilər” isə hesabı qorumaq üçün böyük qüvvə ilə geri çəkilmişdi. Odu ki, “Keşlə”nin qol həmlələri bir-birini əvəzləyirdi. Qaçırılan ardıcıl iki əlverişli imkandan sonra, nəhayət, qol səsi eşidildi. Frutos dəqiq zərbə ilə topu qapıdan keçirib Meza Kollinin zəhmətini yerdə qoymadı. Bundan sonra “Keşlə”lilər daha da həvəsləndi. Qapı qarşısına yer və hava ötürmələrinin sayı-hesabı itsə də, qol vuran tapılmırdı. 65-ci dəqiqədə keşləlilər boşa verilən növbəti yüzfaizlik qol şansına görə başlarını tutdular. Slavik yenə yaxın məsafədən başla “çərçivə”yə düşə bilmədi. Bir qədər sonra Ağabala matçda yekun nöqtəni qoymaq əvəzinə, özünü Slavikə oxşatmaq istəyib topu qapının üstündən vurdu.
Oyunun sonlarına yaxın Tərlan Əhmədovun meydana hücumameyilli futbolçuları buraxması da heç nəyi dəyişməyincə, 3 xal Bayıl təmsilçisinin oldu ki, “Səbail” 2-ci pillənin tək sahibinə çevrildi.

Gözdən qaçmadı
* Stadion “Neftçi”yə məxsus olduğundan, meydana ev sahibi kimi çıxan “Keşlə”nin qonaq kimi görünəcəyinə şübhə yox idi. Lakin lazımi dəstəyi almayan təkcə “qırmızılar” deyildi. Belə ki, “Səbail”i dəstəkləyən “Dənizçilər” fanklubunun üzvlərinin sayı da 25 nəfəri ötməzdi. Bir o qədəri də “Keşlə”ni qələbəyə səsləyirdi. Eyni sözlər həmkarlarımızın bu oyuna marağına da aiddi. Matçı canlı izləyən, işıqlandıran 8 media mənsubu var idisə, mətbuat konfransında yalnız üçü iştirak etdi.
* “Səbail”i dəstəkləyən azarkeşlərdən biri, görünür, forma seçimi zamanı diqqətsizliyə yol vermişdi. Əyninə ötən mövsüm Bayıl təmsilçisinin şərəfini qoruyan Ruslan Qurbanovun futbolkasını geymişdi. Halbuki Ruslan hazırda “Keşlə”nin uğurları üçün tər tökür. Qısası, stadiona rəqib komandanın oyunçusunun futbolkasında gəlmişdi.
* Oyun başa çatandan sonra diqqət mərkəzində yenə polislər idi. Stadionu boşaltmaq üçün azarkeşləri tələsdirən asayiş keşikçiləri futbolsevərlərə atmaca atmaqdan da qalmırdılar. Böyük çavuşlardan birinin işlətdiyi “konsert qurtardı, gedin yatın” sözləri isə futbolumuzun və polis savadının hansı vəziyyətdə olmasının göstəricisi idi.
Reaksiyalar
Aftandil Hacıyev: “Rəqib son zamanlar yaxşı formadaydı. “Keşlə” həqiqətən layiqli rəqibdi. Bu gün bunu sübut etdilər. Qısa müddətdə belə komanda hazırladığına görə Tərlan Əhmədova təşəkkür düşür. İki fərqli hissə izlədik. İlk yarıda hücum planında istədiklərimiz alınırdı. Fasilədən sonra isə rəqib təzyiqi artıraraq bizə çətin anlar yaşatdı. Əslində belə olacağını gözləyirdik. Matçın sonlarına yaxın əsas diqqəti müdafiəyə ayırıb, qapımızın toxunulmazlığının qayğısına qaldıq. Layiqli oyuna və qazanılan qələbəyə görə futbolçularımı təbrik edirəm. Şəxsən mən komandamdan razı qaldım. 90 dəqiqə hücum planında oynamaq mümkün deyil. Bu gün bizim üçün nəticə önəm daşıyırdı, ona görə də sona yaxın müdafiəni düşünürdük… Essyen fərqli söhbətin mövzusudu. Onun komandada olmasına ümumi futbolumuz naminə ayrıca layihə kimi baxmaq lazımdı. Adicə məşqlərdə iştirakı bizim üçün üstünlükdü. Ədilxan kimi gənc futbolçumuz məşqlərdə Essyendən nələrsə görür, öyrənir. “Essyen komandada olduğuna görə bütün oyunlarda meydana çıxmalıdı” deyə bir şey yoxdu. Vaxtı çatanda o da əsas heyətdə meydanda görünəcək. Onsuz da futbolçularımızın sayı azdı, o da oynayacaq. O, vaxtilə Çempionlar Liqasında gördüyünüz Essyen deyil. Mirabdullanın erkən əvəzlənməsi isə ilk yarıda aldığı zədəyə görəydi. O ki qaldı Eltun Yaqublu olayına, belə söhbətlərin şişirdilməsini istəməzdim. Həmin gün Olimpiya stadionunun tunelində maşınını park edən təkcə Eltun olmayıb, başqaları da olub. Şəxsən bizim maşınların hamısı orda olub. Klub rəhbərliyi də bununla bağlı stadion rəhbərliyinə etirazını bildirdi və anlaşdıq. Fikrimcə, belə hal bir də təkrarlanmaz. Heç kimə məşqə maşınsız gəlmək qadağası qoya bilmərik. Təbii, futbolçuya irad bildirildi, vəziyyət başa salındı. O da belə bir hadisənin istəməyərəkdən baş verdiyini dedi. Orda kiməsə sataşmaq olmayıb, sadəcə, anlaşılmazlıqdı”.
Tərlan Əhmədov: “Qələbə münasibəti ilə təbrik edirəm. Açığı, oyunun başlanğıcını bu cür təsəvvür etmirdim. İlk dəqiqələrdə komanda “yatmışdı”. İki səhv və buraxılan iki qol. Fasilədən sonra üstünlüyü ələ alıb, bir qol vursaq da, artığını edə bilmədik. Halbuki xeyli imkanımız oldu. Sadəcə, tamamlama istənilən səviyyədə deyildi. Görünür, ardıcıl iki qələbədən sonra hansısa arxayınlıq yaranmışdı. Bu gün bizim günümüz deyildi. İrəli baxmalı, “Neftçi”ylə oyuna hazırlaşmalıyıq. Qarşıda bizi çətin 24 matç gözləyir. İlk qolda ofsaydın olub-olmadığını deyə bilmərəm. Çünki videotəkrara baxmamışam. Bilirəm, oyundankənar vəziyyətə oxşayırdı. Heç nəyi geri qaytara bilməyəcəyik. Ona görə də hakimliklə bağlı danışmağa dəyməz. Komandamız yenidən qurulub, təxminən 80-90 faizi yeni gələnlərdi. Ona görə də ilk 45 dəqiqədə çətinlik çəkirik, komanda öz oyununu göstərə bilmir. Bəlkə də ehtiyatlı davranırlar deyə, belə olur. Fasilədə futbolçuları “ayıltmaq” üçün onlara toxuna biləcək bəzi ifadələr işlətdim. Çünki meydanda aqressiv olmaq lazım idi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar